Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bostançı
Bostançı (Xaçmaz)
Bustani
Bustani (ərəb. بستاني‎ / ALA-LC: Bustānī) — Livan ədəbiyyatçıları və maarifçiləri ailəsi. Ərəb mədəniyyətinin inkişafında və ərəb ədəbi dilinin yeniləşdirilməsində mühüm rol oynamışlar. Nisbə olan bu ad ərəbcə bağ sözündən (orta farsca "bōyestān" sözündən alınma) əmələ gəlmiş, ən azı XV əsrə aid olduğu güman edilir.
Bostançı (Xaçmaz)
Bostançı — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Dədəli inzibati ərazi vahidində kənd. Bostançı bələdiyyəsinin mərkəzidir. == Coğrafiyası == Kənd Samur-Dəvəçi ovalığındadır. == Oykonimi == Oykonimi etnotoponim hesab edən tədqiqatçıların fikrincə, toponim bostan (qırğızlarda və özbəklərdə boston) tayfa adından və -"çı" mənsubiyyət şəkilçisindən düzəlib. Bostançı oykoniminin bu kənddə yaşayan əhalinin qədim məşğuliyyəti (tərəvəz yetişdirmə) ilə də bağlı olması da ehtimal olunur.Kəndin adı bəzi mənbələrdə Osmanlı imperiyasını idarə edən sultanların saray işlərini idarə edən bostançıbaşı ailəsinin Azərbaycana köçməsi ilə əlaqələndirilir. Ermənistanda da Bostançı Xaraba, Gürcüstanda Bostançı, Özbəkistanda Bostanlık, Bustan, Tacikistanda Bustankala toponimləri qeydə alınmışdır. == İnfrastruktur == Kənddə tam orta məktəb, kitabxana, tibb məntəqəsi, mədəniyyət klubu vardır. Kəndin mərkəzində məscid yerləşir.
Bostançı bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Butrus Bustani
Butrus Bustani (ərəb. بيار البستانى‎; 1819[…], Dibbiyyə[d], Cəbəl Lübnan mühafəzəsi[d] – 1 may 1883[…]) — maruni məzhəbli Livan filoloq-ensiklopediyaçısı və maarifçisi. O, ərəb intibahı ideyalarının ifadəçisi hesab edilir.Bustani birinci Suriya milliyətçisi hesab olunur. == Həyatı == Butrus Bustani 1819-cu ilin yanvarında anadan olmuşdur. O, 1847-ci ildə "Elm və incəsənəti öyrənən Suriya cəmiyyəti"nin banisi olmuş, ərəb jurnalistikasının yaradıcısı hesab edilir. Bustani 1863-cü ildə Beyrutda Milli məktəbin əsasını qoymuşdur. 1870 ildən "Əl-Cüneynə" ("Bağ") qəzetini, "Əl-Cənnən" ("Bağban")jurnalını, "Əl-Cənnə" ("Cənnət") həftəliyini dərc etdirmişdir. Çoxlu məqalə və məruzələr ("Qadın təhsili haqqında", 1848; "Ərəblərin ədəbiyyatı haqqında", 1856 və s.) yazmışdır. Ərəb dilində "Mühit əl-mühit" ("Ümmanlar ümmanı", 1867–1870) izahlı lüğətini hazırlamışdır. İlk ərəb ensiklopediyası "Dairət ül-maarif"in ("Bilik dairəsi", 1876–1883) naşiridir.
Süleyman Bustani
Süleyman Bustani (ərəb. سليمان البـسـتاني‎ / ALA-LC: Sulaymān al-Bustānī, türk. Süleyman el-Büstani; 22 may 1856[…] – 1 iyun 1925[…], Nyu-York, Nyu-York ştatı) — Osmanlı ərəblərindən olan ədəbiyyatçı, jurnalist, siyasi xadim. == Həyatı == Süleyman Bustani 22 may 1856-cı ildə indiki Livanda anadan olmuşdur. O, Butrus Bustaninin nəvəsidir. Bustani Beyrutda Milli məktəbin məzunu olmuşdur. O, 1904-cü ildə Homerin "İliada"sını ərəb dilinə tərcümə etmişdir. Müəllifin klassik ərəb poeziyasının "İliada" ilə müqayisəsi zamanı meydana gələn şərhləri və tədqiqatları da bu nəşrdə verilmişdir. Bustani "Dairət ül-maarif"in nəşrini tamamlamışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Brockelmann С. Geschichte der arabischen Literatur.
Səlim Bustani
Səlim Bustani (ərəb. سليم البستاني‎; 1848 – 1884) — Livan jurnalisti, yazıçısı və siyasi xadim. O, ərəb tarixi romanının banilərindən biri hesab edilir. == Həyatı == Səlim Bustani 28 dekabr 1848-ci ildə indiki Livanın Əbeyh kəndində anadan olmuşdur. O, Butrus Bustani və Rahil Atanın doqquz övladının ikincisi idi. Bustani fransız, ingilis, türk və ərəb dillərini öyrənmişdir. Onun romanları Suriya tarixinin mühüm hadisələrinə həsr olunmuşdur. Bustani "Əl-Cənnən" jurnalında və "Dairət ül-maarif" ensiklopediyasında çalışmışdır.
Bostançı (İstanbul metropoliteni)
Bostançı metrostansiyası (türk. Bostancı metro istasyonu) — İstanbul metropoliteninin M4 xəttində yerləşən metrostansiya. Stansiya Kadıköyün Bostançı səmtində D-100 şosesi üzərində yerləşir. Stansiya 17 avqust 2012 tarixində ictimai istifadəyə açılmışdır. Digərlərindən fərqli olaraq, bu stansiyada 2 platforma və 3 paralel rels yerləşir.Stansiyanın asma mərtəbə səviyyəsi Bostancı qovşağının hər iki tərəfində cəmi beş çıxışa sahibdir.
Bostançı Xəlil Paşa
Bostançı Xəlil Paşa (ö. 1 aprel 1633) — IV Murad səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == == Mənbə == Holt, P. M. (1961) "The beylicate in Ottoman Egypt during the seventeenth century" Bulletin of the School of Oriental and African Studies 24(2): pp.
Bostancı Cəfər Paşa
Bostancı Cəfər Paşa (v. 28 may 1635, Budin əyaləti, Osmanlı imperiyası) — IV Murad səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi.Həyatının ilk illəriylə bağlı yetərli məlumat yoxdur. Əndərun bostancılar ocağında təlim-tərbiyə gördükdən sonra bostancıbaşı, 1633-cü ilin iyulunda isə vəzir rütbəsi alaraq kaptan-ı dərya təyin olundu. Bu vəzifədə ikən 1633-cü ildə Sultan Əhmədin qızlarından Burnaz Atikə Sultanla evləndirildi. Toy mərasiminin ardından Egey dənizində indiki Kassandra sahillərində dəniz quldurlarıyla girdiyi mübarizədə gəmisi yandırılmış, özü isə gəmidən qaçaraq xilas olmuşdur. Ardından Qara dənizdə səyahətə çıxmış, bu səyahətinin də uğursuzluqla nəticələnməsinin ardından 30 iyun 1634-cü ildə vəzifədən alınmışdır. Eyni zamanda paşanı bacısı Burnaz Atikə Sultandan da boşayan Sultan Muradın əmriylə həmin ilin iyulunda Budin bəylərbəyi təyin edilərək paytaxtdan uzaqlaşdırıldı. Ancaq Sultan Muradın əmriylə 28 may 1635-ci ildə yerinə təyin edilən Nasuhpaşazadə Hüseyn Paşa tərəfindən edam olundu.
Bütrüs əl-Büstani
Bustan
Bustan (fars. بوستان‎) — Sədi Şirazinin 1257-ci ildə yazdığı lirik əsəri. Sədi Şirazi Şərq ədəbiyyatının ən görkəmli nümayəndələri olan Nizami, Füzuli, Firdovsi, Xəyyam və Hafiz kimi əsərləri dünya mədəniyyəti xəzinəsinə daxil olan şairlərdəndir. Qədim mənbələrin dediyinə görə Sədi ölməz iki əsər və çoxlu qəzəllər, qitə və rübailər yazıb yaradıb.Sədi Şirazinin iki ən məşhur əsəri «Gülüstan» və «Bustan»dır. Hər iki əsər 1654-cü ildə alman dilinə tərcümə edilərək ilk dəfə avropalılara təqdim edilib. == Məzmun == "Bustan" lirik janrda yazılmış islami nəsihətlərdən, dini baxımdan ədliyyə, təvəzökarlıq, bərabərlik kimi keyfiyyətlərin tərifindən ibarətdir. Bundan savayı əsər dərviş mədəniyyəti haqqında məlumat verir. Faydalı nəsihətlər, zərbi-məsəllər, incə duyğularla zəngin olan bu əsərlər Yaxın və Orta Şərq xalqları arasında xüsusi şöhrətə malikdir. == Nəşr və tərcümə == Əsər Mirmehdi Seyidzadə tərəfindən Azərbaycan dilinə tərcümə edilib və Bakıda nəşr olunub. "Bustan" 1964-cü ildə Bakıda, "Azərnəşr"də təkrar çap edilmişdir."Bustan" və "Gülüstan" 2004-cü ildə "Bustan" əsərinin 1964, "Gülüstan" əsərinin isə 1987 nəşri əsasında təkrar nəşrə hazırlanmış və Bakıda, Öndər nəşriyyatında 400 səhifədə, 25 min tirajla yenidən çap edilmişdir.Əsər 2017-ci ildə Bakı Kitab Klubunda 400 səhifədə yenidən çap edilib.
Bostanlı (Duzluca)
Bostanlı — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kəndin adı 1928-ci il qeydlərində Həşəri kimi qeyd olunur.
Naməlum üsyançı
Naməlum üsyançı və ya Tank Man — 1989-cu ildə Tyananmen meydanında iğtişaş zamanı yarım saat ərzində tank sütununun qarşısını tək kəsən insanın şərti adıdır. Onun ən tanınmış fotosu Ceff Uaydner tərəfindən "Pekin" mehmanxanasının 6-cı mərtəbəsindən çəkilmişdir. Fotoda Type-59 tanklarının sütunu qarşısında silahsız dayanmış adam göstərilir.
Üsyançı anarxizm
Üsyançı anarxizm və ya qiyamçılıq - hədəfləri inqilabi zorakılıq, silahlı mübarizə, hərəkət və təbliğat yolu ilə dövlətin təxribatçı tənqidini irəli sürməkdir. Üsyançı anarxizm həm fərdiyyətçi, həm də daha az dərəcədə sosial anarxizmdən təsirlənir. Bununla belə, Müasir qiyamçı anarxistlərin əksəriyyəti fərdiyyətçi, Eqoizm və ya inqilabdan çox qeyri-qanunilikdən üsyana və akselerasiyaçılığa qədər post-sol anarxist inanclar toplusu ilə əlaqələndirilir.
Əli Qurban Dastançı
Əli Abdulla oğlu Qurbanov (14 may 1930, Ağkilsə – 27 mart 2004, Gəncə) — el şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü == Həyatı == Əli Qurban Dastançı 1928-ci il may ayının 14-də Göyçə mahalının ulu Aşıq Ələsgərin doğulub boya-başa çatdığı Ağkilsə kəndində dünyaya gəlmişdir. Ədbiyyata 13 yaşında yazdığı "Hanı dağlar" (1943) şeiri ilə gəlib. 1948-ci ildə orta məktəbi bitirən gənc şair bir il həmin məktəbdə kitabxanaçı işləmişdir. Sonra Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olmuş və 1953-cü ildə ali təhsilini tamamlamışdır. Təyinatını Kəlbəcərə alıb ki, müddəti qurtarandan sonra Göyçəyə qayıtmaq asan olsun. Göyçə mahalı Ermənistan SSR ərazisinə daxil edildiyindən oraya birbaşa təyinat almaq mümkün deyildi. Həm də anası Gülsüm xanım Kəlbəcərin Kilsəli kəndindən idi. Burada yaxın qohumların yaşaması da bir növ işi asanlaşdırırdı. Kəlbəcər rayonu Maarif şöbəsində inspektor kimi əmək fəaliyyətinə başlayan Əli müəllim (artıq onu belə çağırırdılar) 1989-cu ilə qədər burada qalıb işləməli olur, Oktyabr kəndində məktəb direktoru, rayon maarif şöbəsində inspektor, metodist, 1979-cu ildən 1986-cı ilə qədər rayon "Yenilik" qəzetinin redaktoru vəzifəsində çalışır. Kəlbəcər camaatının şerə, saza sevgisi, Aşıq Şəmşirlə burada yaxından tanış olması (aralarında ata-oğul münasibətlərinin yaranması) da Əli müəllimi Kəlbəcərə bağlayan əsas amillərdəndir.
Bustan (Sədi Şirazi)
Bustan (fars. بوستان‎) — Sədi Şirazinin 1257-ci ildə yazdığı lirik əsəri. Sədi Şirazi Şərq ədəbiyyatının ən görkəmli nümayəndələri olan Nizami, Füzuli, Firdovsi, Xəyyam və Hafiz kimi əsərləri dünya mədəniyyəti xəzinəsinə daxil olan şairlərdəndir. Qədim mənbələrin dediyinə görə Sədi ölməz iki əsər və çoxlu qəzəllər, qitə və rübailər yazıb yaradıb.Sədi Şirazinin iki ən məşhur əsəri «Gülüstan» və «Bustan»dır. Hər iki əsər 1654-cü ildə alman dilinə tərcümə edilərək ilk dəfə avropalılara təqdim edilib. == Məzmun == "Bustan" lirik janrda yazılmış islami nəsihətlərdən, dini baxımdan ədliyyə, təvəzökarlıq, bərabərlik kimi keyfiyyətlərin tərifindən ibarətdir. Bundan savayı əsər dərviş mədəniyyəti haqqında məlumat verir. Faydalı nəsihətlər, zərbi-məsəllər, incə duyğularla zəngin olan bu əsərlər Yaxın və Orta Şərq xalqları arasında xüsusi şöhrətə malikdir. == Nəşr və tərcümə == Əsər Mirmehdi Seyidzadə tərəfindən Azərbaycan dilinə tərcümə edilib və Bakıda nəşr olunub. "Bustan" 1964-cü ildə Bakıda, "Azərnəşr"də təkrar çap edilmişdir."Bustan" və "Gülüstan" 2004-cü ildə "Bustan" əsərinin 1964, "Gülüstan" əsərinin isə 1987 nəşri əsasında təkrar nəşrə hazırlanmış və Bakıda, Öndər nəşriyyatında 400 səhifədə, 25 min tirajla yenidən çap edilmişdir.Əsər 2017-ci ildə Bakı Kitab Klubunda 400 səhifədə yenidən çap edilib.