BARBAR
BARINAK
OBASTAN VİKİ
Murat Bardakçı
Murat Gökhan Bardakçı (25 dekabr 1955, İstanbul) — Türkiyəli jurnalist, yazıçı və aparıcı. Murat Bardakçı 25 Dekabr 1955-ci ildə jurnalist Nemika Bardakçının tək uşağı olaraq İstanbulda doğulub. 1966-cı ildə Ankara Atatürk Lisesindən məzun olub. 1978-ci ildə Ankara Universitetində İqtisadiyyat bölməsindən məzun olub lakin İqtisadiyyat üzrə deyil jurnalistikaya yönəlmişdir. Jurnalistikanın maqazin və digər bölmələrini deyil, tarixi araşdırmalar üzərində jurnalistdir. Televizya proqramlarında tarixi hadisələr əsasən Osmanlı İmperiyasının dağılma dövrü haqqında fikirlər irəli sürür. Bir çox kitab müəllifidir. Bir müddət bəzi tarixçi professorlarla birlikdə " Tarihin Arka Odası " adlı proqramın aparıcısı olub . Bir çox qazetlərdə məqalələri yayımlanır. əsasən tarix sahəsi üzrə ixtisaslaşmış jurnalist, yazıçı və televiziya aparıcısı.
Əli Bardakoğlu
Əli Bardakoğlu - 1952-ci ildə Türkiyənin Kastamonu vilayətinin Tosya rayonunda doğulub. 1970-ci ildə İstanbuldakı İmam-Xətib məktəbini, 1974-cü ildə İstanbul Ali İslam İnstitutunu, 1975-ci ildə isə İstanbul Universitetinin hüquq fakültəsini bitirib. Bir müddət müəllimlik və stajor hakimliklə məşğul olduqdan sonra 1977-ci ildə Kayseri Ali İslam İnstitutunda Fiqh (İslam Hüququ) assistenti olub. 1982-ci ildə Atatürk Universitetinin İslam Elmləri fakültəsində "İslam hüququnda icarə müqavilələri" adlı dissertasiya işi müdafiə edib. Ərciyəz Universiteti İlahiyyat fakültəsində İslam Hüququ yardımçı dosentliyinə təyin olunub. 1986-cı ildə dosent elmi dərəcəsi alıb. Ərciyəz Universiteti İlahiyyat fakultəsində bölmə sədri və dekan müavini vəzifələrində çalışıb. 1993-cü ildə Mərmərə Universiteti İlahiyyat fakültəsinə ezam olunub. 1994-cü ildə həmin universitetin İslam Hüququ kafedrasında professor elmi dərəcəsi alıb. Mərmərə İlahiyyat Ali Məslək məktəbi müdir müavini və dekan müavini vəzifələrində çalışıb.