butmir 2021
butulka
OBASTAN VİKİ
Dino Butsati
Dino Bussati (it. Dino Buzzati Traverso, Dino Bursati Traverso; 16 oktyabr 1906, San-Pelleqrino di Belluno, Veneto — 28 yanvar 1972, Milan) — İtaliya yazıçısı, jurnalisti, rəssamı. == Həyatı == Dino Butsati 1906-cı ildə Belluno kommunasının San-Pelleqrino məhəlləsində dünyaya gəlib. Milanda təhsil alıb hüquq diplomuna yiyələnir, 22 yaşında ən nüfuzlu İtalyan qəzetində — Milanın "Korryere della Sera" qəzetində işə düzəlir. 30-cu illərin əvvəllərində Butsatinin "kafkasayağı" tərzdə qələmə aldığı ilk romanları meydana gəlir. İkinci dünya müharibəsi illərində İtaliya Kral Hərbi Dəniz Qüvvələrinin tərkibində Afrikada jurnalist kimi fəaliyyət göstərir. 1943-cü ilin sentyabrında Milana qayıdır və qəzetdə redaktor işləyir. Dino Butsatinin "Sevgi" romanı 1963-cü ildə işıq üzü görür. Daha çox romançı və dramaturq kimi nüfuz qazanmışdır. Butsati nəsri fantastikaya meyil edir, bu mənada onu çox zaman Edqar Allan Po və Frans Kafka ilə müqayisə edirlər.
Premyer Liqa Qızıl Butsu
Premyer Liqa Qızıl Butsu İngiltərə Premyer Liqasında mövsüm ərzində ən çox qol vuran oyunçuya təqdim edilən illik futbol mükafatıdır. Sponsorluq anlaşmalarına görə mükafat 1994-cü ildən 2001-ci ilədək Karlinq Qızıl Butsu, 2001-ci ildən 2004-cü ilədək Barkleykard Qızıl Butsu, 2015-ci ildən başlayaraq isə Barkleys Qızıl Butsu kimi adlanır. Bundan əlavə mükafatın sahibinə mövsüm ərzində vurduğu hər qola görə adətən 1000 funt sterlinq pul mükafatı təqdim edilir. Həmçinin 2012/13 mövsümündə vurduğu 26 qol qarşılığında Robin van Persi toplam 30.000 funt sterlinq pul mükafatı əldə etmişdir. Premyer Liqa 1992-ci ildə yaranmışdır. Belə ki, birinci divizyonda çıxış edən klublar Futbol Liqasını tərk etdilər və beləcə maliyyə baxımından azad olan, şəxsi yayım hüququ və sponsor razılaşmaları olan liqa yarandı. Yeni yaranmış liqanın 1992/93 futbol mövsümünü təşkil etməsi üçün heç bir sponsoru yox idi ta ki Karlinq növbəti mövsüm üçün büdcəsi 12 milyon funt sterlinqi əhatə edən 4 illik müqavilə bağlayana qədər. Beləliklə ilk mövsümündə daxili çempionat Premyer Liqa adı ilə tanınırdı. Nəticədə ilk dəfə Teddi Şerinqam mükafatı qazanarkən bu Premyer Liqa Qızıl Butsu adlanırdı. O, bir mövsüm ərzində keçirdiyi 41 oyun ərzində 22 dəfə fərqlənə bilmişdi.