Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bulduk
Bulduq (Sabirabad) — Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Bulduq (Zəncan) — İranın Zəncan ostanında kənd.
Burdun
Burdun — İrəvan xanlığının Gərnibasar mahalında kənd adı 1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır (yenə orada). Türk dillərində bor, bur boz və ton təpə sözlərindən ibarətdir.
Burduq
Burduq — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Gərnibasar mahalı ərazisində kənd.
Burdur
Burdur — Türkiyənin Burdur ilinin inzibati mərkəzi.
Barduk (Urmiya)
Barduk (fars. بردوك‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 368 nəfər yaşayır (64 ailə).
Bucaq (Burdur)
Bucaq (türk. Bucak) — Türkiyənin Burdur əyalətində kənd, əyalətin ən böyük şəhəri. == Tarixi == Şəhərin tarixi adı "Oğuzxan" olmuşdur. 1926-cı ildə onun adı dəyişdirilərək "Bucaq" adlandırılmışdır.
Burdur gölü
Burdur gölü (türk. Burdur Gölü) ― Türkiyədə göl. Türkiyənin cənub-şərqində, Aralıq dənizi regionunda, Burdur və İsparta illəri arasında yerləşir. Göl Söyüt dağ və Suludərə Yayla dağı arasında yerləşir.
Burdur ili
Burdur — Türkiyədə il.
Okan Buruk
Okan Buruk (19 oktyabr 1973, İstanbul) — türk peşəkar futbol meneceri və keçmiş oyunçu. O, hazırda Super Liqa təmsilçisi "Qalatasaray"-ın baş məşqçisidir. Keçmiş yarımmüdafiəçi kimi "Qalatasaray", "İnter Milan", "Beşiktaş" və "İstanbul Başakşehir" kimi klublarda çıxış edib.
Banduk
Banduk (çeç. БӀен-дукъ; çeçen. bIо — «qoşun» + duk— «silsilə» sözlərindən) — Çeçenistan Respublikasının Şatoy rayonunda dağ zirvəsi. == Haqqında == Dəniz səviyyəsindən hündürlüyü 1359 metrdir. Banduk dağı dəniz səviyyəsindən 1342 metr yüksəkliklərdə, yaxud da ətraf ərazidən 306 metr hündürlükdə yerləşir. Ətəyində dağın eni 4,5 km-dir. Ən yaxın yaşayış məntəqələri: Zona, Yarış-Mardı, Daçu-Borzoy, Ulus-Kert, Şatoy. Banduk dağı ətrafındakı ərazilər şimal-qərbə doğru təpəlik, cənub-şərqə doğru dağlıqdır. Rayonun ən yüksək zirvəsi Banduk silsiləsidir. Dəniz səviyyəsindən hündürlüyü 1771 metrdir.
Bulduq
Bulduq (Sabirabad) — Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Bulduq (Zəncan) — İranın Zəncan ostanında kənd.
Burjua
Burjuaziya (fr. Bourgeoisie fr. bourg; alm. burg‎ - şəhər) — kapitalist cəmiyyətinin mülkiyyətə (pul vəsaiti, istehsal vasitələri, torpaq,patent) malik olan və ondan gələn gəlirlə yaşayan sosial sinfi. == Tarixi == Orta əsrlərdə cəmiyyət şəhərlilərə və kəndlilərə bölünürdü. Burjuaziya isə seçilmiş şəhər sakinləri adlanırdı. Feodalizm dövründə isə azsaylı şəhər əhalisini kəndli kütləsindən ayırmaq üçün onları burjuaziya, tək halda isə burjua adlandırırdılar. Tezliklə "Burjuaziya" termini öz əhəmiyyətinə görə "üçüncü təbəqə" anlayışına yaxın idi. "Üçüncü təbəqə" XV əsrdən imkanlı şəhər əhalisi təbəqəsini nəzərdə tuturdu.Fransada feodalizmin dağılması ilə burjuaziya (tacirlər, sənətkarlar, imkanlı kəndlilər) cəmiyyətin sosial cəhətcə ən fəal hissəsinə çevrilməyə başladılar. Hollandiya burjua inqilabından başlayaraq bütün Avropada burjuaziya inqilablarının və feodal cəmiyyətinin dağılmasının tərəfdarları kimi çıxış etməyə başladılar.
Burnək
Burnək - 1728-ci ildə İrəvan əyalətinin Maku nahiyəsində kənd adı Əsli Purnək. XVI əsrdə Qızılbaş tayfalarının birinin adıdır. Mənşəcə Ağqoyunluların Purnək tayfasının (34, 160) adındandır.
Bursut
Bursut — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. Bursut Astara rayonunun Asxanakəran inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Oykonimi tədqiqatçılar "alış-veriş yeri, bazar" mənasında izah edirlər. Altayda Bursol adlı yaşayış məntəqəsi, Türkiyədə Bursal şəhəri var. == Etimologiyası == Burs talış dilində "alqı-satqı yeri", ut komponenti isə qədim türk dillərində sözdüzəldici şəkilçidir.
Burzum
Burzum — 1991-ci ildə Norveçdə qurulan metal musiqi qrupu. Hazırkı fəaliyyəti elektronik və ambient janrdadır. == Haqqında == Varq Vikernes (Qraf Grishnackh) tərəfindən qurulan və hələ də tək fərd proyekti olaraq davam edən Burzum, 1991-ci ildə Bergen, Norveçdə qurulmuş və Norveç black metalının ilk illərində gözə batmağı bacarmışdır. 1992 və 1993 illəri boyunca Burzum dörd albom yayımlamışdır; lakin Vikernes, gitarist Öysteyn "Yuronimus" Orşeti öldürməsi və bir neçə kilsə yandırma hadisəsinə qarışdığı üçün həbs olunmuşdur. Həbsdə iki albom daha yayımlayan Vikernes; bass gitara, gitara və bateriya kimi alətlər olmadığı üçün sintezator istifadə edərək dark ambient tərzində iki albom daha yayımlamışdır. Burzum, black metal tarixində ən əhəmiyyətli qruplardan biri olmuşdur. == Qrup üzvləri == Varq Vikernes – Bergen şəhərində anadan olub. 1991-ci ildə qurduğu fərdi musiqi proyekti Burzum, erkən Norveç black metal səhnəsində sürətlə yüksəlişə keçdi. 1992-ci ildə Mayhemə qoşulan Vikernes, Count Grishnackh olaraq tanınmağa başladı. Bu vaxt ərzində musiqiçi, paqanizm ilə yaxınlaşdı və German neopaqanizmi ilə əlaqədar yazılar nəşr etdirdi.
Burşun
Bürdxun
Bürdxun — İranın Buşehr ostanının Dəyyer şəhristanının Bürdxun bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4 300 nəfər və 931 ailədən ibarət idi.
Bərzük
Bərzük – İranın İsfahan ostanının Kaşan şəhristanının Bərzük bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,211 nəfər və 936 ailədən ibarət idi.
Marduk
Nibiru (tərcüməsi Keçid planeti, müasir dilimizdə X planeti) — Günəş sistemində yerləşdiyi güman edilən xəyali planet. Yer planetindən 4 dəfə böyükdür. == Tədqiqatlar == Bəzi tədqiqatçıların iddialarına görə bu səmavi cisim Şumer mətnlərində Günəş sistemində 12-ci planet kimi təsvir olunub. Əfsanəyə görə, planet hər 3600 ildən bir Mars və Yupiter arasında peyda olur. Lakin bu məsələ ilə bağlı nə şumerşünaslıq, nə də astronomiya sahəsində konkret elmi işlər mövcud deyildir. == Şumer inancı == Əfsanəyə görə bu planet əvvəllər gəlmiş və insanlığı yaratmışdır. Şumerlər onları "Anunakilər" yəni tanrılar adlandırmışdırlar. Əfsanəyə görə onların kişilərinin boyu 5 metrə, qadınlarının boyu isə 3 metrə çatarmış. Şumer tabletlərində onlar qanadlı təsvir olunmuş üzləri isə sanki maska ilə örtülü olarmış. Bu da onu göstərir ki, onlar bu planeti mühitinə uyğun olmayan bir şəkildə tənəffüs edirlər.
Turdus
Qaratoyuq (lat. Turdus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaratoyuqlar fəsiləsinə aid heyvan cinsi.
Xurzuk
Xurzuk (Qaraç-balk:Хурзук эл(ь)) — Qaraçay-Çərkəz Respublikasıda Qaraçayevsk rayonunda kənd. == Coğrafiyası və tarixi == Kəndin yaxınlığında XIV əsrə aid "Mamiya qala" döyüş qalası yerləşir.
Buduq
Buduq — Azərbaycan Respublikasının Quba rayonunun eyni adlı inzibati ərazi vahidində kənd və həmin ərazi vahidinin mərkəzi. Şahdağ xalqlarının nümayəndələrindən biri olan buduqluların tarixi, mərkəzi iqamətgahı. Quba xanlığı dövründə Buduq mahalının, Çar Rusiyası dövründə Buduq sahəsinin, SSRİ dövründə Buduq kənd sovetliyinin, hazırda Buduq bələdiyyəsinin mərkəzi (1999-cu ildən). Şimaldan-Karlac, Suxtəkələ, Tülər, Əlik və Xəngah Şərqdən-Söhüb Cənubdan-Rük Qərbdən Zeyid və Yergüc kəndləri ilə həmsərhəddir == Tarixi == Qədim tarixə məskənlərin bolluğu ilə seçilən Qubanın topanimakasına nəzər salsaq burada neçə-neçə yüzillər bundan əvvəl xatırlanan yeradlarının bolluqunu görərik. Buduq belə məskənlərdən biridir. Qubanin 64;km cənubi-qərbində, Qaraçayın sol sahillində 2 km aralı, Böyük-Qafqazın yan siisiləsinin yamacında yerləşən Buduq kəndi buduqluların yaşayış məskəni olmuş və indi də əsas yaşayış yerləri olaraq qalmaqdadır. Buduq yastanında Gülxana(Güləxana)karst maqarasının və eləcə də Qaraçayın sağ sahilində Əmbərə dağında insan əli ilə yonulmuş Qaşa mağarasının olması həmin ərazidə ibtidai insanların yaşadığından soraq verir. Meşəsiz dağll yamacda yerləşən Buduqun stareşi əhəmiyəti də böyükdür. Buduq kəndində buduq dilində danışan, buduqlular yaşayır. Buduq etnik qrupu, tarixi və etnoqrafik tərəfdən çox az araşdırılıb.
Amandin Burjua
Amandin Burjua — 12 iyun 1979-cu ildə anadan olan Fransız müğənni. Amandin Burjua 2013 Avroviziya Mahnı Müsabiqəsində Fransanı "L'Enfer Et Moi" mahnısı ilə təmsil edib.
Antuan Burdel
Emil Antuan Burdel (30.10.1861, Montoban – 1.10.1929, Le Vezine) — fransız heykəltəraşı. == Həyatı == Tuluzada (1876–84), Parisdəki zərif sənətlər məktəbində (1884–86) oxumuşdur; 1893–1908-ci illərdə O, Rodenin emalatxanasında assistent işləmişdir. 1884-cü ildən Paris salonu sərgilərinin iştirakçısı olmuşdur. Roden impressionizmini qəbul etməyən Burdel monumentallığa və incəsənətin sintezinə can atmış, antik klassikaya və arxaikaya əsaslanaraq relyef sənətini dirçəltmişdir. == Fəaliyyəti == “Ox atan Herakl” (tunc, 1909, Müasir Milli İncəsənət Muzeyi, Paris), gen. K.M. Alvearın tunc abidəsi (1913–23, Buenos-Ayres), “Fransa” heykəli (tunc, 1925, Paris), A. Mitskeviçin abidə si (tunc, 1909 –29, Paris), “Avtoportret” (maska, 1925), “Safo” (1924 –25; hər ikisi Burdel muzeyi, Paris) və s. əsərlərin müəllifidir. Görkəmli ictimai xadimlərin çoxsaylı portretlərini (100-ə yaxın) yaratmışdır: Lüdviq van Bethoven (tunc, 1887– 1929; 21 variant), A. Frans (tunc, 1919; hər ikisi Burdel muzeyi) və s. Arxaikləşən neoklassisizm ruhunda Yelisey Çölü Teatrının barelyeflərini hazırlamışdır (gips, 1912). Burdel həmçinin monumental rəngkar (Yelisey Çölü Teatrının freskaları, 1910–12) və qrafik (J. Klemanso və Q. Floberin kitablarına illüstrasiyalar) kimi də işləmişdir.
Burhık (Şaran)
Burhık (başq. Бурһыҡ, rus. Барсуково) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Durtüylü kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 17 km, kənd sovetliyindən (Durtüylü): 6 km. ən yaxın dəmiryol stansiyasından (Kandrı stansiyası): 26 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (784%) üstünlük təşkil edir.