Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Breq çayı
Breq (alm. Breg‎) — Almaniya ərazisindən axan çay. Dunay çayının ən uzun qolu olaraq sol hissədən ona tökülür. Mənsəbinin hündürlüyü 1078 metr yüksəklikdən başlayır. Şvarsvald ərazisindən başlanğıcını götürür. Donauşinqen şəhəri yaxınlığında Briqax çayı ilə birləşir. == Etimalogiya == Breq — slaviyan mənşəli söz olub sahil deməkdir.
Areq
Pirmələk (Areq, Tatul) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5 km qərbdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim dini məna ifadə edən pir sözü ilə Mələk şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3. I. 1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Areq qoyulmuşdur. Hal-hazırda kəndin adı Tatul adlanır.
Brez
Brez (fr. Braize) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Seriyi kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03037. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 286 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 183 nəfər (15-64 yaş) arasında 124 nəfər iqtisadi fəal, 59 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,8%, 1999-cu ildə 72.3%). Aktiv olan 124 nəfərdən 111 nəfər (62 kişi və 49 qadın) işləyir, 13 nəfər işsizdir (7 kişi və 6 qadın). 59 hərəkətsiz 9 nəfər arasında şagird və ya tələbə, 22 nəfər təqaüdçü, 28 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Briq
Briq (ing. brig) — ikidorlu yelkənli gəmi. Fok, qrot dorlarda düzbucaqlı və yalnız bir çarpaz yelkənlərə malikdir. Briq gəmilərində bizan dorağacı və ona müvafiq yelkənlər olmur.
Req
Req (rus. рег, ing. reg) — Əlcazair Saxarasında düzənlik daşlı səhranın ərəbcə adı. Bu tip səhraların daş /çaqıl/ örtüyü qumlu-çaqıllı allüvinin və ya konqlomerat laylı qum-daşlarının və konqlomeratların aşınmış materiallarının sovrulması sayəsində yaranmışdır. Bəzi müəlliflər R. Liviya səhrasındakı "serir" termininin sinonimi hesab edirlər.
Alban Berq
Alban Berq (alm. Alban Maria Johannes Berg‎, 9 fevral 1885[…], Vyana – 24 dekabr 1935[…], Vyana)—XX əsrin II Vyana məktəbi üzvlərindən biri, avstriyalı bəstəkar və pianoçu == Həyatı == Alban Berq 9 fevral 1885-ci ildə Vyanada tacir ailəsində anadan olmuşdur. Valideynlərinin musiqiyə olan marağı kiçik yaşlarından Alban Berqə təsir göstərmiş, 15 yaşına çatdıqda artıq bir çox mahnı və duet bəstələmişdi. Onun ilk bəstələri əsasən klassik janrda idi. 1904-cü ildə radikal bəstəkar Şönberqlə tanışlığı Berqin həyatında dönüm nöqtəsi hesab edilir. Onlar arasında ilk əvvəl müəllim-tələbə, daha sonra isə dostluq münasibətləri yaranmışdı. Bəstəkar 1911-ci ildə Helen adlı bir qadınla ailə həyatı qurmuşdur. == Fəaliyyəti == 1908-ci ildə Op. 1 Piano Sonatısını, 1910-cu ildə Op 2 Mahnılar və eyni il Op. 3 simli Dördlü əsərlərini bəstələyən bəstəkar son əsərini həyat yoldaşına həsr etmişdir.
Berq boğazı
Berq boğazı — Aral dənizindəki keçmiş boğaz, Şimali Aral dənizi (Kiçik Aral) və Cənubi Aral dənizi ilə (Böyük Aral) birləşdirir. Əvvəllər Kokaral adasının şərq tərəfini qurudan ayırırdı. Boğazın ərazisində Sırdərya çayı Şimali Arala tökülür. Qazaxıstanın Qızılorda vilayətinin Aral rayonu ərazisində yerləşir. Aral dənizinin öyrənilməsində böyük töhfə verən hidroloq Lev Berqin adını daşıyır. == Tarix == Aral dənizinin səviyyəsində azalma başlamazdan əvvəl eni 45 km-ə qədər və orta dərinliyi 13 m təşkil edirdi. 1968-1969-cu illərdə Auzı-Kokaral boğazının yoxa çıxmasından sonra Kiçik Aral dənizi ilə Böyük Aral dənizini birləşdirən yeganə boğaz olur. 1970-80-ci illərdə kəskin şəkildə dayazlaşır. Boğaz Aralsk və Muynak limanları arasında gəmiçilik üçün əhəmiyyətli olduğundan, gəmilərin keçməsini təmin etmək üçün 1981-dən 1990-a qədər dərinləşdirmə işləri aparılmışdır. Ancaq suyun səviyyəsindəki eniş davam edir.
Berq hersoqluğu
Berq hersoqluğu — Almaniyanın indiki Reyn vilayətində yerləşən tarixi dövlət idi - əvvəlcə bir qraflıq, daha sonra hersoqluq olmuşdu. Paytaxtı Düsseldorf idi. 12-ci əsrin əvvəllərindən 19-cu əsrə qədər müstəqil bir siyasi qurum kimi mövcud olmuşdur.
Berq çömçəxulu
Berq çömçəxulu (lat. Benthophilus leobergius) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. Xəzər dənizinin endenik canılısdır. Xəzər dənizinin bütün hövzəsi boyunca yayılmışdır. Bircə dənizin daxili Volqa çayının aşağı axarları istisnadır. Səfidrud çayı və Oğurca adası ətrafında müşahidə edilirlər. Uzunluqları 10 sm çatır.
Bred Delson
Bred Delson (1 dekabr 1977) — Linkin Parkın gitaraçısı. 1996-ci ildə qrubu yaradanlardan biri olmuşdur. = Həyatı = Bred Agura orta məktəbində qrubun digər üzvü Mayk Şinoda ilə eyni məktəbdə oxumuşdur. Onların keçmişdən arzuları biryerdə qrup yaratmaq idi. Məktəbi bitirdikdən sonra 1994-də Rob Bourdon ilə tanışdılar və qruba zərb aləti çala bilən biri əlavə olundu. 1995-də Bred, Mayk, və Rob "Xero" adlı bir qrub yaratmağı müzakirə etdilər və 1996-da bu qrup yarandı. Sonralar qrupun adı Linkin Park olaraq dəyişir və Brad Linkin Parkın gitara çalanı olur.
Bred Fitspatrik
5 fevral 1980-ci ildə amerikalı proqramçı, “Livejournal.com” – pulsuz şəbəkə gündəlikləri saytının müəllifi Bred Fitspatrik (Brad Fitzpatrick) anadan olmuşdur. Hal-hazırda o, “Google” şirkətində proqram təminatının yaradılması üzrə mütəxəssis vəzifəsində çalışır. Brend Fitspatrik Ayova ştatında anadan olan Fitzpatrick Oreqon ştatının Beaverton şəhərində böyüyüb və Sietldəki Vaşinqton Universitetində kompüter elmləri üzrə ixtisaslaşıb . O, ilk şirkəti FreeVote.com-u orta məktəbdə olarkən qurdu.. == Həmçinin bax == Şəxsi veb saytı == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı x faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Bred Pitt
Bred Pitt (Uilyam Bredli Pitt, 18 dekabr 1963[…], Şauni[d], Oklahoma) – məşhur ABŞ kinoaktyoru, prodüseri, film səsləndiricisi. 1995-ci ildə "12 Meymun" kinofilmindəki 2-ci planda canlandırdığı obraza görə Qızıl qlobus mükafatına, "12 İllik əsarət" filminə görə 2014-cü ilin ən yaxşı prodüseri Oskar Mükafatına və 2020-ci ildə Bir vaxtlar Hollivudda filmindəki ən yaxşı 2-ci plan kişi roluna görə Oskar mükafatına layiq görülmüşdür. Həyat yoldaşları – Ancelina Coli (2014–2016); Cennifer Eniston (2000–2005). Üçü bioloji olmaqla altı uşaq atasıdır. == Həyatı == Pitt 1963-cü ilin Dekabrın 18-də Oklahoma ştatının Şauni şəhərində anadan olub. Atası Ulliam Pitt yükdaşıma şirkətinin birində menecer, anası isə məktəbdə müəllimə vəzifəsində çalışıb. Bred anadan olduqdan bir müddət sonra Pitt ailəsi Missuri ştatının Sprinqfild şəhərinə köçür və o burada özündən yaşca kiçik olan qardaşı və bacısı ilə birlikdə böyüyür. Məktəbdə Bred bir neçə idman növü ilə məşğul olur. Bir neçə intellektual klubların aktiv üzvünə çevrilir. Məktəbi bitirdikdən sonra təhsilini 1982-ci ildə qəbul olduğu Missuri Universitetinin jurnalistika fakültəsində davam etdirir, lakin universitetdən məzun olmağa az müddət qalmış Bred öz gələciyini jurnalistika sahəsində görməyərək,Hollivud ulduzu olmaq kimi bayağı bir istəklə filmlərin vətəninə-Los Angeles şəhərinə üz tutur.
Brem Koen
Brem Koen (ing. Bram Cohen; 12 oktyabr 1975, Nyu-York, Nyu-York ştatı) — İnternet dünyasının məşhur şəxslərindən biri, "BitTorrent" protokolunun yaradıcısı, istedadlı proqramçı. == Həyatı == Brem Koen 12 oktyabr 1975-ci ildə ABŞ-də anadan olmuşdur. Onda proqramlaşdırma istedadı kiçik yaşlarından özünü büruzə verir. Belə ki, Brem hələ beş yaşı olarkən ilk dəfə Basic proqramlaşdırma dili ilə tanış olur. Gələcək proqramçı Nyu-Yorkda "Stuyvesant High School"da oxuyur, orada ən istedadlı tələbələrdən biri olur. Brem America Mathematical Olympiad (USAMO) kimi tematik olimpiadalarda iştirak edir, uğur qazanır və mütəxəssislərin diqqət cəlb edir. Onun öyrənmək qabiliyyəti və yüksək intellekti ətrafındakılar heyrətləndirirdi. 1993-cü ildə "Brem Koen Stuyvesant"ı bitirir və Buffalo Universitetinə daxil olur. Daha sonra Brem təhsili tərk edir və işə başlayır.
Brem Stoker
Abraham "Brem" Stoker (ing. Abraham «Bram» Stoker, 8 noyabr 1847[…] – 20 aprel 1912[…]) — İrlandiyanın yazıçılarından biridir. Brem Stokerin yaradıcılığında Drakula əsəri mühüm yer tutur. == Həyatı == Əsl adı Abraham olan İrlandiya yazıçısı Brem Stoker 1847-ci ildə Dublində anadan olmuşdur. Uşaqlıq illərində heç bir həkimin müəyyənləşdirə bilmədiyi müəmmalı bir səbəbdən yatalaq xəstəliyinə düçar olmuş, səkkiz yaşına çatdıqda isə, qəfildən ayağa qalxaraq yerimiş, bununla da möcüzəvi şəkildə xəstəliyin pəncəsindən xilas olmuşdur. Həyatının sonrakı illərində Dublin Triniti kollecinin ən çox mükafat alan idmançısı belə olmuşdur. Atası, teatra böyük marağı olan orta səviyyəli bir dövlət məmuru idi. Təsadüfi deyil ki, Stoker təhsilini bitirdikdən sonra, daha dəqiq desək, 1890-cı illərdə dövlət məmuru olmuşdur. Stoker təxminən bu illərdə, sonralar ona böyük şöhrət və məşhurluq qazandıracaq "Dracula" romanını yazmağa başlamışdır. O, təqribən 10 ilə yaxın dövlət məmuru kimi işlədiyi müddət ərzində atasının marağına uyğun şəkildə heç bir haqq tələb etmədən təmənnasız olaraq teatrla bağlı tənqidi əsərlər yazmışdır.
Bret Klar
Bret Klar (27 oktyabr 1972) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Bret Klar Avstraliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub.
Brey adası
Brey adası (ing. Bray Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012). == Coğrafiya == Adanın sahəsi 689 km²-dir. Sahil xəttinin uzunluğu 166 km-dir. Nisbətən kiçik olan Brey adası Foxs körfəzinin şimal hissəsində yerləşir. Onu Baffin Torpağı adasının cənub sahilindən yalnız 10 kilometrlik ensiz boğaz ayırır. Bu nəhəng adanın Berd yarımadası və Brey adası kiçik İkpik buxtasını təşkil edir. Kox adası Brey adasının şimal-qərbində və Rouli adasının cənub-qərbində yerləşir. Brey adasının uzunluğu 36 km (şimaldan cənuba) və eni 26 km-dir.
Brzeq qəsri
Brzeq qəsri ― Polşanın Brzeq şəhərində qəsr. Hal-hazırda muzey olaraq fəaliyyət göstərən tikili Piast sülaləsinin mavzoleyini də ehtiva edir. == Coğrafiya == Brzeq qəsri Polşanın cənub-qərbindəki Aşağı Sileziya voyvodalığı ilə Opol Voyvodeşip vilayətlərinin sərhədindəki Odra çayının qərbindəki uçurumda yerləşir. Qəsr Namısluv və Stşelin şəhərləri arasındakı milli yolun yaxınlığında yerləşir. == Tarix == Qəsrin mövcudluğuna dair ilk məlumatda Sileziya qrafı I Henrinin dövründə, 1235-ci ildə inşa edilmiş, xəndək və möhkəm divarları olan kiçik bir qala təsvir edilmişdir. Qalaya bitişik olaraq "Aslan qalası" kimi tanınan kvadrat qüllə tikilmişdi. Brzeq hersoqluğunu idarə edən Piast ailəsi, 1311-ci ildən 1675-ci ilə qədər qəsrdə yaşamışdır. 1342-ci ildə qəsr knyazlığın paytaxt iqamətgahına çevriildikdən sonra dəfələrlə təmir edildi. 1370-ci ildə Şahzadə I Lyudovik qəsri genişləndirdi və Piast sülaləsinin mavzoleyini əhatə edən ibadətgah inşa etdi. 1544-cü ildə II Fridrix Leqnitskinin dövründə başlayan təmir işləri 1560-cı ildə tamamlandı və qəsrə daha çox bina əlavə edildi.
Eyjen Berq
Eyjen Avqustoviç Berq (1892, Riqa – 20 sentyabr 1918, Türkmənistan) — latış bolşevik, 26 Bakı komissarından biri. == Həyatı == 1892-ci ildə Riqada balıqçı ailəsində doğulmuşdur. Birinci Dünya Müharibəsi dövründə "Sevastopol" gəmisində maşinist idi. 1917-ci ildən bolşevik idi. 1917-ci ildə yaranan Bakı kommunasında matros idi. 1918-ci ilin iyulunda Hərbi İnqilabi Komitənin üzvü olmuşdu. Eyjen Berq 1918-ci ildə ingilislər tərəfindən güllələnib. 1917-ci ilin iyulunda Rusiya Respublikası hökuməti tərəfindən həbs olunmuşdur. Qış sarayı basğını zamanı 2-ci Baltik matrosları diviziyasına başçılıq etmişdir. Belqorod, Xarkov və Çuquyevdə inqilabi fəaliyyətdə olmuşdur.
Jak Brel
Jak Brel (8 aprel 1929[…], Sxarbek[d], Belçika – 9 oktyabr 1978[…]) — belçikalı müğənni, mahnı müəllifi, aktyor, rejissor. Müasir şanson janrının ustadı hesab olunur. Mahnılarını əsasən fransız, bəzən isə alman dilində yazırdı. Buna baxmayaraq bir çox ingilis dilli yazarlara təsir etmişdi. == Həyatı == Jak Brel 8 aprel 1929-cu ildə Sxarbekdə anadan olmuşdur. Jak və onun böyük qardaşı Pyer Katolik ibtidai məktəbinə gedirdilər. 1941-ci ilin sentyabrında universitetə qəbul olan Brel dram klubu yaradır. O kiçik hekayələr, şerlər və esselər yazırdı. 1944-cü ildə, 15 yaşında ikən, gitara çalmağı öyrəndi. Növbəti illərdə isə dostları ilə birlikdə öz teatr qrupunu yaratdı və əsərlər yazmağa başladı.
Lev Berq
Lev Semyonoviç Berq (1876-1950) — rus coğrafiyaşünası. == Həyatı == L.N.Berq 1876-cı ildə Moldoviyanın Bender şəhərində anadan olmuşdur. O, Kişinyovda gimnaziyanı qızıl medalla bitirmiş, 1894-cü ildə Moskva Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiət bölməsinə daxil olmuşdur. Ixtiologiya (balıqları öyrənən sahə) sahəsilə xüsusi maraqlanan Berq 1898-ci ildə universiteti bitirərək Qərbi Sibir göllərini öyrənməyi yola düşür. Özündən əvvəlki tədqiqatçılardan fərqli olaraq Sibir göllərinin səviyyəsinin qalxdığını müəyyən edib. Hərtərəfli biliyə malik olmasını nəzərə alaraq Berq haqqında müəllimi belə yazır: "Bütün bunları öyrənməyi və ciddi fikirləşməyi o nə vaxt çatdırırdı." Görkəmli alim göllərin öyrənilməsində xüsusilə maraqlı olmuşdur. Universiteti qurtarmaqla o, bir neçə il ərzində Aral dənizini, səhraların relyefini, İssık-Kul, Balxaş, Qərbi Sibir göllərini öyrənmişdir. Yazılmış əsərlər içərisində "Aral dənizi" kitabı xüsusi elmi əhəmiyyətə malikdir. Ilk dəfə olaraq Berq bu gölün müxtəlif dərinliklərində temperaturu öyrənmiş, axın istiqamətini, tərkibini müəyyən etmişdir. Ilk dəfə olaraq Aral gölündə müəyyən etdiyi duran dalğaları müəyyən etmiş və onu magistr dissertasiya müdafiəsinə təqdim etmişdir.
Piter Brek
Cozef Piter Brek (d. 13 mart 1929; Roçester Nyu- York – ö. 6 fevral 2012; Vankuver), Amerikalı aktyor. The Big Valley və Mavericksdə bir neçə hissə rol alan Piter Brek, bundan başqa həmin sıralar başqa Vestern seriallarında da qonaq oyunçu olaraq yer aldı.
Pol Breqq
Pol Breqq (6 fevral, 1895 - 7 dekabr, 1976; ingiliscə - Paul Chappius Bragg) naturopat, sağlam həyat tərzinin təbliğatçısı, Amerika Natural Gigiyena Hərəkatının pionerlərindən biri
Dreq-kvin
Dreq kvin (ing. Drag queen) – əyləncə məqsədləri üçün qadın kimi geyinmək və gender rolunu təqlid etmək və bunu daha da şişirtmək üçün dreq geyimindən və makiyajdan istifadə edən bir şəxsdir, adətən kişidir. Tarixən drag-queenlər gey mədəniyyətinin bir hissəsi olublar. Dreq şoularina dodaq sinxronizasiyası(sinxrobuffonada), canlı oxuma və rəqs daxildir. Onlar adətən LGBT qürur paradlarında, dreq yarışmalarında, karnavallarda və gecə klublarında çıxış edirlər. Dreq kvinlər növü, mədəniyyəti və fədakarlığına görə fərqlənirlər. Kişi kimi geyinib və kişiləri təqlid edərək əyləndirən qadınlara isə dreq kinq (ing. drag king) deyilir. Ara-sıra dreq obrazlarında çıxış edənlər LGBT icmasına aid olmaya bilərlər. Yaradıcılığının bir hissəsində əks cinsi parodiya edən hər kəs drag queen və ya drag king deyil.
Dreq Kvin
Dreq kvin (ing. Drag queen) – əyləncə məqsədləri üçün qadın kimi geyinmək və gender rolunu təqlid etmək və bunu daha da şişirtmək üçün dreq geyimindən və makiyajdan istifadə edən bir şəxsdir, adətən kişidir. Tarixən drag-queenlər gey mədəniyyətinin bir hissəsi olublar. Dreq şoularina dodaq sinxronizasiyası(sinxrobuffonada), canlı oxuma və rəqs daxildir. Onlar adətən LGBT qürur paradlarında, dreq yarışmalarında, karnavallarda və gecə klublarında çıxış edirlər. Dreq kvinlər növü, mədəniyyəti və fədakarlığına görə fərqlənirlər. Kişi kimi geyinib və kişiləri təqlid edərək əyləndirən qadınlara isə dreq kinq (ing. drag king) deyilir. Ara-sıra dreq obrazlarında çıxış edənlər LGBT icmasına aid olmaya bilərlər. Yaradıcılığının bir hissəsində əks cinsi parodiya edən hər kəs drag queen və ya drag king deyil.
Pol Berq
Pol Berq (ing. Paul Naim Berg; 30 iyun 1926[…], Bruklin, Nyu-York ştatı – 15 fevral 2023, Stenford[d], Kaliforniya) — Amerika biokimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı. Stenford Universitetinin fəxri professoru, ABŞ Milli Elmlər Akademiyasının və Amerika Fəlsəfə Cəmiyyətinin üzvü (1983), Fransa Elmlər Akademiyasının (1981) və London Kral Cəmiyyətinin (1992) əcnəbi üzvü. Həmçinin Milli Elm Medalı (1983) və digər mükafatlarla təltif edilmişdir. Pol Berq hələ gənc tədqiqatçı olarkən metabolik kimyada bir neçə əsas problemi həll etdi və daha sonra canlı sistemlərdə DNT və RNT zülal sintezini idarə edən mexanizmləri araşdırmağa davam etdi. 1972-ci ildə Stenford Universitetindəki həmkarları ilə birlikdə ilk rekombinant DNT-ni (r-DNT) sintez etdi. O, sonradan bu inqilabi nəzəriyyənin qaldırdığı fiziki və etik problemlərin həllində beynəlxalq r-DNT tədqiqat cəmiyyətinə kömək edir. == Bioqrafiyası == O, yəhudi ailəsində anadan olub, böyük uşaq kimi böyüyüb. Ata – Harry Berq (Bergsalz), tekstil işçisi və anası – Sara Brodskaya, evdar qadın[9] idi, Uman əsilli, 4 avqust 1923-cü ildə Orqeevdən (o vaxt Rumıniyanın bir hissəsi) ABŞ-yə mühacirət etdi. Bruklin'in bölməsində böyüdü.