BİTLİ

вшивый
BİTKİNLİK
BİTLİLİK
OBASTAN VİKİ
Bitli
Bitli - İrəvan xanlığının Abaran mahalında kənd adı. XIX əsrin əvvəllərindən sonra mənbələrdə bu kəndin adı çəkilmir. == Toponimi == XIX əsrdə Kutais quberniyasındı Bit-Nağalı , Şimali Qafqazda Ter əyalətinin Nalçik dairəsində Bituktəpə, Azərbaycanda Yelizavetpol quberniyasında (Tovuz rayonunda) Bit-Tılı (Bitdili) və Fitdaq (İsmayıllı rayonu), Zaqatala rayonunda Bitdili çay adı və s. toponimlərlə eynidir. Mə'nası mə'lum deyil.
Bitlicə
Bitlicə — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk mənşəli bitli etnoniminə -cə şəkilçisinin artırılması yolu ilə düzəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 20.VIII.1954 - cü il fərmanı ilə kəndin adı dəyişdirilib Bardzraşen qoyulmuşdur. == Əhalisi == Kənddə 1897-ci ildə 246 nəfər, 1914 - cü ildə 198 nəfər, 1916-cı ildə 195 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuş və kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir.
Bitlis
Bitlis — Türkiyənin Bitlis ilinin inzibati mərkəzi.
Bitlis ili
Bitlis ili — Türkiyədə il. “Van və Bitlisdə müsəlman əhalisinin cəmi 10 faizi sağ qalmışdı. Maddi dəlillər bizi belə bir ümumi faktlar həqiqətinə gətirib çıxarır ki, ermənilər müstəsna qəddarlıqla geniş miqyasda müsəlmanları qırmışlar. Nəticədə əhalinin dörddə bir qismi ancaq sağ qalmışdı. Ölkə dağılmışdı . == Əhalisi == 1960-cı ildə aparılmış siyahıya alma zamanı ilin 129 min nəfər əhalisinin 82 min nəfəri ana dilinin kürd, 44 min nəfəri türk, 3 min nəfəri isə ərəb dili olduğunu qeyd etmişdir.
Bitlis qalası
Bitlis qalası — Türkiyənin cənub-şərqində yerləşən Bitlis ilçəsində bir qala. Tikilmə tarixi tam olaraq bilinməməklə yanaşı miladdan əvvəl III-IV əsrlərdə inşa edildiyi ehtimal edilir. Makedoniyalı İskəndər tərəfindən sərkərdə Bedlisə inşa etdirilmişdir. Sərt qayalıqlara inşa edildiyi üçün qalanın ətrafında müdafiə xəndəyi yoxdur. == Tarixi == Yazılı mənbələrdə e.ə. 330-cü ildə Makedoniyalı İskəndərin sərkərdələrindən Leys Bedlis tərəfindən inşa etdirildiyi bildirilir. Bitlis adını bu qalanı inşa edən Bedlis adlı sərkərdədən almışdır. Qalanı Bedlis adlı sərkərdənin inşa etməsi sonrakı illərdə türklərin qalanın olduğu bölgəyə Bitlis adını qoymasına səbəb olmuşdur. Bitlis qalası şəhər mərkəzində sərt bir qaya bloku üzərindədir. İndiyə qədər elmi araşdırma istiqamətli hər hansı bir iş görülmədiyi üçün, içində saxladığı bütün tarixi sirləri ilə öz möhtəşəmliyini saxlayır.
Bitlis vilayəti
Bitlis vilayəti — Osmanlı İmperiyası tərkibində, 1875–1923–cü illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Bitlis şəhəri idi.
Bitlis üsyanı (1915)
Bitlis üsyanı — Birinci dünya müharibəsi zamanı Türkiyədə Bitlis ilində yaşayan ermənilərin təşkil etdiyi üsyan. Üsyan 1915-ci ilin yanvar ayında başlamış, aprel ayında isə şiddətlənmişdir. I dünya müharibəsində Osmanlı İmperiyasının ağır durumundan istifadə edən, Daşnaksütun təşkilatı, ərazidə yaşayan erməniləri türklərə qarşı birləşdirmək üçün Vahan Papasyan adlı radikal milliyətçini Daşnaksütun təşkilatının Bitlis nümayəndəsi təyin etmişdir. Osmanlı İmperiyası sərhədləri daxilində yaşayan bütün kişiləri səfərbərliyə çağırdı. Bu çağırışa bəzi ermənilər də qoşuldu. Ancaq ermənilərin böyük bir qismi, Osmanlı İmperiyası tərəfindən döyüşmək istəmədiklərini açıq şəkildə söyləyirdilər. Bitlis ilinin Osmanbaşısı Korsu, Akhis, Beygeri, Arşin və Tasu kimi etnik ermənilərin yaşadığı kəndlərə səfərbərliklə bağlı yazılı müraciət etmiş, lakin cavab ala bilməmişdir. 1915-ci ilin yanvar ayında Bitlis ilinin Hizar qəzasının Sekür kəndində ermənilərlə, türk əsgərləri arasında səfərbərlik məsələsində mübahisə yaranmışdır. Ermənilərin Osmanlı əsgərlərinə hücumundan sonra silahlı atışma başlamışdır. Erməni silahlılarının Bitlis ili ilə Van ilini bir-birinə bağlayan yolu kəsməsi vəziyyəti daha da gərginləşdirir.
İdris Bitlisi
İdris Bitlisi və ya Bitlisli İdris (tam adı: Molla Hakim İdris Bitlisi; 1452 və ya 1457, Bitlis – 1520, Konstantinopol) — XV əsrin sonu və XVI əsrin əvvəllərində yaşamış kürd əsilli Osmanlı tarixçisi və dövlət xadimi. Azərbaycan türkcəsində danışırdı. Molla Hakim İdris Bitlisi 18 yanvar 1457-ci ildə indiki Türkiyənin Bitlis şəhərində anadan olmuşdur. O, Səfəvi şahına xidmət etmiş və sonradan Osmanlı sultanı II Bəyazidin sarayına köçmüşdür. Orada ona Osmanlı sülaləsinin tarixini yazmaq tapşırılmışdır. İdris daha sonra Bəyazidin oğlu sultan Yavuz Səlimin sarayında tarixçi kimi çalışmışdır. Bitlisli İdris "Səlimnamə" əsərində yazır ki, I Səlimin hakimiyyəti dövründə kürd aşirət rəhbərlərini bir araya gətirməyə nail olmuşdur. Bundan sonra o, kürdləri qızılbaşlarla döyüşməyə təşviq etmiş, onlar isə Anadolunu qızılbaşlardan qılıncla təmizləməyə and içmişdir. Bu vaxt 40 min qızılbaş qılıncdan keçirilir. Bitlisli İdris Osmanlının Kürdüstanı fəth etməsində göstərdiyi köməyə görə, vali təyin edilmişdir.
Şərəf Xan Bitlisi
Şərəf xan ya da Şərəf xan ibn Şəmsəddin bəy bin Şərəf bəy Bidlisi (fars. شرف‌خان‎ ya da شرف‌خان بدلیسی; d. 1543 Qum - ö. 1599? Bitlis) — Bitlisin kürd əmiri. O, həm də tarixçi, yazıçı və şair olmuşdur. Şərəf xan yalnız fars dilində yazıb yaratmışdır. O, gənc yaşlarında Səfəvi sarayına göndərilmiş və orada təhsil almışdır. Şərəfnamənin müəllifidir. Şərəf xan Bidlisi 25 fevral 1543-cü ildə Qum vilayətində Rojkan (Ruzəki) əşirətindən olan Əmir Şəmsəddinin ailəsində doğuldu.
Əşrəf Bitlis
Əşrəf Bitlis (türk. Eşref Bitlis, 1933, Malatya – 17 fevral 1993, Yeniməhəllə ilçəsi, Ankara, Ankara ili, Türkiyə) — (1933, Malatya — 17 fevral 1993). Sabiq Türk general, sabiq Jandarma (Türkiyə) Komandiri. 1952-ci ildə Quru Hərb Məktəbindən leytenant rütbəsi ilə məzun oldu. 1966-cı ildə Quru Hərb Akademiyasını tamamladı. Almaniyada dil təhsilini tamamladıqdan sonra 1969-cu ildə Türk Silahlı Qüvvələri Akademiyasından məzun oldu. 1973-də Almaniya Hərb Akademiyasını tamamladı. Bir il Quru Hərb Akademiyasında baş müəllim olaraq vəzifə yerinə yetirdi. 1974-də Kipr Hərəkatı əsnasında Polkovnik rütbəsiylə Kipr Türk Alayı komandirliyinə təyin edildi. Bu alayın komandirliyini edərkən Kipr Yunan alayı məhv edildi.
Bitlis xanlığı
Bitlis xanlığı — Bitlisdə yaşayan 24 tayfanın birləşməsindən yaranan müsəlman kürd xanlığı.XVII əsrin ortalarında Abdalxan dövlətin xanı idi. Fransa səyyahı Jan Batist Tavernye onu ən güclü kürd hökmdarı hesab edirdi. Tavernyenin fikrincə, Abdalxan müstəqil idi, Səfəvi və Osmanlı dövlətlərinin nəzarətini qəbul etmirdi. Övliya Çələbi Abdalxanı intibah hökmdarı və sənət ustası kimi tərifləmişdir.

Digər lüğətlərdə