AVİA...

[ lat. ] Mürəkkəb sözlərin əvvəlində aviasiya mənasını ifadə edir, həmin sözlərin aviasiyaya aid olduğunu göstərir; məs.: aviabomba, aviabaza, aviatexnik və i.a.
AVIRTMAC
AVİÁSİYA
OBASTAN VİKİ
Avia-Aqreqat Zavodu
Avia-Aqreqat Zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. == Tarixi == Avia-Aqreqat Zavodu 1961-ci ilin yanvar ayında Keşlə Maşınqayıma zavodunun kondisionerlər sexinin bazasında Bakı Klimatik Qurğuları Təcrübə Zavodu adı altında yaradılmışdır. 1961-ci ildə adı dəyişdirilərək Bakı Kondisionerlər Zavodu olmuş və 1965-ci ildən SSRİ Aviasiya Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. 1970-ci ilin aprel ayında zavod Buzovna qəsəbəsinin Albalılıq dayanacağında yaradılan yeni istehsalat sahəsinə köçürülmüş və Bakı Maşınqayırma Zavodu adlandırılmışdır. 1978-ci ildə SSRİ aviasiya sənayesi nazirinin əmri ilə Sovet Azərbaycanının 50 illiyi adına Bakı Maşınqayırma Zavodunun adı dəyişdirilərək "İqlim" BAİB-in bazasında Bakı Aqreqat Zavodu yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 yanvar 1993-cü il tarixli 16 nömrəli Qərarı ilə zavodun adı dəyişdirilərək Avia-Aqreqat Zavodu adlandırılmışdır. 1993-cü ildən zavod Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərməyə başlamışdır. 1997-ci ildə zavodun adı yenidən dəyişdirilərək Bakı Avia-Aqreqat İB adlandırılmışdır. 2006-cı ilin sentyabrından Avia-Aqreqat Zavodu adı altında Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir. 2006-ci ildə İSO 9001-2001 sertifikatını almışdır.
VİM-Avia
"VİM-Avia" (rus. «ВИМ-Авиа») — Rusiyanın ən böyük aviaşirkətlərindən biri. 24 təyyarəsi olan aviaşirkət 30 məntəqəyə uşuşlar həyata keçirərək, illik ortalama 1,6 milyon sərnişin daşıyır. 2017-ci ilin sentyabr ayında əlavə vəsait olmadan fəaliyyəti davam etdirə bilmədiyi üçün "VİM-Avia" müflis olduğunu elan edib və satışa çıxarılıb.
"Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938-2013)" Azərbaycan Respublikasının yubiley medalı
"Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" yubiley medalı — Azərbaycan Mülki Aviasiyasının 75 illik yubileyi münasibətilə təsis edilən medal. == Təsis edilməsi == 2013-cü il sentyabrın 30-da Azərbaycan Respublikasının Milli Məclisində Mülki Aviasiyanın 75 illiyi münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və təsdiqlənmişdir.Azərbaycan Respublikasının "Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" Azərbaycan Respublikasının yubiley medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən mülki aviasiya işçiləri, habelə Azərbaycan Respublikası Mülki Aviasiyasının inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif edilirlərMaddə 2. Təltif edən orqan Bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" Azərbaycan Respublikasının yubiley medalı ilə müvafiq icra hakimiyyəti orqanı təltif edir.Maddə 3. Taxılma qaydası "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır. == Təsviri == Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 721-IVQD nömrəli Qanunu ilə təsdiq edilmişdir. Maddə 1. Medalın ümumi təsviri "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra — medal) naxışvurma üsulu ilə mis-sink xəlitəsindən tökülmüş, diametri 40 mm olan dairəvi lövhədən ibarətdir.Maddə 2. Medalın ön tərəfi 2.1.
"Mülki Aviasiyasının 75 illiyi (1938-2013)" yubiley medalı
"Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" yubiley medalı — Azərbaycan Mülki Aviasiyasının 75 illik yubileyi münasibətilə təsis edilən medal. == Təsis edilməsi == 2013-cü il sentyabrın 30-da Azərbaycan Respublikasının Milli Məclisində Mülki Aviasiyanın 75 illiyi münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və təsdiqlənmişdir.Azərbaycan Respublikasının "Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" Azərbaycan Respublikasının yubiley medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən mülki aviasiya işçiləri, habelə Azərbaycan Respublikası Mülki Aviasiyasının inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif edilirlərMaddə 2. Təltif edən orqan Bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" Azərbaycan Respublikasının yubiley medalı ilə müvafiq icra hakimiyyəti orqanı təltif edir.Maddə 3. Taxılma qaydası "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır. == Təsviri == Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 721-IVQD nömrəli Qanunu ilə təsdiq edilmişdir. Maddə 1. Medalın ümumi təsviri "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra — medal) naxışvurma üsulu ilə mis-sink xəlitəsindən tökülmüş, diametri 40 mm olan dairəvi lövhədən ibarətdir.Maddə 2. Medalın ön tərəfi 2.1.
"Qaraheybət" aviasiya poliqo­nunda helikopter qəzası
Qaraheybət helikopter qəzası və ya Qaraheybət faciəsi — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması. İlkin məlumatlara görə, helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olmuş, 2 nəfər isə yaralanmışdır. Bu, Azərbaycanın hüquq-mühafizə orqanlarının tarixindəki ən böyük aviasiya qəzasıdır.Qəzadan dərhal sonra DSX-nin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerinə getmişdir. Baş Prokurorun birinci müavini ədliyyə general-mayoru Elçin Məmmədovun rəhbərliyi ilə hadisə haqqında istintaq başlanılmışdır. Hadisənin səbəbi hələ də araşdırılır.Azərbaycan Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkədəki digər siyasi xadimlər, xarici ölkələrin Azərbaycandakı səfirlikləri, eləcə də beynəlxalq qurumlar tərəfindən hadisədə həlak olan şəxslərin doğmalarına və yaxınlarına başsağlığı verilmişdir. == Zəmin == "Mi-17" tipli hərbi helikopter DSX-nin arsenalına təxminən 2011-ci ildə daxil edilmişdir. Bu helikopterin təyinatı quru qoşunların mobilliyinin artırılmasına və döyüş meydanında atəş dəstəyinin verilməsinə hesablanmışdır. DSX-nin aviasiya sistemində "Mi-17" bütün variantlarda istifadə olunur. Sərhəd zastavaları müxtəlif relyef quruluşuna malik ərazilərdə olduğu üçün, ucqar nöqtələrə məhz sözügedən helikopter vasitəsilə gedilir. Hadisə nəticəsində yaralanan Emil Cəfərova görə, "Mİ-17" dünyada ən universal helikopterlərdən biridir.
160-cı Xüsusi Əməliyyat Aviasiya Polku
160-cı Xüsusi Əməliyyatlar Aviasiya polku (Hava-Desant Qüvvəsi) (ing. 160th Special Operations Aviation Regiment (Airborne)) və ya ləqəbi ilə “Gecə izləyiciləri” (ing. Night Stalkers) — xüsusi əməliyyat qüvvələrinə hava dəstəyi verən Birləşmiş Ştatların Quru Qoşunlarına bağlı xüsusi bir əməliyyatdır qüvvəsidir. Hücumlar, qarşıdurma və kəşfiyyat tapşırıqlarını yerinə yetirən polk ümumiyyətlə gecələr işləyir. 16 oktyabr 1981-ci ildə yaradılan polkun mərkəzi Amerika Birləşmiş Ştatlarının Kentucky ştatındakı Fort Campbell regionunda yerləşir.
326-cı Ağır Bombardmançı Aviasiya Divizionu
326-cı Ağır Bombardmançı Aviasiya Divizionu — Rusiyanın Uzaqməsafəli Aviasiya Bölməsi idi. Ən son vaxtlar bu Ali Komandanlığının 37-ci Hava Ordusu daxil edilmişdir. O, 23 İyunun 1944-də əvvəlcədən formalaşmış Moskva Vilayətində 10 Oktyabr 1943 Yegoryevsk-də formalaşmış.326-cı Gecə Bombardmançı Aviasiya Divizionu kimi, bu 326-cı Bombardmançı Aviasiya Diviziyasının adı dəyişdirilib.
586-cı qırıcı aviasiya alayı
586-cı qırıcı aviasiya alayı — İkinci Dünya müharibəsinin başlanğıcında Marina Raskova İosif Stalini qadınlardan ibarət aviasiya alaylara yaratmağa razı saldıqdan sonra əsası qoyulan üç sovet qadın aviasiya alayından biri. Alay əvvəlcə Yak-1 təyyarələri ilə təchiz edilmiş, 1943-cü ildə isə Yak-7 və Yak-9 təyyarələrini əldə etmişdir. Alayın bütövlükdə qadınlardan ibarət olması nəzərdə tutulsa da, alay komandiri Tamara Kazarinova 1942-ci ilin oktyabrında başqa bir hissəyə köçürüldükdən sonra onun yerinə Aleksandr Qridnev gətirilir. Alayın üzvlərindən Lidiya Litvyak və Yekaterina Budanova ölümündən sonra müvafiq olaraq Sovet İttifaqı Qəhrəmanı və Rusiya Federasiyası Qəhrəmanı adlarına layiq görülmüşdürlər. == Tarixi == Alay SSRİ Xalq Müdafiə Komissarlığının 08.10.41-ci il tarixli 0099 saylı “Qırmızı Ordu Hərbi Hava Qüvvələrinin qadın aviasiya alaylarının formalaşdırılması haqqında” əmri ilə yaradılmışdır. Alaya Marina Raskova rəhbərlik edirdi. 9 dekabr 1941-ci ildə 586-cı alaya təyin edilmiş iyirmi beş pilot Yak-1 qırıcısında imtahanlardan keçdi. Pilot Yevgeniya Proxorova 1941-ci ilin dekabrından 1942-ci ilin martına qədər 586-cı alayın komandiri vəzifəsində çalışmışdır. Rəsmi mənbələrə görə Tamara Kazarinova alaya yalnız 23 fevral 1942-ci ildə gəlmişdir. Alayın ilk vəzifəsi 23 fevral 1942-ci ildə Saratovda Volqa üzərindəki dəmir yolu körpüsünün müdafiəsi olur.
Alabamada aviasiya
Alabama ilk aviasiya hadisəsi 10 mart 1910-cu ildə Orvil Raytın Montqomeridə həyata keçirdiyi uçuşdur. == Hadisələr == 1909 : E.T. Odum Alabama Ştat Yarmarkasına təyyarə gətirdi. 15 mart 1910 : Orvil və Uilbur Rayt ölkənin ilk mülki uçuş məktəbinin əsasını Montqomeridə qoydular. 1931 : Stedhem Ekkr Birminqem Bələdiyyə Hava Limanında Milli Hava Karnavalı seriyasının hava şousuna başladı. 10 iyul 1991 : Lekspres Hava Yolları reys 508 Birminqem Bələdiyyə Hava Limanında qəzaya uğradı. == Təyyarə istehsalçıları == Boeing Delta-4 roketlərini Dekeyterdə istehsal edir. Continental Motors (başlıca ümumi aviasiya təyyarələri üçün mühərrik istehsalçısı) mərkəzi Mobildə yerləşir. Airbus A320 tipli təyyarələri Brukli Mobil Aeropleksində yerləşən sənaye kompleksində qurur. == Aerokosmik == Albamada 73,000 iş yeri aerokosmik sahəyə əsaslanır. Milli Kosmik Elm və Texnologiya Mərkəzi NASA və Alabamada yerləşən yeddi elmi tədqiqat universitetinin birgə tədqiqat müəssisəsidir.
Aviabenzinlər
== AVIABENZINLƏR == == Alınması == Aviasiya benzinləri neftin ilk distilləsində, katalitik və riforminq proseslərində alınan məhsulların aşağı temperaturda qaynayan fraksiyalarından təşkil olunan baza benzinlərinə yüksəktonlu komponent və aşqarlar qarışdırmaqla istehsal edilir. Aviasiya yanacağı yanan maddə olub, uçan aparatların yanma kamerasına daxil olan oksigenin yanmasi ilə istilik enerjisini alınmasma kömək edir. == Xassələri == Aviasiya benzin markaları rənglərinə görə aşağıdakı kimi fərqlənir: Marka - Rəng B-70 - rəngsiz B-91/115 - yaşıl B-95/130 - sarı B-100/130 - narıncı == Aviasiya benzininin əsas keyfıyyət göstəricisi == Detonasiyaya davamlığı( mühərriklərdə benzinin əhəmiyyətini kəsb edir,bu da yüksək dərəcədə detanasiyaya qarşı işçi qarışığın sıxılması deməkdir.) Fraksiya tərkibi( benzinin buxarlanmasıdır, bu da öz növbəsində işçi isti hava qarışığının əmələ gəlməsi üçün onun rolunu müəyyən edir. Fraksiya tərkibi 40-180°C qaynama temperatur diapazonları ilə, (29 48 kPa doymuş buxar təzyiqi ilə xarakterizə olunur. Kimyəvi stabilliyi(stabillik dedikdə-benzinin qəbulunda, nəqli (daşınması, ötürülməsi) və saxlanmasında kimyəvi tərkibinin dəyişməsinə qarşı dayanıqlığıdır.) a) oktan ədədi benzinlərin əsas göstəricilərindən biridir. Oktan ədədini artırmaq üçün antidetanatorlardan istifadə olunur. Təyyarə benzinlərində yüksəkoktanlı komponentlər kimi izoquruluşlu fərdi karbohidrogenlərdən (izopentan, izooktan), benzol və izobutanın doymamış karbohidrogenlərlə alkilləşməsindən alınan məhsullardan (alkibenzol) istifadə olunur. b) Eyni zamanda oktan ədədini artırmaq üçün aşqar kimi etil mayesi şəklində işlədilən tetraetil qurguşun Pb(C2H5)4 (TEQ-benzinin hər kiloqramına ən çoxu 3,3 q) istifadə olunur. TEQ yanacaqda həll olaraq onda peroksid birləşmələrin yaranmasını dayandırır və detonasiyaya dayanıqlığı yaxşılaşdırır. Təmiz şəkildə TEQ çox zəhərlidir, ona görə də yanacağa onun etil mayesi şəklində məhlulunu daxil edirlər (0,5-1,0 q/kq miqdarında), bu da yanacağın oktan ədədini 10-12 vahid artırır.
Aviabilet
Aviabilet — sərnişin və aviaşirkət arasında, sərnişinin və onun yükünün hava yolu ilə daşınması ilə əlaqədar bağlanmış müqaviləni təsdiqləyən sənəddir. Aviabileti almazdan əvvəl sərnişin onun şərtləri ilə tanış olmalıdır, çünki beynəlxalq hüquq normalarına uyğun olaraq, biletin alınması sərnişinin müqavilənin şərtləri ilə tanış olması kimi və onunla razılaşması kimi qiymətləndirilir. == Elektron aviabilet == Elektron sərnişin bileti – ənənəvi kağız blankın əvəzinə təklif olunan aviabiletin elektron formasıdır, o, Sizin uçuşa hazırlığınızı asan və rahat etməyə imkan verir. Bütün informasiya etibarlı şəkildə aviaşirkətin xüsusi məlumat bazasında elektron formada saxlanılır. Sərnişinə elektron aviabiletin surəti verilir (Passenger Itinerary Receipt), burada sərnişin haqqında, marşrut, tarif, ödəniş, satış ofisi və s. haqqında məlumat verilir. Elektron aviabilet, həmçinin onun kağız variantı sərnişin və aviaşirkət arasında, sərnişinin və onun yükünün hava yolu ilə daşınması ilə əlaqədar bağlanmış Müqaviləni təsdiqləyən rəsmi sənəddir.
Aviadarts
Aviadarts (lat. avia - hava + ing. darts - darts) — Şərti düşmənin hava hücumundan müdafiə sistemini aşmaq, idarəolunmayan raketlər, təyyarə silahları və idarə olunan əleyhinə raketlərin köməyi ilə yer hədəflərinə zərbə vurmaq bacarığında hərbi pilotlar arasında yarışlar. == Müsabiqə tarixi == Müsabiqə ilk dəfə 2013-cü ildə Voronej bölgəsindəki Poqonovo aviasiya poliqonunda və Baltimor aerodromunda keçirilmişdir.2014-cü ildən bəri bu yarışlar beynəlxalq səviyyəyə çatdı, Rusiya pilotlarından əlavə, Belarusiya və Çin pilotları da iştirak etdilər. 2014-cü ildə Aviadarts Voronej və Lipetsk aerodromlarında keçirildi.2015-ci ildən bəri yarışlar, bir intizam olaraq, "ARMI-2015" 1-ci Ordu Beynəlxalq Oyunlarının proqramına daxil edilmişdir. Müsabiqə üç təlim meydançasında keçirildi: Dubroviçi aerodromu (Ryazan bölgəsi), həmçinin Bryansk və Kaluqa bölgələrindəki daha iki aerodrom. Yarışlar iştirak edən helikopterlərdən birinin qəzaya uğraması səbəbindən dayandırıldı, lakin sonradan yenidən uğurla tamamlandı2016-cı ildə Aviadarts ilk dəfə Krımda Sevastopol yaxınlığındakı Belbek hava limanında keçirildi. Aviadarts-2016-nın üçüncü final mərhələsi burada keçdi və Ryazan bölgəsindəki Dubroviçi təlim poliqonunda başladı. Belbek ilə yanaşı Kirov və Çauda poliqonları Krıma cəlb edildi.Müsabiqə Sevastopoldakı hava şousu ilə başa çatdı və müsabiqənin mərkəzi hadisəsi Aviamiks hava şousu idi.Bu şou aviasiya sahəsində ən yeni texnologiyaların imkanlarının nümayişidir.2017-ci ildə Çinin Çangçun şəhərində 3-cü Ordu Beynəlxalq Oyunları "ARMI-2017" proqramında yarışın əsas mərhələsi keçirildi. Müsabiqənin Rusiya mərhələsi Voronej Poqonovo təlim poliqonunda keçirilib.2018-ci ildə yarış Ryazan bölgəsindəki Dubroviçi təlim poliqonunda keçirildi.
Aviadaşıyıcı
Aviadaşıyıcı — göyərtə aviasiyasiyası daşıyan hərbi gəmi Özünü qorumaq üçün aviadaşıyıcılarda zenit-raket kompleksləri və zenit artilleriya qurğuları da olur. Aviadaşıyıcılardan ilk dəfə Birinci dünya müharibəsində istifadə etməyə başlamışlar. İkinci dünya müharibəsində onlar ABŞ, Yaponiya və Böyük Britaniya donanmasının əsas zərbə qüvvəsini təşkil edirdi. Müharibə illərində cəmi 194 aviadaşıyıcı düzəldilmişdir. Müasir aviadaşıyıcıda uçus-eniş zolağı, katapultlar, göyərtəaltı anqarlar və digər imkanlar var. Enerji qurğusuna görə adi və atom aviadaşıyıcıları var. Aviadaşıyıcıdan donanma qüvvələrini məhv etmək, sahil obyektlərini dağıtmaq, okean (dəniz) kommunikasiyasını qorumaq və s. üçün istifadə edilir. == Fərqli xüsusiyyətlər == Təyyarə daşıyıcılarında uçuş göyərtəsi və hava gəmilərinin və ya vertolyotların uçuşu, enişi və bazasını təmin edən digər vasitələr (xüsusən də, anqarlar, təyyarələrə xidmət və yanacaqdoldurma üçün texniki vasitələr) və uçuşa nəzarət və dəstəkləmə vasitələri mövcuddur. Təyyarənin gəminin uçuş göyərtəsindən çıxarılması həm başlama gücləndiricilərinin, həm də buraxılış katapultlarının istifadəsi ilə və onlardan istifadə edilmədən həyata keçirilə bilər.
Aviafotoqrafiya
Aviafotoqrafiya — təyyarənin şəklinin uçuşda və ya yerdə çəkilməsi. Aviafotoqrafiyanın tiplərinə havadan, yerdən və uzaqdan çəkilmə daxildir. Hərbi aviasiya fotoqrafiyasında, xüsusilə havadan-havaya, hədəf təyyarələr Mach 1-dən yuxarıda uçduqda, yüksək G altındadırsa, əlavə bacarıq tələb edir. == Tipləri == === Yer-statik === Statik fotoqrafiyada, stasionar təyyarələrin fotoşəkilləri yer üzündəki fotoqraflar tərəfindən çəkilir. Fotoşəkillər təyyarəni xarici və daxili detalları ola bilər. Fotoqraf işıqlandırma, təyyarəni yerləşdirmə, kamera bucaqları və fon üzərində tam nəzarətə malikdir. Pilot və ya digər təyyarələr kimi digər mövzularla məşğul olmaq, aviafotoqrafiyanın digər formalarına nisbətən yer-statik fotoqrafiya üçün daha asan olur. === Hava limanı terminalı === Hava limanından olan fotoşəkil, terminalın pəncərəsindən şəkil çəkərək uçuşu gözləyir. Bəzi hava limanlarında təhlükəsizliyə getmədən ziyarət edə biləcəyiniz pəncərələr və müşahidə zonaları var. Terminaldan parıltıya daha yaxşı nəzarət etmək üçün şüşədən şəkil çəkərkən polarizasiya edilmiş bir süzgəc təklif olunur.
Aviakompaniya
Aviakompaniya və ya Aviaşirkət, insanların və yüklərin aviavasitələr vasitəsi ilə (əsasən təyyarə) daşınması ilə məşğul olan kommersiya şirkəti. Sürətli bir daşıma və nəqliyyat növü olan aviasiya nəqliyyatı digər daşıma üsullarından daha baha başa gəlir. Hava nəqliyyatının mühüm bir tərkib hissələrindən biri də ekspress və kuryer yük daşımalarıdır. == Tarix == Birinci Dünya Müharibəsindən sonra Aviasiya nəqliyyatı sürətlə inkişaf etmişdir. İlk ekspedisiyalar 1919-cu ildə Fransada başlamışdır. Atlantika səyahətləri 1930-cu ildə başlamışdır. Hava nəqliyyatına təyyarə, aviasiya yanacağı, hava limanı, yol və s. elementləri daxildir. Hava limanları böyük, kiçik, yüngül və ya sadə təyyarələri qəbul etmələrinə görə təsnif edilirlər. == Biznes Modelləri == Aviaşirkət sənayesində dörd əsas biznes modeli mövcuddur: Şəbəkə (Network) daşıyıcıları Aşağı qiymətli daşıyıcılar (daşınma xərcləri nisbətən ucuz başa gəlir) Hibrid (Şəbəkə və Aşağı Qiymətli Biznes Modelinin Qarışığından ibarətdir) ÇarterBununla belə, qarşıdakı illərdə bu biznes modellərinin fərqliləşəcəyi və çarter tipli biznes modelinin tamamilə ortadan qalxacağı halda, ultra aşağıdan premium xidmətə qədər beş fərqli biznes modelinin sektora hakim olacağı güman olunur .
Avialeasing (aviaşirkət)
Avialeasing Aviasiya Şirkəti — Özbəkistanın Daşkənd şəhərində yerləşən bir yük aviaşirkəti. Asiya şəhərlərini qərbi və şərqi Avropa şəhərləri ilə əlaqələndirən yük xidmətləri göstərir. "Avialeasing"-in əsas mərkəzi, Daşkənddə yerləşən Daşkənd Beynəlxalq Hava Limanıdır. "Avialeasing" Aviasiya Şirkəti, ABŞ və Özbəkistanın birgə müəssisədir. 1993-ci ildə ABŞ-nin Florida ştatında, şirkətin SRX Qrupu formalaşdırılıb. == Tarixi == Aviaşirkət, 1992-ci ildə qurulmuş və eyni il fəaliyyətə başlamışdır. Özbəkistanın ilk özəl aviaşirkəti, SRX Transcontinental (61%) şirkətinə və İqor Smirnov (39%)-a məxsusdur. == İstiqamətlər == "Avialeasing" aşağıdakı beynəlxalq planlaşdırılmış istiqamətlərə (2005-ci ilin yanvarında) yükdaşıma xidmətləri göstərir: == Donanma == "Avialeasing" aviaşirkətinin donanmasına aşağıdakı təyyarələr daxildir: == Həmçinin bax == Özbəkistan Hava Yolları Silk Way Airlines == Qeydlər == == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Avialeasing Aviasiya Şirkəti ilə əlaqəli mediafayllar var.
Aviamodelizm
Aviamodelizm (avia + model) — texniki, yaxud idman məqsədləri üçün uçuş aparatları, o cümlədən raket modellərinin konstruksiya edilməsi və quraşdırılması.
Avianka Hava Yolları reys 203
Avianka Hava Yolları reys 203, Boqotada yerləşən El Dorado Beynəlxalq Havalimanından Kalidəki Alfonso Bonilla Aragon Beynəlxalq Havalimanına daxili reys ilə hərəkət edən uçuş. 27 noyabr 1989-cu ildə Soaça bələdiyyəsi üzərində Partlayıcı vasitə ilə partladılmışdır. Təyyarə Kolumbiyanın paytaxtı Boqotadan havaya qalxdı. Hava qalxdıqdan 5 dəqiqə sonra 794 kilometr (493 mil) sürətlə hərəkət edən təyyarə gözlənilmədən partladı. == Uçuş == Təyyarə, Pan American World Hava yollarından alınan, HK-1803 qeydiyyat nömrəli Boeing 727-21 idi. Yerli vaxtla 07:13-də havalandı və havaya qalxdıqdan 5 dəqiqə sonra yanacaq deposunun yanında qoyulan bomba 13000 fit (3960m) hündürlükdə partladı. Partlayış təyyarəni parçaladı: Quyruq hissəsindən ayrılan burun hissəsi alovlu halda aşağı endi. Yerdə olan 3 nəfər və üzərilərinə düşən təyyarədəki 107 nəfərin hamısı həlak oldu. == Qəza sonrası == Uçuş 203-ün bombalanması, o zamandan bu yana Kolumbiyada yaşanan ən ölümcül cinayət hücumu olmuşdur. Medellin narkotik kartelinin yaradıcılarından olan Pablo Eskobar, 1990-cı il prezident seçimləri zamanı namizəd olmuş Sezar Qavirianı öldürmək ümidi ilə bu bombalamanı planladı.
Aviaquldurluq
Aviaquldurluq və ya təyyarə qaçırma, bir təyyarənin silah gücünə və ya fiziki güclə ələ keçirilməsidir. Aviaquldurluq müxtəlif məqsədlərə xidmət edə bilər, aviaquldurlar əvvəllər sərnişinləri girov götürür və ya öldürür, hətta 11 sentyabr terror aktlarında olduğu kimi təyyarəni silah kimi də istifadə edirlər. Aviaquldurluq siyasi və şəxsi səbəblərdən ola bilər. Tarixdə ilk qeydə alınan təyyarə qaçırma hadisəsi 1931-ci ildə Peruda baş vermişdir. 1 May 1961-ci ildə Miami-Key West uçuşunu həyata keçirən təyyarənin Antulio Ramirez adlı şəxs tərəfindən Kubaya qaçırılmasından sonra aviaquldurluğa dair ilk qanuni tənzimləmə, həmin il ABŞ-da həyata keçirilmişdir. Bu qanunla aviaquldurluq, uçuş zamanı hər hansı bir ticarət təyyarəsini haqsız olaraq şiddət tətbiq edərək, zorla və ya təhdidlə ələ keçirmək və ya idarə etmək olaraq təyin edildi və buna görə ağır cəzalar müəyyən edildi. 1961-ci ilin sonuna qədər daha 3 aviaquldurluq hadisəsi baş vermişdir. 1963-cü ildə, BMT-nin üzvü olan ölkələri aviaquldurluğa qarşı bir konvensiya imzalamağa təşviq etməsindən yeddi il sonra, 1970-ci ildə Haaqada yığışan təxminən 50 dövlət öz aralarında aviaquldurluğa dair konvensiya imzaladılar. Müqavilədəki təyyarə qaçırdanların müvafiq ölkəyə təhvil verilməsi tələbi diqqət cəlb edən maddədir. Bununla birlikdə, qanuni tənzimləmələrə baxmayaraq, 1970-ci illərdə həm siyasi, həm də şəxsi səbəblərə görə aviaquldurluq hərəkətlərində bir yüksəliş müşahidə edilmişdir.
Aviasiya
Aviasiya və ya havaçılıq — hava məkanından insanın hava gəmisi vasitəsilə istifadə etməsinə və bunun üçün lazımi şəraitin yaradılmasına yönəldilən fəaliyyət və təsisatlar məcmusu. == Sənayesi == Təyyarə, vertolyot, planer, aviasiya mühərriki, cihazı, həmçinin aviasiya texnikası üçün bort və yerüstü avadanlıq istehsal edən maşınqayırma sənayesi XX əsrin əvvəllərində yaranmış, iri sənaye sahəsi kimi isə Birinci Dünya müharibəsi illərində inkşafa başlamışdır. Rusiyada ilk aviasiya müəssisələri 1910–1912-ci illərdə yaranmışdır. 1917-ci ilə qədər təqribən 15 kiçik aviazavod var idi. Sovet hökumətinin 28 iyun 1918-ci il tarixli dekreti ilə aviazavodlar milliləşdirilmiş və həmin il Mərkəzi Aerohidrodonika İnstitutu yaradılmışdır. SSRİ-də aviasiya sənayesi əslində ölkənin sosialistcəsinə sənayeləşdirilməsi prosesində, birinci beşillik dövründə bir sıra iri təyyarəqayırma və mühərrikqayırma zavodlarının, habelə əlvan və qara metallurgiya müəssisələrinin tikilməsi ilə yaranmış, ikinci beşillikdə sürətlə inkişaf etmişdir. 1933–1938-ci illərdə istehsal həcmi 5,5 dəfə artmışdır.İkinci Dünya müharibəsi illərində sovet aviasiya sənayesi böyük rol oynamışdır. Cəbhə xəttindən ölkənin şərq rayonlarına köçürülən zavodlar qısa vaxtda bərpa edilmiş, genişləndirilmiş və Sovet Ordusunu yüksək keyfiyyətili döyüş və nəql, təyyarələri ilə təmin etmişdir. Sovet aviasiya sənayesi Nasist Almaniyasının avaiasiya sənayesini ötmüşdü. 1944-cü ildə təyyarə buraxılışı 44 minə (Almaniyada isə işğal olunmuş ölkələrlə birlikdə 39,8 min) çatdırılmışdır.
Aviasiya-kosmik aparatlar
Aviasiya-kosmik aparatlar — aviasiya və kosmik aparatların xüsusiyyətlərini özündə cəmləşdirən uçuş aparatları qrupu. == Tarixi == 1950–1960-cı illərdə bir neçə ölkədə aviasiya-kosmik aparatların yaradılması sahəsində tədqiqat və təcrübələrin aparılmasına, həmçinin onların hərbi məqsədlərlə istifadəsinə başlanılmışdır. Məsələn, 1972-ci ildə ABŞ-də şaquli start götürən aviasiya-kosmik aparatlar (çoxdəfəli kosmik nəql, gəmisi) hazırlanırdı. == Xüsusiyyətlər == Aviasiya və kosmik aparatlar Yerətrafı kosmik fəzada orbital uçuş qabiliyyətinə malikdir. Qalxma, orbital manevr və Yer səthinə enərkən manevretmə üçün aviasiya-kosmik aparatlarında aparıcı səth (qanad, yaxud aparıcı gövdə), uçuşun stabilləşdirilməsi və idarə olunması üçün aerodinamik orqanlar, hava reaktiv mühərriki, yaxud kombinə olunmuş reaktiv mühərrik olmalıdır. Kosmik fəzada tam sürətalma və manevretmə üçün aviasiya-kosmik aparatlarda mayeli raket mühərriki, yaxud nüvə-raket mühərriki və s. növ raket mühərriklərindən istifadə edilməlidir. Aviasiya-kosmik aparatlar geosentrik orbitə 2 üsulla çıxarılır: müstəqil (öz güc qurğusu və bortundakı yanacaq ehtiyatı hesabına) və xüsusi sistemin köməyi ilə; müvafiq oalraq hava-kosmik təyyarələrə və orbital təyyarələrə ayrılır. Hava-kosmik təyyarələrdə kombinə olunmuş güc qurğuları istifadə olunmalıdır. Hava reaktiv mühərriki güc qurğusunun yüksək effektivliyini təmin edir və sxemi birpilləli olan hava-kosmik təyyarələr yaratmağa imkan verir.
Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Mülki Aviasiya Muzeyi
Azərbaycan Mülki Aviasiya Muzeyi — Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mülki Aviasiya Muzeyi mülki aviasiyamızın dünəni və bugününü əks etdirən eksponatların toplandığı, mühafizə, nümayiş və təbliğ edildiyi müqəddəs ocaqdır. Muzeyin yaradılması təşəbbüsü ilə prezident Heydər Əliyev çıxış etmişdir. O, Azərbaycanın mülki aviasiya tarixinin araşdırılıb tədqiq edilməsi, onun maddiləşdirilməsi, təlim-tərbiyə ocağına çevrilməsinin labüdlüyünü qeyd edərək, milli aviasiyanın inkişafını hər şeydən öncə təhlükəsizliyin təminatına zəmanət kimi də qiymətləndirmişdir. Azərbaycanın mülki aviasiya tarixinin araşdırılıb tədqiq edilməsi, təbliğ olunması, onun maddiləşdirilməsi zəruriliyi Azərbaycan Mülki Aviasiya Muzeyinin yaradılması üşün zəmin yaratmışdır. 2005-ci ilin aprel ayında "Azərbaycan Hava Yolları" Dövlət Konserni tərəfindən Azərbaycan Mülki Aviasiya Muzeyinin yaradılması haqqında qərar qəbul edilmişdir. Azərbaycan Mülki Aviasiya Muzeyi Azərbaycan Respublikasının "Muzeylər haqqında Qanununu", Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Azərbaycan Respublikası muzey sərvətlərinin və muzey kolleksiyasının uçotu və mühafizəsinə dair təlimatını" və digər dövlət sənədlərini əldə rəhbər tutaraq muzeylərin qarşısına qoyulan vəzifələrə əsasən öz iş prinsipini qurmuşdur. == Strukturu == Mülki Aviasiya Muzeyi Milli Aviasiya Akademiyasının IV tədris binasında yerləşir. Onun sahəsi 254,88 m2. Muzey — fond və ekspozisiya şöbələrindən ibarətdir. === Fond şöbəsi === Muzeyin fond şöbəsi muzey əşyalarının toplanması, mühafizə olunması, uçot-qeydiyyat işinin aparılması funksiyasını həyata keçirir.
Azərbaycan Milli Aviasiya Akademiyası
Milli Aviasiya Akademiyası (MAA) — Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisəsidir və Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin (QSC) strukturuna daxildir. Milli Aviasiya Akademiyası Azərbaycanda mülki aviasiya sahəsində ali, əlavə və peşə-ixtisas təhsil proqramlarını həyata keçirən ali təhsil müəssisəsidir. == Tarixi == Azərbaycan Respublikası mülki aviasiya sahəsində milli kadrlara olan ehtiyacın ödənilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyun 1992-ci il tarixli 337 saylı qərarı ilə "Azərbaycan Hava Yolları" Dövlət Konserni (indiki "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti) nəzdində Milli Aviasiya Mərkəzi yaradıldı Mərkəzin nəzdində Ümumi texniki fənlər və Humanitar fənlər kafedraları təşkil olundu. 1993-cü ildə Mərkəzdə Hava Nəqliyyatının İstismarı fakültəsi və Aviasiya xüsusi avadanlığı və İngilis dili kafedraları yaradıldı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 1994-cü il tarixli 81 saylı qərarı ilə Milli Aviasiya Mərkəzi Milli Aviasiya Akademiyası adlandırıldı. Milli Aviasiya Akademiyası bir fakültə, iki ixtisas, 80 tələbə ilə fəaliyyətə başladı. 1994-cü ildə Hava Nəqliyyatının Uçuş İstismarı fakültəsi və onun nəzdində Hava gəmilərinin uçuş istismarı və aeronaviqasiya, Uçuş aparatlarının və aviasiya mühərriklərinin konstruksiyası və istismarı kafedraları yaradıldı. Həmin ildə MAA-nın nəzdində Elmi Tədqiqat Aviasiya institutu (ETAİ) yaradıldı. 1996-cı ildə Milli Aviasiya Akademiyasının rektoru vəzifəsinə Arif Mir Cəlal oğlu Paşayev təyin olundu. Azərbaycanda mülki aviasiyanın inkişafı ilə əlaqədar olaraq 1997–1998-ci tədris ilindən MAA-ya qəbul olan tələbələrin sayı artmağa başladı.
Azərbaycan Mülki Aviasiya Muzeyi
Azərbaycan Mülki Aviasiya Muzeyi — Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mülki Aviasiya Muzeyi mülki aviasiyamızın dünəni və bugününü əks etdirən eksponatların toplandığı, mühafizə, nümayiş və təbliğ edildiyi müqəddəs ocaqdır. Muzeyin yaradılması təşəbbüsü ilə prezident Heydər Əliyev çıxış etmişdir. O, Azərbaycanın mülki aviasiya tarixinin araşdırılıb tədqiq edilməsi, onun maddiləşdirilməsi, təlim-tərbiyə ocağına çevrilməsinin labüdlüyünü qeyd edərək, milli aviasiyanın inkişafını hər şeydən öncə təhlükəsizliyin təminatına zəmanət kimi də qiymətləndirmişdir. Azərbaycanın mülki aviasiya tarixinin araşdırılıb tədqiq edilməsi, təbliğ olunması, onun maddiləşdirilməsi zəruriliyi Azərbaycan Mülki Aviasiya Muzeyinin yaradılması üşün zəmin yaratmışdır. 2005-ci ilin aprel ayında "Azərbaycan Hava Yolları" Dövlət Konserni tərəfindən Azərbaycan Mülki Aviasiya Muzeyinin yaradılması haqqında qərar qəbul edilmişdir. Azərbaycan Mülki Aviasiya Muzeyi Azərbaycan Respublikasının "Muzeylər haqqında Qanununu", Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Azərbaycan Respublikası muzey sərvətlərinin və muzey kolleksiyasının uçotu və mühafizəsinə dair təlimatını" və digər dövlət sənədlərini əldə rəhbər tutaraq muzeylərin qarşısına qoyulan vəzifələrə əsasən öz iş prinsipini qurmuşdur. == Strukturu == Mülki Aviasiya Muzeyi Milli Aviasiya Akademiyasının IV tədris binasında yerləşir. Onun sahəsi 254,88 m2. Muzey — fond və ekspozisiya şöbələrindən ibarətdir. === Fond şöbəsi === Muzeyin fond şöbəsi muzey əşyalarının toplanması, mühafizə olunması, uçot-qeydiyyat işinin aparılması funksiyasını həyata keçirir.
Balakən Aviasiya Mərkəzi
Balakən Aviasiya Mərkəzi Azərbaycanın Balakən rayonunun Tülü kəndində yerləşir və hazırda Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) nəzdindədir. == Haqqında == Balakən Aviasiya Mərkəzi əvvəllər başqa adla fəaliyyət göstərib. Mərkəzin yerləşdiyi ərazidə 1983-cü ilədək aeroport olub. Balakən-Bakı təyyarə reysi sərnişinlərə xidmət göstərib. 1985-ci ildə isə Balakən aeroportunun yerində 1924-cü ildən fəaliyyətə başlamış Bakı aeroklubunun əlavə bazası kimi Aviasiya İdman Klubu yaradılıb. Həmin vaxtlar Moskvadan gəlmiş nümayəndə heyəti müxtəlif rayonlarda baxış keçirəndən sonra məhz mülayim iqliminə, sakit, küləksiz havasına görə Balakəni seçiblər. Balakən Aviasiya İdman Klubu 2001-ci ildən Balakən Aviasiya Mərkəzi adlanıb və fəaliyyət istiqamətləri peşəkarlıqla qurulub. Mərkəzin iki YAK-52 və iki AN-2 təyyarəsi var.Əvvəllər burada həvəskar təyyarəçilər də hazırlanıb. Müqavilə əsasında 2 il müddətinə 14 nəfər həvəskar təyyarəçi peşəsinə yiyələnib. Güc nazirliklərindən, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən paraşütdən tullanma, ibtidai uçuşa hazırlıq kurslarını keçmək üçün müraciət edənlər çox olur.
Bataysk Aviabazası
Bataysk — Rostov vilayəti ərazisində eyni adlı şəhərin cənub-şərqində, Rostov-na-Donu şəhərindən 12 km aralıda yerləşən hərbi aerodrom. 1940-cı illərdə aerodromda hərbi təyyarəçilik uçilişi yerləşirdi. 1950-ci illərdə aerodromda Yeysk hərbi təyyarəçilik uçilişi qərarlaşırdı. Bura əsasən I–II kursdan olan kursantlar öz peşələrinə yiyələnirdilər. 1960-cı illərdə aviabazada L-29 təyyarələr cəmləşdirilmişdi. 1980-ci illərdə isə L-29 təyyarələri L-39 təyyarələrilə əvəzlənmişdir. 1993-cü ildə arerodrom yerləşməsi səbəbindən uçilişin tərkibindən çıxarılır. Burada 801 saylı tədris aviasiya polku yaradılır. Burada müxtəlif msrkalı hərbi təyyarələr yerləşdirilmidi. 2015-ci ilin mayına qədər aerodrom tərk edilmişdi.

Digər lüğətlərdə

зверь крючо́чек легкомы́сленность нама́тываться обозна́читься о́вчий отчи́стить распознава́емый спецко́р сыромя́тный телеграфи́я тка́чество голода́ть обдура́чивать переплёвывать предвече́рний простоква́ша разжени́ться часосло́в изволить утка chameleonic crack on negentropy peg leg