BAB

is. [ ər. ] köhn.
1. Bir kitab mətninin bölündüyü hissələrindən hər biri (çox vaxt hər bab bir neçə fəslə bölünür).
Gülüstani-səri-kuyin kitabın bab-bab, ey gül; Xəttireyhan ilə cədvəl çəkib, gülzarə yazmışlar. Füzuli.

2. tənt. Qapı, girəcək; böyük qapı.
Məktəb nə demək? Ümmətə bir babi-səadət. M.Hadi.

3. Yerlik halında:
…babda (…babında) köhn. – …barədə, …xüsusunda, …cəhətdən.
Gəl Nəbatinin sidqi-kizbini; Sən bu babdə eylə imtahan. Nəbati.
Vəzir, indi görərsən ki, sənin xanın da bu babda xüləfalardan və Sultan Mahmud Qəznəvidən əskik deyil. M.F.Axundzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BAB tay — cur — bərabər
  • BAB I 1. bab bax fəsil 2 2. bab bax qapı 1 II bab bax tay 1 III bab bax babi 1

Omonimlər

  • BAB BAB I is. [ ər. ] köhn. Fəsil, bölmə (əsərdə). Gər şərh edərsəm ayəti hüsnün kitabini; Hər bab içində fəslinə yüz bin füsul ola (İ

Etimologiya

  • BAB Ərəbcədir, “tay” deməkdir (“tay-tuş” deyirik). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
BA
BAB₂
OBASTAN VİKİ
Bab
Bab və ya əsil adı ilə Seyid Əli Məhəmməd Şirazi — Babilər hərəkatının rəhbəri və Bəhai dininin iki peyğəmbərindən ilkidir. 1844-cü il mayın 23-də İranın Şiraz şəhərində Seyid Əli Məhəmməd vəd olunmuş Mehdi olduğunu elan edərək özünü "Bab" (ərəbcə "qapı" deməkdir) adlandırır. Bildirir ki, onun əsas məqsədi insanları müqəddəs kitabların vəd etdiyi Allahın tezliklə zühur etdirəcəyi kəsi qəbul etməyə hazırlamaqdır. Demək olar ki, bütün yazılarında "Allahın zahir edəcəyi Kəs"dən (Bəhaullah) danışmış, özündən sonra mütləq o kəsin zühur edəcəyini müjdələmişdir. Bununla belə, Babın mənəvi dirçəlişə, xurafatdan, mövhumatdan uzaqlaşmağa, bərabərlik, ədalət, qadınları əsarətdən azad etmək çağırışları bütün Yaxın və Orta Şərqi lərzəyə gətirmiş babilər hərəkatına səbəb olur. Seyid Əli Məhəmməd Şirazi 20 oktyabr 1819-cu ildə Şirazda, orta təbəqəli əhali arasında doğulmuşdur. O hələ azyaşlı ikən atası vəfat etmişdir və bir tacir olan dayısı Hacı Mirzə Seyid Əli onu himayəsinə götürmüşdür. O hər iki valideyninin xətti ilə Məhəmməd peyğəmbərin nəslindən, Hüseyn ibn Əlinin övladlarından idi. Şirazda dayısı 6 və ya 7 il ərzində məktəbə göndərir. Təxminən 15-20 yaşları arasında o dayısının ticarət işlərinə qatılır və İranın cənubunda, Fars körfəzi yaxınlığıdakı Buşehr şəhərində tacir olaraq fəaliyyət göstərir.
Bab-Ənar
Bab-Ənar – İranın Fars ostanının Cəhrom şəhristanının Xəfr bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,702 nəfər və 445 ailədən ibarət idi.
Bab-əl Hədid
Dərbənd (rus. Дербент, azərb. Dərbənd / Дәрбәнд‎, ləzg. Кьвевар, yəni "iki (кьве) divar (вар)", Дербенд və Цал, aqul. Цал və Дербенд) — Dağıstan Respublikasında şəhər. Xəzər dənizi ilə Qafqaz sıra dağları arasında yerləşir. Rusiyanın şəhər statusunu daşıyan ən cənub yaşayış məntəqəsidir. Dərbənd şəhəri eyni adlı rayonun inzibati mərkəzidir, Mahaçqala şəhərindən cənub – şərq istiqamətində 121 km uzaqlıqda yerləşir. Şəhər tarixdə Bab əl-Əbvab ("qapılar qapısı") və Dəmirqapı adlarıyla da tanınırdı. Dərbənd tarixi Azərbaycanın qədim şəhərlərindən biridir, hazırda Dağıstan Respublikasının tərkibində yerləşir.
Bab əl-Əbvab

Bab-i Xalidabad (Üşnəviyyə)
Bab-i Xalidabad (fars. باب خالداباد‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 338 nəfər yaşayır (50 ailə).
Bab-ı Ali basqını
Bab-ı Əli hücumu (Osmanlı türkcəsi: باب علي غارة) — Osmanlı imperiyasında 23 yanvar 1913 tarixində Ənvər bəy və Tələt bəyin rəhbərliyi ilə baş tutan hərbi çevriliş. Çevriliş əsnasında hərbi nazir Nazim Paşa öldürülmüş, sədrəzəm Kamil Paşa istehfa verməyə zorlanmışdır. Nəticədə hakimiyyət İttihad və Tərəqqi cəmiyyətinin əlinə keçmişdir. 21 noyabr 1911-ci ildə İttihad və Tərəqqi müxalifləri tərəfindən Hürriyət və İttifaq cəmiyyəti qurulmuş, qısa müddətdə xeyli millət vəkili bu cəmiyyətin ətrafında cəmlənmişdi. Qurulduqdan 20 gün sonra baş tutan seçimlərdə qələbə qazanan bu cəmiyyət hakimiyyətdə çox qala bilmədi. Belə ki, İttihadçılar hiyləylə Sultan Rəşada məclisi ləğv etdirmiş, 1912-ci ilin aprelində keçirilən növbədən kənar seçimləri qazanmışdı. "Dəyənəkli seçimlər" adıyla anılan və müxalif qüvvələrin təqibiylə nəticələnən bu seçimlərin sonunda məclisə yalnız 6 nəfər müxalif vəkil daxil ola bilmişdi. Seçimdə məğlub olan Hürriyət və İttifaq cəmiyyəti isə seçim əsnasındakı hiylə və zorakılıqları bəhanə edərək bu seçimin ədalətli olmadığını elan edirdilər. Bu əsnada İttihadçıların zorla hakimiyyəti ələ almasından narazı olan bir qrup ordu zabiti isə dağlara çəkilərək üsyan başlatmış, İstanbuldakı digər İttihad müxaliflərini, o cümlədən Sultanzadə Səbahəddin bəyi də öz yanlarına çəkmişdilər. Mətbuatda sərt dilli məqalələr nəşr etdirən və hərbi şuraya memorandum göndərən bu zabitlər birliyi sədrəzəm Səid Paşanın istehfa verməsinə səbəb oldular.
Bab-ı Ali hücumu

Bab-ı Əli hücumu

Əl-Bab hadisəsi (2017)
Əl-Bab hadisəsi — 2017-ci ildə Suriyanın Əl-Bab şəhəri yaxınlıqlarında Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Tupolev Tu-22M-nin səhvən Türkiyə qoşunlarına hücumu. Hadisə nəticəsində 3 Türkiyə hərbçisi həlak olmuş, daha 11-i yaralanmışdır. Suriyanın Əl-Bab şəhərində İŞİD döyüşçülərini saxlamaqda şübhəli bilinən bir binaya zərbə endirən Tupolev Tu-22M təyyarəsi Türkiyə ordusunun mövqeyinə bomba atmışdır. Partlayış nəticəsində 3 Türkiyə hərbçisi həlak olmuş, daha 11-i yaralanmışdır. Türkiyə hərbi rəsmiləri zərbəni "təsadüfi" və "dost atəşi" hadisəsi adlandırmışdır. Kremlin sözçüsü Dmitri Peskov bildirmişdir ki, pilotlar Türkiyə hərbçiləri tərəfindən onlara verilən "koordinatları rəhbər tutmuş" və "bu koordinatlarda Türkiyə hərbçiləri olmamalı idi". Bu ittiham Türkiyə rəsmiləri tərəfindən rədd edilmişdir. Türkiyə Baş Qərargahı Rusiyaya məxsus döyüş təyyarəsinin təsadüfən Türkiyə hərbçilərini hədəf aldığını açıqlamışdır. Rusiya hökuməti hadisəni təsdiqlədikdən sonra Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək öz peşmançılıq hissini bildirmişdir. Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı 12 fevralda hadisə ilə bağlı açıqlama verərək onu pisləmiş, biabırçılıq kimi qiymətləndirmişdir.
Ağaddin Babayev
Ağaddin Abdulla oğlu Babayev (15 mart 1956, Şağlaser, Lənkəran rayonu) — jurnalist, yazıçı, publisist, tərcüməçi, dramaturq, teatrşünas, şair, 2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1990-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 1987-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü. Ağaddin Babayev 15 mart 1956-cı ildə Lənkəran rayonunun Şağlaser kəndində anadan olub. 1972-ci ildə Şağlaser kənd orta məktəbini bitirib. 1979-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsinə daxil olub və 1985-ci ildə oranı bitirib. 1974–1976-cı illərdə həqiqi hərbi xidmətdə olub. 1972-ci ildən əmək fəaliyyətinə başlayıb. Lənkəranın keçmiş Lenin adına sovxozunda fəhlə, Bakıda "Qırmızı Ulduz" İstilik-Elektrik Stansiyasında qazanxana maşinisti, Bakının Nərimanov rayon kommunal təsərrüfatı şöbəsində fəhlə və briqadir, Lənkəran Dövlət Dram Teatrında ədəbi-dram hissə rəhbəri, "Lənkəran" qəzeti redaksiyasında müxbir və şöbə müdiri, "Bakinski raboçi" qəzeti redaksiyasında xüsusi müxbir, APA İnformasiya Agentliyinin və APA TV-nin cənub bürosunun rəhbəri vəzifələrində çalışıb. A. Babayev həmçinin pedaqoji fəaliyyətlə də məşğul olub. Uzun müddət Lənkəranın Şağlaser və Xarxatan kənd tam orta məktəblərində Azərbaycan dili və ədəbiyyatı fənlərini tədris edib. Hazırda o, əmək fəaıiyyətini "Lənkəran" qəzeti redaksiyasında şöbə müdiri kimi davam etdirir.
Ağaşirin Babayev
Ağaşirin Firuz oğlu Babayev (16 may 2001, Qəmərvan, Qəbələ rayonu – 3 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ağaşirin Babayev 16 may 2001-ci ildə Qəbələ rayonunun Qəmərvan kəndində anadan olmuşdur. Ağaşirin Babayev 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Ordusunun əsgəri olan Ağaşirin Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağaşirin Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ağaşirin Babayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Babizm
Babilik — Seyyid Əli Məhəmməd Babın (1819-1850) adı ilə bağlı dini təlimdir. O, 1844-cü ildə Bab (Ərəbcədən tərcümədə "qapı") ləqəbini götürmüş, özünü Allahın Vəd etdiyi Mehdi olduğunu bəyan etmiş, 18 müridindən biri olan Qüdslə Məkkəyə yollanaraq zülhiccə ayında Kəbə evinin yanında öz Missiyasını elan etmiş, Vəd Olunmuş Qaim, Mehdi olduğunu bəyan etmişdir. Burdan Kufə şəhərinə gedərək orada da öz dəvətini elan etmişdir. Babın təlimi fanatizmə, ali ruhanilərin özbaşnalığına qarşı yönəlmiş və İran cəmiyyətinin orta və aşağı təbəqələrində özünə çoxlu tərəfdar tapmışdı. Bab daim özündən sonra zühur edəcək olan "Allahın zahir edəcəyi Kəs" haqqında danışmış, bütün yazılarında onu mədh etmişdir. Bab şiə müctəhidlərinin bir qismi tərəfindən kafir kimi pislənmiş, bir qismi tərəfindən isə qəbul olunmuşdur. O, elə bir cəmiyyət haqqında danışırdı ki, orada nə əxlaqsız din xadimləri, nə də ədalətsiz siyasət adamları olsun. Gündən günə artan nüfuzu və ardıcıllarının İranı bürüməsinə görə şah hökuməti onu həbs etdi və Maku zindanına saldı. Burada "Bəyan" adlı kitabını nazil etdi. İlahi Missiyasını insanlara tədricən açan Bab daha sonra özünü Nöqteyi-Övla adlandırır ki, bu Məhəmməd peyğəmbərlə eyni məqama sahib olmağa bərabər sayılırdı.
Babka gymnotrachelus
Çapar xul (lat. Babka gymnotrachelus) — Babka cinsinin bir nümayəndəsidir. Qara, Azov və Xəzər dənizi hövzələrində yayılmışdır. Sonuncuda Neogobius gymnotrachelus macrophthalmus yarımnövü yaşayır. Şimal hissədə geniş yayılmışdır. Azərbaycan sahillərində Xaçmazdan Abşerona qədər azsaylı və seyrəkdir. D VI-VII I (14) 15-18, A I 12-15 (16)-dır. Əmgəyi, peysəri, boğazı, qəlsəmə qapaqlarının bir hissəsi çılpaqdır. Alt çənəsi qabağa çıxmır.Başı böyürlərdən sıxılmışdır və eni hündürlüyündən bir qədər çoxdur. Dodaqları, xüsusən, ağzın künclərində genişlənməmiş üst dodağı ətlidir.
Babkarabad (Piranşəhr)
Babkarabad (fars. بابكراباد‎‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 107 nəfər yaşayır (21 ailə).
Babo
Babo (16 noyabr 1976, La Tortuqa[d]) — məşhur Meksika reperi.
Babol
Babül — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Babül şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 976 nəfər və 287 ailədən ibarət idi.
Babol şəhristanı
Babol şəhristanı - İranın Mazandaran ostanınında şəhristan. Şəhristanın inzibati mərkəzi Babol şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 464,538 nəfər və 125,187 ailədən ibarət idi.
Babolsər
Babülsər — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Babülsər şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 47,872 nəfər və 13,442 ailədən ibarət idi.
Babolsər şəhristanı
Babolsər şəhristanı-- İranın Mazandaran ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Babolsər şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 116,545 nəfər və 31,546 ailədən ibarət idi.
Baboşdöbrite
Baboşdöbrite (mac. Babosdöbréte) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Babrək Karmal
Bəbrək Karməl (puşt. ببرک کارمل; doğ. 6 yanvar 1929, Kamari, Kabul, Əfqanıstan — 3 dekabr 1996, Moskva, Rusiya) — Əfqanıstan dövlət və partiya xadimi. Bəbrək Karməl 6 yanvar 1929-cu ildə Əfqanıstanda, Kabul yaxınlığında hərbçi ailəsində anadan olmuşdu. Bəbrək Karməl 3 dekabr 1996-cı ildə Rusiyada, Moskvada vəfat edib.
Babsk
Babsk — mərkəzi Polşada kənd.
Babuin
Babuin (lat. Papio cynocephalus) — əntərkimilər fəsiləsinin pavianlar cinsinə aid məməli heyvan. Bədəninin uzunluğu 60–70 sm, quyruğunun uzunluğu 50 sm-ədək olur. Başı it başına oxşayır; burun dəlikləri üzünün qurtaracağında yerləşir, köpək dişləri güclü inkişaf etmişdir. Tükü açıq-sarı rəngdədir (sarı pavian adı da buradandır). Mərkəzi və Şərqi Afrikada yayılmışdır; bozqır və dağlıq yerlərdə məskunlaşır. Gündüzlər fəaldır, əsasən, yerüstü həyat keçirir. Bitki (meyvələr, soğanaqlar və s.) və heyvani (həşəratlar, xırda onurğalılar) yemlərlə qidalanır; bəzən k.t. bitkilərinə çox zərər vurur. Babuin qrup halında yaşayır; sürüyə yaşlı erkəklər başçılıq edir.
Babunə
Aşağı Babunə (Çaroymaq)
Babuqent
Babuqent (qaraç.-balk. Бабугент) — Kabarda-Balkariya Respublikasının Çerek rayonunda yerləşən kənd.
Babur
Qazi Zahirəddin Məhəmməd Babur (fars. ﻇﻬﻴﺮﺍﻟﺪﻳﻦ محمد‎ ; al-ṣultānu 'l-ʿazam wa 'l-ḫāqān al-mukkarram bādshāh-e ġāzī) (14 fevral 1483 — 26 dekabr 1530) — Böyük Moğol İmperiyasının qurucusu və ilk hökmdarıdır. Baburun Çağatay türkcəsində yazdığı və həyatından xronoloji olaraq bəhs etdiyi Baburnamə əsəri Türk ədəbiyyatı tarixində önəmli yerə sahibdir. Xətti Babur deyilən yazı sistemini təkmilləşdirən Babur eyni zamanda Çağatay türkcəsində yazılmış ədəbiyyatın Əlişir Nəvaidən sonra ən böyük şairi hesab olunur. Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi. Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanın qızı Qutluq Nigar xanım idi. Baburun ata tərəfdən mənsub olduğu Teymurilər sülaləsinin əsasını qoyan Əmir Teymur əslən barlas boyundandı. Barlaslar Orta Asiyada yaşayan türkləşmiş monqol boyu idi. Monqolların gizli tarixi (rus.
Babur-i Kürd
Babur-i Kürd (fars. بابوركرد‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Babur-i Kürd (Şot)
Babur-i Kürd (fars. بابوركرد‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Babur-i Əcəm
Babur-i Əcəm (fars. بابورعجم‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Babur-i Əcəm (Şot)
Babur-i Əcəm (fars. بابورعجم‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Babur adına Oş Dövlət Akademik Özbək Musiqi və Dram Teatrı
Babur adına Oş Dövlət akademik özbək musiqi və dram teatrı (rus. Ошский Государственный академический узбекский музыкально-драматический театр имени Бабура) — Qırğızıstanda ən qədim peşəkar teatr, Mərkəzi Asiyada ikinci qədim teatr. 1914-cü ildə Rahmonberdi Madazimovun rəhbərliyi ilə Oş yerli məktəb müəllimi Baltyhodzha Sultanov ilə teatr dərnəyi yaradılmışdır. 1918-ci ildə Oş vilayətində Rahmonberdi Madazimov rəhbərliyi ilə digər maarif rəhbərləri və müəllimlər Ibrohim Musaboev, Beknazar Nəzərov, Zhurahon Zaynobiddinov, Nazirhan Kamolov, A.Saidov, A.Eshonhonov, Abdukodir Iskhokov, Isroiljon İsmoilov, Cəlil Sobitov tərəfindən Türküstan cəbhəsində İnqilab Əsgəri Şura konsert briqadası əsasında Qırğızıstanda ilk dəfə həvəskar teatr dərnəyi təsis edildi. Rahmonberdi Madazimov teatr qrupunun ilk bədii rəhbəri, Qırğızıstanda isə teatr hərəkatının ilk təsisçisi və təşkilatçısı idi. 1919-cu ildə teatr dərnəyi drama truppası yaradılmışdır. Bu teatr truppası yalnız teatr sənətinin inkişafına deyil, həm də Qırğızıstanın cənubunda peşəkar musiqi sənətinin inkişafına xidmət etmişdir. Teatr truppasının repertuarında istehsaldan əlavə çoxsaylı konsertlər olmuşdur, həmçinin peşəkar musiqiçilərin meydana gəlməsinə qatqı təmin tamaşaların musiqi müşayiəti xalq melodiyalarının emal ilə həyata keçirilir. Gələcəkdə bu teatr truppası Babur adına Oş Dövlət akademik özbək musiqi və dram teatrının yaradılması üçün əsas oldu. Babur adına Oş Dövlət akademik özbək musiqi və dram teatrı Daşkənddə Həmzə adına Özbəkistan milli akademik dram teatrından (1913–27 fevral 1914 ildə yaradılmışdır) sonra Mərkəzi Asiyada ən qədim teatr hesab edilir.
Babur İmperiyası
Böyük Moğol İmperiyası (fars. گورکانیان‬‎, translit. Gūrkāniyān; urdu مغلیہ سلطنت‬, translit. Mughliyah Saltanat) və ya Baburlu İmperiyası (fars. امپراتوری مغولی هند‎, translit. Empīrāturī-ye Moġolī-ye Hend) — 1526–1859-cu illər arasında mövcud olmuş və əsası Teymurilər sülaləsindən olan Babur tərəfindən qoyulmuş türk dövləti. Moğollar türk idilər. "Moğol" adı onlara onları səhvən monqol bilən avropalılar tərəfindən verilmişdir. Baburlu imperiyasının hökmdarları şah, xan, xaqan və padşah titulları daşıyırdılar. Qərbdə (Avropada) isə Baburlu xanları "Monqol (moğol) imperatoru" olaraq bilinirdilər.
Babur şah
Qazi Zahirəddin Məhəmməd Babur (fars. ﻇﻬﻴﺮﺍﻟﺪﻳﻦ محمد‎ ; al-ṣultānu 'l-ʿazam wa 'l-ḫāqān al-mukkarram bādshāh-e ġāzī) (14 fevral 1483 — 26 dekabr 1530) — Böyük Moğol İmperiyasının qurucusu və ilk hökmdarıdır. Baburun Çağatay türkcəsində yazdığı və həyatından xronoloji olaraq bəhs etdiyi Baburnamə əsəri Türk ədəbiyyatı tarixində önəmli yerə sahibdir. Xətti Babur deyilən yazı sistemini təkmilləşdirən Babur eyni zamanda Çağatay türkcəsində yazılmış ədəbiyyatın Əlişir Nəvaidən sonra ən böyük şairi hesab olunur. Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi. Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanın qızı Qutluq Nigar xanım idi. Baburun ata tərəfdən mənsub olduğu Teymurilər sülaləsinin əsasını qoyan Əmir Teymur əslən barlas boyundandı. Barlaslar Orta Asiyada yaşayan türkləşmiş monqol boyu idi. Monqolların gizli tarixi (rus.
Baburi adası
Babur adası — Azərbaycanda bir ada. Bakı şəhərindən 70 kilometr cənub-qərbdə, ölkənin şərq hissəsində yerləşir.

Digər lüğətlərdə