BEG

v (-gg-) 1. istəmək; dilənmək; to ~ money of s.o. bir kəsdən pul istəmək; to ~ bread çörək istəmək / dilənmək; He begged (for) money from the people in the street O, küçədə adamlardan pul dilənirdi; 2. xahiş etmək, rica etmək, yalvarmaq; I beg of you not to get into danger Səndən / Sizdən xahiş edirəm özünü / özünüzü təhlükəyə salmayasan / salmayasınız; to ~ for help kömək istəmək; to ~ for mercy aman istəmək, diləmək, aman üçün yalvarmaq; to ~ from door to door qapı-qapı dilənmək; to ~ one’s bread dilənib dolanmaq, dilənməklə yaşamaq

BEFUDDLE
BEGAN
OBASTAN VİKİ
Ferzende Beg
Fərzende Beg, Elfesyanın Atası, Əznəvir Cəngavəri, Ferzende Emer (II minillik – 1939) kürd əsgəri, komandiri və inqilabçısı idi. 1925-ci ildə Şeyx Səid Pirani üsyanının üzvü, Ararat üsyanının üzvü olub və Simko Şikak İranda bir çox üsyanlarda iştirak edib.
Alangium begoniifolium
Alangium chinense (lat. Alangium chinense) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinin alangium cinsinə aid bitki növü.
Amblyseius begljarovi
Amblyseius begljarovi (lat. Amblyseius begljarovi) phytoseiidae fəsiləsinə amblyseius cinsinə aid heyvan növü. Abbasova tərəfindən 1970-ci ildə təsnif edilmişdir.
Avenir Beggen FK
Avenir Beggen FK — Lüksemburqun futbol klubu. == Avropa kuboklarında iştirak == 16 dəfə Avropa kuboklarında iştirak edib.
Bandar Seri Begavan
Bandar Seri Begavan, (malay dili: بندر سري بڬاوان ; ˌbanda səˌri bəˈɡawan ) – Bruneyin paytaxtı və ən böyük şəhəri. == Tarixi == Bruney çayı yanında yaşayış məskəninin tarixi VII əsrə gedib çıxır. 1970-ci ilə qədər şəhər Bruney adı daşıyırdı . 1920-ci ildə şəhər rəsmi şəkildə şəhər və ingilis torpaqlarının mərkəzi statusunu aldı. 5 oktyabr 1970-ci ildə şəhər əvvəlki sultan Ömər Əli Sayfudinin şərəfinə Bandar Seri Begavan adını aldı. Malay dilindən tərcümədə "Əlahəzrət şəhəri" deməkdir . == Coğrafiya == Bandar Seri Begavan Malay arxipelaqının Kalimantan adasında, Bruney çayının şimal sahilində yerləşir.
Begemot
Adi begemot, yaxud hippopotam (lat. Hippopotamus amphibius), həmçinin su atı — iri, otyeyən məməli heyvandır, bədəninin uzunluğu 4–5 metrədək, çiyninin hündürlüyü 1,5 metrə yaxın, çəkisi 3–4,5 ton olur. Dərisi qalın və tüksüz, başı iri, burnu enli, gözləri və qulaqları xırda, ayaqları yoğun və qısadır. Barmaqlarının arasında üzmə pərdəsi var. Çay və göllərdə yaşayır, sahilə az çıxır. Ot ilə qidalanır. Boğazlıq müddəti 240 gündür. 1 bala doğur. == Etimologiya == "Begemot" sözü Qərbi Avropa dillərindən (fransız və ya alman) rus dilinə "Əyyub Peyğəmbərin Kitabı"ndan nəhəng və güclü heyvan (ivrit dilində behemot) mənasını verən söz kimi daxil olmuşdur. "Behemot" sözünə qarşılıq olaraq dilimizdə rus dilindəki versiya (бегемот [beqemot]) əsas götürüldüyü üçün hal-hazırda bu söz Azərbaycan dilində "begemot" kimi işlənir.
Begemotlar
Begemotlar ya da Su atları (lat. Hippopotamus) — Cütdırnaqlılar dəstəsinə, heyvan cinsi. Begemot adı qədim yahudi dilindən götürülmüşdür, lakin Azərbaycan dilinə ruscadan keçib. İkinci ad yəni Hippopatam (q.yun. ἵππος ὁ ποτάμιος) yunan dilində "çay atı" mənasını verir. Cırtdan begemot isə Hexaprotodon cinsinə daxildir. == Növləri == Hippopotamus amphibius — Begemot.
Begiçev adaları
Begiçev adaları — Laptevlər dənizinin cənub-qərbində, Xatanqa körfəzinin girəcəyində yerləşən iki adadan ibarət olan arxipelaq. İnzibati cəhətdən Yakutiya ərazidində yerləşir. Adalar 1908-ci ildə rus dənizçisi və səyahətçisi Hikifor Akekseeviç Beqiçev tətəfindən kəşf edilmişdir və onun şərəfinədə adlandırılmışdır. == Böyük Beqiçev == Uzunluğu 61 km, eni 57 km, sahəsi 1800 km² təşkil edir. Adanın cənub qutaracağı ilə materik arasında məsafə 9 kilometrdir. Mərkəzi hissədə hündürlük 198 metrdir. Şimal-qərb və şimal-şərqdə hündürlük düzənliklər geniş sahə tutur. Ən uzun çayı İlistayadır (34 km). Uzunluğu 20 km olan cəmi 5 çayı vardır. Səthi Tundra ilə örtülmüşdür.
Begonia
Beqoniya (lat. Begonia) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin beqoniyakimilər fəsiləsinə aid bitki cinsi. Bu fəsilə və cins fransız Mişel Begonun şərəfinə adlandırılmışdır.Fəsiləyə təxminən mindən çox növ-çoxillik ot bitkisi,kollar və lianlar daxildir. Beqoniyanın bir çox növləri dekorativ bitkilərdir. Açıq torpaqda 3 növü əkilir. Onlardan xüsusilə ən çox yayılmışı mürəkkəb, hibrid mənşəli sortlara aid olan kök yumrulu beqoniyadır. Kök yumrulu beqoniya istisevən bitkidir. Hər il bitkinin yerüstü hissələri məhv olur, torpaqda isə kök yumruları qalır. Beqoniyanın gövdəsi 25-30 sm hündürlüyə çatır. Gövdə sulu, ətli və budaqlıdır.
Cırtdan Krit begemotu
Cırtdan krit begemotu (lat. Hippopotamus creutzburgi) — tükənmiş növ olaraq müasir Begemotlar cinsinə aiddir. Vaxtı ilə Krit adasında yayılmışdı. Bu növ iki yarımnövə bölünürmüş: Hippopotamus creutzburgi creutzburgi Hippopotamus creutzburgi parvus Cırtdan krit begemotunun sümükləri ilk dəfə Doroteey Beyt tərəfindən 1920-ci ildə Krit adasının şərqində aşkarlanmışdır. Cırtdan krit begemotu çox guman ki, Avropa begemotundan törəmişdir.
Happiness Begins
Happiness Begins ("Xoşbəxtlik Başlayır") — Jonas Brothers-in 5-ci studiya albomu. 7 iyun 2019-cu ildə Republic Records tərəfindən işıq üzü görmüşdür. Bu onların 2013-cü ildəki Live albomundan və 2009-cu ildəki Lines, Vines and Trying Times studiya albomundan sonrakı ilk albomlarıdır. Albomdan əvvəl qrupun qayıdış sinqlları "Sucker" və "Cool" buraxılmışdır. Albom ABŞ-nin Billboard 200 siyahısına 2017-ci ildən bəri həftənin ən çox satılan albomu olaraq zirvədən debüt etmişdir.
Marlea begoniifolia
Alangium chinense (lat. Alangium chinense) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinin alangium cinsinə aid bitki növü.
Menaxem Begin
Meçislav Volfoviç „Menaxem“ Begin (16 avqust 1913[…], Brest, Rusiya imperiyası – 9 mart 1992[…], Tel-Əviv) — tanınmış siyasi xadim, İsrailin 7-ci baş naziri (1977-1983). == Həyatı == M.Begin 1913-cü il avqustun 16-da Brest-Litovskda anadan olub. 1943-cü ildə M.Begin “İrqun” təşkilatının rəhbəri seçilir. Həmin gündən başlayaraq o ingilis mandatlığına qarşı açıq mübarizəyə başlayır. İngilis əsgərlərinə hücumlar və terror aktları təşkil edir. Qüdsdəki ingilislərin mənzil-qərargahının partladılmasından sonra ingilislər onun başına 30 min dollar pul mükafatı qoyurlar. M.Begin İsrailin azadlığı uğrunda müharibənin fəal iştirakçılarından biri olub. 1948-ci ildə İsrail dövləti yaranandan sonra M.Begin “İrqun”un əsasında “Xerut” (“Azadlıq”) partiyasını yaradır və onun rəhbəri kimi Knessetdə ilk müxalifət lideri olur. 1949-cu il yanvarın 25-də Knessetə seçkilərdə onun partiyası 11,5 faiz səs qazanır. 1967-ci ildə İsraillə ərəb ölkələri arasında baş verən altıgünlük müharibə ərəfəsində M.Begin ilk dəfə olaraq portfelsiz nazir kimi hökumətin tərkibinə daxil oldu və 1970-ci ilə qədər bu postda qaldı.
Rosa beggerana
The Legend of Korra: A New Era Begins
The Legend of Korra: A New Era Begins — eyni adlı serialın əsasında Nintendo 3DS üçün addımbaaddım strategiya oyunu. O, Webfoot Technologies tərəfindən istehsal olunmuş və Activision tərəfindən 2014-cü ilin oktyabrın 28-də nəşr olunmuş.
Tilia begonifolia
Tilia begoniifolia
Tilia begoniifolia (lat. Tilia begoniifolia) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü. == Ümumi yayılması == Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə və İranda yаyılmışdır. Böyük və Kiçik Qаfqаzdа, Lənkərаn rаyоnunun аşаğı düzən hissədən bаşlаmış yüksək dаğ qurşаğınа qədər mеşələrdə yаyılmışdır. Azərbaycanın nadir bitkisidir. Tək-tək və ya qrup şəklində, quru daşlı yamaclarda fıstıq-vələs meşələrində, 1900–2500 m yüksəkliklərdə rast gəlinir. Azərbaycanda arealı geniş deyildir. Yamac və dərələrin qarışıq yarpaqlı meşələrində rast gəlinir. == Bioloji xüsusiyyətləri == Təbiətdə hündürlüyü 35 m-ədək оlаn iri аğаcdır. Gövdəsinin diametri 100-150 sm çatan, enli şaxələnmiş budaqlıdır.
Typhlodromus beglarovi
Typhlodromus beglarovi (lat. Typhlodromus beglarovi) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus beglarovi Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Şorena Begaşvili
Şorena Begaşvili (8 iyul 1982, Rustavi) - gürcü aktrisa və teleaparıcı. Şota Rustaveli adına Teatr və Film Universitetini bitirib. Vake Teatrının Bodrumunda, Rustaveli Teatrının Bodrumunda, Qlobus Teatrında çalışıb. Şorenanın karyerası praktiki olaraq 2008-ci ildə gürcü dilli "Playboy" üçün soyunanda başladı. Bundan sonra Begashvili müxtəlif erotik rollar oynadı. 2009-2010-cu illərdə müəllifin "Şorenayla Gecə" (İmedi TV) erotik proqramına sahib idi. Şou həm ictimaiyyət, həm də ruhanilər tərəfindən çoxlu tənqidlərə səbəb oldu. Rustavi 2-də Vaniko Tarkhnishvili ilə birlikdə 2017-ci ildə bağlanan "Şanslı Təkər" proqramına ev sahibliyi etdi. Shorena həm işi, həm də şəxsi həyatı ətrafında bir çox qalmaqallara qarışdı. Ən məşhur qalmaqallardan biri, Gürcüstan taxtının varisi David Muxraneli ilə aralarında olan romana aiddir.
Begger itburnusu
Begger itburnusu (lat. Rosa beggeriana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Rosa beggeriana
Begger itburnusu (lat. Rosa beggeriana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Begoniaceae
Beqoniyakimilər (lat. Begoniaceae) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Cırtdan begemot
Cırtdan begemot – Cücə begemodu və ya cırtdan begemot (Choeropsis liberiensis) kiçik bir begemotdur və vətəni Qərbi Afrikanın meşələrində və bataqlıqlarında, ilk növbədə Liberiyada, Syerra Leone, Qvineya və Fil Dişi Sahilində məskunlaşır. Vətəni Nigeriyadır. Cırtda begemot quruya uyğunlaşa bilir, lakin begemot kimi dərisini nəm və bədən istiliyini sərin saxlamaq üçün suda yaşayır. Cütləşmə və doğum suda və ya quruda baş verə bilir. Cırtdan begemot ot yeyəndir. Bu səbəbdən meşələrdə tapdığı qıjılar, enliyarpaqlı bitkilər, otlar və meyvələrlə qidalanır. Cırtdan begemotları 19-cu əsrə qədər Qərbi Afrikadan kənarda tanınmırdı. 20-ci əsrin əvvəllərində zooparklara təqdim edilmişdir. Onlar əsirlikdə yaxşı çoxalırlar və tədqiqatların böyük əksəriyyəti zoopark nümunələrindən əldə edilir. Növlərin əsirlikdə sağ qalması vəhşi təbiətdən daha çox təmin edilir; 2015-ci ildəki qiymətləndirmədə, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının təxminlərinə görə, təbiətdə 2500-dən az cırtdan begemot qalmaqdadır.
Qulamhüseyn Begdili
Qulamhüseyn Fətulla xan oğlu Begdili (15 mart 1919, Duraqlı (Xudabəndə), Zəncan ostanı – 1998, Kərəc, Tehran ostanı) — ədəbiyyatşünas, tərcüməçi, mətnşünas, filologiya elmləri doktoru, professor. == Həyatı == Qulamhüseyn Begdili 1919-cu ildə Tehran şəhərində anadan olub. Burada orta və ali hərbi məktəbləri bitirmiş, İran şah ordusunun zabiti olmuşdur. İran xalq partiyasına daxil olmuşdur. Siyasi fəaliyyətinə görə həbs edilib, Kirmana göndərilmişdir. 6 aydan sonra sürgündən qayıdıb Güney Azərbaycanda demokratik hərəkata qoşulmuş, azadlıq ordusu tərkibində kapitan rütbəsinədək yüksəlmişdir. == Pişəvəri hökumətinin süqutundan sonra fəaliyyəti == Demokratik hərəkatın süqutundan sonra 1946-cı ildən ailəlikcə siyasi mühacir kimi Şimali Azərbaycanda yaşamışdır. 1947-ci ildə Bakı Ali Partiya məktəbinə daxil olmuşdur. Sonradan isə sovet təhlükəsizlik orqanlarının uydurduğu saxta ittihamla həbsə olunmuş, 10 il azadlıqdan məhrum edilib Uzaq Şərqə, Kobmaya sürgün edilmişdir. Lakin 7 ildən sonra bəraət alaraq təhsilini davam etdirmiş, 1958-ci ildə Bakı Ali Partiya məktəbini bitirmişdir.