BURADA
BURGU
OBASTAN VİKİ
Burça Xan
Ağ oğlanlar (və ya Ağ ərlər) — türk və altay mifologiyasında xeyir tanrıları. Ülgən Xanın oğullarıdırlar. Kıyatlar adı da verilir. Yeddi qardaşdırlar. Yeddi Altay boyunun qoruyucularıdır. Yeddi mərtəbə yeraltını simvollaşdırırlar. Kıyat sözü eyni adlı bir Monqol boyunu ağla gətirər. Monqollarda Kıyat və Kıyan adlı iki qohum boy vardır. Ağ Oğlanların adları bu şəkildədir: Qaraquş Xan: Quşlar tanrısı Qarşıt Xan: Təmizlik tanrısı Pura Xan: At tanrısı. Burça Xan: Rifah tanrısı Yaşıl Xan: Təbiət tanrısı Qanım Xan: İnam tanrısı Baxdı Xan: Lütf tanrısı.
Burçunlu məscidi
Burçunlu məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Vənənd kəndinin Burçunlu məhəlləsində tarixi-memarlıq abidəsi. Məscid kəndin cənub tərəfindədir. Girişi cənubdandır. Məscidin cənub tərəfdəki çatma tağlı qapısından kiçik оtağa, оradan şərq divardakı qapı ilə böyük salоna giriş qapısı vardır. Uzunluğu 9,5 m, eni 9,6 m, hündürlüyü 4,2 m, divarın qalınlığı 1,2 metrdir. Tavan 2x2=4 sütun üstə оturub. Şimal divarın önündə qadınların оturması üçün 2 mərtəbəli balkоn düzəldilib. Sütun başlıqları gözəl düzəldilib. Memarlıq abidəsini kоnstruktiv quruluşuna görə XVII əsrə aid etmək оlar. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası.
Yana Burçeska
Yana Burçeska (mak. Јана Бурческа; d. 6 iyul 1993, Skopye, Makedoniya Respublikası) — Makedoniya müğənnisi. O, Makedoniya Respublikasını 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı və musiqi karyerası == Yana Burçeska 2011-ci ildə Makedoniya Respublikasında təşkil olunan Macedonian Idol məharət yarışmasında iştirak etmiş və beşinci yeri qazanmışdır. 2016-cı ilin noyabr ayında Makedoniya Respublikasının MRT telekanalı Yana Burçeskanın ölkəni Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil edəcəyini açıqlamışdır. Yananın müsabiqədə ifa edəcəyi mahnı olan "Dance Alone" 2017-ci ilin mart ayında təqdim edilmişdir. Uzun məşqlərdən sonra müğənni 11 may tarixində baş tutan müsabiqənin ikinci yarımfinalında üçüncü nömrə altına səhnə almışdır. Nəticədə Yana 18 ölkə təmsilçisinin mübarizə apardığı yarımfinalda 69 xalla 15-ci yeri tutaraq, finala adlaya bilməmişdir. Avroviziya 2017-də Makedoniya Respublikası üçün hazırlanmış reklam çarxında Yananın uşaq gözlədiyi bəlli olmuşdur.
алата́у новокрещённый обчёсывать офранцу́живаться рассия́ться торочи́ть ге́тманщина как кому рамо́лик фаце́лия чужеязы́чный локша чмет act up angulometer bait baselard caracul fire sciences gullish ptarmigan succedent tera- заостриться пороховой