Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tutsi
Tutsilər — müasir Burundi və Ruandada yaşayan etnik xalqlardan biri. Dünyada daha çox Ruanda soyqırımı ilə tanınırlar. Tutsilər Birinci Dünya müharibəsinin axırında Almanların müharibədə məğlub olmasıyla birlikdə Almaniya müstəmləkəsi olmaqdan çıxaraq Belçika Mandatı olublar. Belçika hökumətinin irqçi siyasəti nəticəsində Tutsilər ilə Hutular arasında 1994-cü ildə iki etnik qrup arasında tarixin ən qanlı soyqırımlarından biri olan Ruanda soyqırımı baş vermiş, soyqırımda 1 milyon Tutsi və Hutu öldürülmüşdür.
Berende butası
Berende buxtası (bolq. залив Беренде, ‘Zaliv Berende’ \'za-liv be-ren-'de\) — 3.3 km uzunluğu olan və Antarktidanın Cənubi Şetland adalarının Qrinviç adası sahillərindən 1.15 km cənub-qərbdə yerləşmişdir. Pelişat burnundan cənubda yerləşmişdir.Buxta qərbi Bolqarıstanda yerləşən Berende şəhərinin adını daşıyır. == Yerləşməsi == Berende buxtası 62°28′25″ c. e. 59°58′35″ q. u. koordinatlarında yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov.
Betsi Ardsma
Betsi Rut Ardsma (11 iyul 1947, ABŞ, Miçiqan, Hollandiya - 28 noyabr 1969, ABŞ, Pensilvaniya) — 1969-cu ilin noyabr ayında Pensilvaniya ştatındakı Pensilvaniya Dövlət Universitetinin Patti Kitabxanasının "Stacks" bölgəsində qətlə yetirilən 22 yaşlı amerikalı magistr tələbəsi. Onun qətli rəsmi olaraq üstü açılmamış qalsa da, yerli təhqiqat müxbirləri və iki fərqli müəllif geologiya professoru Riçard Hefneri günahlandıran dolayı dəlillərin sübutlarını və şahid ifadəsini dərc etdilər. == Haqqında == Ardsma Miçiqan ştatının Hollandiya şəhərində Ester və Riçard Ardsmanın ailəsində dünyaya gələn dörd uşaqdan ikincisi idi. O, Hollandiya orta məktəbini fərqlənmə ilə bitirib. Sonra Ardsma sənət və ingilis dilini öyrəndiyi Miçiqan Universitetinə daxil oldu. Məzun olduqdan sonra Pensilvaniya Dövlət Universitetinə qəbul oldu. Ölüm vaxtı o, Pensilvaniya Dövlət Uşaq Xəstəxanası Devid Rayt adlı tələbəsi ilə münasibətdə idi. == Qətl == Ardsma 28 noyabr 1969-cu ildə məqalə ilə bağlı araşdırma aparmaq üçün kitabxanada idi. Saat 16:45-16:55 radələrində o, oxu zalında sol döşündən bıçaqla bir dəfə bıçaqlandı, ağciyər kötüyü kəsildi və ürəyinin sağ mədəciyi deşildi. Polis Ardsmanın əllərində müdafiə yaraları olmadığı üçün arxadan hücuma məruz qaldığına inanırdı.
Betsi Brentli
Betsi Brentli (ing. Betsy Brantley, 20 sentyabr 1955-ci il, Rutherfordton, Şimali Karolina, ABŞ) - amerikalı aktrisadır.
Euseius tutsi
Euseius tutsi (lat. Euseius tutsi) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Seneka Lutsi
Lutsius Anneus Seneka (lat. Lucius Annaeus Seneca; e.ə. 4, Kordova, İspaniya — 65, Roma) — stoisist-filosof, şair, yazar, dövlət xadimi, Roma stoisizminin ən nümayəndəsi. İmperator Neronun müəllimi olmuşdur. "Gənc Seneka" kimi də tanınır. Ancaq əksər hallarda onu sadəcə "Seneka" kimi tanıyırlar. == Bioqrafiyası == Seneka İspaniyanın Kordova şəhərində anadan olmuşdur, kiçik yaşlarında ailəsi ilə birlikdə Romaya köçmüşdür. Orada stoya məktəbinin filosofları ilə tanış olmuş və onlardan dərslər almışdır. 33-cü ildə imperator Tiberinin dönəmində kvestor, 37-ci ildə isə Kaliqulanın zamanında senator olmuşdur. Bundan sonra, gözəl natiq və yazar kimi tanınmışdır.
Butti qraflığı (Kaliforniya)
Byutt — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 220,000 nəfər olmuşdur. Mərkəzi Orovill şəhəridir.
Bütri-sür-Uaz
Bütri-sür-Uaz (fr. Butry-sur-Oise) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Valle-dü-Sosseron. Əhalisi — 1.969 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 28 km şimal-şərqdə, Serji belediyyənin 12 km şimal-qərbdə yerləşir.
Lutsi Korneli Sulla
Lutsi Korneli Sulla (lat. Lucius Cornelius Sulla (Felix); e.ə. 138-78) — romalı hərbi və siyasi xadim. Sərkərdə kimi Yuqurta müharibəsi dövrü önə çıxır. E.ə. 104-102-ci illərdə kimvrlar və teftonlarla, e.ə. 90-88-ci illərdə Müttəfiq müharibəsində və e.ə. 89-84-cü illərdə 1-ci Mitridat müharibəsində iştirak edir. Sonuncunun əsnasında, Romanı tutur, Qay Marinin tərəfdarlarını neytrallaşdırır, bütün hakimiyəti quldar aristokratiyanın əlinə verir. Sonra ordusu ilə Şərqə yollanır, e.ə.
Lutsi Yuni Brut
Brut Lutsi Yuni (lat. Lucius Junius Brutus) — Qədim Roma əfsanəsinə görə, Romada respublikanın əsasını qoyan. Patrisilərin sonuncu Roma hökmdarı Məğrur Tarkviniyə qarşı baş vermiş üsyanına rəhbərlik etmişdir. E.ə. 509-cu ildə sonuncu hökmdarın qovulmasından sonra Brut Roma Respublikasının konsullarından biri olmuşdur.
Mvog-Betsi zooparkı
Mvog-Betsi — Zooparkı Kamerunun Yaounde şəhərində yerləşən botanika və zooloji parkdır. == Haqqında == Mvoq-Betsi zooparkı 1951-ci ildə Kamerunda müstəmləkə administrasiyasının rəhbəri cənab Pfayfer tərəfindən vəhşi heyvanları yaşatmaq üçün yaradılmışdır. 1956-cı ildən 1971-ci ilə qədər, bir neçə şəxs tərəfindən ardıcıl olaraq, xüsusilə ixrac üçün nəzərdə tutulmuş heyvanlar üçün karantin sahəsi kimi istifadə edilib. O, ölkənin Meşə və Fauna Nazirliyi (MİNFOF) (keçmiş Ətraf Mühit və Meşələr Nazirliyi (MINEF)) tərəfindən idarə olunur və zooparkda böyük pişiklər, sürünənlər və yırtıcı quşlar da daxil olmaqla geniş növlər mövcuddur. Ape Action Africa zooparkdakı primatların qayğısına qalmaq məsuliyyətini öz üzərinə götürüb. 2014-cü ildə zooparkda təqribən on növ primat, digər məməlilər, sürünənlər və quşlar yerləşdirilib və ümumilikdə 29 heyvan növü 4 təşkil edib. == Fauna == Çevik manqabey Babun De Brazza meymunu Qazma Boz yanaqlı manqabey Mandrill Tantal meymunu Patas meymunu Burunlu meymun Qırmızı papaqlı manqabey Aslan == Nəbatat Parkı == Botanika parkına meşə və bəzək ağacları, meyvə ağacları və “çiçəklər” daxildir ki, bunlardan 20 müxtəlif fəsilə aid 36 növü görmək olar. Bunlardan da Caesalpiniaceae ən yaxşılarındandır.
Klüver-Büsi sindromu
Klüver-Büsi sindromu – beynin iki gicgah payının ön bölgələrinin daxilində yerləşən badamabənzər cisimlərin dağılması nəticəsində müşahidə olunan bir sıra davranış dəyişiklikləri ilə xarakterizə olunan xəstəlik.Xəstəliyin müşahidə olunduğu heyvanlarda yüksək dərəcəli qorxusuzluq, hər şeyə qarşı maraq, unutqanlıq, hər şeyi ağzına aparma, hətta bərk cisimləri yeməyə çalışma, tez-tez körpə heyvanlarla, hətta fərqli cinsiyyət və növə aid heyvanlarla belə cütləşməyə çalışacaq səviyyədə cinsi impulslar meydana çıxır. Bənzər xəstəlik nadir hallarda insanlarda rast gəlinsə də, simptomlar heyvandakılara oxşar olur. == Səbəblər == Bu xəstəliyin öyrənilməsində meymunların qan qrupları önəmli rol oynayıb.Xəstəlik ilk dəfə insanlarda 1955-ci ildə gicgah lobektomiyası zamanı qeydə alınmışdır. Lakin herpes səbəbli ensefalit və meninqoensefalit zamanı da insanda müşahidə oluna bilər. Həmçinin bir sıra situasiyalar Klüver-Byüsi sindromuna səbəb ola bilər. Məsələn, Pik xəstəliyi, Altshaymer xəstəliyi, işemiya, anoksiya, proqressiv subkortikal qlioz, Rett sindromu, porfiriya və dəm qazı zəhərlənməsi və s. kimi hallar sindorum səbəbkarlarından hesab olunur. == Simptonlar == Sindromun simptomlarını aşağıdakılardır: Xatirələri yada salmaq bacarığının itməsi. Bu zaman həm köhnədən qalan, həm də yeni yaranan məlumatlar xatırlanmır. Amneziya dərəcəsi yetərincə yüksək olur.
Premyer Liqa Qızıl Butsu
Premyer Liqa Qızıl Butsu İngiltərə Premyer Liqasında mövsüm ərzində ən çox qol vuran oyunçuya təqdim edilən illik futbol mükafatıdır. Sponsorluq anlaşmalarına görə mükafat 1994-cü ildən 2001-ci ilədək Karlinq Qızıl Butsu, 2001-ci ildən 2004-cü ilədək Barkleykard Qızıl Butsu, 2015-ci ildən başlayaraq isə Barkleys Qızıl Butsu kimi adlanır. Bundan əlavə mükafatın sahibinə mövsüm ərzində vurduğu hər qola görə adətən 1000 funt sterlinq pul mükafatı təqdim edilir. Həmçinin 2012/13 mövsümündə vurduğu 26 qol qarşılığında Robin van Persi toplam 30.000 funt sterlinq pul mükafatı əldə etmişdir.Premyer Liqa 1992-ci ildə yaranmışdır. Belə ki, birinci divizyonda çıxış edən klublar Futbol Liqasını tərk etdilər və beləcə maliyyə baxımından azad olan, şəxsi yayım hüququ və sponsor razılaşmaları olan liqa yarandı. Yeni yaranmış liqanın 1992/93 futbol mövsümünü təşkil etməsi üçün heç bir sponsoru yox idi ta ki Karlinq növbəti mövsüm üçün büdcəsi 12 milyon funt sterlinqi əhatə edən 4 illik müqavilə bağlayana qədər. Beləliklə ilk mövsümündə daxili çempionat Premyer Liqa adı ilə tanınırdı. Nəticədə ilk dəfə Teddi Şerinqam mükafatı qazanarkən bu Premyer Liqa Qızıl Butsu adlanırdı. O, bir mövsüm ərzində keçirdiyi 41 oyun ərzində 22 dəfə fərqlənə bilmişdi. 1994/95 mövsümündən sonra liqada klubların sayı 22-dən 20-yə endirildi və beləliklə çempionatda matçların sayı 42-dən 38-ə düşürüldü.Tyerri Anri mükafatı 4 dəfə qazanmaqla bu mənada rekorda sahibdir.
Altsi
Altsi (fr. Alzi, kors. Alzi) — Fransanın Korsika regionunda yerləşən kommuna. Kommuna departamenti — Yuxarı Korsika. Qolo-Morozalya kantonuna daxildir. Kommunanın dairəsi — Korte. Kommunanın INSEE kodu — 2B013. == Əhalisi == 2008-ci ildə kommunanın əhalisi 17 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli yaşda olan 14 nəfərdən (15-64 yaş) 11 nəfər iqtisadi fəal, 3 nəfər qeyri-fəal (fəaliyyət göstəricisi 78,6%, 1999-cu ildə 58,3%) olmuşdur. Fəaliyyətdə olan 11 nəfərdən 8 nəfəri (4 kişi və 4 qadın) işləyir, 3 nəfər işsiz (2 kişi və 1 qadın) olub..
Banşi
Banşi (ing. Banshee) - İrland folklorunun personajı. Azərbaycan folklorunda bayquşla müqayisə oluna bilər. Evlərin pəncərəsi qarşısında oturan xəyali qadın obrazıdır. İnanclara görə, hansı evin qarşısında ağlayarsa, o evdə müsibət və ölüm-itim olur. İrlandların inanclarına görə Başinin səsi eşidilən evdə tezliklə bir nəfərin ölüm xəbəri gəlməli idi. Digər bir inanca görə Banşi sadəcə təmiz irland qanına sahib insanların evlərinə gəlməkdədir. Şotland yazıçı Valter Skott tərəfindən 1830-cu ildə yazılmış Demonologiya və Cadugərliklə bağlı yazılar (ing. Letters on Demonology and Witchcraft) əsərində Şimali Şotlandiyada yaşayan insanlarda Banşi inancının güclü olduğunu qeyd etmişdir.
Bastı
Basdı - türk, altay və tatar mifologiyalarında kabus cini. Bastı, Bastırık (Bastırığ, Bastırı) da deyilər. İnsanların kabus görməsi, halsızlaşması, qorxuyla oyanması, sonrasında nəfəsinin kəsilməsi bu şər ruhu ilə əlaqəli görülər. Anadolu türkcəsində "Bastırık" birbaşa kabus deməkdir. Eyni zamanda həbsxana və ya hüceyrə mənalarına da gəlir. Müxtəlif şəkillərə girə bilər. Pişik qılığına bürünmək çox sevər. Kazakçada kabus "Bastırılu" deməkdir. Bastıyla əlaqədar aşağıdakı varlıq adları diqqətə dəyərdir. Albasdı: "Aleybanı, Alyabani." Uzun boylu, ağ bədənli və çılpaq olaraq təsvir edilən şeytanı dişi varlıq.
Baxşi
Baxşi - özbək, qazax, qırğız, uyğur, türkmən, xorasani türk və qaraqalpaq xalqlarının şair-nəğməkarı. Qaraqalpaqlarda və qazaxlarda bu termin baksı şəklində işlənir. Bakşı, Bağşı, Bahçı, Baxçı, Baksı olaraq da deyilir. Monqollar Böge və ya Büğe deyərlər. == Məna və tərif == Baxşi, türk, altay və monqol mifologiyasında eyni vaxtda şamandır. Əslində Kam (şaman) anlayışından daha geniş əhatəlidir. Xalq şairi, aşiq, musiqiçi istiqaməti də çox vaxt ön plana çıxa bilər. Ənənəvi üsullara əsaslanan xalq həkimliği edə bilər. Cadulu sözlərlə pis ruhları qovar. Arkıl Ata ilk baxşıdır.
Baxşı
Baxşi - özbək, qazax, qırğız, uyğur, türkmən, xorasani türk və qaraqalpaq xalqlarının şair-nəğməkarı. Qaraqalpaqlarda və qazaxlarda bu termin baksı şəklində işlənir. Bakşı, Bağşı, Bahçı, Baxçı, Baksı olaraq da deyilir. Monqollar Böge və ya Büğe deyərlər. == Məna və tərif == Baxşi, türk, altay və monqol mifologiyasında eyni vaxtda şamandır. Əslində Kam (şaman) anlayışından daha geniş əhatəlidir. Xalq şairi, aşiq, musiqiçi istiqaməti də çox vaxt ön plana çıxa bilər. Ənənəvi üsullara əsaslanan xalq həkimliği edə bilər. Cadulu sözlərlə pis ruhları qovar. Arkıl Ata ilk baxşıdır.
Belsı
Belsı və ya Beltsı (mold. Bălţi/Belisty) — Moldovada şəhər. == Əhali == Doğulanlar (2010): 1573 (1000 nəfərə 10.6) Ölənlər (2010): 1447 (1000 nəfərə 9.7) Təbii artım (2010): 126 (1000 nəfərə 0.9)Etknik qruplar, 2014: Qeyd: * Moldovada etnik olaraq rumınlar və moldovanları ayırmaqda müəyyən mübahisələr var. Siyahıyaalınmalara görə Belsının illər ərzində əhalisi sayındakı dəyişmə.
Beltsı
Belsı və ya Beltsı (mold. Bălţi/Belisty) — Moldovada şəhər. == Əhali == Doğulanlar (2010): 1573 (1000 nəfərə 10.6) Ölənlər (2010): 1447 (1000 nəfərə 9.7) Təbii artım (2010): 126 (1000 nəfərə 0.9)Etknik qruplar, 2014: Qeyd: * Moldovada etnik olaraq rumınlar və moldovanları ayırmaqda müəyyən mübahisələr var. Siyahıyaalınmalara görə Belsının illər ərzində əhalisi sayındakı dəyişmə.
Bisti
Bisti - Səfəvilər dövlətində sah I Təhmasibin dövründə kəsilmiş gümüş sikkə. 20 dinara bərabər tutulurdu. XVII əsrin sonlarına qədər dövriyyədə olmuşdur.
Bitki
Bitki (lat. Plantae və ya lat. Vegetabilia) — mamırlar, qıjılar, qatırquyruğular, plaunlar, çılpaqtoxumlular və çiçəkli bitkiləri özündə birləşdirən çoxhüceyrəli orqanizmlərin əsas qruplarından biri. Bəzi mütəxəssislər[kimlər?] yosunları bütünlüklə, bəziləri[kimlər?] isə onların bir qismini bitkilər qrupuna aid edirlər. == Ümumi məlumat == Botanika elminin tədqiqat obyekti olan bitkilər Yer kürəsində geniş yayılmışdır. Quru səthində hər il yaşıl bitkilər tərəfindən atmosferdən CO2 mənimsəməklə, günəş enerjisindən, torpaqdan daxil olan su və mineral birləşmələrdən istifadə etməklə 53 milyard ton biokütlə sintez edilir. Bu biokütlənin bir hissəsi kök və yerüstü qalıqlar şəklində təzədən torpağa qayıdır. Yaşıl bitkilər torpaqda üzvi maddələrin yeganə ilkin mənbəyidir. Onların torpaqəmələgətirici kimi əsas funksiyası maddələrin bioloji dövranı – torpaqdan qida elementlərinin və suyun mənimsənilməsi, üzvi kütlənin sintezi və həyat dövranı başa çatdıqdan sonra onun təzədən torpağa qaytarılmasıdır. Bioloji dövranın nəticəsi kimi – torpağın üst qatlarında potensial enerjinin və bitkilərin qida elementlərinin akkumulyasiyası torpaq profilinin tədrici inkişafını və torpağın əsas xassəsi olan münbitliyin inkişafını şərtləndirir.
Bitli
Bitli - İrəvan xanlığının Abaran mahalında kənd adı. XIX əsrin əvvəllərindən sonra mənbələrdə bu kəndin adı çəkilmir. == Toponimi == XIX əsrdə Kutais quberniyasındı Bit-Nağalı , Şimali Qafqazda Ter əyalətinin Nalçik dairəsində Bituktəpə, Azərbaycanda Yelizavetpol quberniyasında (Tovuz rayonunda) Bit-Tılı (Bitdili) və Fitdaq (İsmayıllı rayonu), Zaqatala rayonunda Bitdili çay adı və s. toponimlərlə eynidir. Mə'nası mə'lum deyil.
Bitti
Bitti (it. Bitti) — İtaliyanın Sardiniya regionunda şəhər. Əhalisi 2.837 nəfərdir. Nuoro şəhərindən 35 km șimal istiqamətində yerləşir. == Tanınmış şəxsləri == Canuario Karta – siyasətçi.
Boesi
Anisi Manli Severin Boesi (lat. Anicius Manlius Severinus Boethius; təq. 480[…], Roma – ən tezi 524 və ən geci 526, 25 oktyabr 524 və ya 524, Paviya) — neoplatonçu filosof, Roma dövlət xadimi, xristian ilahiyyatçısı və müqəddəsi. == Həyatı == Boesi Roma imperiyasının süqutundan sonra Şimali İtaliyada yaranan Ostqotlar krallığında yaşayıb, yaratmışdır. O Romanın patrisi ailəsində anadan olmuşdu və ostqot kralı Teodorikusun (latınca Theodoricus) dövründə, yüksək dövlət vəzifələrini tutmuşdu. Lakin sonra, Boesini Ostqot dövlətinin mövcudluğuna son qoyulması məqsədi ilə bizanslılarla məxfi danışıqların aparılmasında ittiham etmişdilər. Dövlətə qarşı xəyanətdə ittihamlandırılan Boesi zindana atılmış və orada bir müddət saxlandıqdan sonra edam edilmişdi. Boetsiyə “sonuncu romalı” ləqəbi vermişdilər. == Fəlsəfəsi == Boesi tərcüməçi və filosof kimi tanınmışdı. O yunan dilindən latın dilinə bəzi riyazi əsərləri, məsələn Evklidesin (Eukleides) «Başlanğıclar» əsərini tərcümə etmişdi.
Burfi
Burfi — Hindistan mətbəxinin (həmçinin Banqladeş və Pakistan mətbəxləri) məşhur şirniyyatlarından biri. Burfi qatılaşdırılmış süddən hazırlanmış şirin, konfetə bənzər şirniyyat növüdür. Hindistan yaranmış bu şirniyyat adı "qar" mənasını verən "barf" sözündən yaranıb. Bir neçə növü mövcuddur:besan burfi (qoyunnoxudu unu qatılır), kaaji burfi (Braziliya fıstığından hazırlanır), pista barfi (yerpüstəsindən hazırlanır) və sing barfi (yer fındığından hazırlanır).
Bursa
Bursa (türk. Bursa) — Türkiyənin Bursa ilinin inzibati mərkəzi. Əhali sayına görə Türkiyənin ən böyük 4-cü şəhəridir. Osmanlı imperiyasının ilk paytaxtı olmuşdur. == Tarixi == Osmanlı imperiyasının ikinci paytaxtıdır Bursa. 130 il Osmanlıya paytaxtlıq edən şəhər altı sultanın məzarını qoruyur. Şəhərin düz mərkəzində imperiyanın qurucusu Osman Qazinin at üstündə əzəmətli heykəli ucalır. Şəhərdə həmçinin onun adını daşıyan mavzoley var. Şəhərin ilkin görkəmi uzaq keçmişlərdən bu yana böyük mədəniyyətlərin beşiyi olan bir şəhəri tanıdır ziyarətçiyə. Asiya və Avropa arasında bir bölgədə yerləşməsi səbəbindəndir ki, hər iki qitənin mədəniyyətindən yararlanıb.
Busir
Busir — 7-ci əsrin sonundan 8-ci əsrin əvvəllərinə qədər Xəzər xaqanlığına hökmdarlıq etmişdir. Xəzər xaqanlığı VII əsrdə Krım qotlarını özünə tabe etdi. 787-ci ildə isə Cənubi Krımdakı Doros (indiki Manqup) qalasını da ələ keçirən xəzərlər, qotların Krımdakı hakimiyyətlərinə tamamilə son qoydular. Qara dənizin şimal hssəsinin və Krımın Xəzər xaqanlığı tərəfindən tutulması, Xəzər xaqanlığı və Bizans arasındakı əlaqələrin daha da sıxlaşmasına gətirib çıxarmışdır. Xəzərlərin Krımı tutmasından əvvəl, 695-ci ildə taxtdan salınmış Bizans imperatoru II Yustinian Krım qotlarına sığınmışdı. Qotlar da II Yustinianı Xəzər xaqanı Busirə təhvil verdilər. 704-cü ildə Busir xaqan öz bacısını II Yustinian ilə evləndirdi. Yenidən Konistantinopola dönən II Yustinian hakimiyyəti ələ keçirsə də yenidən taxtdan salındı və öldürüldü. == İstinadlar == == Ədəbiyyat == Togan, Zeki Velidi. Hazarlar md.
Bəsti
Bəsti — Azərbaycan qadın adı. Aşıq Bəsti — XIX əsrin tanınmış qadın aşığı. Bəsti Cəfərova — aktrisa. Azərbaycanın xalq artisti (1998) Bəsti Bağırova – Bəsti Sevdiyeva – xanəndə, əməkdar artist. Bəsti Qasımova — Azərbaycanlı müğənni, AzTV-nin solisti.
Bursa bursa-pastoris
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.