Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rodriqo Boqarin
Rodriqo Manuel Boqarin Ximenes (isp. Rodrigo Manuel Bogarín Giménez; 24 may 1997, Asunsyon, Paraqvay) — Paraqvay təmsilçilərindən olan Quarani klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Paraqvay futbolçusudur. == Klub karyerası == Boqarin peşəkar karyerasına Quarani klubunda başlamışdır. O, peşəkar karyerasında debütünü 6 dekabr 2014-cü ildə Paraqvay Premyer Liqasında 3 fevral klubuna qarşı oyunda etmişdir. Boqarin ilk qolunu 21 fevral 2015-ci ildə Quarani klubu ilə Sportivo San-Lorenso klubuna qarşı oyunda vurmuşdur. 2016-cı ildə Boqarin klubu ilə Paraqvay çempionu olmuşdur. == Milli karyerası == 2017-ci ildə Boqarin Paraqvayın gənclərdən ibarət milli komandası ilə Ekvadorun ev sahibliyi ilə keçirilən Cənubi Amerika Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Boqarin Kolumbiya, Çili, Braziliya və Ekvador milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır.
Bolqarca
Bolqar dili — Hind-Avropa dillərinin slavyan dilləri qrupunun cənub slavyan dilləri yarımqrupuna daxil olan dil. Bolqar dili Bolqarıstan Respublikasının rəsmi dövlət dilidir. Dünyada bu dildə danışanların ümumi sayı 12 milyona qədərdir. Leksik cəhətcə bolqar dili slavyan kilsə dilinə çox yaxındır və şərqi slavyan dilində olan xeyli arxaik sözləri özündə saxlayır. Dildə həmçinin çox sayda türk dili sözləri vardır. == Tarixi == Bolqar dili Hind-Avropa dillərinin slavyan dilləri qrupunun cənub slavyan dilləri yarımqrupuna daxildir. O tarixi inkişafında dörd mərhələ keçmişdir: şifahi dil – IX əsrə qədər; köhnə bolqar dili – IX əsr — XII əsr; orta bolqar dili – XII əsr — XVI əsr; yeni bolqar dili – XVI əsr — indiyə kimi. == Bolqar Əlifbası == == Maraqlı məqamlar == Bolqarıstanda başı aşağı – yuxarı yelləmək narazılıq, sağa-sola yelləmək isə razılıq əlamətidir.
Bolgare
Bolqare (it. Bolgare) — İtaliyada, Lombardiya bölgəsində Berqamonun — inzibati mərkəzinə tabe olan bir kommunadır. Əhalisi 4198 nəfər, əhali sıxlığı 525 nəfər / km²-dir. Sahəsi 8 km² ərazini əhatə edir. Poçt kodu — 24060. Telefon kodu — 035. Yaşayış məntəqəsinin himayədarları müqəddəs həvarilər Pyotr və Pauldur .
Bolqar
Bolqar (tatar. Bolğar, Болгар; rus. Болгар) — Rusiya Federasiyasında yerləşən şəhər Tatarıstan Respublikasına daxildir. Çerdaklı stansiyasından (Ulyanovsk-Ufa dəmiryolu üstündə) 100 km aralıda yerləşir. (BSE 13. c. s. 570) == Tarixi == Tarixin uzaq keçmişində Volqa çayınını yuxarılarında Volqa Bulqarıstanı yaranmışdır. Digər qismi Don – Kuban çayları arası bulqarlar isə xəzərlərin güclənən hücumları qarşısında duruş gətirməyərək Asparuxun başçılığı altında Balkanlara köç etmişdir. 660-cı ildə Asparux ordası Dunayın deltasında möhkəmləndi.
Bellarin yarımadası
Bellarin yarımadası (ing. Bellarine) — Avstraliyanın Viktoriya ştatında, Melburn şəhərindən cənub-şərqdə yerləşən yarımada. Yarımada Port-Fillip, Corio Bay və Bass boğazı ilə əhatələnir. Morninqton yarımadası ilə birlikdə Port-Fillipi Bass boğqazından ayırır. XIX əsrdə yarımadada avropalıların məskən salmasaına qədər burada Wathaurong aborigenləri yaşayırdılar. Hazırda yarımada turistlər arasında məşhurdur. Hazırda burada 55 000 nəfər yaşayır. Region daha çox turistik bölgədir.
Bolqarca Vikipediya
Bolqarca Vikipediya — Vikipediyanın bolqar dilində olan bölməsidir.
Bulgaria Air
"Bulgaria Air" (bolq. България Ер, ing. Bulgaria Air) — Bolqarıstan dövlətinə aid olan aviaşirkət. Aviaşirkət Sofiya Beynəlxalq hava limanında bazalanmışdır. Şirkət Himimport Inc sahibidir. 2008-ci ildə şirkət 118 543 sərnişin daşımışdır. Dövriyyəsi 434 mln lev, ümumi gəliri isə 470 000 lev təşkil etmişdir. "Bulgaria Air" Bolqarıstan bazarında əsas hava daşıyıcısı hesab edilir. Ölkənin milli aviadaşıyıcısıdır. Şirkətin aviaparkında 17 təyyarə vardır ki, onlarda dünyanın 19 ölkəsinin 27 şəhərinə uçuşlar təşkil edir.
Nikolay Bulqanin
Nikolay Aleksandroviç Bulqanin (11 iyun (30 may) 1895-ci il, Nijni Novqorod — 24 fevral 1975, Moskva) — SSRİ dövlət və hərbi xadimi, Sov. İKP Siyasi Bürosu üzvü (1948—1958), Sovet İttifaqı Marşalı (3 noyabr 1947, 26 noyabr 1958-ci ildə rütbədən məhrum edilib).
Yolların sonu
Yolların sonu — türk şair, yazıçı, tarixçi və türk millətçiliyinin ideoloji rəhbərlərindən biri olan Nihal Atsızın 1946-cı ildə nəşr edilən şerlər kitabı.Nihal Atsızın bu kitabda bütün şerlərini toplamışdır. Kitabın adı Yolların sonu adlı şerdən gəlməkdədir. Kitab Barıman nəşriyyatında 1946-cı ildə çap edilmişdir.
Bolqan (Çaroymaq)
Bolqan (fars. بلقان‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağac bölgəsinin Çaharoymaq kəndistanında, Qaraağac qəsəbəsindən 20 km şimal-şərqdə, Marağa-Miyanə avtomobil yolundan 9 km cənubdadır. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 97 nəfər yaşayır (21 ailə).
Bolqar diasporu
Bolqarıstan diasporu ― Bolqarıstandan kənarda yaşayan etnik bolqarların da daxil olduğu bolqar millətinin bir hissəsi. Bolqarıstandan kənarda yaşayan bolqarların sayı 1989-cu ildən, Mərkəzi və Şərqi Avropada kommunist rejimlərinin süqutundan sonra kəskin şəkildə artıb. Bir milyondan çox bolqar ölkəni tərk etdi və bu, ölkənin əhalisinin əhəmiyyətli dərəcədə azalmasına səbəb oldu. Bir çox əcnəbi ABŞ-nin Yaşıl Kart lotereya sistemindən yararlanıb. Həmçinin, bir çox bolqarlar ixtisaslı işçiləri cəlb etmək üçün proqram çərçivəsində Kanadaya mühacirət ediblər. Digərləri Avropa Birliyinə getdilər. Yunanıstan və İspaniya kimi ölkələrdə bir çox bolqarlar, xüsusən də ölkə 2007-ci ildə Avropa Birliyinə üzv olduqdan sonra Bolqarıstanı öz yaşayış yeri olaraq saxlayaraq, yalnız fasilələrlə işləyir və yaşayır. Əsasən 1990-cı illərdən bəri bolqarlar iş və təhsillə bağlı səbəblərə görə Aİ üzv dövlətlərinə və Şimali Amerika ölkələrinə mühacirət edirlər. Əksər mühacirlərin başqa ölkələrdə yaşamaq icazəsi var. Mühacirlərin təhsil səviyyəsi və peşələri müxtəlifdir: onlar fəhlə (adətən mənzil-kommunal təsərrüfatında və ərazilərin təmizlənməsində işləyənlər), həmçinin santexnik, inşaatçı, bağban, fəhlə, qulluqçu ola bilər.
Bolqar dili
Bolqar dili — Hind-Avropa dillərinin slavyan dilləri qrupunun cənub slavyan dilləri yarımqrupuna daxil olan dil. Bolqar dili Bolqarıstan Respublikasının rəsmi dövlət dilidir. Dünyada bu dildə danışanların ümumi sayı 12 milyona qədərdir. Leksik cəhətcə bolqar dili slavyan kilsə dilinə çox yaxındır və şərqi slavyan dilində olan xeyli arxaik sözləri özündə saxlayır. Dildə həmçinin çox sayda türk dili sözləri vardır. == Tarixi == Bolqar dili Hind-Avropa dillərinin slavyan dilləri qrupunun cənub slavyan dilləri yarımqrupuna daxildir. O tarixi inkişafında dörd mərhələ keçmişdir: şifahi dil – IX əsrə qədər; köhnə bolqar dili – IX əsr — XII əsr; orta bolqar dili – XII əsr — XVI əsr; yeni bolqar dili – XVI əsr — indiyə kimi. == Bolqar Əlifbası == == Maraqlı məqamlar == Bolqarıstanda başı aşağı – yuxarı yelləmək narazılıq, sağa-sola yelləmək isə razılıq əlamətidir.
Bolqar levi
Bolqarıstan levi (bolq. лев) — Bolqarıstanın pul vahidi. 100 stotinkaya bərabərdir. Qədim bolqar dilində "lev", "aslan" deməkdir. 1 sentyabr 2016-cı il tarixinə aid məzənnədə 1 bolqar levi 0.570744 ABŞ dollarına bərabərdir.
Bolqar Avraami
Bolqar Avraami (rus. Авраа́мий Бо́лгарский) — Rus Pravoslav müqəddəsi və əzabkeşi. == Həyatı == O, müasir Rusiyada, indiki Tatarıstan ərazisində müsəlman İdil bulqarlarından olan tacir ailəsində anadan olmuşdur. O, müsəlman olmuş, yoxsullara qarşı yaxşı və mehriban davranmışdır. Daha sonra xristianlığı qəbul etmişdir. Müsəlmanlar israrla onun xristianlıqdan imtina etməsinə çalışmış, lakin Avraami öz imanında qalmışdır. O, mürtəd olduğu üçün bulqarlar tərəfindən edam edilmişdir. Avraami Bolqarda rus tacirləri tərəfindən dəfn edilmişdir. 1230-cu ildə, böyük knyaz Yuri Vsevolodoviçin dövründə, İbrahimin qalıqları Vladimirə aparıldı və Knyaginin monastırında böyük knyaz və yepiskopun iştirakı ilə dəfn edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Журавский А. В. Авраамий (Аврамий) Болгарский // Православная энциклопедия.
Bolqar çınqılotu
Bolqar çınqılotu (lat. Geum bulgaricum) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çınqılotu cinsinə aid bitki növü.
Bolqar mətbəxi
Bolqarıstan mətbəxi — Bolqarıstan mətbəxi öz yeməkləri ilə məşhurdur. Bolqarıstan mətbəxi Avropada yayılmışdır. Öz milli yeməkləri ilə tanınır. Hər regionunun özünəməxsus yeməkləri vardır. Ölkədə və bütün dünyada çox məşhurdur. Qeyd etmək olar ki, Bolqarıstan mətbəxi regionlara görə fərqlənir, dadların cürbəcürlüyü ilə boldur və dünyanın ən populyar mətbəxlərindən biri kimi sayılır. == Haqqında == Bolqar mətbəxi çox dadlıdır və tipik Bolqar mətbəxinin dadına baxmış, lakin onu sevməyən adam yoxdur. Sirr – bişirərkən istifadə olunan ədviyyatlardadır. Onlar yalnız yeməyi dadlı etmir, həmçinin çox sağlamdırlar və tərkibində çoxlu orqanik minerallar var. Daha çox spesifik dad qatmaq üçün salatlarda, şorba və digər yeməklərdə çoxlu təzə və yaşıl ədviyyatlar istifadə etmək, xüsusilə isti fəsillərdə ənənədir.
Azadlıq günü (Bolqariya)
Azadlıq günü — Bolqarıstan Osmanlı hökmranlığından tamamilə azad olunduqdan sonra sonra rəsmi olaraq 3 mart "Bolqarıstanın Qurtuluş Günü" olaraq qeyd olunur. Bolqarıstanın yenidən qurulmasına səbəb olan Rus-Türk müharibəsi (1877-1878) hadisələri Bolqarıstanın Qurtuluşunu bir növ car çəkirdi. 3 mart 1878-ci ildə imzalanan San Stefano Müqaviləsi, 14-cü əsrdə Bolqarıstan-Osmanlı müharibələri zamanı fəth edilən Bolqarıstan dövlətinin yenidən qurulmasını qəbul etməyi Osmanlı İmperiyasına bağlamağı nəzərdə tuturdu. Bu ilk dəfə 1980-ci il fevralın 19-da İmperator II Aleksandrının sui-qəsd və San-Stefano Barışıq Müqaviləsinin bağlandığı gün qeyd olundu. 1888-ci ildə Bolqarıstan Knyazlığı tərəfindən rəsmi olaraq 10 illik yubileydə Qurtuluş Günü olaraq təyin olundu. Yalnız 1978-ci ildə milli miqyasda qeyd olunmağa başlandı. Dövlət Şurası Sədrinin 27 fevral 1990-cı il tarixli 236 nömrəli sərəncamı ilə 5 mart tarixində qüvvəyə minən rəsmi bayram oldu. Bolqarıstanda hazırda ruslar və bolqarlar üçün 400-dən çox qorunan abidə mövcuddur. Hər il 3 mart tarixində Şipka abidəsinə çələnglər qoyulur və Bolqarıstanın azad edilməsi uğrunda döyüşlərdə şəhid olan bütün rus əsgərlərinin xatirəsinə hərbi ehtiramlar verilir. Ölkədəki sakinlər bolqar həmkarları ilə birlikdə şəhid düşmüş xarici qoşunların (Rus, Fin və Rumıniya) abidələrinə çiçək və qeydlər qoyurlar.
Birinci Bolqar Dövləti
Dunay Bolqar Dövləti — Asparux xan tərəfindən qurulan Bulqar dövləti. == Qısa tarixi == Böyük Bulqar türk dövlətinin parçalanmasından sonra bulqarların bir hissəsi Kubrat xanın oğlu Asparux xanın başçılığı ilə 681-ci ildə Dunay çayı ətrafında öz dövlətlərini yaratdılar. 679-cu ildə bulqarlar Bizans İmperiyasına yürüş etdi. Bunun nəticəsində: Bizans asılılığı qəbul etdi. Hər il bulqarlara xərac verməyə razı oldu. Bizans İmperiyası ilə Avarlar arasında qalan Bolqarlar, 681-ci ildə edilən razılaşma ilə Bizans İmperiyası tərəfindən rəsmi olaraq tanındı. Asparuxdan sonra yerinə oğulu Tervel xan keçdi. O, Bizans İmperiyası ilə dostluq müqaviləsi imzaladı. Konstantinopolisin (bugünkü İstanbul) bulqarlar ərəblər tərəfindən mühasirə edilməsində Bizans İmperiyasına kömək etdilər. VII əsrdən sonra Bizans İmperatorluğu ilə müqavilən pozuldu və bu onlar arasında müharibəyə səbəb oldu.
Bolqar Pravoslav Kilsəsi
Bolqar Pravoslav Kilsəsi (bolq. Българска православна църква) — Bolqarıstanda yerləşən avtokefal pravoslav kilsə. Mərkəzi Sofiya şəhərindədir. Neofit kilsənin indiki patriarxıdır.
Bolqar çarı Boris
III Boris (bolq. Борѝс III ; Boris Treti; 30 yanvar 1894[…], Sofiya – 28 avqust 1943[…], Sofiya) — Bolqarıstanın çarı (30 yanvar, 1918–28 avqust, 1943). == Həyatı == == Fəaliyyəti == Ferdinand I-ın oğlu 1918-ci ildə atasının devrilməsindən sonra(Bolqarıstanın I Dünya müharibəsində məğlubiyyətindən sonra) hakimiyyətə gəlmiş və 1943-cü ilə qədər hakimiyyətdə olmuşdur. Bu dövr Bolqarıstanın siyasi və iqtisadi stabillik dövrünə təsadüf edirdi. Bolqar hökuməti yeni ərazi əldə etmək cəhdləri edir və Bolqarıstan hər vəchlə öz qonşularına təsir göstərməyə çalışırdı. Boris bu yolda əlindən gələni etməyə çalışırdı. == İstinadlar == == Ədəbiyyat == Bulgaria in the Second World War by Marshall Lee Miller, Stanford University Press, 1975. Boris III of Bulgaria 1894–1943, by Pashanko Dimitroff, London, 1986, ISBN 0-86332-140-2 Crown of Thorns by Stephane Groueff, Lanham MD., and London, 1987, ISBN 0-8191-5778-3 The Betrayal of Bulgaria by Gregory Lauder-Frost, Monarchist League Policy Paper, London, 1989. The Daily Telegraph, Obituary for "HM Queen Ioanna of the Bulgarians", London, 28 February 2000. Balkans into Southeastern Europe by John R. Lampe, Palgrave Macmillan, New York, 2006.
Böyük Bolqar Xanlığı
Böyük Bulqar xanlığı (orta əsrlər yunan dili: Παλαιά Μεγάλη Βουλγαρία, Palaiá Megálē Voulgaría) — VII əsrdə Avropada, indiki Ukraynanın cənubunda və Rusiyanın cənub-qərbində mövcud olan bir dövlət. Bulqar sözünün mənası "qarışmaq" deməkdir. Böyük Bulqar dövlətinin qurucusu Qurd (Qubrad) xaqan hesab olunur. 665-ci ildə Qurd xaqanın ölümündən sonra Böyük Bulqar dövləti zəiflədi və xəzərlərin hücumu nəticəsində iki hissəyə parçalandı. Dunay Bulqar dövləti və Volqa Bulqar dövləti yarandı. == Tarixi == 630–635-ci illər arasında Xan Kubrat Bolqarları Türk xaqanlığının(588–639) tabeliyindən xilas etdi, Onogur Bulqarlarını Kutrigur və Utiqur qəbilələri ilə vahid bir qayda altında birləşdirməyi bacardı və güclü bir konfederasiya yaratdı, Qərbi Avropada orta əsr müəllifləri tərəfindən Köhnə Böyük Bolqarıstan(630–665) adlandırıldı. Ancaq qurulan dövlət uzun ömürlü olmadı. Kubrat xanın 665-ci ildə ölümündən sonra oğlanları Batbayan,Asparux və Altsek arasında hakimiyyət uğrunda çəkişmə başladı və xaqanlıq iki yerə parçalandı. == Asparux xan == Bulqar-Türk dövlətinin qurucusu Asparux (643–701) xan idi. O, 679-cu ildə Bizansı məğlub edərək cənub-şərqi Avropada müstəqil Bulqar-Türk dövlətini qurdu.
Saloniki bolqar oğlanlar gimnaziyası
Saloniki Bolqar oğlanlar gimnaziyası "Müqəddəslər Kiril və Mefodi" (bolq. Солунска българска мъжка гимназия „Св. св. Кирил и Методий“) – Makedoniyada ilk bolqar oğlanlar gimnaziyası, Bolqarıstan təhsilinin ən əhəmiyyətli mərkəzlərindən biri. Gimnaziya 1880-ci ilin payızında Saloniki şəhərində yaradılmış və 1913-cü ilə qədər mövcud olmuşdur. Saloniki Gimnaziyasının davamçısı Bolqarıstanın Pirin Makedoniyasının Blaqoyevqrad şəhərindəki "Müqəddəs Kiril və Mefodi" Milli Humanitar Gimnaziyası hesab olunur. == Gimnaziya və siyasi mübarizə == Salonikidəki Bolqar cəmiyyəti kimi, 1893-cü ildən sonra gimnaziyanın şagirdləri və müəllimləri iki düşərgəyə — "inqilabçılar" və "təkamülçülər"ə bölündülər. Gimnaziya iki hərəkat arasında mübarizənin mərkəzlərindən biri idi. Təkamül inkişafının tərəfdarlarının fikirləri Ekzarxiyanın Makedoniya əhalisinin mədəni-maarif və iqtisadi inkişafının qanuni vasitələrlə davam etdirilməsinin zəruriliyi mövqeyi ilə əlaqələndirilir. İnqilabçılar Makedoniyanın muxtariyyəti üçün silahlı mübarizə hazırlamaq haqqında Daxili Makedoniya-odrin inqilab Təşkilatı ideyalarının tərəfdarları idilər.
Eysebionun milli komandada vurduğu qolların siyahısı
Eysebio (1942–2014) 1961-1973-cü illər aralığında 64 matçda çıxış etdiyi Portuqaliya milli futbol komandasının tərkibində 41 qola imza atmışdır. O, millinin tarixində ən çox qol vurmuş oyunçu kimi qalırdı ta ki, 2005-ci ildə Pauleta onun bu rekordunu təzələyənədək. Hal-hazırda o, Kriştiano Ronaldonun birinci olduğu sıralamada üçüncü pillədə qərarlaşıb. Eysebio 1966 FİFA Dünya Kuboku turnirinin 9 qol ilə bombardiri olmuşdur. Həmçinin yarımfinal qarşılaşmasında o Şimali Koreya milli komandasının qapısından 4 top keçirmişdir. O, beynəlxalq oyunlarda 2 dəfə het-trikə imza atmışdır; buraya Şimali Koreya və turnirin seçmə mərhələsində Türkiyə yığmasına qarşı keçirdiyi oyunlar daxildir.
Pelenin milli komandada vurduğu qolların siyahısı
Pele bütün zamanların qəbul edilən ən yaxşı oyunçularından biridir. O, 114 matçda Braziliya milli futbol komandasının şərəfini qorumuşdur ki, bunlardan 92 görüş tam bir beynəlxalq matçı idi və millinin tərkibində 95 qola imza atmışdır. O, həmçinin Braziliya milli komandasının bombardiridir. == Tam beynəlxalq matçlarda vurulan qollar == === Bütün beynəlxalq matçlar === Hesablar və nəticələr ilk olaraq Braziliya olaraq göstərilib.
Tarixi bölgənin əsas və hərbi tikililəri
Tarixi bölgənin əsas və hərbi tikililəri San-Antonionun, Texasın tarixi ərazisidir. 1979-cu ildə Tarixi Yerlərin Milli Reyestrində siyahıya alınmışdır. Sahə İspaniya qoşunlarının və Texas hərbi qubernatorunun yerləşdiyi köhnə Presidio San-Antonio de Bexar şəhərini əhatə edir. Buraya ayrı-ayrılıqda siyahıya alınmış, bir və ya bir neçə milli tarixi yerləri daxildir: İspaniya Qubernator Sarayı. Voqel Kəmər Tikinti Kompleksi.