Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bilinit
Bilinit Fe2+ Fe23+ [SO4]4 • 22H2O — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: nadir. == Xassələri == Rəng – ağ, sarımtıl; Parıltı – şüşə; Şəffaflıq – şəffaf, yarımşəffaf; Sıxlıq – 1,87; Sərtlik – 1; Sınıqlar – tikanlı; Morfologiya – kristallar: iynəvari, tükşəkilli; Mineral aqreqatları: radial-lifli kütlələr, qabıqlar. == Mənşəyi və yayılması == Ən çox hipergen şəraitdə dəmir sulfidlərinin dəyişilmə məhsulu kimi əmələ gəlir. Liqnitlərdə və sulfid filizlərinin oksidləşmə zonasında qeyd olunur. Birlikdə rast gəldiyi minerallar: ryomerit, botriogen, pikkerinqit, pikromerit və b. Mineralın tapıldığı yerlər: Bilina dağı (Çexiya). Azərbaycanda Laçın rayonunda Bülüldüz sulfid təzahüründə tapılmışdır. == İstinadlar == == Mənbə == Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.
Blijnıy adası
Blijnıy — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının mərkəzi hissəsində, Oktyabr İnqilabı adasının şimalında Fiqurnıy burnundan 300 m aralıda yerləşir. Bir qədər uzunsov formaya malikdir. Uzunluğu 1,8 km, eni 1,3 m təşkil edir. Adanın səthi hamardır. Mərkəzi hissəsində 47 metr hündürlüyə sahibdir. Adada göl və çay yoxdur. Blijnıy adasından şərqdə Kosistıy adası, 500 m şimal-şərqdə Sredniy adası yerləşir.