Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bubo bubo
Adi yapalaq (lat. Bubo bubo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaq cinsinə aid heyvan növü.
Bufo bufo
Adi quru qurbağası (lat. Bufo bufo) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin quru qurbağaları fəsiləsinin quru qurbağası cinsinə aid heyvan növü. == Statusu == Azərbaycanda adi quru qurbağasının Bufo bufo verucosissima (Pallas,1813) yarımnövü yayılmışdır. Lənkəran rayonunda və Böyük Qafqazın cənub ətəklərində təsadüf edilir. == Yaşayış yeri == Meşə kənarlarındakı çəmənliklərdə, çoxalma dövründə isə meşə kənarındakı gölməçələrdə təsadüf edilir. == Sayı == Çoxalma zamanı optimal şəraitdə 1 km marşruta 3-4 fərd düşür. 1989-cu ildə Zaqatala rayonunun Qəbizdərə kəndinin yaxınlığındakı gölməçədə 100 m-lik sahil zolağında 30-40 fərd hesablanmışdır. == Çoxalması == Mayalanma xaricidir. Cütləşmə 4-12 (hərdən daha çox) saat davam edir. Kürütökmə 7-10 gün ərzində gedir.
Boro
Boro (ing. borough /ˈbʌrə/ , /ˈbɜroʊ, ˈbʌroʊ/ — əsasən ingilisdilli ölkələrdə inzibati-ərazi vahidləri. Boro Kanada, Böyük Britaniya, ABŞ, Avstraliya və İrlandiyada vardır. Müxtəlif ölkələrdə müxtəlif ərazi vahidlərini nəzərdə tuta bilər. Təntənəli qraflıq sayılan Böyük London şəhəri 32 borodan ibarətdir.
Bubo
Yapalaq (lat. Bubo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
Bufo
Quru qurbağası (lat. Bufo) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin quru qurbağaları fəsiləsinə aid heyvan cinsi.
Burj
Burj (fr. Bourges, lat. Avaricum Biturigum) — Fransanın mərkəzi hissəsində şəhər. Şerdeptinin inzibati mərkəzi. == Əhalisi == Əhalisi 66,4 min (2010). == Coğrafiyası == Oron və Eren çaylarının qovuşduğu yerdə yerləşir. Berri kanalında (Luara çayı ilə əlaqələnir) gəmi dayanacağı. == Tarixi == E.ə. 7-ci əsrdə indiki Burjun yerində kelt yaşayış məskəni yerləşirdi; eramızın 1-ci əsrində Avarik (Avaricum) adı ilə tanınan bu məskən qall tayfası bituriqlərin mərkəzi olmuş, 52 -ci ildə Yuli Sezar tərəfindən işğal edilmişdir. 297-ci ildən Birinci Akvitaniya əyalətinin mərkəzi idi.
Buros
Buros (Borås) — İsveçin cənub qərbində şəhər. == Əhalisi == Əhalisi 66,3 min (2010) nəfərdir. == Coğrafiyası == Katteqat boğazının 70 km-liyində, Viskan çayı sahilində, Höteborqdan şərqdədir. Nəqliyyat qovşağı. Beynəlxalq aeroport. == Tarixi == 1621-ci ildə salınmışdır. Qəsr (15 əsr), kilsə (1699), Ratuşa (1909–1910, memarlar İ. Tenqbum və E. Torulf) saxlanılmışdır. == Memarlığı == Universitet (1977), Ali memarlıq məktəbi fəaliyyət göstərir. Rəssamlıq, müasir incəsənət, toxuculuq (2000) muzeyləri, açıq səma altında etnoqrafiya muzeyi, yanğınsöndürmə işi muzeyi; şəhər teatrı (1964); zoopark var. Xidmət sferası (o cümlədən internet-ticarət) inkişaf etmişdir.
Buru
Buru (ind. Pulau Buru) — Malay arxipelaqında, Molukka adalarına və İndoneziyanın tərkibinə daxil olan ada. Sakit okeana daxil olan dənizlərlə əhatələnmişdir: Seram dənizi (şimaldan), Banda dənizi (cənubdan və qərbdən). Şərqdən Manipa boğazı ilə Seram və Ambon adalarından ayrılır. Sahəsi 9505 km² təşkil edir. 2012-ci il may ayının məlumatlarına əsasən, adanın ümumi əhalisi 206 840 nəfərdir. Ada əhalisi etnik baxımdan rəngarəngdir. Adanın köklü əhalisi ilə yanaşı orada Yava adasından və İndoneziyanın digər adalarından gələnlər də yaşayır. Dini baxımdan həm islam, həm də xristian dininə etiqad edənlər var. Bununla belə bəzi rayonlarda insanlar əvvəlki inanclarına bağlılıqlarını qoruyub saxlayırlar.
Bürc
Bürc — ulduzlu göyün bir hissəsidir. Ulduzların müşahidə və öyrənilməsinin əlverişliyi üçün ulduzlu göy bürclərə bölünür. Bürclərin əksəriyyətinə qədim zamanlardan əfsanəvi qəhrəmanların (Herkules, Persey və s.), heyvanların (Qoç, Buğa, Balıqlar və s.) və əşyaların (Teleskop, Günyə və s.) adları verilmişdir. 1922 ildən başlayaraq göy qübbəsi Beynəlxalq Astronomiya İttifaqı ilə müəyyən edilmiş 88 bürcə ayrılır. Onlardan 31-i şimal yarımkürəsində, 11-i ekvatorda və 46-sı cənub yarımkürəsində görünür. Bürclərin sərhədləri 1935 ildə müəyyənləşdilmişdir. Ən böyük bürc Hidradır (1302 kvadrat dərəcə), ən balaca isə Cənub Xaçıdır (68 kvadrat dərəcə). Astronomiyada bürclər Eynar Hertsşprunq və Genri Rassel ilə tətbiq edilmiş qısaldılmış latın adları ilə işarə edilir. Parlaqlığa görə bürclərin ulduzları yunan hərfləri ilə düşən nizamda işarə edilir. == Tarixçə == İnsanlar qədimdən ulduzların göydə qəribə fiqurlar əmələ gətirdiyini müşahidə etmişdilər.
Puro
Puro və ya siqar — Silindrik formada yuvarlanan tütün yarpaqlarından ibarət tütün məmulatıdır. Ortada tütün hissəcikləri olan "tutucu" yarpağı və ətrafına spiral şəklində bükülmüş "sarğı" yarpağı var. Puronun ən bahalı hissəsi olan sarğı yarpağı; güclü, çevik və ipək kimi quruluşa malik olmalı, nizamlı yanmağı təmin etmək üçün xoş ətirli və yanar xüsusiyyətə malik olmalıdır. Qısa puro da adətən "siqarillo" termini ilə tanınır. Daha çox Kuba və Dominikan Respublikası kimi ölkələrdə yetişdirilir.
&Burn
"&Burn" — amerikalı müğənni Billi Aylişin repçi Vins Steypls ilə birlikdə ifa etdiyi mahnı. 15 dekabr 2017-ci ildə Darkroom və Interscope Records tərəfindən sinql olaraq buraxılıb. Mahnı dekabr ayında Aylişin ilk mini-albomu "Don't Smile at Me"nin yenidən buraxılmış versiyasına daxil edilib. Mahnı Aylişinin "Watch" mahnısının alternativ versiyasıdır.
Aaron Burr
Aaron Burr (ing. Aaron Burr, Jr.; 6 fevral 1756[…], Nyuark, Nyu Cersi – 14 sentyabr 1836[…]) — Amerika Birləşmiş Ştatlarının 3-cü vitse-prezidenti. 1804-cü ildə Aleksandr Hamiltonla aralarında duel təşkil edilmişdir. Burr duel nəticəsində ağır yaralanmışdır.
Andrea Duro
Andrea Duro Flores (14 oktyabr 1991, Fuenlabrada[d], Madrid regionu[d], İspaniya) — İspaniya aktrisası. Əsasən "Fisica o Quimica" serialı ilə tanınır.
Andromeda (bürc)
Andromeda (lat. Andromeda) —Andromeda, II əsr Yunan-Roma astronomu Ptolemey tərəfindən sadalanan 48 və 88 müasir bürcdən biridir.Göy ekvatorunun şimalında, dəniz canavarı Cetus tərəfindən yeyilmək üçün bir qayaya zəncirlənmiş Yunan mifindəki Kassiopeiyanın qızı Andromedanın şərəfinə adlandırılmışdır.Ən böyük bürclərdən biridir. Ən parlaq ulduzu Alpha Andromedae, Pegasusun bir hissəsi olaraq da hesablanan ikili bir ulduzdur.Alfa'dan yalnız bir qədər cılız olan Beta Andromedae rəngi,adi gözlə görünən qırmızı bir nəhəngdir.Bürc daxilində Süd Yoluna ən yaxın qalaktika olan Andromeda qalaktikasını (M31) saxlayır.M31-in yoldaşları M110 və M32 , daha uzaq NGC 891 daxil olmaqla bir neçə solğun qalaktikalar Andromedanın içindədir.Planet dumanlığı olan Mavi Qartopu Dumanı, teleskopda mavi dairəvi bir cisim kimi görünür. Andromeda, Noyabr ayında meydana gələn zəif meteor yağışı olan Andromedidlər üçün parlaq yerdir.
Arabaçı (bürc)
Arabaçı bürcü (Latınca:Auriga) - Göyün şimal yarımkürəsindədir. Azərbaycanda il boyu görünür. Bu Ptolemeyin 48 bürclərindən biridir və 88 müasir bürclərdən biri kimi Beynəlxalq Astronomiya İttifaqı tərəfindən qəbul edilib.
Balina (bürc)
Balina bürcü (lat. Cetus) — müasir 88 bürclərdən biridir. Göyün Şimal yarımkürəsindədir. Cetus adı Yunan mifologiyasında bir dəniz canavarı olan Cetusdan əmələ gəlməkdədir. Balina bürcü digər suyla əlaqədar təsvir edilən bürclərlə birlikdə Su adlanan səma bölgəsindədir.
Balıqlar (bürc)
Balıqlar lat. Pisces — zodiakal bürc.
Biblida (Buqro)
Biblida (ing. Biblis) — Vilyam Buqro tərəfindən şəklimiş rəsm əsəri. Əsər 1884-cü ildə Parisdə tamamlanmışdır. Əsərdə yunan mifologiyasının qəhrəmanlarından olan Biblida təsvir edilmişdir. "Biblida" əsəri hal - hazırda şəxsi kolleksiyada saxlanılmaqdadır.
Biro Jade
Biro Jade (24 yanvar 1973, Braziliya) — Azərbaycan milli futzal komandasının üzvü Biro Jade 2010-cu il yanvarın 19-dan 30-dək Macarıstanda keçirilmiş Avropa çempionatının ən məhsuldar oyunçularından olub. 37 yaşlı braziliyalı iştirak etdiyi matçlarda rəqib qapılarına 5 dəfə yol tapıb. Biro ilə yanaşı, daha 3 futzalçı 5 qol vurub. Bunlar Saad Assis (İtaliya), Xavi Rodríges (İspaniya) və Joel Keyruşdur (Portuqaliya). Hər 4 oyunçu "Qızıl buts" mükafatının sahibi olub.
Boyakar (bürc)
Boyakar lat. Pictor — göyün cənub yarımkürəsində bürc. Azərbaycanda Boyakar bürcü hec vax bütövlükdə görünmür, yalnız simal hissəsi yaz-yay vaxtları görünür.
Bufo marinus
Bufo marinus (lat. Rhinella marina) — rhinella cinsinə aid qurbağa növü.
Bufo verrucosissimus
Qafqaz quru qurbağası (lat. Bufo verrucosissimus) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin quru qurbağaları fəsiləsinin quru qurbağası cinsinə aid heyvan növü. Krasnodar diyarının qırmızı kitabına daxildir. == Xüsusiyyətləri == Rusiyanın ən böyük suda-quruda yaşayanıdlr. Uzunluğu 170 mm-dir. Rəngi boz və ya parlaq-qəhvəyidir. Çömçəquyruqlar qara rəngdə olur. Yetkin olmayan qurbağalar narıncıdır. Azərbaycanın ən iri qurbağasıdır. Dərisi hamar qabarlıdır, üstdən boz və ya qəhvəyi rəngdədir (açıqdan tünd rəngə qədər müxtəlif çalarda), tünd xallıdır.
Bufo viridis
Yaşıl quru qurbağası (lat. Bufo viridis) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin quru qurbağaları fəsiləsinin quru qurbağası cinsinə aid heyvan növü. Yaşıl quru qurbağaları Cənubi və Mərkəzi Avropa, Şimali Afrika, Ön, Orta və Mərkəzi Asiya ərazisində yayılmışlar. Cənub arealları Qafqaz quru qurbağasına nisbətdə daha cənubda yerləşir. Əsasən tarlalar, açıq sahələr, çay ətrafı ərazilərdə yayılırlar. Rəngi: üzərində tünd ysşıl ləkələr vardır. Qidalanmasında onurğasızlar üstünlük təşkil edir. İki qorunma üsuluna sahibdir: 1 - maskalanmış rəngi, 2 - dərisindən buraxılan toksiki maddə. Çoxalma fevral-iyul aylarına təsadüf edor. Ancaq yaşadığı ərazinin hündürlüyündən asılı olaraq müddət dəyişə bilər.
Burj (rayon)
Burj (fr. Bourges) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Şer (departament). Suprefektura — Burj. Rayonun əhalisi 2006-cı ildə 175 163 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 63 nəf / km² . Rayon ərazisi — 2798 km².
Burj kafedralı
Burj kafedrali — Fransanın Burj şəhərində Müqəddəs Stefena həsr olunmuş Roman-Katolik kafedralı.
Что было дальше?
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun sxemi == Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun tarixi == Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.