Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vegetarian festivalı
Vegetarian festivalı və ya Doqquz İmperator Tanrılarının Festivalı (çin. 九皇爺; Pinyin:Jiǔhuángyé, POJ:Káu-ông-iâ, Kantonca: Kow Wong Yeh) — Myanmar, Sinqapur, Malayziya, Tayland və həmçinin Riau adaları kimi Cənub-Şərqi Asiya ölkələrində əsasən qeydə edilən doqquz günlük Taocu bayram ki Çinin qəməri təqviminin 9-cu ayının ərəfəsində başlayır. == Tayland == Hər il Taylandın Pxuket vilayətində qeyri-adi tədbir – vegetarian festivalı keçirilir. Bayramın özü çox baxımlıdır. Axı məhz burada festival iştirakçıları sözün həqiqi mənasında özlərinə işgəncə verməyə hazırlaşırlar. Payızda keçirilən vegeterian festivalına baxmağa həm Asiya ölkələrindən, həm də çox uzaq dövlətlərdən xeyli turist gəlir. Bu festival həm vegetarian xörəklərinin müxtəlifliyi, həm də qeyri-adi şou ilə fərqlənir. Küçələrdə nümayişlər təşkil olunur, adamlar inanılmaz “fokus”lar göstərir, bədənlərinə müxtəlif iti əşyalar sancır, od üstündə ayaqyalın gəzir və s. Qeyd etmək lazımdır ki, vegeterian festivalı dini bayramdır. Çünki məhz sentyabrın sonunda allahlar adaya öz xeyir-dualarını göndərirlər.