Mutsuhiro Vatanabe
Mutsuhiro Vatanabe (yap. 渡邊睦裕, 1 yanvar 1918 – 1 aprel 2003) və ya məhkumların ona verdikləri ləqəblə Quş – Yaponiya İmperator ordusu mənsubu.
İkinci dünya müharibəsində Omori, Naoetsu (hazırda Coetsu), Niiqata, Mitsuşima (hazırda Hiraoka) və Yamakitada əsir düşərgələrində xidmət vermişdir. Yaponiyanın İkinci dünya müharibəsində məğlub olmasından sonra əsirlərə pis davrandığı üçün ABŞ tərəfindən müharibə cinayətkarı elan edilmiş, lakin qaça bilmiş və heç vaxt məhkəmə qarşısına çıxmamışdır.
Əsirlərindən biri ABŞ atleti və olimpiada iştirakçısı Lui Zamperini olmuşdur. Onun hekayəsi Laura Hillenbrand tərəfindən yazılmış "Sınmaz: Sağ qalmanın, dayanıqlığın və islahın İkinci dünya müharibəsi hekayəsi" adlı kitabında nəql olunur (bu kitab əsasında Ancelina Coli tərəfindən film adaptasiyası çəkilib). Zamperini qeyd etmişdir ki, Vatanabe tez-tez əsirləri döyür, onlarda ciddi yaralanmalara səbəb olurdu. Deyilənlərə görə Vatanabe bir rəsmini qışda 4 gün boyunca fundonşi ilə gəzməyə məcbur etmiş, 65 yaşlı əsiri isə günlərlə ağaca bağlanmış vəziyyətdə saxlamışdır. Lauranın kitabına görə Vatanabe fransız dilində axıcı şəkildə danışa bilirmiş və nihilizm fəlsəfəsinin fransız məktəbi ilə maraqlanırmış.
1945-ci ildə general Duqlas Makartur Vatanabeni Yaponiyada ən çox axtarılan 40 müharibə cinayətkarı siyahısında 23-cü yerdə göstərmişdir.