bolqarca
bollaşdırmaq
OBASTAN VİKİ
Kintex (Bolqarıstan)
Kintex — Bolqarıstana məxsus dövlət şirkəti. Bolqarıstan Respublikasının xarici ticarəti ilə məşğuldur. 1965-ci ildə yaradılıb. Şirkətin idarə edilməsi Bolqarıstan İqtisadiyyat Nazirliyinin tabeliyindədir. == Tarixi == Şirkət 1965-ci ildə Bolqarıstanın paytaxtı Sofiya şəhərində yaradılıb. Şirkət 1992-ci ilə qədər Bolqarıstan Kommunist Partiyasının gizli xidməti olan Dövlət Təhlükəsizliyi Komitəsinə tabe idi və siqaretdən ağır silahlara qədər hər şeyin satışına nəzarət edirdi. Bolqarıstanda 1992-ci ildə Ticarət hüququ qüvvəyə minir və 1992-ci ildə Kintex, ticarət qanunları ilə tənzimlənən "Qapalı Səhmdar Cəmiyyətə" çevrilir. Şirkətin səhmlərinin hamısı dövlətə məxsusdur. Kintex, Bolqarıstan Ordusu və polisi üçün məhsulların ixracı, idxalı və yenidən ixracı lisenziyasına sahibdir. == Fəaliyyəti == Şirkətin əsas fəaliyyət sahəsi ticarətdir.
Bolqarıstan knyazlığı
Bolqarıstan knyazlığı (bolq. Кня́жество Бълга́рия) — 1879-cu ildə Tırnovo konstitusiyasının qəbulundan 1908-ci ildə müstəqillik elan olunana qədər Bolqarıstanın rəsmi adı. Knyazlıq birpalatalı parlamenti (Xalq Məclisi) olan konstitusion monarxiya idi. Dövlət başçısı knyaz titulu daşıyırdı. Monarxın titulu "bolqarların knyazı" idi. Hakim sülalələr: 1879-1886-cı illərdə - Battenberq, 1887-ci ildən - Saks-Koburq-Qota oldu. Knyazın fəaliyyət qabiliyyətini itirdiyi təqdirdə kollektiv regentlik nəzərdə tutulurdu. Bolqarıstan knyazlığı Berlin konqresinin qərarı ilə Osmanlı imperiyasının vassalı sayılsa da, bu daha çox formal xarakter daşıyırdı. Knyazlıq faktiki olaraq müstəqil idi və onun bütün dövlət atributları - pulu, bayrağı, gerbi və himni var idi. == Tarixi == Müasir Bolqarıstan dövlətçiliyinin əsası Bolqarıstanda Müvəqqəti Rusiya Administrasiyası dövründə, 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra rus ordusu tərəfindən işğal edilmiş Bolqarıstan ərazisinə Rusiya administrasiyası nəzarət etdiyi zaman qoyuldu.
Bolqarıstan krallığı
Bolqarıstan çarlığı, həmçinin Bolqarıstan krallığı və ya Üçüncü Bolqarıstan çarlığı (bolq. Царство България) — 1908-ci ildə müstəqillik elan edildikdən 1946-cı ildə monarxiyanın ləğvinə qədər mövcud olan Bolqarıstan dövləti. Dövlət Bolqarıstan knyazlığının varisi olaraq yaradılmışdı. Krallıq konstitusiyalı monarxiya idi (1879-cu il Tırnovo konstitusiyası, düzəlişlərlə). Dövlət başçısı çar adlanırdı (Qərb tarixşünaslığında bu titul həm də “kral” kimi qeyd olunur). Ölkədə hökmranlıq edən sülalə Saks-Koburq-Qota olub. Çarın az yaşlı olması və ya fəaliyyət qabiliyyətini itirməsi halında kollektiv regentlik nəzərdə tutulurdu. Kral ailəsinin qurucusu Ferdinand Müstəqillik Bəyannaməsində əsasən Balkan yarımadası bölgəsindəki bütün torpaqlarda yaşayan etnik bolqarların başçısı elan olunmuşdu. Bəyannaməyə görə kral bu torpaqları (Bolqarıstandan alınmış torpaqlar, xüsusilə Makedoniya) geri qaytarmaq öhdəliyinə malik idi. Bu səbəbdən dövlət demək olar ki, bütün mövcudluğu boyu müharibə şəraitində oldu.
Bolqarıstan levi
Bolqarıstan levi (bolq. лев) — Bolqarıstanın pul vahidi. 100 stotinkaya bərabərdir. Qədim bolqar dilində "lev", "aslan" deməkdir. 1 sentyabr 2016-cı il tarixinə aid məzənnədə 1 bolqar levi 0.570744 ABŞ dollarına bərabərdir.
Bolqarıstan türkü
Bolqarıstan Türkləri — vaxtı ilə Osmanlı Dövlətinin bölgələrindən biri olmuş Bolqarıstanda tarixən yaşayan Türk icması. (bolq. Български турци; türk. Bulgaristan Türkleri) — Bolqarıstanda bolqar xalqından sonra sayca ikinci etnik, dil və dini qrup. Ölkədəki axırıncı, 2001-ci il siyahıyaalma nəticələrinə görə 746.664 nəfərdirlər ki, əhalinin 9,4 % təşkil edir. Dini etiqadına görə Anadoludakı olduğu kumu islam dininin sünni və ələvi təriqətlərindədirlər. Kompakt şəklində ölkənin cənub-şərqində — Frakiya bögəsində yaşayırlar. Bəzi bögələrdə əhalinin əksəriyyətini təşkil edirlər, məsələn Kırcılıda onlar əhalinin 62 % — dirlər. Razqrad, Şumen, Silistra şəhərlərində də çoxdurlar. Bolqarıstan Türkləri, Osmanlı dövründən əvvəl bölgəyə şimaldan gələn Qıpçaq, Peçenek və Proto-Bolqar xalqları ilə yenə Osmanlı dövründən əvvəl Xorasan və Azərbaycandan gələn Oğuz xalqlarının qaynaşması ilə formalaşmağa başlamış, Osmanlı dövründə də Yörük və Türkmen boylarının qatılmasıyla bugünkü halını almışdır.
Bolqarıstan çarlığı
Bolqarıstan çarlığı, həmçinin Bolqarıstan krallığı və ya Üçüncü Bolqarıstan çarlığı (bolq. Царство България) — 1908-ci ildə müstəqillik elan edildikdən 1946-cı ildə monarxiyanın ləğvinə qədər mövcud olan Bolqarıstan dövləti. Dövlət Bolqarıstan knyazlığının varisi olaraq yaradılmışdı. Krallıq konstitusiyalı monarxiya idi (1879-cu il Tırnovo konstitusiyası, düzəlişlərlə). Dövlət başçısı çar adlanırdı (Qərb tarixşünaslığında bu titul həm də “kral” kimi qeyd olunur). Ölkədə hökmranlıq edən sülalə Saks-Koburq-Qota olub. Çarın az yaşlı olması və ya fəaliyyət qabiliyyətini itirməsi halında kollektiv regentlik nəzərdə tutulurdu. Kral ailəsinin qurucusu Ferdinand Müstəqillik Bəyannaməsində əsasən Balkan yarımadası bölgəsindəki bütün torpaqlarda yaşayan etnik bolqarların başçısı elan olunmuşdu. Bəyannaməyə görə kral bu torpaqları (Bolqarıstandan alınmış torpaqlar, xüsusilə Makedoniya) geri qaytarmaq öhdəliyinə malik idi. Bu səbəbdən dövlət demək olar ki, bütün mövcudluğu boyu müharibə şəraitində oldu.
"Bolqarıstan" kolxozu
"Bolqarıstan" kolxozu — qısametrajlı sənədli film. 1959-cu ildə Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycanın qabaqcıl təsərrüfatlarından biri-Bərdə rayonundakı "Bolqarıstan" kolxozuna, onun əmək adamlarına, belə bir nümunəvi təsərrüfata başçılıq edən kolxoz sədrinə həsr olunmuşdur. == Məzmun == Film Azərbaycanın qabaqcıl təsərrüfatlarından biri-Bərdə rayonundakı "Bolqarıstan" kolxozuna, onun əmək adamlarına, belə bir nümunəvi təsərrüfata başçılıq edən kolxoz sədrinə həsr olunmuşdur.
Mixail (Bolqarıstan şahzadəsi)
Mixail (IX əsr, Preslav – 931) — Birinci Bulqar dövlətinin şahzadəsi. I Simeonun ən böyük oğlu idi. Lakin Simeon kiçik oğlu Pyotru taxta çıxarmaq istəyirdi. 927-ci ildə I Pyotr taxta çıxandan sonra Makedoniyaya qaçaraq bir qalada möhkəmləndi və taxta iddia etməyə başladı. Lakin elə həmin il gələn qəfil ölümü onu dəstəkləyənlərin istəklərini yarıda qoydu.
Bolqarıstan
Bolqarıstan (bolq. България), rəsmi adı Bolqarıstan Respublikası (bolq. Република България) — Avropa ölkəsi və Avropa İttifaqı, Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) üzvüdür. Beş ölkə ilə – şimaldan Rumıniya, qərbdən Serbiya və Şimali Makedoniya, cənubdan Yunanıstan və Türkiyə ilə həmsərhəddir. Bolqarıstanda yerli idarəetmələr, bölgə, şəhər tipli qəsəbə (district) və bələdiyyələrdir. 1991-ci ildə qurulan şəhər tipli qəsəbələr hələ ki, qurulma mərhələsini tamamlamamışdır. Hal-hazırda Bolqarıstanda 9 bölgə və 255 bələdiyyə vardır. == Etimologiya == XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə Bulğarstan (بولغارستان ) adlandırılmışdır. == Demoqrafiya == Bolqarıstan Milli Statistika İnstitutunun 31 dekabr 2011-ci ilə olan məlumatına əsasən ölkə əhalisi 7,327,224 nəfərdir . === Milli tərkib === === Bolqarlar === 2001-ci il siyahıya alınmasına əsasən 8.000.000 nəfər olan Bolqarıstan əhalisinin 83,94%-i (6.655.210 nəfər) öz milli mənsubiyyətini bolqar olaraq göstərmişdir.
Bolqarıstan Prezidenti
Bolqarıstan prezidentlərinin siyahısı — 1908-ci ildə Osmanlı İmperiyasından müstəqilliyini qazanan Bolqarıstanın, dövlət başçılarının siyahısı. Bolqarıstan Prezidenti, Bolqarıstan Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır. Bolqarıstan Prezidenti vəzifəyə, Bolqarıstan Konstitusiyasının müvafiq maddələri ilə təyin olunur. 2017-ci ilin 22 yanvar tarixindən vəzifəni Rumen Radev icra edir.
Bolqarıstan Respublikası
Bolqarıstan (bolq. България), rəsmi adı Bolqarıstan Respublikası (bolq. Република България) — Avropa ölkəsi və Avropa İttifaqı, Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) üzvüdür. Beş ölkə ilə – şimaldan Rumıniya, qərbdən Serbiya və Şimali Makedoniya, cənubdan Yunanıstan və Türkiyə ilə həmsərhəddir. Bolqarıstanda yerli idarəetmələr, bölgə, şəhər tipli qəsəbə (district) və bələdiyyələrdir. 1991-ci ildə qurulan şəhər tipli qəsəbələr hələ ki, qurulma mərhələsini tamamlamamışdır. Hal-hazırda Bolqarıstanda 9 bölgə və 255 bələdiyyə vardır. == Etimologiya == XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə Bulğarstan (بولغارستان ) adlandırılmışdır. == Demoqrafiya == Bolqarıstan Milli Statistika İnstitutunun 31 dekabr 2011-ci ilə olan məlumatına əsasən ölkə əhalisi 7,327,224 nəfərdir . === Milli tərkib === === Bolqarlar === 2001-ci il siyahıya alınmasına əsasən 8.000.000 nəfər olan Bolqarıstan əhalisinin 83,94%-i (6.655.210 nəfər) öz milli mənsubiyyətini bolqar olaraq göstərmişdir.
Bolqarıstan Türkləri
Bolqarıstan Türkləri — vaxtı ilə Osmanlı Dövlətinin bölgələrindən biri olmuş Bolqarıstanda tarixən yaşayan Türk icması. (bolq. Български турци; türk. Bulgaristan Türkleri) — Bolqarıstanda bolqar xalqından sonra sayca ikinci etnik, dil və dini qrup. Ölkədəki axırıncı, 2001-ci il siyahıyaalma nəticələrinə görə 746.664 nəfərdirlər ki, əhalinin 9,4 % təşkil edir. Dini etiqadına görə Anadoludakı olduğu kumu islam dininin sünni və ələvi təriqətlərindədirlər. Kompakt şəklində ölkənin cənub-şərqində — Frakiya bögəsində yaşayırlar. Bəzi bögələrdə əhalinin əksəriyyətini təşkil edirlər, məsələn Kırcılıda onlar əhalinin 62 % — dirlər. Razqrad, Şumen, Silistra şəhərlərində də çoxdurlar. Bolqarıstan Türkləri, Osmanlı dövründən əvvəl bölgəyə şimaldan gələn Qıpçaq, Peçenek və Proto-Bolqar xalqları ilə yenə Osmanlı dövründən əvvəl Xorasan və Azərbaycandan gələn Oğuz xalqlarının qaynaşması ilə formalaşmağa başlamış, Osmanlı dövründə də Yörük və Türkmen boylarının qatılmasıyla bugünkü halını almışdır.
Bolqarıstan azərbaycanlıları
Bolqarıstan azərbaycanlıları — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Bolqarıstanda yaşayan hissəsinin adı. Rəsmi siyahıyaalınma zamanı sadəcə türk olaraq qeydə alınır və Türkiyə türklərinin tərkibində hesablanırlar. Ev dilləri Azərbaycan dilinin Qars ləhçəsi olsa da təhsillərini bolqar və Türkiyə türkcəsində alırlar. Bu ölkədəki azərbaycanlıların tamama yaxını şiə qızılbaşdır. Dünya Azərbaycanlıları Konqresinin (DAK-ın) bütün dünyada yaşayan azərbaycanlıların sayına dair 2006-cı ildə yayınladığı məlumatlara əsasən Bolqarıstanda 65,000 nəfər etnik azərbaycanlı yaşamaqdadır. 2001-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınmasına əsasən Bolqarıstan Respublikasının ümumi əhalisi 7,928,901 nəfər olmuşdur. Onlardan: Dini inancına əsasən müsəlmanların ümumi sayı 966,978 nəfər. Onlardan: 913,957 nəfəri sünni 53,021 nəfəri isə qızılbaş-şiə Öz milliyyətini türk olaraq qeyd edənlərin sayı 746,664 nəfər. Onlardan: Ana dilini türkcə olaraq qeyd edənlərin ümumi sayı 720,136 nəfər, bolqarca olaraq qeyd edənlərin ümumi sayı 26,147 nəfər. Dini inancına əsasən müsəlmanların ümumi sayı 713,024 nəfər.
Bolqarıstan bayrağı
Bolqarıstan bayrağı — Bolqarıstanın Dövlət bayrağı
Bolqarıstan diasporu
Bolqarıstan diasporu ― Bolqarıstandan kənarda yaşayan etnik bolqarların da daxil olduğu bolqar millətinin bir hissəsi. Bolqarıstandan kənarda yaşayan bolqarların sayı 1989-cu ildən, Mərkəzi və Şərqi Avropada kommunist rejimlərinin süqutundan sonra kəskin şəkildə artıb. Bir milyondan çox bolqar ölkəni tərk etdi və bu, ölkənin əhalisinin əhəmiyyətli dərəcədə azalmasına səbəb oldu. Bir çox əcnəbi ABŞ-nin Yaşıl Kart lotereya sistemindən yararlanıb. Həmçinin, bir çox bolqarlar ixtisaslı işçiləri cəlb etmək üçün proqram çərçivəsində Kanadaya mühacirət ediblər. Digərləri Avropa Birliyinə getdilər. Yunanıstan və İspaniya kimi ölkələrdə bir çox bolqarlar, xüsusən də ölkə 2007-ci ildə Avropa Birliyinə üzv olduqdan sonra Bolqarıstanı öz yaşayış yeri olaraq saxlayaraq, yalnız fasilələrlə işləyir və yaşayır. Əsasən 1990-cı illərdən bəri bolqarlar iş və təhsillə bağlı səbəblərə görə Aİ üzv dövlətlərinə və Şimali Amerika ölkələrinə mühacirət edirlər. Əksər mühacirlərin başqa ölkələrdə yaşamaq icazəsi var. Mühacirlərin təhsil səviyyəsi və peşələri müxtəlifdir: onlar fəhlə (adətən mənzil-kommunal təsərrüfatında və ərazilərin təmizlənməsində işləyənlər), həmçinin santexnik, inşaatçı, bağban, fəhlə, qulluqçu ola bilər.
Bolqarıstan hökmdarları
Bolqarıstan iqtisadiyyatı
Bolqarıstan iqtisadi inkişafı orta səviyyədə olan ölkələrin sırasına daxildir. İnsan inkişafı indeksi 0,796-dır (dünyanın 177 ölkəsi arasında 56-cı yer tutur). ÜDM-in həcmi 61,6 mlrd. dollardır (alıcılıq pariteti üzrə, 2004), əhalinin adambaşına Aİ-nin orta səviyyəsinin 1/3-dən az düşür. İkinci dünya müharibəsinə qədər Bolqarıstan əsasən, iqtisadi inkişafı orta səviyyədə olan aqrar ölkə olmuşdur. Xırda kəndli torpaq mülkiyyəti üstünlük təşkil etmişdir (1 mln. xırda əmtəə əkinçilik təsərrüfatı). Müharibədən sonrakı illərdə Bolqarıstanın torpaq ehtiyatları milliləşdirilmiş, kəndlilər kooperativlərdə və dövlət təsərrüfatlarında birləşmişdirilmişdir. 1990-cı illərdə baş vermiş dərin iqtisadi tənəzzülün səbəbləri ölkə iqtisadiyyatının keçmiş SSRİ-dən ucuz xammal və enerji idxalı nəticəsində yaranmış asılılığı, ənənəvi satış bazarlarının itirilməsi, kifayət qədər rəqabət qabiliyyətinə malik olmayan bolqar mallarının Qərb bazarlarına yönəldilməsinin çətinlikləri ilə bağlı idi. İqtisadiyyatın artımı son illərdə sürətli deyil, lakin stabildir.
Bolqarıstan musiqisi
Bolqarıstan musiqisi — müasir Bolqarıstan ərazisində və onun sərhədlərindən kənarda formalaşmış musiqi mədəniyyəti. slavyan tayfalarının xalq musiqisi əsasında və Balkan yarımadasının qədim sakinlərinin musiqi mədəniyyəti elementlərini əxz etməklə formalaşmışdır. == Kilsə-xor musiqisi == Kilsə-xor musiqisi Bizans ənənələri əsasında yaranmışdır (IX əsr). Bizans kilsə musiqisinin inkişafında mühüm mərhələlərdən biri bolqar İoann Kukuzelin (1376-cı ildən Afondakı Müqəddəs Afanasi monastırının rahibi) adı ilə bağlıdır. Bolqar kilsə ifaçılığı məktəbi özünün yüksək peşəkarlıq səviyyəsini XXI əsrin əvvəlinədək qoruyub saxlamışdır. == Dünyəvi musiqi == Dünyəvi musiqi XIX əsrin son rübündə inkişaf etməyə başlamışdır. İlk dövrlər xarici musiqiçilər (hərbçilər, əsasən də çexlər) başlıca rol oynayırdılar. 1880-cı ildə Sofiyada ilk müstəqil orkestr – Qvardiya orkestri yaradıldı (sonradan kapelmeysteri G. Atanasov olmuşdur). 1890–92-ci illərdə opera truppasının təşkili üçün təşəbbüs göstərildi. Bu dövrdə bir çox xor cəmiyyəti yarandı; xor ifaçılığı ənənəvi və dünyəvi peşəkar musiqi mədəniyyəti arasında əlaqələndirici rol oynamağa başladı.
Bolqarıstan mətbəxi
Bolqarıstan mətbəxi — Bolqarıstan mətbəxi öz yeməkləri ilə məşhurdur. Bolqarıstan mətbəxi Avropada yayılmışdır. Öz milli yeməkləri ilə tanınır. Hər regionunun özünəməxsus yeməkləri vardır. Ölkədə və bütün dünyada çox məşhurdur. Qeyd etmək olar ki, Bolqarıstan mətbəxi regionlara görə fərqlənir, dadların cürbəcürlüyü ilə boldur və dünyanın ən populyar mətbəxlərindən biri kimi sayılır. == Haqqında == Bolqar mətbəxi çox dadlıdır və tipik Bolqar mətbəxinin dadına baxmış, lakin onu sevməyən adam yoxdur. Sirr – bişirərkən istifadə olunan ədviyyatlardadır. Onlar yalnız yeməyi dadlı etmir, həmçinin çox sağlamdırlar və tərkibində çoxlu orqanik minerallar var. Daha çox spesifik dad qatmaq üçün salatlarda, şorba və digər yeməklərdə çoxlu təzə və yaşıl ədviyyatlar istifadə etmək, xüsusilə isti fəsillərdə ənənədir.
Bolqarıstan qızılbaşları
Bolqarıstan qızılbaşları (bolq. български къзълбаши) — Bolqarıstan ərazisində yaşayan qızılbaş icması. Onların çoxu ya könüllü olaraq, ya da XV–XVII əsrlərdə Osmanlı hakimiyyəti tərəfindən Anadoludan deportasiya olunaraq Dobrucaya yerləşiblər. Qızılbaş camaatı Ludoqoriyedə də mövcuddur. Qızılbaşların çoxusu əslində kim olduqlarını gizlədirlər, ölkədə yaşayan türk və ya bolqarlara ortodoks sünni olduqlarını və ya kimin müraciət etdiyinə görə dəyişərək bəktaşi olduqlarını iddia edirlər. 1992-ci il əhalinin siyahıya alınmasına görə Bolqarıstanda 85,773 şiə yaşayırdı. == İstinadlar == == Əlavə ədəbiyyat == AHMED, Şabanali. DALKILIÇ, MEHMET (redaktor). BULGARİSTAN’DA ALEVİLİK (Yablanovo Örneği) (PDF) (türk). İSTANBUL: İSTANBUL ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ TEMEL İSLAM BİLİMLERİ. 2012.
Bolqarıstan səhiyyəsi
Bolqarıstan səhiyyəsi — Bolqarıstan əhalisinin fiziki və psixi sağlamlığına yönələn, inkişaf etdirilən kompleks tədbirlərin cəmi. Buraya tibbi təhsil, xidmət və s. daxildir. == Ümumi məlumat == Bolqarıstanda 288 xəstəxana var (2000; dispanserlər daxil olmaqla). Əhalinin hər 100 min nəfərinə 336 həkim (2002), 629 xəstəxana çarpayısı (2003) düşür. Ölkədə hər 10000 əhaliyə 34 həkim, 39 tibb bacısı və 5 mamaça düşür<. Ölümün əsas səbəbləri ürək-damar xəstəlikləri, bədxassəli yeni törəmələr, travmalar və zəhərlənmələrdir. Bolqarıstanda QİÇS-sə yoluxma çox aşağı səviyyədədir. Baxmayaraq ki, 2005-ci ildə bu xəstəliyə yolxanların sayı artmış və 86 yeni yoluxma hadisəsi qeydə alınmış. Səhiyyəyə qoyulan xərc ÜDM-in 4,7%-i qədərdir (2002).
Bolqarıstan şəhərləri
Bolqarıstan şəhərlərinin siyahısı — Bolqarıstanın tabeliyində olan şəhərlərin siyahısı.
Bolqarıstan əhalisi
31 dekabr 2016-cı il məlumatına görə Bolqarıstan əhalisinin sayı 7 101 859 nəfər təşkil edir. 1 fevral 2011-ci il məlumatına görə ölkə əhalisi 7 364 570 nəfər təşkil etmişdir ki, onunda 51,3 % qadın, 48,7 % isə kimilərdir. Şəhərlərdə ümumi əhalinin 72,5 %, kəndlərdə isə 27,5 % yaşayır. 2001 — 2011-ci illərdə ölkə əhalisinin sayı 564 331 nəfər azalmışdır. İllik azalma tempi 0,7 %-dir. Ölkə əhalinin 19,6 % ali təhsilə sahibdir. 43,4 % — orta, 23,1 % — baza, 7,8 % — ibdidai, 4,8 % — ibtidai təskili bitirməyənlər və 1,2 % məktəbə getməyənlər. Şəhərlərdə evlərin 54,1 %, kəndlərdə isə 18,1 % əhali personal kompüterlərə sahibdir. Buna müvafiq olaraq 51,4 % və 16,4 % əhali internetlə təmin edilmişdir. 2011-ci ildə ölkə əhalisinin 6 933 748 nəfəri seçki hüququna malik idi.
Böyük Bolqarıstan
Böyük Bulqar xanlığı (orta əsrlər yunan dili: Παλαιά Μεγάλη Βουλγαρία, Palaiá Megálē Voulgaría) — VII əsrdə Avropada, indiki Ukraynanın cənubunda və Rusiyanın cənub-qərbində mövcud olan bir dövlət. Bulqar sözünün mənası "qarışmaq" deməkdir. Böyük Bulqar dövlətinin qurucusu Qurd (Qubrad) xaqan hesab olunur. 665-ci ildə Qurd xaqanın ölümündən sonra Böyük Bulqar dövləti zəiflədi və xəzərlərin hücumu nəticəsində iki hissəyə parçalandı. Dunay Bulqar dövləti və Volqa Bulqar dövləti yarandı. == Tarixi == 630–635-ci illər arasında Xan Kubrat Bolqarları Türk xaqanlığının(588–639) tabeliyindən xilas etdi, Onogur Bulqarlarını Kutrigur və Utiqur qəbilələri ilə vahid bir qayda altında birləşdirməyi bacardı və güclü bir konfederasiya yaratdı, Qərbi Avropada orta əsr müəllifləri tərəfindən Köhnə Böyük Bolqarıstan(630–665) adlandırıldı. Ancaq qurulan dövlət uzun ömürlü olmadı. Kubrat xanın 665-ci ildə ölümündən sonra oğlanları Batbayan,Asparux və Altsek arasında hakimiyyət uğrunda çəkişmə başladı və xaqanlıq iki yerə parçalandı. == Asparux xan == Bulqar-Türk dövlətinin qurucusu Asparux (643–701) xan idi. O, 679-cu ildə Bizansı məğlub edərək cənub-şərqi Avropada müstəqil Bulqar-Türk dövlətini qurdu.
Varna (Bolqarıstan)
Varna (bolq. Варна) — Bolqarıstanın Qara dəniz sahilinin ən böyük şəhəri və dənizkənarı kurortu və bu ölkənin üçüncü böyük şəhəri. Varna vilayətinin və bələdiyyəsinin inzibati mərkəzi.Balkanlarda İstanbul, Afina, Buxarest, Belqrad, Sofiya, Saloniki, Zaqreb, Skopye, Tirana və Plovdivdən sonra 11-ci ən böyük şəhərdir.
III Pyotr (Bolqarıstan çarı)
Konstantin Bodin (XI əsr – 1108) — Duklya və Dalmaçiya kralı və III Pyotr adı ilə Bolqarıstan çarı. == Həyatı == Duklya kralı I Mixailin oğlu olub, Voyislavyeviç sülaləsindən idi. Anadan olduğu tarix bilinmir. === Bolqarıstan çarı kimi === 1072-ci ildə Skopye ekzarxı Georgi Voytex tərəfindən növbəti üsyan başlamışdı. Üsyançılar I Mixailə oğullarından birini onlara liderlik etməsi üçün göndərməyini xahiş etmişdilər. Bodin I Samuilin nəticəsi idi. 1072-ci ildə Bodin III Pyotr adı ilə çar elan olunmuşdu. Lakin elə həmin il üsyan dağıdıldı və Bodin həbs olunaraq Antakiyaya göndərildi. === Duklya kralı kimi === Bodin 6 il sonra Venesiyalı tacirlər tərəfindən ölkəsinə geri gətirildi. və 1081-ci ildə kral elan olundu.
II Pyotr (Bolqarıstan çarı)
II Pyotr (təq. 1001, güm. Macarıstan krallığı – güm. 1041, güm. Konstantinopol, Bizans imperiyası) — Bulqar əyanlarının 1040-cı ildə Bizansa qarşı başladığı üsyanın lideri, Qavril Radomirin oğlu olduğunu iddia etmişdir. == Üsyan == 1040-cı ildə Bizansdan narazı olan əyanların başladığı üsyan tezliklə genişlənmiş, üsyançılar Belqrad şəhərini tezliklə ələ keçirmişdi. Pyotr burada çar elan edildi və tacqoyma mərasimi keçirildi. Pyotr imperatora birbaşa hücum etsə də Saloniki tərəfdə məğlub oldu və geri çəkildi. Şimali Yunanıstan, Makedoniya və Albaniyanı idarə edirdi. Daha sonra İvan Vladislavın oğlu Alusiandan kömək alan Pyotr, sonuncunun xəyanətinə məruz qaldı.
I Pyotr (Bolqarıstan çarı)
Pyotr (bolq. Петър I; 910-cu illər, Preslav – təq. 30 yanvar 970 və ya 969, Konstantinopol) — Birinci Bulqar dövlətinin imperatoru, I Simeonun ikinci oğlu idi. == Hakimiyyəti == Pyotr 27 may 927-ci ildə taxta çıxıb. Elə həmin il də Bizansa hücuma başlamışdı. İmperator I Roman sülhə gedərək nəvəsi Mariya ilə Pyotrun evlənməsinə nail olmuşdu. Mariyanın adı bu vaxt "sülh" mənasına gələn İrene ilə dəyişdirildi. İmperator çara vergi verməyə davam etdi. === Üsyanlar === Pyotr hakimiyyətə gələn kimi qardaşı Mixail ilə hesablaşmalı oldu. Lakin Mixail tezliklə vəfat etdi.
Monastır məktəbi (Bolqarıstan)
Monastır məktəbi (bolq. килийно училище) — Osmanlı hakimiyyəti dövründə Bolqarıstan ərazisində geniş yayılmış dini yönümlü ibtidai məktəb növü. XV-XVIII əsrlərdə bütün Bolqar məktəbləri monastır tipli idilər. İlk illərdə kilsələr və monastırlarda yaransalar da, sonradan özəl monastır məktəbləri peydə olmağa başladı. Məktəblərdə şagirdləri orta əsr bolqar ədəbi ənənəsinə əsaslanaraq maarifləndirirdilər. Monastır məktəblərinin müəllimləri daha çox rahiblər və keşişlər olurdu, az hallarda isə savadlı sənətkarlar və ya tacirlər idi. Müəllim hər tələbə ilə fərdi şəkildə məşğul olurdu. Dərslər yunan, kilsə slavyan və ya hər iki dildə keçirilirdi. Təhsil prosesinin məqsədi şagirdlərə oxumaq, yazmaq, kilsə nəğmələri və saymağı öyrətmək idi. Bəzən dərslər müəyyən sənətkarlıq sənətinin öyrədilməsi ilə eyni anda aparılırdı.
Müqəddəs Kiril və Mefodiy adına Bolqarıstan Milli Kitabxanası
Müqəddəs Kiril və Mefodiy adına Bolqarıstan Milli Kitabxanası – 4 aprel 1878-ci ildə yaradılmışdır. Kitabxananın fondunda IX-XIX əsrlərə aid slavyan, yunan, şərq və digər xarici arxivlər, əsərlər, həmçinin 1,5 mln. bolqar tarixi sənədləri və s. mühafizə edilir. Yaradılmasından 3 il sonra kitabxana milli status almışdır. 1924-cü ildə kitabxana Bolqar Milli İntibah Arxivi ilə birləşdirilmişdir.
Qızılgül vadisi (Bolqarıstan)
Qızılgül vadisi — Bolqarıstanın Stara-Planina dağlarından cənubda və Sredna-Qora massivindən şimalda yerləşən bölgə. Qızılgül vadisi daxilində Kazanlıq şəhəri yerləşir. Vadinin adı XIX əsrin ortalarında bölgədə inkişaf etmiş ənənəvi qızılgül yağı istehsalı ilə bağlıdır. Vadi iki çay vadisinin birləşməsi nəticəsində formalaşıb. Stryama və Tunca çayları qərbdə Karlov, şərqdə isə Kazanlıq vadilərini əmələ gətirir. Bölgənin şərq hissəsinin sahəsi 1895 км2 -dir və 350 metr dəniz səviyyəsindən yüksəklikdə yerləşir. Ərazinin uzunluğu 95 km, eni isə 10–12 km-dir. Kazanlıq şəhəri məhz şərq hissədə yerləşir. Qərb hissəsi isə 1387 км2 sahəyə, 55 km uzunluğa və 16 km enə maikdir. Bu bölgədə Karlova və Kalofer şəhərləri yerləşir..
Roman (Bolqarıstan çarı)
Roman (bolq. Роман) — Bulqar çarı. Hakimiyyəti nisbətən uzun çəksə də müstəqil olmamış, xədim olduğu üçün övladları da olmamışdır. 991-ci ildən Bizans əsirliyində olan Roman 997-ci ildə vəfat etdi. Bununla da Kubratdan bəri davam edən Dunay bulqarları sülaləsinin nəsli kəsildi. Yerinə Samuil keçdi.
Samuil (Bolqarıstan çarı)
Samuil — Kometopuli sülaləsindən ilk bolqar imperatoru. 977-997ci illər arasında Çar Romanın sərkərdəsi və sağ qolu olmuşdur.Bolqarıstanın müstəqilliyini Bizansa qarşı qorumağa çalışmışdır. Samuil qraf Komita Nikolanın 4 oğlundan ən kiçiyi olaraq dünyaya gəlmişdi. II Borisin Bizans tərəfindən əsir alındığı dövrdə Kometopuli qardaşları dövləti onun adı ilə idarə edirdilər. 970-ci ildə atalarının ölümündən sonra üsyan edən qardaşlar 1 il sonra artıq əsl hakimiyyətə sahib idilər. Samuelin payına isə ölkənin şimal-qərbi olan Vidin bölgəsi düşmüşdü. O ölkənin qədim paytaxtı Preslavı da azad edə bilmişdi. 976-cı ildə Bizansla müharibəyə başlayan qardaşlar torpaqların bir çox hissəsini azad etməyi bacardılar. Bizans sərkərdəsi Krıma çəkilməyə məcbur oldu. Eyni zamanda şimala hücum edən qardaşlar Bizans hakimiyyətinə tabe olan və müstəqillik əleyhdarı bütün feodalları edam etdilər, Dunayın şimalına doğru dayanmadar irəlilədilər.
Bolqarıstan Futbol İttifaqı
Bolqarıstan Futbol İttifaqı (bolq. Български футболен съюз) — Bolqarıstan futbolunun əsas idarəedici orqanı. Mərkəzi ofisi Sofiya şəhərində yerləşir. == Tarix == Bolqarıstan futbolunu idarə etmək üçun ilk təşkilat 1923-cü ildə Bolqarıstan Milli İdman Federasiyasının tərkibində futbol departamenti kimi yaradılmışdır. 1944-cü ildə Bolqarıstanda sosialist rejim yaradıldıqdan sonra ölkədə futbolu idarə edəcək orqan Mərkəzi Futbol Komitəsi adlanmağa başlayır. 1948-ci ildən 1962-ci ilə qədər təşkilat Respublika Futbol Bölməsi adlanır. 1962–1985-ci illərdə isə təşkilat Bolqarıstan Futbol Federasiyası adlandırılır. 27 iyun 1985-ci ildə təşkilatın adı dəyişdirilərək, indiki adı ilə, Bolqarıstan Futbol İttifaqı adlandırılır. == Fəaliyyəti == Bolqarıstanda futbol klublarının birliyidir, Bolqarıstan Futbol İttifaqına 44 peşəkar və 490 həvəskar klub daxildir. Birlik ölkədə futbolun inkişafına rəhbərlik edir, rəsmi yarışlar keçirir, futbol klublarının maraqlarını müdafiə edir, Bolqarıstan futbolunu beynəlxalq səviyyədə təmsil edir.
Bolqarıstanda insan hüquqları
Bolqarıstanda insan hüquqları — Bolqarıstan 2007-ci ildə Avropa İttifaqına daxil olsa da, dövlətin insan hüquqları normalarına uyğunluğu mükəmməl deyil: birincisi, ölkənin mediası ümumilikdə obyektiv və müstəqil hesab edilsə də, Bolqarıstanda onları dövlətin müdaxiləsindən qoruyan qanunlar yoxdur. İkinci əsas problem həbsxanaların həddindən artıq sıxlığıdır. Bəzən polis əməkdaşları məhbusa qarşı zorakılıq etməkdə, qanunsuz istintaq üsullarından istifadə etməkdə ittiham olunurlar. Ölkə konstitusiyası dini etiqad azadlığına zəmanət verir, baxmayaraq ki, yerli hakimiyyət orqanları bəzi dini qruplar üçün xüsusi qeydiyyat tələblərini tətbiq etməyə cəhdlər edir. Məhkəmələrin gecikdirilməsi və məhkəmə sisteminin səmərəsizliyi bəzi hallarda konstitusiya hüquqlarının müdafiəsini problemli edir. Avropa İnsan Hüquqları Məhkəməsi tez-tez hesab edir ki, Bolqarıstan Avropa İnsan Hüquqları Konvensiyasını pozur. 2015-ci ildə Məhkəmə Bolqarıstanın ədliyyə sisteminin sistemli probleminə həsr olunmuş xüsusi press-reliz dərc edir. Burada vurğulanır ki, "Bolqarıstana qarşı 45-dən çox qərarda…hakimiyyət orqanları effektiv araşdırma aparmaq öhdəliyinə əməl etməyib". == Qaraçı azlığı == Bolqarıstan polisi tərəfindən ölkədə qaraçıların nümayəndələrinə qarşı çoxlu pis rəftar halları var. Ölkədə Bolqarıstan cəmiyyətində qaraçılara qarşı geniş yayılmış ayrı-seçkilik təcrübəsi mövcuddur və hazırda Bolqarıstan hökuməti qaraçılara qarşı ayrı-seçkiliyə qarşı heç bir qanun qəbul etməyib.
Bolqarıstanda islam
Bolqarıstanda islam — Müasir Bolqarıstan Respublikası ərazisində İslam ikinci ən böyük və ən vacib dindir. XIV əsrdən 19-cu əsrin ortalarına qədər, hətta Osmanlı İmperiyasının hakimiyyətinin zirvəsi dövründə də slavyan əhalisinin əksəriyyətinin pravoslavlığa sadiq qalmasına baxmayaraq, İslam ölkənin həyatında və mədəniyyətində aparıcı yer tuturdu. Yerli bolqarların, yunanların və qaraçıların əhəmiyyətli bir hissəsi müxtəlif səbəblərdən islamı qəbul etmişdilər. == Bolqarlaşma == XVIII əsrin sonlarından başlayaraq müsəlmanların kütləvi köçü başladı. Etnik bolqarların doğum nisbətinin kəskin azalması şəraitində 1950-ci illərdən etibarən ölkədə yenidən müsəlmanların sayının artması tendensiyası müşahidə olundu. Lakin 1989-cu ildə "Dirçəliş Prosesi" adlanan bolqarlaşdırma kampaniyası ilə bunun qarşısı alındı ​​və bu müddətdə xeyli sayda müsəlman yenidən ölkəni tərk etdi. Ölkənin cənub-şərqində isə müsəlmanların əksəriyyəti qalmaqdadır. Ölkənin paytaxtı — Sofiya şəhərində müsəlmanların sayı indi azdır, lakin 1 Banya Başi məscidi var. Əyalət şəhərlərində daha çox məscid var. == Sayı və etnik tərkibi == 2001-ci il siyahıyaalınmasına əsasən, ölkədə 966.978 müsəlman yaşayırdı.
Bolqarıstan–Yaponiya münasibətləri
Bolqarıstan–Yaponiya münasibətləri (bolq. Отношения между България и Япония; yap. 日本とブルガリアの関係) – Bolqarıstan ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarix == 1877–1878-ci illərdə baş vermiş Rusiya-Osmanlı müharibəsi zamanı Yaponiya hökuməti Bolqarıstan ərazisindəki döyüşləri müşahidə etmək üçün Seyqo Yamazavanı Rusiyaya göndərmişdir. Sadəcə müşahidə etmək üçün göndərilsə də, Bolqarıstanın Plevna şəhərinin mühasirəsində iştirak etmiş və Osmanlı əsgərlərinə qarşı döyüşmüşdür. 1878-ci ildə elan olunmuş Bolqarıstan knyazlığı ilə Yaponiya arasındakı ilk yazılı əlaqə 1879-cu ilə aiddir. Aleksandr Battenberq İmperator Meyciyə məktub göndərərək knyaz olması barədə onu məlumatlandırmışdır. 1908-ci ildə qurulmuş Bolqarıstan krallığı ilə Yaponiya arasında ilk əlaqələr isə 1909-cu ilə aiddir. Yaponiya şahzadəsi Kuni Kuniyoşi 1909-cu ilin martında Bolqarıstanda olmuş və Bolqarıstanın I dərəcəli "Müqəddəs Aleksandr" ordeni ilə təltif olunmuşdur. Yaponiya hökuməti Bolqarıstanın müstəqilliyini 1909-cu ildə tanımışdır.
İkinci Dünya müharibəsində Bolqarıstanın bombalanması
İkinci Dünya müharibəsində Bolqarıstanın bombalanması — İkinci Dünya müharibəsi zamanı Qərb Müttəfiqlərinə məxsus hərbi təyyarələr tərəfindən Bolqarıstan ərazisindəki şəhər və obyektlərə endirilmiş bir sıra hava hücumları. Bolqarıstan ərazisinə ilk aviazərbələr nasistlərin Yuqoslaviyaya hücumu başladıqdan sonra, 6 aprel 1941-ci ildə Yuqoslaviyanın 3-cü bombardmançı alayının 64-cü qrupundan olan dörd "Do.17Kb-1" bombardmançı təyyarəsi tərəfindən Köstəndildə həyata keçirilmişdir. Başqa bir Yuqoslaviya təyyarəsi saat 15:00 radələrində Sofiyanın qərb kənarına bombalar atmış, lakin onlar partlamamışdır. 1941-ci il aprelin 6-dan 7-nə keçən gecə Yunanıstandan uçan Britaniyanın altı "Vellinqton" bombardmançı təyyarəsi Sofiya üzərinə bombalar atmışdır. Atılan bombalar dəmiryol vağzalı yaxınlığına və yaşayış məntəqələrinə düşmüşdür. Hava hücumları müharibə elan edilmədən həyata keçirilmişdir. Yuqoslaviya və Yunanıstanda baş tutan döyüşlər Birləşmiş Krallıq, Yuqoslaviya və Yunanıstan üçün uğursuz inkişaf etdiyi üçün bombardmanların davamı gətirilməmişdir. 14–24 yanvar 1943-cü il tarixlərində Kasablankada keçirilən konfransda ABŞ Prezidenti Franklin Ruzvelt və Britaniyanın Baş naziri Vinston Çörçill Bolqarıstanı strateji bombardmana başlamaq qərarına gəlmişdilər. 1 avqust 1943-cü ildə ABŞ bombardmançı komandanlığı Rumıniyada yerləşən neft yataqlarına və neft emalı zavodlarına zərbələr endirmək məqsədi daşıyan "Qabarma dalğası" əməliyyatına başlamışdır. Bombardmançı təyyarələr Bolqarıstanın hava məkanından keçmişdir.
Bolqarıstan Respublikasının Qəhrəmanı
Bolqarıstan Xalq Respublikasının Qəhrəmanı (bolq. Герой на Народна република България) — Bolqarıstan Respublikasının mükafat sistemində ən yüksək fəxri addır. == Tarixi == VI Böyük Millət Məclisi Rəyasət Heyətinin 15 iyun 1948-ci il tarixli fərmanı ilə təsis edilmişdir. Bolqarıstan Xalq Respublikasının müdafiəsində göstərdiyi şücaət və xidmətlərə görə Bolqarıstan və xarici vətəndaşlara həmçinin və onun müttəfiqləri verilir. == Təsviri == Fəxri ad nişanı 34 mm diametrli stilizə edilmiş beşguşəli ulduz formasına malikdir. Arxa tərəfdə 3 sətirdə aşağıdakı kimi "Hero Of NR Bulgaria" yazılmışdır.
Bolqarıstan–Hindistan münasibətləri
Bolqarıstan–Hindistan münasibətləri — Bolqarıstan Respublikası ilə Hindistan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Bolqarıstanın Yeni Dehlidə səfirliyi və Heydərabad, Kolkata və Mumbayda fəxri konsulluqları var. Səfirlik Banqladeş, Nepal, Şri-Lanka, Maldiv adaları və Butanda birgə akkreditə olunmuşdur. Bu həmçinin, Cənubi Asiya Regional Əməkdaşlıq Assosiasiyasına (SAARC) nəzarət edir. Hindistanın Sofiyada səfirliyi var, o da Makedoniyada birgə akkreditə olunmuşdur. 1954-cü ilin ortalarında Moskvada Bolqarıstan və Hindistan arasında ilkin danışıqlar aparılmış və 1954-cü ilin dekabrında diplomatik əlaqələr qurulmuşdur. Bolqarıstan 1955-ci ilin aprelində Yeni Dehlidə diplomatik nümayəndəlik açmışdır. 1961-ci ilin martında missiya yenidən səfirliyə çevrilmişdir. Hindistanın Bolqarıstandakı diplomatik nümayəndələri 1955-ci ilin iyulundan 1970-ci ilin aprelinə qədər Belqrad və Buxarestdə yaşamışdılar. Hindistan 1970-ci ilin mayında Sofiyada səfirliyini açmışdır.
Bolqarıstan–Kipr münasibətləri
Bolqarıstan–Kipr münasibətləri — Bolqarıstan Respublikası ilə Kipr Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Bolqarıstan 1960-cı ildə Kiprin müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuşdur və 2010-cu ildə iki ölkə arasında diplomatik münasibətlərin 50 illik yubileyi qeyd edilmişdir. Bu əlaqələr həm beynəlxalq aləmdə, həm də ticarət və strateji məsələlərdə müsbət inkişaf etmişdir. Bolqarıstanın Nikosiya şəhərində səfirliyi və Limassolda baş konsulluğu var. Kiprin Sofiyada səfirliyi və Burqasda filialı var. Hər iki ölkə Avropa Şurasının və Avropa İttifaqının tamhüquqlu üzvləridir. Bolqarıstan 2007-ci ildə Aİ-yə üzv olmuşdur. Kipr 2004-cü ildə Aİ-yə üzv olmuşdur. == Tarixi == İki ölkə arasındakı əlaqələr iki yüz il əvvələ, Osmanlılara qarşı vuruşan bolqar üsyançılarının tutularaq Nikosiyaya gətirildiyi vaxta gedib çıxır. Onlar həbsdə olduqları müddətdə yerli yunanlarla möhkəm dostluq əlaqələri qurmuşdular, bir əsir hətta 1800-cü illərdə Nikosiya həyatı haqqında məlumatlandırıcı gündəlik yazmışdır.
Bolqarıstan–Kürdüstan Regionu münasibətləri
Bolqarıstan–Kürdüstan Regionu münasibətləri — Bolqarıstan Respublikası ilə Kürdüstan Regionu arasındakı mövcud ikitərəfli əlaqələr. Bolqarıstan 2014-cü ildən Ərbildə yerləşən ticarət ofisi vasitəsilə Kürdüstan Regionunda təmsil olunur, Kürdüstan Regionunun isə Bolqarıstanda nümayəndəliyi yoxdur. 2012-ci ildə Kürdüstan Prezidenti Məsud Bərzani Bolqarıstana rəsmi səfər etmiş, Bolqarıstan Prezidenti Rosen Plevneliyev və Baş naziri Boyko Borisov ilə görüşmüşdür. 2017-ci ilin may ayında prezident Bərzani Bolqarıstanda rəsmi səfərdə olan prezident Boyko Borisov ilə görüşmüşdür. == Erkən əlaqələr == 1959-cu ildə Bolqarıstan və İraq iraqlı tələbələrin Bolqarıstanda təhsil almasına icazə verən mədəni müqavilə imzalamışdılar. Orada 190 İraq kürdü təhsil alırdı. 1960-cı illərin əvvəllərində Bolqarıstan hökuməti kürdlərin hüquqlarını dəstəklədiyini bəyan etmişdir. Bu, kürdlərin mövcud olmaq, öz milli mədəniyyətlərini tətbiq etmək və inkişaf etdirmək hüququna malik olduğunu nəzərdə tuturdu. Kürd lideri Mustafa Bərzani 1960-cı ildə Bolqarıstana səfər etmişdir. Bolqarıstan İraq hökuməti ilə İraqın daha geniş kürd əhalisi arasında əlaqələrin yaxşılaşdırılmasına dəstəyini ifadə etmişdir.