BRAG

brag1

n 1. lovğalıq, gopçuluq; özünü öymə; 2. lovğa, gopçu, özünü öyən (adam)

brag2

v (-gg-) özünü tərifləmək / öymək; öyünmək, lovğalanmaq; to ~ of / about one’s courage öz igidliyi ilə öyünmək / lovğalanmaq

BRADAWL
BRAGGART
OBASTAN VİKİ
Emil Braginski
Emil Veniaminoviç Braginski (rus. Эмиль (Эммануэль) Вениаминович Брагинский; 19 noyabr 1921, Moskva – 26 may 1998, Moskva) — ssenarist. == Həyatı == Emil Veniaminoviç Braginski 19 noyabr 1921-ci ildə Moskvada anadan olmuşdur. 1953-cü ildə Moskva hüquq institutunu bitirmişdir. Kinossenarist kimi ilk işi 1955-ci ildə olmuşdur. 1963-cü ildən Emil Braginskinin kinorejissor Eldar Ryazanovla fəaliyyəti başlanır. Bu əməkdaşlığın ilk bəhrəsi 1966-cı ildə ekranlara çıxan "Avtomobildən qorun" filmi olur. Bu filmin uğurundan sonra yaranan "Uğur ziqzaqı", "Qoca quldurlar", "İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri", "Qəribə təsadüf və ya həmişə təmizlikdə", "İşdə məhəbbət macərası", "Qaraj" kimi filmlər də onların birlikdə işinin nəticəsi idi… Emil Braginski 26 may 1998-ci ildə vəfat etmişdir.
Qriqori Braginski
Qriqori Braginski (d. 27 noyabr 1892 Yekaterinburq ö. 13 avqust 1964 Moskva) — Rus rejissor, ssenarist, rejissor assistenti. 20-ci illərin əvvəllərində proyeksiya avadanlıqları texnikumunu bitirdi. Xarici filmləri yenidən düzəldərək yazıları tərcümə edirdi. 1926-cı ildən ssenarist, rejissor assistenti, sonra isə «Armenkino», «Vostokkino», «Azərkino» studiyalarında rejissor olmuşdur. 1944-cü ildən Tacik kino studiyasında baş redaktor, daha sonra rejissor və sənədli filmlərin rejissoru olub. Sevil (film, 1929) Vulkan üzərində ev (film, 1929) Raport veririk (film, 1930) Bizim əkinimiz (film, 1931) İsmət (film, 1934) Almaz (film, 1936) Ordenli Azərbaycan (film, 1938) Stalin adına Samur-Dəvəçi kanalı (film, 1939) Yeni horizont (film, 1940) Şeirimiz də, nəğməmiz də bir bombadır, bir bayraqdır (film, 1941) Biz Bakını müdafiə edirik (film, 1942) Aydın Kazımzadə. Azərbaycan kinosu - 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003 Aydın Kazımzadə.