Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gaia
Gaia astrometriya üçün işləyib hazırlanan Avropa Kosmik Tədqiqatlar İdarəsinin (ESA) insansız kosmik rəsədxanasıdır. Gaia Süd yolu qalaktikası boyu ulduzların dəqiq üçölçülü xəritəsini yaradacaq. Gaia 19 dekabr 2013-cü ildə buraxılıb. O, beş il müddətində fəaliyyət göstərəcək.
Vaiz
Vaiz — minbərdən vəz (moizə) söyləyən şəxs. İslamla bağlı danışılan hər hansı bir hadisə və ya İslamdan bəhs edən söhbət vaiz adlanır. Vaiz ərəb sözü olub "vəz və nəsihət edən, moizə edən" mənasını verir. "Vaiz olaraq ölüm kifayətdir" yəni, nəsihət olaraq ölüm kifayətdir.
Vaka
Vaka (gürc. ვაყა) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 1423 nəfər idi. 2014-cü ildə 1160 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, IV cild, səh.
Vava
Edvaldu İzídio Netu (port. Edvaldo Izidio Neto; 12 noyabr 1934, Resifi – 19 yanvar 2002, Rio-de-Janeyro), daha çox Vava kimi tanınır ― öz dövrünün ən yaxşı hücumçularından biri sayılan keçmiş Braziliya futbolçusu. Onun ləqəbi "polad sinə" (port. Peito de Aço) idi. O, Sport Resifi, Vasko da Qama, Palmeyras klublarında və Braziliya komandasında mərkəzi hücümçu mövqeyində çıxış etmişdir. == Milli komanda karyerası == Vava 1955-1964-cü illər ərzində Braziliya millisində 20 oyuna 15 qol vurmuşdur. O, 1958 (5 qol vurmuşdur) və 1962 (4 qol vurmuşdur) FİFA Dünya Kuboklarını udan heyətin üzvü idi, Üstəlik, turnirin bombardirlərindən biri olaraq 1962 Dünya Kuboku Qızıl Ayaqqabı mükafatının ortaq mükafatçısı olmuşdur. Vava həm 1958 (iki dəfə) həm də 1962 (bir dəfə) finallarında qol vurmağı bacardı və beləliklə iki fərqli dünya kubokunun finalında qol vuran ilk oyunçu oldu. Ondan başqa bu uğuru ancaq 3 başqa oyunçu təkrarlaya bilmişdir: Pele (1958 və 1970), Paul Braytner (1974 və 1982) və Zinəddin Zidan (1998 və 2006)..
Vaza
Vaza, əsasən çiçək qoymaq üçün istifadə edilən şüşə, farfor, torpaq kimi müxtəlif materiallardan, müxtəlif ölçü və formalarda hazırlana bilən bir qabdır. Bu söz rusca vaza (Ваза) sözündən azərbaycancaya keçib.
Vaşa
Vaşa — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. «Lahıc» turizm zonasında yerləşir. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 5–8 km yolu piyada və ya atla getmək olar. == Əhalisi == 1859-1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Şamaxı qəzasının Vaşa kəndində 28 evdə qədim oğuz türklərindən ibarət 296 nəfər (194 nəfəri kişilər, 102 nəfəri qadınlar) sünni təriqətli müsəlman əhali yaşayırdı.Kəndin ümumi Əhalisi 117 nəfərdir ki onunda 53 nəfəri kişi, 64 nəfəri qadındır. Əhali maldarlıqla və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur.
Agrostis varia
Agrostis stolonifera (lat. Agrostis stolonifera) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin agrostis cinsinə aid bitki növü. == Sinonimləri == × Agropogon robinsonii (Druce) Melderis & D.C.McClint. Agrostis adscendens Lange Agrostis alba var. albida (Trin.) Griseb. Agrostis alba f. amethystina Podp. Agrostis alba var. armena Schischk. Agrostis alba var.
Arenaria varia
Arenaria serpyllifolia (lat. Arenaria serpyllifolia) — qərənfilkimilər fəsiləsinin qumluca cinsinə aid bitki növü. == Sinonim == Alsinanthus serpillifolius (L.) Desv. Alsine serpyllifolia Crantz Alsinella serpyllifolia Gray Arenaria alpicola Beck Arenaria cantabrica Amo Arenaria condensata Lange Arenaria crassifolia Freyn ex Hallier Arenaria martrinii Tzvelev Arenaria olonensis Jord. ex Bonnier Arenaria patula Martrin-Donos Arenaria peloponnesiaca Rech.f. Arenaria serpyllifolia var. glutinosa W.D.J.Koch Arenaria serpyllifolia var. scabra Fenzl Arenaria serpyllifolia subsp. serpyllifolia Arenaria serpyllifolia var. serpyllifolia Arenaria serpyllifolia var.
Capsella varia
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.
Coronilla varia
Securigera varia (lat. Securigera varia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin securigera cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 80 sm-ə qədər, gövdəsi zəif, əyilib qalxan və ya düz, uzun, tin-tin və içi boş, çılpaq və ya tüklü, adətən budaqlanan çoxillik ot bitkisidir. Yalançı zoğları sərbəst olub, kiçikdir, xətvarineştərşəkilidir və uzunluğu 3 mm-dir. Yarpaqları tək lələkvaridir, qısa saplaq üzərində 15-25 ədəd oval və ya uzunsov, küt yarpaqcıqlar yerləşmişdir. Çiçəkləri 12-20 ədəd olmaqla, çiçək oxunun uzunluğu 3-15 sm-ə qədər olan, qısa başcığaoxşar çətirlərdə toplanmışdır; çiçək saplağı kasacıqdan iki dəfə uzun, ona bərabərvə ya ondan qısadır. Tac çəhrayı və ya bənövşəyi rəngdə olub, ağ zolaqlıdır. Paxlaları qəhvəyi rəngdədir, düz və ya qövsşəkilli əyilmişdir, 1-10 ədəd yastı-dördtilli buğumlardan ibarətdir. Toxumları uzunsovovaldır, qəhvəyi və ya qonur rəngdədir. May ayında çiçəkləyir, may-iyul aylarında meyvə verir.
Cuniçi Vada
Cüniçi Vada (和田 純一) – 2020-ci ildən etibarən Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri. Etimadnaməsini 2 sentyabr 2020-ci ildə Azərbaycan prezidenti İlham Əliyevə təqdim etmişdir. 2017–2020-ci illərdə səfir olmuş Teruyuki Katorini əvəz etmişdir. Tokio şəhərində anadan olmuşdur. 1986-cı ildə Tokio Universitetinin hüquq fakültəsindən məzun olmuş, daha sonra Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinə daxil olmuşdur. 2019-cu ildə "Sompo Japan Insurance" şirkətində konsultant kimi fəaliyyət göstərmişdir.
Ramiro Vaka
Ramiro Vaka Ponse (1 iyul 1999-cu ildə anadan olub) — Boliviya Liqa Nasional B təmsilçilərindən olan Klub Quebraço klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Boliviya futbolçusudur. == Milli karyerası == Vaka Boliviya milli futbol komandasında debütünü 3 iyun 2017-ci ildə Nikaraqua millisinə qarşı oyunda etmişdir. O, 88-ci dəqiqədə Luis Xose Varqası əvəz etmişdir. Yoldaşlıq oyununda Boliviya rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir.
Securigera varia
Securigera varia (lat. Securigera varia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin securigera cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 80 sm-ə qədər, gövdəsi zəif, əyilib qalxan və ya düz, uzun, tin-tin və içi boş, çılpaq və ya tüklü, adətən budaqlanan çoxillik ot bitkisidir. Yalançı zoğları sərbəst olub, kiçikdir, xətvarineştərşəkilidir və uzunluğu 3 mm-dir. Yarpaqları tək lələkvaridir, qısa saplaq üzərində 15-25 ədəd oval və ya uzunsov, küt yarpaqcıqlar yerləşmişdir. Çiçəkləri 12-20 ədəd olmaqla, çiçək oxunun uzunluğu 3-15 sm-ə qədər olan, qısa başcığaoxşar çətirlərdə toplanmışdır; çiçək saplağı kasacıqdan iki dəfə uzun, ona bərabərvə ya ondan qısadır. Tac çəhrayı və ya bənövşəyi rəngdə olub, ağ zolaqlıdır. Paxlaları qəhvəyi rəngdədir, düz və ya qövsşəkilli əyilmişdir, 1-10 ədəd yastı-dördtilli buğumlardan ibarətdir. Toxumları uzunsovovaldır, qəhvəyi və ya qonur rəngdədir. May ayında çiçəkləyir, may-iyul aylarında meyvə verir.
Strix varia
Əlvan yapalaqca (lat. Strix varia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaqca cinsinə aid heyvan növü.
Vaiz Qəzvini
Molla Rəfiəddin Məhəmməd Vaiz Qəzvini — Azərbaycanın Səfəvi dövründə şair. azərbaycan və fars dillərində şer yazıb. Bu şair 1027 Hicri-qəməridə Qəzvinin Səfiabad kəndində anadan olub və 1089 Hicri-qəməridə vəfat etmişdir.
Vaja Lordkipanidze
Vaja Lordkipanidze (gürc. ვაჟა ლორთქიფანიძე; 29 noyabr 1949, Tbilisi) — Gürcüstanın keçmiş dövlət naziri, Gürcüstanın Rusiyadakı səfiri və Gürcüstan Parlamentinin üzvü olan gürcü siyasətçi. == Həyatı == Lordkipanidze 29 noyabr 1949-cu ildə Gürcüstanın Tiflis şəhərində anadan olub. 1973-cü ildə Tbilisi Dövlət Universitetinin və Moskva Elmlər Akademiyasının riyaziyyat şöbəsini bakalavr, sonra doktorantura dərəcələrini bitirib.1983–1986-cı illərdə Eduard Şevardnadzenin Gürcüstan SSR-in birinci katibi olduğu dövrdə Gürcüstan komsomolu Mərkəzi Komitəsinin ikinci, sonra birinci katibi olmuşdur. 1986–1988-ci illərdə Gürcüstan Kommunist Partiyasının Mtasminda Regional Komitəsinin birinci katibi, sonra Gürcüstan Kommunist Partiyasının MK-da şöbə müdiri, 1989–1990-cı illərdə isə Gürcüstan SSR-in Nazirlər Kabineti sədrinin müavini vəzifələrində çalışmışdır. == Siyasi karyerası == Zviad Qamsaxurdiya Gürcüstanın müstəqilliyini əldə etdikdə Lordkipanidze hökuməti Tiflis Tədqiqat İnstitutunda iş tapmaq üçün tərk etdi, lakin Şevardnadzenin 1992-ci ilin yanvarında hakimiyyətə qayıdışı ilə dərhal Gürcüstan Prezidenti Administrasiyasının aparat rəhbəri təyin edildi və 17 yanvar 1995-ci ilə qədər bu vəzifəni tutdu. 1995–1998-ci illərdə Gürcüstanın Rusiyadakı səfiri olub. Abxaziya ilə Rusiya vasitəçiliyi danışıqlarında Gürcüstan tərəfini təmsil edirdi. Rusiya hökumətindəki yüksək vəzifəli məmurlarla yaxşı münasibətlər qurdu, amma parlament daxilində müxalifət partiyaları tərəfindən Rusiyapərəst sayılırdı. Lordkipanidze 31 iyul 1998-ci ildə Nikoloz Lekişvilinin iqtisadi siyasətdəki tənqid səbəbindən istefa etməsindən az sonra 31 iyul 1998-ci ildə Gürcüstanın dövlət naziri təyin edildi.
Vaja Pşavela
Vaja Pşavela (14 (26) iyul 1861 – 27 iyun (10 iyul) 1915, Tiflis) — Gürcüstan yazıçısı. == Həyatı == Vaja Pşavela- əsl adı Luka Raziqaşvili 1861-ci il, 14 iyulda Karqali kəndində anadan olub. Vaja Telavidə ruhani məktəbində oxuyub. 1877–79-cu illərdə Tiflisin iki sinifdən ibarət olan mülki təhsil ocağında oxuyub. Sonra isə 1882-ci ildə Qori müəllimlər seminariyasını bitirib. Bir müddə kənd məktəbində müəllim işləyib. 1883–84-cü illərdə Peterburq unversitetinin hüquq fakultəsində dinləyici olub. Çox qısa müddət sonra kasıbçılıq ucbatından təhsilini buraxıb geri vətənə qayıdıb. 1888-ci ildə o adi kəndli həyatı yaşayıb. Onun ilk əsəri 1879-cu ildə "Droeba" qəzetində çap olunmuşdur.
Vania Fernandes
Vânia Fernandes (d. 1985) — Portuqaliya musiqiçi. Serbiyanın paytaxtı Belqradda keçirilmiş 2008 Avroviziya Mahnı Müsabiqəsində Portuqaliyanı təmsil edib.
Vapa buxtası
Vapa buxtası (bolq. залив Вапа, ‘Zaliv Vapa’ \'za-liv 'va-pa\) — 1.65 km uzunluğu olan və Antarktidanın Palmera arxipelaqının Lej adası sahillərindən 1.1 km qərbdə yerləşmişdir. Polejan burnundan şimalda, Disilitsa burnundan cənubda yerləşmişdir. Pleystor buzlağına daxildir.Buxta Bolqarıstanda yerləşən Rila dağındakı Vapa zirvəsinin adını daşıyır. == Yerləşməsi == Vapa buxtası 64°02′45″ c. e. 62°02′10″ q. u. koordinatlarında yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Vasa (gəmi)
Vaza (isv. Vasa) — 1626-1628-ci illərdə tikilmiş İsveç döyüş gəmisidir. Gəmi 10 avqust 1628-ci ildə ilk səfərində limandan ayrıldıqdan dərhal sonra - 1 dəniz mili belə getmədən batmışdır. Gəmidəki ən qiymətli bürünc toplar çıxarıldıqdan sonra gəminin batdığı yer unudulmuşdur, ancaq 1950-ci ildə yenidən tapılmışdır. 24 Aprel 1961-ci ildə Stokholm limanının girişində - sıx dəniz nəqliyyatının olduğu bölgədə demək olar ki, heç köhnəlməmiş vəziyyətdə tapılmış və su səthinə çıxardılmışdır. Əvvəlcə bir muzeyə qoyulmuş gəmi daha sonra Stokholmdakı gəmiylə eyni adı daşıyan Vaza Muzeyinə köçürülmüşdür. İsveçin ən əhəmiyyətli turist cəlb edən mərkəzlərindən biri olan muzeyi 1961-ci ildən bugünə qədər 29 milyon adam ziyarət etmişdir. Gəmi dövrünün ağır gəmilərindən biri idi və kifayət qədər yüklənmişdi. Gəminin hərəkət başladığı bir neçə dəqiqə içində qüvvətli küləklə qarşılaşmış və batmışdır. Gəminin batmasında bir neçə faktorun təsiri vardır.
Vaza (gəmi)
Vaza (isv. Vasa) — 1626-1628-ci illərdə tikilmiş İsveç döyüş gəmisidir. Gəmi 10 avqust 1628-ci ildə ilk səfərində limandan ayrıldıqdan dərhal sonra - 1 dəniz mili belə getmədən batmışdır. Gəmidəki ən qiymətli bürünc toplar çıxarıldıqdan sonra gəminin batdığı yer unudulmuşdur, ancaq 1950-ci ildə yenidən tapılmışdır. 24 Aprel 1961-ci ildə Stokholm limanının girişində - sıx dəniz nəqliyyatının olduğu bölgədə demək olar ki, heç köhnəlməmiş vəziyyətdə tapılmış və su səthinə çıxardılmışdır. Əvvəlcə bir muzeyə qoyulmuş gəmi daha sonra Stokholmdakı gəmiylə eyni adı daşıyan Vaza Muzeyinə köçürülmüşdür. İsveçin ən əhəmiyyətli turist cəlb edən mərkəzlərindən biri olan muzeyi 1961-ci ildən bugünə qədər 29 milyon adam ziyarət etmişdir. Gəmi dövrünün ağır gəmilərindən biri idi və kifayət qədər yüklənmişdi. Gəminin hərəkət başladığı bir neçə dəqiqə içində qüvvətli küləklə qarşılaşmış və batmışdır. Gəminin batmasında bir neçə faktorun təsiri vardır.
Vaza sülaləsi
Vaza sülaləsi - Müasir İsveç tarixini başlatmış və İsveç imperiyasını qurmuş sülalə. == Hakimiyyətə gəlməsi == Vaza sülaləsi hakimiyyətə Kalmar Birliyinə etiraz olaraq doğmuş olan vətənpərvər hərəkatının verdiyi təkanla gəlmişdi. Qədim əsilzadə ailəsi olan Vaza ailəsinin başçısı olan Qustav Eriksson Danimarka kralı və Kalmar Birliyinin başçısı olan II Kristiana qarşı üsyan edərək İsveçi müstəqil krallıq etdi. Vaza sülaləsi dövründə Katolik etiqadı tərk edilərək Lüteranizmə keçildi. == Kralları == === İsveçdə === I Kristinanın könüllü taxtdan çəkilməsindən sonra İsveçdə taxt onun ögey qardaşı olan X Karla keçdi. === Polşada === Polşada II İohannın taxtdan çəkilib keşiş olmağa qərar verməsi ilə Vaza sülaləsinin hər iki ölkədə olan hakimiyyəti bitdi. Polşada hakimiyyət Mixail Vişneveskinin əlinə keçdi.
VİM-Avia
"VİM-Avia" (rus. «ВИМ-Авиа») — Rusiyanın ən böyük aviaşirkətlərindən biri. 24 təyyarəsi olan aviaşirkət 30 məntəqəyə uşuşlar həyata keçirərək, illik ortalama 1,6 milyon sərnişin daşıyır. 2017-ci ilin sentyabr ayında əlavə vəsait olmadan fəaliyyəti davam etdirə bilmədiyi üçün "VİM-Avia" müflis olduğunu elan edib və satışa çıxarılıb.
Vaxa Əliyev
Vaxa Amiroviç Əliyev (1927, Çeçen Muxtar Vilayəti[d], Şimali Qafqaz diyarı[d] – 1979, Çeçen-İnquş MSSR)- süvari, Böyük Vətən müharibəsi iştirakçısı, alay oğlu. == Həyatı == Böyük Vətən müharibəsi başlayanda Vaxa Əliyevin 14 yaşı var idi. O, 1941-ci ilin iyul ayında hərbi komissarlıq işçilərini aldadaraq cəbhəyə yollanıb. Əlyev 1927-ci ildə Çeçenistanda anadan olub. Ucqar dağ kəndində böyüyən Vaxa uşaqlıq illərindən elmə böyük maraq göstərib, gələcəkdə həkim olmaq arzusu ilə yaşayıb. Amma müharibə onun bütün arzularını alt-üst edib, həyata keçirmək istədiyi planlarını yarımçıq qoyub. Müharibə başlananda o, ailəsinə xəbərdarlıq etmədən cəbhəyə yollanıb. Yaşının az olmasına baxmayaraq Vaxa Əliyev müharibənin ilk aylarından öz qorxmazlığı və qoçaqlığı ilə fərqlənib. 255-ci çeçen-inquş süvari alayının komandirləri və döyüşçü yoldaşları ona "alayın oğlu" adını veriblər. Vaxa Əliyevin döyüş yolları Stalinqrad döyüşü, Kursk döyüşü, Belarus döyüşündən keçib.
Vania Muets
Wanja Mues (27 dekabr 1973, Hamburq) — (3 dekabr 1973, Almaniya, Hamburq) == Həyatı == Wanja Mues 3 dekabr 1973-cü ildə Almaniyanın Hamburq şəhərində olub. O, The Pianist (2002), The Bourne Supremacy (2004) və Unsere Hagenbecks (1991) filmləri ilə tanınan aktyor və rejissordur. 2004-cü ildən Julia ilə evlidir. Onların iki övladı var. == Fəaliyyəti == Aktyorluq karyerasına 1983-cü ildə "Storm, der Schimmelreiter" televizor filmi ilə başlamışdır. "Storm, der Schimmelreiter" filmində uğurlu çıxışından sonra 1984-cü ildə "Jokehnen" televizor serialında çəkilir. Beləcə peşəkar karyerasının əasını qoyur. Ümumilikdə 89 film və televizor seriallarında aktyorluq edir. Ən çox səs gətirmiş və tanınmağında pay sahibi olduğu işlər isə; The Pianist (2002), The Bourne Supremacy (2004) və Unsere Hagenbecks (1991) filmləri olmuşdur. Bunlardan əlavə 1996-cı ildə çəkilən "21/2 Minuten" televizor serialında uğurlu aktyorluğu sayəsində "Grimme" mükafatına layiq görülüb.