Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vətağa
Vətağa — Azərbaycan Respublikasının Beyləqan rayon İmamverdili kənd inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Beyləqan rayon Vətağa kəndi dəqiqləşdirilmə qaydasında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Beyləqan rayonunun Vətağa kəndi İmamverdili kənd ərazi vahidinin tərkibinə verilmişdir. == Coğrafiyası və iqlimi == Qəsəbə Araz çayının sol sahilində, Mil düzündə yerləşir. Ələt-Culfa dəmir yolu xətti kəndin yanından keçir. == İqtisadiyyatı == Kənd əhalisi əsasən maldarlıq və əkinçiliklə məşğul olur.
Avatara
Avatara (sanskr. अवतार, avatāraIAST) — hinduizm fəlsəfəsində adətən tanrının insan şəklində yer üzündə təcəssüm olunmasını bildirən terminAvatara Tanrı Vişnunun insan şəklində cismləşməsini ifadə etmək üçün işlədilir. Sanskrit mənşəli sözdür. Hinduizmdə dini terminlərdən olan Hulül, tanrının tək təzahürü fikrinə qarşıdır. Onlara görə tanrı tarixin hər səhifəsində müxtəlif şəxsiyyətlərin cildində gələrək insanlara özünü tanıtdırır. Pisliyi yox edir və insanların ehtiyac duyduqları vəzifələri bildirir. Beləliklə bu proses sonsuza qədər davam edəcəkdir. Qurtarıcı tanrı Vişnu dünyaya gəlib və müxtəlif şəkillərdə olacaqdır. Onun şəkilləndiyi iki önəmli "avatara"sı (yəni, şəxsi) Rama və Krişnadır. Avatara insan heyəti içinə ilahi varlığın daxil olması və pisliyi yox etmək mənasını ifadə edir.
Bitaga
Bitaga (gürc. ბითაგა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 720m hündürlüktə, Suxumidən 70 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 1, თბ., 1997. — გვ. 433.
Katana
Katana (刀) feodalizm dövründə Yaponiyada samuray tərəfindən istifadə olunan ənənəvi Yapon qılınclarından biridir.Katananın müasir variantları bəzən qeyri- ənənəvi materiallarla və üsullarla hazırlanır. Katana özünəməxsus görkəmi ilə səciyyələnir:əyri olması,nazik olması, vahid iti tiyəli hər iki ələ yerləşən dairəvi və ya düzbucaq formada qorunması olan uzun dəstək ilə. == Tarixi == Yaponiyada qılınc istehsalı xüsusi dövrlərə bölünür: Cakoto(qədim qılınclar,miladdan sona 900-cü ilə qədər) Koto( köhnə qılınc 900-1596) Şinto(yeni qılınclar 1596-1780) Şinşinto(ən yeni qılınclar 1781-1876) Qendayto(müasir qılınclar 1876-1945) Şinsakuto(ən son hazırlanmış qılınclar 1953-hal-hazırda)Kamakura dövründə tati dən fərqli olaraq uzun qılıncları təsvir etmək üçün ilk dəfə olaraq katana (gatana) sözündən istifadə edirdilər.
Katara
Katara (çin. 卡塔拉 Kǎ Tǎ Lā) — Avatar: Aanq haqqında əfsanə cizgi serialın və Axırıncı hava maqı filmin əsas personajlardan biri; Korra əfsanəsi cizgi serialın personajı. Birinci serialın əvvəlində Katara Cənub qütbdə tək bir su maqı idi. == Yaradılması və konsepsiyası == Yayılmamış pilot seriyasında Kataranın adı Kia (ing. Kya) idi. Nickelodeon-un hüquq şöhbəsi həmin adın bir video oyunda artıq işləndiyini öyrənəndə ona veto qoymuşdu. Bundan sonra Kanna adı təklif olunub, amma o daha sonra Kataranın nənəsi üçün işlənilib. Kia isə Kataranın anası olub.The Women of Avatar: The Last Airbender xüsusi buraxılışda Maykl Dante DiMartino və Brayan Konietzko deyiblər ki, Katara serialın Deyteraqonistidir və hekayə onun baxışından danışılır.
Malaqa
Malaqa — İspaniyanın cənubunda, Əndəlüsdə, yerləşən şəhərdir. Ərazisi 395 km², əhalisinin sayı 568.507 nəfərdir. Malaqa Aralıq dənizinin qərb sahilində, Piriney yarımadasının cənubunda, Cəbəllütariq boğazından 100 kilometr uzaqda yerləşir. Əhali sayına görə Malaqa İspaniyada 6-cı, Əndəlüsdə 2-ci, Avropa İttifaqında 46-cıdır.
Marağa
Marağa — İranın Şərqi Azərbaycan ostanında şəhər. Təbrizdən 130 kilometr cənub-şərqdə yerləşir. Marağa bağ-bağatı, meyvəsi, xüsusilə üzüm, doşab və kişmişi ilə məş­hurdur. Şəhər, meyvəsindən əlavə, taxılı və gözəl mərməri ilə də böyük şöhrət qazanmışdır.Həmçinin Marağa öz qədim Marağa rəsədxanası və bütün Azərbaycanda tanınan Marağa sabunuyla məşhurdur. == Etimologiyası == Bir çox mütəxəssis indiki Marağanı qədim tarixi qaynaqlarda adı çəkilmiş, Atropatenada yerləşən Vera şəhəriylə, habelə Fraata, Prasana, Fraaspa, Fraspa, Əfrahrud (rud farsca çay deməkdir) kimi toponimlərlə əlaqələndirir. Bəzi qaynaqlara görə, "Marağa" sözünün mənası "otlaq yeri" deməkdir. Marağa şəhərinin adını ərəb dilində "otlamaq" mənasındakı "mərəğə" sözüylə əlaqələndirib, bu adın "otlaq, at bəslənən yer" demək olduğunu qeyd edirlər. Lakin çox güman ki indiki Marağa toponimi ilə bağlı olan qədim toponimlərin (Fraata, Fraaspa, və s.) Azərbaycan ərazisinə ərəb xilafətinin axınlarının başlamasından xeyli əvvəl mövcud olduqları nəzərə alındıqda, bunun gerçək olması ehtimalı az olur. == Tarixi == Strabonun yazdığına görə, Atropatena hökmdarlarının yay iqamətgahı olan Qazaka və qış iqamətgahı olan Vera adlı iki paytaxt şəhərləri olmuşdur. Strabon qeyd edir ki, Araz çayından Vera şəhərinə məsafə 2400 stad (1 stad 184 metrə bərabərdir) olmuşdur.
Matara
Matara (sinh. මාතර, tam. மாத்தறை) — Şri-Lankada şəhər. Cənub əyalətinin okean sahillərində yerləşir. Ölkə paytaxtı Kolombodan 160 km məsafədədir. Matara dairəsinin əsas ticarət mərkəzi və inzibati mərkəzidir. Şəhər 2004-cü ildə Hind okeanında baş vermiş zəlzələdən böyük zərər görmüşdür. Şəhər əhalisinin sayı 68 000, aqlomerasiyada isə əhalinin sayı 831 mindir. == Etimologiyası == «Matara» sözü «Böyük bərə» mənasını verir və böyük ehtimal ki, tamil dilində olan «matturay» sözündəndir. Matturay sözü isə «böyük dəniz limanı» və ya «böyük qala» mənasını daşıyır.
Maştağa
Maştağa — Bakının Sabunçu rayonunda şəhər tipli qəsəbə. Bir sıra tarixi fərziyyələrə görə, qəsəbə sakinlərinin soykökündə Böyük Kiri döyüşdə məğlub edən və V-VI əsrlərdə Xəzər sahillərində məskunlaşan qədim köçəri Türk tayfası durur. == Tarixi == Bakı şəhərinin ən böyük yaşayış məskənlərindən biri hesab olunan, 6 min hektara qədər əraziyə malik Maştağa kəndi (sonralar qəsəbəyə çevrilib) qədim bir tarixə malikdir. Burada Azərbaycanın qədim adət və ənənələri, inam və etiqadları, mifoloji təsəvvürləri, şifahi ədəbiyyatı qorunub saxlanmaqdadır. Daha doğrusu, kəndin əhalisi bütün bunları nəsilbənəsil bir-birinə ötürür və ən gözəl ərmağan kimi bu gün də yaşadır. Maştağa kəndi öz tarixini burada ucaldılmış, tarixin daş yaddaşına çevrilmiş memarlıq abidələri ilə də təsdiqləyir. Lakin təəssüflər olsun ki, kənddə geniş arxeoloji qazıntılar aparılmadığından, tarixi faktların elmə töhfəsi qənaətbəxş deyildir. Maştağanın orta əsrlərdən bəri 27 hamamı, 21 ovdanı, müdafiə qalası, 20 məscidinin inşaası, tarixi ərazisinin irimiqyaslı ictimai tikililərlə zəngin olması onu Bakıdan sonra ikinci yerə qoyurdu. Bir məhəllədə 5 məscidin, 7 hamamın, 5 ovdanın olması Abşeronda istisna hal idi."Maştağa" sözü, bu kəndin özündən əvvəl yaranıb. Bəzi mənbələrə görə kəndin adı "Məşqətə" olmuş, 5000 illik tarixi olan dövlət olmuşdur.
Nataşa
Nataşa — ad. Nataşa Rostova — Lev Tolstoyun "Hərb və Sülh" romanının əsas qəhrəmanlarından Nataşa Vegşeider — Avstriyalı bədii gimnastdır. Nataşa Lionn — ABŞ aktrisası, komediyaçısı, rejissoru Nataşa Starr — Polşa pornoaktrisası. Nataşa Yarovenko — İspaniyada yaşayan Ukrayna aktrisası. Nataşa Bedinqfild — ingiltərəli müğənni ve bəstəkar. Nataşa Osmokroviç — xorvatiyalı voleybolçu. Nataşa Bassett — avstraliyalı aktrisa, ssenarist və rejissor. Nataşa Krsmanoviç — Serbiya voleybolçusu. Nataşa Kandiç — Serbiyalı ictimai xadim, insan hüquqları müdafiəçisi. Nataşa Ninkoviç Nataşa Stankoviç — Hindistan serbi, aktrisa, model, rəqqas.
Parağa
Parağa — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. == Toponimikası == Eyniadlı bələdiyyənin mərkəzidir. Rayonun mərkəzindən 48 km şimal-qərbdə, Ordubad-Tivi avtomobil şose yolunun kənarında, Gilançayının sol sahilində, Zəngəzur Silsiləsinin ətəyindədir.Orta məktəbi, kulubu, kitabxanası, rabitə şöbəsi var. == Əhalisi == Əhalisi 344 nəfərdir. Əhalisi bağçılıq, meyvəçilik və heyvandarlıqla məşğuldur.
Satana
Şeytan və ya satana – İbrahimi dinlərdə insanı yoldan çıxararaq günah işləməyə və ya yalan danışmağa sövq edən varlıqdır. Xristianlıq və İslama görə o, təqva və gözəlliyə malik olmasına baxmayaraq Allaha qarşı üsyan etmiş və Cənnətdən qovulmuş, buna baxmayaraq Allah ona ardıcılları və çoxlu sayda əcinnələr ordusu üzərində hökm sürməyə icazə vermişdir. İudaizmdə şeytan daha çox Yetzer hara haqqında metafor, “şərə meyllilik” və ya Tanrının casusu kimi qəbul edilir. Satana ilk dəfə Tanaxda qeyd edilir. Burada o, səmavi ittihamçı, Tanrının oğullarından biri və Yahveyə tabedir. O, səmavi məhkəmə zamanı yəhudi xalqını təqib edir, Yahve ardıcıllarının sadiqliyini yoxlayır və günahkarlara əziyyət verir. Əhdlər arası dövrdə, ehtimal ki, Zərdüştilikdə şər qüvvəni təmsil edən Əhrimənin təsiri ilə Satana, Tanrıya qarşı mübarizə aparan, pis xarakterlərə malik qəddar varlıq kimi təsvir edilməyə başlamışdır. Apokrifal Yubileylər kitabında Yahve Şeytana (kitabda Mastema adlandırılır) hakimiyyət bəxş edərək, ona qovulmuş mələklər və onların ardıcıllarını idarə etmək, günahkarları cəzalandırmaq imkanı verir. Sinoptik İncillərdə Şeytan səhrada İsaya əziyyət verir və bu, xəstəlik və əziyyətin yaranmasının səbəbi hesab edilir. Vəhy kitabında Qırmızı böyük əjdaha cildində peyda olan Şeytan Arxangel Mikayıl tərəfindən məğlub edilir və Cənnətdən qovulur.
Tanaqa
Tanaqa adası (ing. Tanaga, aleut. Tanax̂ax) — Andreyanov adaları qrupuna daxil olan ada. Adada daimi yaşayış yoxdur. == Coğrafiya == Tanaqa 530 km² əraziyə malikdir. Bu göstərici ilə ABŞ-də 34-cü ən böyük ada hesab edilir. Adanın uzunluğu təqribən 43 km, eni isə 38 km-dir. Ada dağlıqdır, tundra bitkiləri, mamırlar, şibyə və qıjılarla örtülüdür. Maksimum hündürlüyü 1806 m olan Tanaqa vulkanıdır. Adada Tanaqa vulkanından başqa sönmüş Sajaka və Takavanqxa vulkanları da vardır.
Vahanqa
Vahanqa (fr. Vahanga) — Tuamotu arxipelaqına, Akteon adaları qrupuna daxil olan kiçik atoll (Fransa Polineziyası). == Coğrafiya == Atollun sahəsi 3,8 km²-dir. Daxilində laqun vardır. Laqun okean sularından tam təcrid olunub. Manqareva atollundan 225 km məsafədə yerləşir. Atoll tam olaraq palma ilə örtülmüşdür. == İnzibati bölgüsü == İnzibati baxımından Qambe kommunasına daxildir. == Tarixi == Vahanqa ilk dəfə 1606-ci ildə portuqal əsilli ispan dənizçisi və səyyahı Pedro Fernandes Kiros tərəfindən kəşf edilmişdir. == Əhali == 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Vantaa
Vantaa — Finlandiyada yerləşən şəhər.
Vartana
Vartana — Kirovakan rayonunda kənd. == Tarixi == 27 noyabr 1988-ci ildə Kirovakan şəhərində at oynadan daşnak terror qrupu Vartana kəndinə soxulmuşdur. Daşnak Qazanstyan Samvelin terror qrupu Bayramov Qaranı (evindən çıxmadığına görə) vəhşicəsinə qətlə yetirmişlər. Lyova və Lendrum Xaçaturyan qardaşları Hüseynova Leylini əzabla qətlə yetirirlər. Vanesyan Samvelin terror qrupu İsgəndərov Mehralını, arvadı Xanımı və 17 yaşlı Alimi öldürülməzdən əvvəl Xanımı soyunduraraq ərinin gözləri qarşısında lüt-üryan rəqs etməyə məcbur etmişlər. Bundan sonra hər üçünü parça-parça doğramışlar. Qriqori Çavuşyanla Hamlet Qasparyanın terror qrupu 1924-cü il təvəllüdlü Əliyev Abdullanı öldürmüşlər. Evlərini tərk etmədiklərinə görə Məmmədov Süleyman Yosmedyan Surenin, Alıyev Əhmədi isə Vazgenin terror qrupu qətlə yetirmişdir. Terrorçu Zehranyan Suren Əliyeva Fatmanı «Niva» markalı minik maşınının təkərləri altına salıb əzmişdir. Beləliklə, kənd əhalisini ölümlə təhdit edərək doğma ev-eşiyini tərk etməyə məcbur etmişlər.
Xanağa
Xanağa (Ordubad) Xanağa — Quba rayonunda mineral bulaq. Xanağa — Culfa rayonu ərazisində dağ.
Xasaqa
Xasaqa Tiflis quberniyasının Siqnax qəzasında qışlaq adı. == Toponimkası == Xasaqa- Tiflis quberniyasının Siqnax qəzasında qışlaq adı. Türk dillərində xas - "çox təmiz", "allah tərəfindən seçilmiş" ("Kitabi-Dədə Qorqudda" xas bəylər) və ağa (seyid mənasında) sözlərindəndir.
Xatanqa
Xatanqa (rus. Хатанга) — Rusiyanın Krasnoyarsk diyarı, Taymır Dolqan-Nenes rayonunun kənd inzibati vahidliyinin mərkəzi. Xatanqa Rusiyanın ən şimal yaşayış məntəqələrindən biridir və olan bir liman olan Xatanqa çayı üzərində yerləşir. Xatanqa - Evenk dilində "böyük su", "çox su" deməkdir. Kəndin hava limanı vardır. == Tarixi == Xatanqa hövzəsinə bitişik ərazilərə maraq XVII əsrin əvvəllərində meydana gəlir. Əsrin əvvəllərində Manqazeya dayanacaq mənrəqəsi Taz çayı üzərində qurulur. Buradan rus tədqiqatçılarının Uzaq Şimala doğru irəliləməsi başlayır. 1605-ci ildə ingilis tacirlərinin qeydlərində ilk dəfə Xatanqa çayı xatırlanır. 1610-cu ildə ticarət və sənaye adamlarının dəniz yolu ilə Taymıra ilk böyük səfəri baş verir.
Varaha
Varaha — Vişnunun donuz şəklində üçüncü avatarıdır. Rəvayətə görə, Yeri götürüb kosmik okeanın dibinə aparan Rakşasa (cin) Hiranyakşaya qalib gəlmək üçün ortaya çıxdı. İlahi Varaha ilə sonda qalib gələn Hiranyakşa arasındakı müharibənin min il davam etdiyi güman edilir. Onu uzun dişləri arasında aparan Varaha Yeri okeandan çıxarır və onu kainatdakı yerinə qaytarır. Bu avatarda olarkən Vişnu Prithvi (Bhudevi) ilə evləndi. Rəsmlərində Varaha ya sırf heyvan kimi, ya da insan bədənində donuz başı ilə təsvir edilmişdir. Onun insan bədəni formasında dörd qolu var, bir əlində təkər, digərində dişli, digər iki əlində gürz, qılınc, lotus tutur və ya xeyir-dua (mudra) jesti edir. Dünya donuzun uzun dişləri arasında dayanır. Bu avatar Yerin daşqından xilas olmasını və yeni kosmik dövrün başlanğıcını təmsil edir. == Etimologiyası == Sanskrit dilindən tərcümədə Varaha (Skt.
Haaqa
Haaqa (Niderland dili:Den Haag vəya 's-Gravenhage), Şimal dənizinə baxan qərb sahilində yerləşən Niderlandın bir şəhəri və bələdiyyəsidir. Niderlandın inzibati və kral paytaxtı və onun hökumət mərkəzi, həmçinin Cənubi Hollandiya əyalətinin paytaxtıdır. Burada Beynəlxalq Ədalət Məhkəməsi və Beynəlxalq Cinayət Məhkəməsi yerləşir. Yarım milyondan çox əhalisi olan bu, Niderlandın Amsterdam və Rotterdamdan sonra üçüncü ən böyük şəhəridir. Haaqa Böyük Haaqa şəhər ərazisinin əsas bələdiyyəsidir, şəhərin özündən və şəhərətrafı bələdiyyələrdən ibarət olmaqla, 800.000-dən çox insanı əhatə edir və onu Amsterdam və Rotterdam şəhər ərazilərindən sonra Niderlandın üçüncü ən böyük şəhər ərazisinə çevirir. Rotterdam-Haaqa metropoliten ərazisi, təxminən 2,6 milyon əhalisi olmaqla Avropanın ən böyük və ölkənin ən sıx məskunlaşdığı metropoliten ərazilərindən biridir; ərazidə Rotterdam Haaqa Hava Limanı yerləşir. Niderlandın qərb sahilində yerləşən Haaqa, Avropanın ən böyük şəhərlərindən biri olan daha böyük Randstad konurbanizasiyasının cənub-qərb küncündə yerləşir.
Ətağa
Mir Mövsüm Ağa (Seyidəli Mir Abutalıb oğlu Mirmövsümzadə; 1883, Bakı – 17 noyabr 1950, Bakı) — Bakı və ətraf kəndlərin sakinləri tərəfindən möcüzəli qüvvələrə malik olduğuna inanılan fiziki qüsurlu şəxs. Seyidəli Mirmövsümzadənin sümükləri zəif inkişaf etmişdi, özü hərəkət edə, düz otura bilmirdi. == Həyatı == 1883-cü ildə dünyaya gələn Seyid Mir Talıb Ağanın oğlu Seyidəli fiziki qüsurlu olsa da, hələ kiçik yaşlarından həm ailə üzvləri, həm də qohumları onda qeyri-adilik olduğunu iddia edirdilər; məsələn, onlar iddia edirdlər ki, Seyidəli başı ağrıyan adama əlini çəkən kimi həmin şəxsin bütün ağrıları keçir. Seyidəlinin bu xüsusiyyətlərinə görə ona Mir Mövsüm Ağa deyə müraciət edirdilər.40 yaşına qədər Seyidəli Mirmövsümzadə yeriyə və otura bilirdi, amma kalsium çatışmazlığına görə çətinlik çəkirdi. Seyid uzun illər İçərişəhərdə Firdovsi küçəsi – 3-dəki mənzildə yaşayıb. Sağlığında bu ünvan Mir Mövsüm Ağa ziyarətgahı kimi tanınıb. 1950-ci ildə Mir Mövsüm Ağa vəfat etdi. Hazırda dəfn edildiyi qəbiristanlıq ziyarətgaha çevrilib. == Mir Mövsüm Ağa ziyarətgahı == Ziyərətgah Bakının Şüvəlan qəsəbəsindəki "qədim qəbiristanlıq " deyilən ərazidə yerləşir. Ziyarətgah — kompleksin mərkəzində xalq arasında böyük inam sahibi olan Ağa Seyid Əli Mir Abutalıb oğlu Mir Mövsümzadənin türbəsi ucalıb.
Abşeron yatağı
Abşeron — qaz-kondensat yatağı Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng yataqlardan biridir. Yataq Azəri-Çıraq-Günəşli neft-qaz yatağından cənub qərbdə dənizin 500 meter dərinliyində yerləşir. Yatağın sahəsi 260 kvadrat kilometr təşkil edir. Yataqda neftlilik-qazlılıq Təbaşir yaşlı çöküntülərlə əlaqədardır. Yataqda suyun dərinliyi 250-650 metr arasında dəyişir. Məhsuldar laylar isə 6500-6700 metr dərinlikdə yatır. İlkin qaz ehtiyatları 1 trilyon kub metr, kondensat ehtiyatları isə 945 milyon barel və ya 150 milyon ton təşkil edir. Abşeron layihəsində pay bölgüsü aşağıdakı qaydada bölünmüşdür: Total (operator, 40%), ARDNŞ (40%) və Engie (20%). SOCAR-ın qiymətləndirmələrinə görə, yatağın potensial ehtiyatları 350 mlrd. kubmetr qaz və 45 mln.
Acırlı (Marağa)
Acırlı — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Mərkəzi bölgəsinin Acırlı kəndistanında, Mərkəzi qəsəbəsindən cənub-şərqdədir.
Alagəyin (Marağa)
Alagəyin — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağc bölgəsinin Çaharoymaq kəndistanında, Qaraağac qəsəbəsindən 39,5 km cənub-şərqdədir.