Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bıtoviya İK
"Bıtoviya" Şəhər İdman Klubu (pol. Miejski Klub Sportowy Bytovia Bytów) — Bıtuv şəhərini təmsil edən Polşa futbol klubu. Klub 1946-cı ildə yaradılmışdır. Ev oyunlarını 2,043 tamaşaçı tutumuna malik MOSiR stadionunda keçirir. == Stadion == Komandanın ev stadionu 2012-ci ildə təmir olunmuşdur. Meydançanın ətrafındakı tribunalar tamamlanmışdır. Tamaşaçılıq rekordu 2009-cu ildə Polşa kubokunun 1/8 final matçında 5,000 tamaşaçının müvəqqəti tribunalara toplaşdığı oyunda qeydə alınmışdır.
Biotik faktorlar
Biotik faktorlar — orqanizmə ətraf mühitdən təsir edən canlı varlıqlar, yəni növdaxili və növlərarası əlaqələr. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Audrey Bitoni
Audrey Bitoni (16 avqust 1986, Pasadena, Kaliforniya) — italyan əsilli amerikalı çılpaq model və pornoqrafik film aktrisası. 2008-ci ildə AVN mükafatlarında ən yaxşı gənc ulduz nominasiyasına namizəd olub.
Odri Bitoni

Brest-Litovsk müqaviləsi
Brest-Litovsk sülh müqaviləsi – Rusiya Sovet Federativ Sosialist Respublikasının yeni bolşevik hökuməti ilə İttifaq Dövlətləri (və ya Dördlər ittifaqı — Almaniya İmperiyası, Avstriya-Macarıstan İmperiyası, Osmanlı dövləti və Bolqarıstan krallığı) arasında imzalanmış sülh müqaviləsi. Sülh müqaviləsi Osmanlı dövlətinin torpaq qazandığı son müqavilədir. Müqavilə 2 aylıq sürən danışıqların nəticəsində, Ukraynanın Alman nəzarəti altında olan Bialstok-Grodna əyalətinin Brest-Litovsk şəhərində (Polyak dilində: Brześć Litewski, Alman dilində: Friedensvertrag von Brest-Litowsk, 1945-ci ildən bəri sadəcə Brest) imzalandı. Müqavilə bolşevik hökuməti tərəfinin müharibədə Almaniya və Avstriya-Macarıstan qüvvələrinin irəliləməsinin dayandırılması mövzusu üzərində idi. Bununla da, Sovet Rusiyası keçmiş Rusiya imperiyasının İttifaq ölkələrinə dair heç bir öhdəliyini yerinə yetirməmişdir. Müqavilə 1918-ci il martın 3-də Brest-Litovskda imzalanmış, martın 15-də 4-cü Ümumrusiya Fövqəladə Sovetlər Qurultayı, sonra isə 22 martda Almaniya reyxstaqının razılıq verməsindən sonra, martın 26-da Almaniya imperatoru II Vilhelm tərəfindən təsdiq olunmuşdur. == Müharibənin arxa planı == === Son hərbi manevrlər === === Ərazi dəyişiklikləri === Sülh müqaviləsi Rusiyanın I Dünya müharibəsindən çıxması ilə nəticələndi. Müqaviləyə əsasən, Bolşevik Rusiyası Baltikyanı ərazilərini Almaniyaya verərək idarəçilikdən imtina etdi, bu ərazilər Almaniyanın vassalına çevrilərək kiçik krallıqlara bölündü. Rusiya həmçinin Cənubi Qafqazda yerləşən əyalətini — Qarsı Osmanlı İmperiyasına verərək oradan imtina etdi və Ukrayna Xalq Respublikasının müstəqilliyini tanıdı. Konqresdə Polşanın müqavilədə qeyd olunmaması və Almanların Polşa təmsilçilərinin iştirakını tanımaması mübahisələrə və etirazlara səbəb oldu.
Brest-Litovsk sülh müqaviləsi

Doqquz Bitik (kitab)
Doqquz Bitik — Firudin Ağası oğlu Cəlilovın 2014-cü ildə çap elədiyi bu əsər, Tarixi, fərqli bir baxış açısından ortaya qoymuş və türklərin mənşəsini araşdıraraq yeni bir idea yaratmışdır. Kitab 9 cilddə təlif olunmuş ki bunların üçü Bakıda (), alytısı İstanbulda (2022) nəşr edilmişdir: 1- Azərbaycan türklərinin islamaqədər tarixi. Doqquz Bitik: Tarixi qaynaqlar. I Bitik. Bakı, Ağrıdağ, 2014. 367[1] 2- Azərbaycan türklərinin islamaqədər tarixi. Doqquz Bitik: Tarixi coğrafiya. II Bitik. Bakı Ağrıdağ 2014. 280 3- Azərbaycan türklərinin islamaqədər tarixi.
Brest-Litovsk sülh müqaviləsinə əlavə məxvi saziş
Almaniya-Rusiya sazişi (1918, 27 avqust), Bakı məsələsi ilə bağlı olduğundan bəzən Bakı sazişi də adlanır. == Arxa fon == Azərbaycan Xalq Cümhuriyyəti yarandığı zaman onun ən yaxın müttəfiqi olan Osmanlı dövləti Birinci Dünya müharibəsində (1914–1918) Almaniya ilə bir cəbhədə vuruşurdu. Osmanlı ilə müttəfiq olmasına baxmayaraq, Almaniya Azərbaycana münasibətdə fərqli siyasət yeridirdi. Almaniya, türk-azərbaycan qoşunlarının Bakını ciddi ehtiyac duyduğu neftdən məhrum olacağından narahat idi. Bakını yenidənə ələ keçirməyə cəhd göstərən bolşevik Rusiyası da Almaniyanın diplomatik yardımına nail olmaq istəyirdi. Rusiya türklərin Bakıda, həmçinin bütün Azərbaycanda möhkəmlənməsinə hər vasitə ilə mane olmağa çalışırdı. Buna görə də ümumi maraqlarla bağlı olaraq, Azərbaycan məsələsində onların arasında yaxınlaşma baş verdi və bu 3 aya qədər şəkən danışıqlardan sonra, 1918-ci il avqustun 27-də Berlində Almaniya ilə sovet Rusiyası arasında Brest müqaviləsinə əlavə məxfi sazişin imzalanması ilə nəticələndi. == Sazişin mahiyyəti == 8 fəsil və 17 maddədən ibarət Almaniya-Rusiya məxfi sazişini Berlindəki rus səfiri A.İoffe və Almaniya Xarici İşlər Nazirliyinin məsul şəxsləri, gizli müşavirləri- xarici işlər idarəsinin katibi, istefada olan kontr-admiral Pavel fon Hintse və xarici işlər idarəsinin direktoru İohannes Krüge imzalamışlar. Sazişdə Ukrayna, Krım, Qara dəniz sahili, Qafqazla bağlı məsələlər və bir sıra digər məsələlər də əksini tapmışdır. Sazişin altıncı fəslinə görə, Rusiya Sovet Federativ Sosialist Respublikası Gürcüstanın müstəqil dövlət kimi Almaniya tərəfindən tanınmasına öz razılığını bildirirdi.