Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Boz qaz
Boz qaz (lat. Anser anser) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. Bənövşəyi, ağ, boz lələkləri, narıncı dimdiyi və çəhrayı ayaqları var. Yetişkin fərdin uzunluğu 74 ilə 91 santimetr (29 və 36 inç) arasındadır, ortalama çəkisi 3,3 kiloqramdır. Arealı genişdir. Avropa və Asiya bölgələrindən şimaldan gələn quşlar qışı isti yerlərdə keçirmək üçün cənub istiqamətinə köç edir. Boz qaz bahar aylarında şimal bölgələrində dəniz sahillərində, bataqlıqlarda, göllərin sahilində və sahilə yaxın adalarda yuva quraraq çoxalır. Nəsil artırmaq üçün cütləşirlər və yerdə bitki örtüyü arasında yuva qururlar. Dişi fərd 3-5 yumurta qoyur və qırt oturur; həm erkək, həm də dişi fərd balalarını qoruyur və böyüdür. Quşlar ailə qrupu şəklində birlikdə yaşayırlar, payız aylarında cənuba doğru köç edir, bir sonrakı il baharda yenidən geri dönürlər.
Bazu-baş kötüyü
Bazu-baş kötüyü – lat. Truncus brachiocephalicus (a. Anonyma – BNA) 3-4 sm uzunluğunda olub aorta qövsündən başlayır, nəfəs borusunun sağ yarısının ön səthilə yuxarı, sağa və arxaya doğru gedərək sağ döş körpücük oynaöının bərabərində iki şaxəyə bölünür: lat. arteria carotis communis dextra – sağ ümumi yuxu arteriyası; lat. arteria subclavia dextra – sağ körpücükaltı arteriya.Bazu-baş kötüyü tamamilə döş qəfəsində yerləşmişdir, qabaq tərəfdən sol bazu-baş venası ilə, sağ tərəfdən sağ bazu-baş venası ilə və sol tərəfdən ümumi yuxu arteriyası ilə əhatə olunmuşdur. Genez cəhətcə bazu-baş kötüyü ruşeym dövründə sağ aorta qövsünün qalığıdır. == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников.
Bazu-baş vena
== İstinadlar ==
Boz qaz adaları
Boz qaz adaları — Çukot dənizində Kolyuçin körfəzinin şimal-qərbində yerləşir. Şimaldan cənub doğru uzanır. Çukot yarımadasından 5 km aralıda yerləşir. Yujnıy adası arxipelaqın ən iri adasıdır. Uzunluğu 12 km təşkil edir. Ada qumsal olub düzəndir. Gilli ərazilərdə duzlu göllərdə vardır. Arxipelaqın ətrafı buzlarla örtülüdür. 9-10 ay buzlardan azad olmur. Bununla da ada uzun zaman materiklə birləşir.
Bat-bat
Batbat (lat. Hyoscyamus) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == İkiillik, 30-80 sm hündürlükdə, yumşaq tüklü, vəzili, pis qoxulu, gövdəsi düz, budaqlı, bəzən sadə, düzdayanan, yuxarısı qövsvari əyilmiş, sıx yarpaqlanmış bitkidir. Yarpaqlarının uzunluğu 4-25 sm, eni 1,5-11 sm, aşağıda saplaqlı, uzunsov-yumurtavari, oyuqvari lələkvari dilimlidir, gövdə yarpaqları, gövdəyə sarılmış, yumurtavari və ya uzunsov, kənarları oyuqlu iri dişli, bəzən bütövdür. Çiçəkləri iri, oturaq, meyvəyanı kasacıqları 25–30 mm uzunluqda, zanbaqvari, bərk, dibi tüklü-yapışqanlıdır. Tac 25-45 mm uzunluqda, çirkli-açıq-sarı və ya çirklisarı, bənövşəyi damarcıqlarla örtülmüşdür. Toxumları 1-1,5 mm uzunluqda, böyrəkvari və ya yumru-böyrəkvari, boz-qonurdur. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqların rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Ruderal yerlərdə, bəzən alaq kimi bostanlarda, bağlarda və əkinlərdə bitir. == Növləri == Ağ batbat (Hyoscyamus albus L.) Qızılı batbat (Hyoscyamus aureus L.) Hyoscyamus desertorum (Asch.
.biz
.biz — biznes-strukturlar üçün yuxarı səviyyəli ümumi domendir. Domen .com domenini yüngülləşdirmək məqsədi ilə 2001-ci ildə yaradılmışdı. Domenin adlandırması zamanı 3-dən 63-ə qədər simvol olmalıdır. BIZ domeni öz adının mahiyyətini ingilis dilində olan business (biznes, iş, kommersiya fəaliyyəti) sözündən götürmüşdür. BIZ domen zonası COM, NET və ORG zonalarının həddən artıq yüklənməsini qarşısını almaq üçün yaradılmışdır.
.қаз
.қаз (punycode: .xn--80ao21a; Қазақстан Республикасы) — Qazaxıstan Respublikası üçün yuxarı səviyyəli milli domenidir. Kiril əlifbasında olan üçüncü domendir (birinci .рф, ikinci .срб). .рф və .срб domenlərin əsas fərqi hərfin qazax əlifbasında olmasıdır. == Tarix == 2012-ci ilin martında Qazaxıstan .қаз yuxarı səviyyəli milli kiril domenini fəaliyyətə buraxdı. Fəaliyyətin yoxlaması üçün test saytı ТЕСТ.ҚАЗ yaradılmışdır. == Domenin fəaliyyətə verilməsı == Qeydiyyat bir neçə mərhələdə oldu. Birinci mərhələ (2012-ci il aprelin 1-dən 30-dək) — hökumət orqanları və dövlət təşkilatları, qeydiyyat şöbəsinin texniki ehtiyacları üçün domen qeydiyyatı. İkinci mərhələ (1 may-30 iyul 2012-ci il tarixləri arasında) — 31 dekabr 2011-ci ilə qədər Qazaxıstan Respublikası qanunvericiliyə uyğun olaraq qeyd edilmiş ticarət markalarının və firma adlarının sahibləri üçün domen adlarının prioritetli qeydiyyatıdır. Üçüncü mərhələ (2012-ci ilin 15 avqustundan) — domen adlarının qeydiyyatı azad şəkildə aparıldı. .қаз domen zonasında domen adlarının qeydə alınması təyin edilmiş registratorlar vasitəsilə olar.
BAK
Böyük adron sürətləndiricisi və ya Böyük adron kollayderi (ing. Large Hodron Collider, LHC) Avropa nüvə tədqiqatlar şurasının CERN (fr.Conseil Europeen pour la Recherche Nucleaire) hazırladığı dünyanın ən böyük proton sürətləndiricisidir. BAS-nin yaradılması ilk dəfə 1984-cü ildə nəzərdə tutulsa da onun reallaşması 2001-ci ildə həyata keçdi. Böyük adron sürətləndiricisində protonlar 14 TeV (14 teraelektronvolt- 14•10x12 elektronvolt) enerji ilə toqquşması nəzərdə tutulub. BAS Fransa ilə İsveçrə sərhəddində 26.7 km uzunluğu olan və 100 dərinlikdə bir sahəni əhatə edir. BAS-da proton dəstəsinin tutulması və korreksiyası üçün uzunluğu 22 km-i əhatə edən 1624 maqnitdən istifadə olunub. Maqnitlər absolyut 0-dan 1.9K yüksək, -271C temperaturda işləyəcək. BAS-da 4 detektorun işləyəcəyi bildirilir. ATLAS ( A Toroidal LHC- ApparatuS), CMS (Compact Muon Solenoid), LHCb (The Large Hadron Collider beauty experiment) və ALICE (A Large Ion Collider Experiment). ATLAS və CMS Hiqqsin bozonları və "standart olmayan fizika"-nı öyrənmək üçün təyin edilib.
BAS
Böyük adron sürətləndiricisi və ya Böyük adron kollayderi (ing. Large Hodron Collider, LHC) Avropa nüvə tədqiqatlar şurasının CERN (fr.Conseil Europeen pour la Recherche Nucleaire) hazırladığı dünyanın ən böyük proton sürətləndiricisidir. BAS-nin yaradılması ilk dəfə 1984-cü ildə nəzərdə tutulsa da onun reallaşması 2001-ci ildə həyata keçdi. Böyük adron sürətləndiricisində protonlar 14 TeV (14 teraelektronvolt- 14•10x12 elektronvolt) enerji ilə toqquşması nəzərdə tutulub. BAS Fransa ilə İsveçrə sərhəddində 26.7 km uzunluğu olan və 100 dərinlikdə bir sahəni əhatə edir. BAS-da proton dəstəsinin tutulması və korreksiyası üçün uzunluğu 22 km-i əhatə edən 1624 maqnitdən istifadə olunub. Maqnitlər absolyut 0-dan 1.9K yüksək, -271C temperaturda işləyəcək. BAS-da 4 detektorun işləyəcəyi bildirilir. ATLAS ( A Toroidal LHC- ApparatuS), CMS (Compact Muon Solenoid), LHCb (The Large Hadron Collider beauty experiment) və ALICE (A Large Ion Collider Experiment). ATLAS və CMS Hiqqsin bozonları və "standart olmayan fizika"-nı öyrənmək üçün təyin edilib.
Bab
Bab və ya əsil adı ilə Seyid Əli Məhəmməd Şirazi — Babilər hərəkatının rəhbəri və Bəhai dininin iki peyğəmbərindən ilkidir. 1844-cü il mayın 23-də İranın Şiraz şəhərində Seyid Əli Məhəmməd vəd olunmuş Mehdi olduğunu elan edərək özünü "Bab" (ərəbcə "qapı" deməkdir) adlandırır. Bildirir ki, onun əsas məqsədi insanları müqəddəs kitabların vəd etdiyi Allahın tezliklə zühur etdirəcəyi kəsi qəbul etməyə hazırlamaqdır. Demək olar ki, bütün yazılarında "Allahın zahir edəcəyi Kəs"dən (Bəhaullah) danışmış, özündən sonra mütləq o kəsin zühur edəcəyini müjdələmişdir. Bununla belə, Babın mənəvi dirçəlişə, xurafatdan, mövhumatdan uzaqlaşmağa, bərabərlik, ədalət, qadınları əsarətdən azad etmək çağırışları bütün Yaxın və Orta Şərqi lərzəyə gətirmiş babilər hərəkatına səbəb olur. == Həyatının ilk dövrləri == Seyid Əli Məhəmməd Şirazi 20 oktyabr 1819-cu ildə Şirazda, orta təbəqəli əhali arasında doğulmuşdur. O hələ azyaşlı ikən atası vəfat etmişdir və bir tacir olan dayısı Hacı Mirzə Seyid Əli onu himayəsinə götürmüşdür. O hər iki valideyninin xətti ilə Məhəmməd peyğəmbərin nəslindən, Hüseyn ibn Əlinin övladlarından idi. Şirazda dayısı 6 və ya 7 il ərzində məktəbə göndərir. Təxminən 15-20 yaşları arasında o dayısının ticarət işlərinə qatılır və İranın cənubunda, Fars körfəzi yaxınlığıdakı Buşehr şəhərində tacir olaraq fəaliyyət göstərir.
Bad
Bad (sinql) — Maykl Cekson tərəfindən ifa olunmuş mahnı. Bad (Quba) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
Bal
Bal, bir neçə arı növü tərəfindən hazırlanan şirin və qatı bir maddədir. Bu arı növlərindən ən məşhuru bal arılarıdır. Arı ailələri balı qidalanmaq üçün hazırlayır və saxlayırlar. Arılar bitkilərin şəkərli ifrazatlarını (əsasən çiçək nektarını) toplayıb təmizləyərək bal istehsal edirlər. Bu təmizləmə, həm arı orqanizminin daxilində requrqitasiya və fermentativ proseslərlə, həm də pətəkdə saxlama zamanı suyun buxarlanması nəticəsində baldakı şəkərlərin qatı və özlü olana qədər konsentrasiyasının artması ilə baş verir. Bal arıları balı şanda toplayırlar. Şanın içərisində bal pətəyi adlanan mumdan hazırlanmış bir quruluş var. Pətək yüzlərlə və ya minlərlə altıbucaqlı hüceyrələrdən ibarətdir və arılar onları balı saxlamaq üçün istifadə edirlər. Bal istehsal edən digər arı növləri isə maddəni müxtəlif quruluşlarda, məsələn, iynəsiz arıların istifadə etdiyi kimi mum və qatrandan hazırlanan qablarda saxlayırlar. İnsan istehlakı üçün nəzərdə tutulan bal çeşidləri vəhşi arı koloniyalarından və ya əhliləşdirilmiş arıların pətəklərindən toplanır.
Bao
Bao - Hun şanyüsü. Onun dövründə Luanti soyadı hun dilində əjdaha mənasına gələn Liu soyadına dəyişmişdir. == Həyatı == Əmisi Huçuquan dövründə 189-cu ildə Sol Müdrik şahzadə titulu ilə 5 qəbilə onun səlahiyyətinə verilmişdi. Çinlilər Hun imperiyasını işğal etdikdən və Huçuquanı həbs etdikdən sonra Bao özünü şanyü elan etdi. Qardaşı Kubey isə Sol Müdrik şahzadə titulu aldı. 35 il şanyülük edərək ən uzun hakimiyyət sürən hökmdarlardan oldu. Titulunun şanyü olmasına baxmayaraq çinlilər onu hökmdar yox, qəbilə başçısı olaraq görürdülər. 260-cı ildə vəfat etdi və onun qəbilələrinin başçılığına qardaşı Kubey keçdi. == Ailəsi == Bao Çindəki vətəndaş müharibəsi vaxtı özünü imperator elan etmiş və Xan sülaləsini devirmiş Tsai Tsaonun qohumlarından biri olan Tsai Ventzini oğurladı və onun məşuqəsi etdi. Ondan 2 övladı oldu.
Bar
Bar — müştərilərə əsasən alkoqollu içkilər (çox vaxt kokteyl şəklində) təqdim edilən, içində içki vermək üçün hündür stola və stullara malik guşə olan istirahət yeridir. Bar sözü ingilis mənşəli olub, baryer sözündən əmələ gəlmişdir. Burada içkilər saxlanılan şkaflar nəzərdə tutulur. Məqsəd Amerikanın məskunlaşmadırılması zamanı içkiləri qorumaq idi. Barların əksəriyyəti axşam və ya kecə açıqdır. Aralıq dənizi hövzəsinin ölkələrdində bar bir az baş məna daşıyır. Məsələn, İtaliyada bu kafeyə oxşayan kiçik qastronomiya şəklində fəaliyyət göstərir və onlara hər küçədə rast gəlmək olur. Belə espresso barlara artıq başqa ölkələrdə rast gəlinir.
Bat
Bat (İngiltərə)
Bav
Fərruxzad Bavəndi (v. 665) — Sasani generalı, Bavəndilər sülaləsinin banisi, Fərrux Hörmüzün ikinci oğlu. == İlkin həyatı == Sasanilər dövründə Atropatena və Xorasan sipahbədi idi. Cəlulə döyüşündə Sasani ordusuna başçılıq etmiş və məğlub olmuşdu. Daha sonra Bəhram Çubinin nəvəsi Siyavuş Mehranini məğlub edərək Təbəristanı ələ keçirmiş və öz şahlığını elan etmişdir. 665-ci ildə Valaxş Karen tərəfindən öldürülmüşdür. == Ailəsi == 5 oğlu olmuşdur: Şahrəm I Söhrab - Təbəristan şahı İsfəndiyar - Azərbaycan mərzbanı Bəhram Fərruxzad - Talışan və Muğanın sipəhsaları, Sasani hərbi xadimi və sərkərdəsidir.Bəhram Fərruxzad atası Bavəndi Fərruxzad, qardaşı İsfəndiyar Fərruxzad, Söhrab Fərruxzad, Şəhram Fərruxzad, Fərruxanla birgəQadisiyyə döyüşündə 636 - ci ildə döyüşmüşdür. Bəhram şahın əmisi Rüstəm Fərruxzad Sasani ordusunun ali baş komandanı olmuşdur. 642-ci ildə Nəhavənd döyüşündə iranın məğlubiyyətindən sonra mubarizənin mənasız olduğunu görüb vətəninə qayıtmışdır.Lakin ərəblərin Azərbaycana hücumundan sonra qardaşı İsfəndiyar Fərruxzad la ərəblərə qarşı mubarizə aparmış və baş verən döyüşdə İsfəndiyar əsir düşmüşdür.Qardaşının əsir düşməsindən sonra Bəhram Talış dağlarında yerləşən Babər qalası na sığınmış və ərəblərə qarşı 643-644 - cü illərdə mubarizə aparmışdır. Lakin 644-cü ildə Şirvana gedərkən pusquya düşürülmüş və Lənkəran ərazisindəki "şahi şəhid" adlı yerdə həlak olmuşdur.
Bax
İohann Sebastyan Bax (21 (31) mart 1685[…], Eyzenax, Saksen-Eyzenax[d], Müqəddəs Roma imperiyası – 28 iyul 1750[…], Leypsiq, Saksoniya elektoratlığı, Müqəddəs Roma imperiyası) — dahi alman bəstəkarı və orqan musiqiçisi, Barokko dövrünün ən görkəmli nümayəndəsi, bütün dövrlərin ən böyük bəstəkarlarından biri. Bax yaradıcılığı özündən sonra gələn bəstəkarların yaradıcılığına böyük təsir göstərmişdir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == İohann Sebastian Bax Almaniyanın Turingiya vilayətinin Eyzenax şəhərində anadan olmuşdur. O Müqəddəs Georq kilsəsinin orqan ifaçısı İohann Ambrisius Baxın və Mariya Elizabeta Lammerhirt Baxın sonbeşiyi idi. Atası balaca İohanna hələ uşaq ikən skripka və klavesində ifa etməyi öyrədir. Onun əmilərinin hamısı peşəkar musiqiçilər idilər. Onlar kilsədə orqan ifaçılığından tutmuş saray kamera bəstəkarlığına kimi müxtəlif vəzifələrdə işləyirdilər. Əmilərindən biri İohann Kristof Bax (1645–1693) xüsusilə məşhur idi. O, qardaşı oğluna orqan ifaçılığının incəliklərini öyrədir.
Baza
Baza [yun. basis – əsas, özül] – əsas, nəyinsə əsası – özülü, bünövrəsi. Baza sözü müxtəlif mənalarda işlənə bilər: Anbar, emalatxana, istinad məntəqəsi və s. Məsələn, böyük anbar, təchizatla məşğul olan müəssisə; Hərbi hissə yerləşən ərazi, bəzən ordunu, ekspedisiyanı və ya bir müəssisəni təmin etmək üçün ehtiyat; Mədəni-maarif işlərinin bu və ya digər sahəsinə xidmət edən məntəqə; Mənbə; Müəyyən vaxt dövrünə aid edilən, digər analoji göstəricilərlə müqayisə üçün əsas sayılan göstəricilər, məlumatlar. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Bağ
Bağ (anatomiya)
Boz
Boz – rəng çaları. == Ümumi məlumat == Neytral, qəmgin rəngdir. Ruh düşkünlüyü yaradır. Neptunun rəngidir.Rənglər arasında boz rəng də seçilən sıradadır. Boz rəng adətən ağ-qara rəngin qarışığı kimi kül rəngində təsəvvür olunur. Çal, qır rəng də elə boz rəng anlamında başa düşülür. Deyək ki, "boz"un Azərbaycan dilində çoxmənalı olmasını və bu "boz"un nəinki rəng, hətta müstəqil və qoşulduğu sözlərlə, qəbul etdiyi leksik şəkilçilərlə bərabər konkret nəsnə bildirməsi də vardır. Misallara baxaq: boz – qırqovulun dişisi; boz – dəmrova oxşar dəri xəstəliyi, keçəllik; bozaq – qabayunlu Azərbaycan qoyun cinsi; bozalaq – gövdəsi yoğun, yarpağı bozumtul alaq otu; bozarantı – havanın səhərə yaxın alaqaranlıq halı; bozartma (bozqovurma) – yağlı ətdən bişirilmiş sulu qovurma; bozbaş – ət, noxud ilə bişirilən sulu xörək; bozqır – susuz, otsuz çöl; bozdar – qoyun itinə verilən ad; bozlamac – sacda bişirilən qalın yayma və s. Azərbaycanda Kiçik çillənin qurtardığı zamandan yazın, baharın başlandığı ilk günə qədər olan vaxtın da adı bilavasitə "boz"la bağlıdır və bu çağ elə "Boz ay" adlanır. Ayın bu adda olması da səbəbsiz deyil.
Buz
Buz — bərk aqreqat halında olan su, mineral. Bəzən buz dedikdə bərk aqreqat halında olan maddələr də nəzərdə tutulur. Məsələn, quru buz, ammiak buzu və ya metan buzu. == Buzun sürüşkənliyi == Buz hamar bir səth olduğu üçün düşünüldüyü kimi sürüşkən deyil. Bu vəziyyət belədir, buz konkisinin çox kiçik səthinə olan təzyiq nəticəsində toxunduğu yerdəki buz əriyir və konki bu nazik su təbəqəsi üzərində hərəkət edir. (Ucu iti bıçaq kimi olan konkilərin sahəsi buza o qədər kiçik toxunur ki, buzun səthini dərhal əridir, ərimə temperaturunu 1 °C azaltmaq üçün tam olaraq 130 kq/sm2 tələb olunur.) == Su buzunun əsas xüsusiyyətləri == Hazırda üç amorf və 15 kristal formalı buz modifikasiyası məlumdur. Təbii şəkildə Yerdə buz ancaq bir kristal modifikasiyada, geksoqonal sinqoniya (Buz Ih) şəklində mövcuddur. Ih buzunda hər Н2O molekulu eyni məsafədə yerləşən dörd molekulla əhatə edilir. Bu məsafə 2,76 Å-yə bərabərdir və düz tetraderin zirvəsində yerləşir. Buzun sıxlığı 0 °C-də 916,7 kq/m³-dir, bu isə suyun (999,8 kq/m³) sıxlığından azdır.
Caz
Caz — XX əsrdə ABŞ-də xüsusən zəncilər tərəfindən yaradılmış musiqi sənəti. Məşhur cazmenlərdən Lui Armstronqu göstərmək olar. == Caz musiqisinin tarixi haqqında == XIX əsrin sonunda ABŞ-nin Missuri ştatının barlarında yeni üslubda yaradılmış musiqi səslənməyə başlanır. Avropa musiqisinin ənənələrini — Frederik Şopen və List yaradıcılığını, marş, polka kimi məişət janrlarını zənci musiqisinin formaları ilə qovuşduran bu yeni üslub reqtaym adlanır və az bir vaxtda o, geniş yayılır. Faktik olaraq cazın ilkin mərhələsini də məhz reqtaym təşkil edir. Lakin caz, sözün həqiqi mənasında XX əsrin əvvəlində Nyu-Orlean şəhərində yaranmışdır. Çoxmillətli liman şəhəri olan Nyu-Orleanda hər cür musiqi — həm reqtaym, həm ispan və fransız musiqisi, həm blüz (Afrika, Amerika və Avropa xalq musiqi formalarının kəsişməsində yaranmış janr) və həm də kantri-musiqisi (Amerikanın ağ əhalisinin ənənəvi musiqisi) səslənərdi. Məhz bu müxtəlif mənşəli musiqi formalarının sintezi nəticəsində Nyu-Orlean cazı və yaxud ənənəvi caz yaranır. Bu musiqini adətən qara musiqiçilərdən ibarət ansambllar ifa edərdi. Lakin tezliklə caz musiqisi ağ əhalinin diqqətini də özünə cəlb edir.
GAZ
Gəncə Avtomobil Zavodu — Azərbaycanın Gəncə şəhərində fəaliyyət göstərən maşınqayırma müəssisəsi. == Tarixi == 1986-cı ildə əsası qoyulmuş Gəncə Avtomobil Zavodunun istehsal gücü layihəyə əsasən 30 000 ədəd ortatonnajlı avtomobillərin istehsalı üçün hesablanmışdır. Müəssisənin tikintisi layihəyə görə 1989-cü illin sonlarına qədər başa çatdırmalı idi. Lakin Sovetlər Birliyinin dağılması nəticəsində zavodun tikintisini yarımcıq qalır. Yalnız 2004-cü ilin dekabırında Gəncə avtomobil zavodu işə düşüb və müəssisədə yığımdan keçən ilk avtomobil işıq üzü görüb. 2006-cı ilin oktyabrında Minsk traktor və avtomobil zavodları ilə Gəncə avtomobil zavodu arasında əməkdaşlığın yaradılması barədə razılığa gəlinib. 2007-ci iln mart ayının 27-də isə Gəncə avtomobil zavodunda yığımdan keçən ilk «Belarus» markalı traktor konveyerdən düşüb. Paralel olaraq müəssisədə Belarusun “MAZ” yük avtomobillərinin yığımı da təşkil olunub. Həmin ilin aprelin 30-da müəssisədə yığılan «GƏNCƏ» və «PƏHLƏVAN» adları daşıyan ilk MAZ-lar işıq üzü görüb. == İstehsal == Zavodun istehsal gücü ildə 1 700-2 000 ədəd traktor və 950-1 000 ədəd yük avtomobilin istehsalına bərabərdir.Zavodda 2008-ci ildə 600-ə yaxın traktor və avtomobil istehsal olunmuşdur.
Naz
Naz (lat. Genista) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Paz
Paz (çay) — Rusiyada çay. Paz (peyk) — İspaniyanın hərbi peyki. PAZ (avtobus) — avtobus.