Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vetluqa
Vetluqa — Rusiya Federasiyasında yerləşən şəhər, Nijeqorod vilayətinə daxildir.
Tessa Vertyu
Tessa Vertyu (ing. Tessa Virtue; d. 17 may 1989, London, Ontario, Kanada) — Kanadanı təmsil edən fiqurçu. Tessa Vertyu, Skot Moir ilə birgə 2003-cü ildən 2018-ci ilə qədər beynəlxalq yarışlarda mübarizə aparıb. Vertyu və Moir cütlüyü həm Olimpiya Oyunları tarixində, həm də Dünya idmanı tarixində bu idman növü üzrə ən yaxşı idmançılardan hesab olunurlar. Vertyu və Moir cütlüyü, 2010-cu ildə Kanadada baş tutan XXI Qış Olimpiya Oyunlarında qızıl medala, 2014-cü ildə Rusiya Federasiyasının Soçi şəhərinin ev sahibliyində baş tutan XXII Qış Olimpiya Oyunlarında 2 gümüş medala (Komanda və fərdi), 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində baş tutan XXIII Qış Olimpiya Oyunlarında isə 2 qızıl medala (Komanda və fərdi) sahib olub. Vertyu və Moir cütlüyü həm də Dünya Çempionatlarında ciddi uğurlara imza atıblar. 2009-cu ildə baş tutan Dünya Çempionatının bürünc medalına, 2008, 2011 və 2013-cü illərdə baş tutan çempionatların gümüş medalına, 2010, 2012 və 2017-ci illərdə baş tutan çempionatların isə qızıl medalına sahib olub Vertyu və Moir cütlüyü, üç dəfə (2008, 2012 və 2017-ci illərdə) Dörd Qitə Çempionatının qalibi olub, 2 dəfə (2008 və 2012-ci illərdə) gümüş medala, 2 dəfə (2006 və 2007-ci illərdə) isə bürünc medala sahib olub. Vertyu və Moir cütlüyü həm də ISU Qran-Pri yarışlarında da bir sıra uğurlara imza atıblar. Onlar ISU Qran-Pri Finalının bir dəfə (2006-2007-ci il mövsümündə) qızıl medalına, beş dəfə (2009—2010, 2011—2012, 2012—2013, 2013—2014 və 2017—2018-ci illər mövsümlərində) isə gümüş medalına sahib olub.
Məzahir Ərtuğ Avşar
Avşar Məzahir Ərtuğ Babaş oğlu (12 yanvar 1955, Avşar, Ağcabədi rayonu) — Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Dizaynerlər Birliyinin, UNESKO Beynəlxalq Plastik Sənətlər Dərnəyinin, GƏSAM – Türkiyə Mədəniyyət Nazirliyi Sənət Əsərləri Sahibləri Birliyinin üzvü, Türkiyənin Akdeniz Universitetinin professoru. == Həyatı == Məzahir Ərtuğ Avşar 12 yanvar 1955-ci ildə Ağcabədi rayonunun Avşar kəndində dünyaya gəlib. Kənddəki Nizami adına orta məktəbi bitirdikdən sonra Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinə qəbul olunub. 1978-ci ildə həmin məktəbin Monumental rəssamlıq bölümünü bitirib. 1973–1975-ci illərdə Polşa və Almaniyada hərbi xidmət keçib. 1978–1984-cü illərdə V. Muxina adına Sankt-Peterburq Sənaye Rəssamlığı Akademiyasında təhsil alıb və Dekorativ tətbiqi sənət fakültəsinin Keramika bölümündən məzun olub. Bakıya döndükdən sonra Azərbaycan Mədəniyyət Nazirliyi nəzdində Muzeylərin tərtibatı idarəsində çalışıb. Müxtəlif illərdə Azərbaycan Elmlər Akademiyasının Beynəlxalq "Sovet türkologiyası", "Xəzər", "Qurtuluş" və "Qobustan" jurnallarında bədii redaktor vəzifəsində işləyib. Müəllimlik fəaliyətinə Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri Universitetinin Dizayn kafedrasında başlayıb. 2000-ci ildə Türkiyə Cümhuriyyəti Səlcuq Universiteti rektorluğunun dəvəti ilə Konyaya gəlib və burada Gözəl sənətlər fakültəsini qurub.
Eylem Ertuğ Ertuğrul
Eylem Ertuğ Ertuğrul (1976, Zonquldak ili) — otorinolarinqoloq və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Eylem Ertuğ Ertuğrul 1976-cı ildə Zonquldak ilində anadan olub. 2000-ci ildə Gülhanə Təhsil və Araşdırma Xəstəxanasından (GATA) məzun olub. 2006-cı ildə GATA Haydarpaşa Təhsil və Araşdırma Xəstəxanasında qulaq, burun və boğaz (KBB) mütəxəssisi oldu. Diyarbəkirdə Hərbi Xəstəxanada və Karadeniz Ereğli ilçəsində özəl tibb müəssisəsində çalışıb. Yerli və xarici jurnallarda müxtəlif məqalələri dərc olunub. Cümhuriyyət Xalq Partiyasının üzvüdür. CHP il və ilçə şöbələrində İdarə Heyətinin üzvü vəzifəsində təmsil olunub. 2019-2022-ci illərdə CHP Karadeniz Ereğli ilçə şöbəsinin sədri vəzifəsində çalışıb. 2023-cü il mayın 14-də Cümhuriyyət Xalq Partiyasının namizədi olaraq Zonquldak ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.
Orleanlı Filipp (Vertus qrafı)
Orleanlı Filipp (fr. Philippe d'Orléans; iyul 1396, Anyer-syür-Uaz, Sena-i-Uaza[d] – 1 sentyabr 1420, Bojansi[d]) — Orlean hersoqu I Lüdovikin oğlu, Vertus qrafı. Heç vaxt evlənmədi və geridə rəsmi varis buraxmadı. == Mənbə == Jean-Marc Cazilhac: Jeanne d'Evreux, Blanche de Navarre : Deux reines de France, deux douairières durant la Guerre de Cent ans, Editions L'Harmattan, 2010, 178 p., p. 20 d'Avray, David (2015). Papacy, Monarchy and Marriage 860–1600. Cambridge University Press Woodacre, Elena (2013). The Queens Regnant of Navarre: Succession, Politics, and Partnerships, 1274-1512.
Orleanlı Marqarita (Vertus qrafinyası)
Orleanlı Marqarita (fr. Marguerite d'Orléans; 13 dekabr 1406 – 3 may 1466) — Orlean hersoqu I Lüdovikin qızı, Vertus qrafinyası. 1423-cü ildə Navarralı Jannanın Bretan hersoqu IV Conla baş tutan ilk evliliyindən olan oğlu Riçardla evləndirildi və bu nigahdan 7 övladı doğuldu. Ancaq soyu yeganə oğlunun şəcərəsi ilə davam etdi, qızları ya uşaq və ya gənc yaşda vəfat etdi, ya da rahibə olub kilsəyə qapandı. Bretonlu Mariya (22 iyun 1424 - 9 oktyabr 1477), rahibə Bretonlu İzabella (2 fevral 1426 - 9 fevral 1438) Bretonlu Ketrin (28 may 1428 - 22 iyun 1476), Oranj şahzadəsi Bretonlu Fransisk (23 iyun 1433 - 9 sentyabr 1488), Bretan hersoqu Adı bilinməyən bir oğlan uşağı (1436 - 19 dekabr 1436) Bretonlu Marqarita (22 noyabr 1437 - 1466), rahibə Bretonlu Madelayn (1 may 1439 - 29 mart 1462), rahibə == Mənbə == Jean-Marc Cazilhac: Jeanne d'Evreux, Blanche de Navarre : Deux reines de France, deux douairières durant la Guerre de Cent ans, Editions L'Harmattan, 2010, 178 p., p. 20 d'Avray, David (2015). Papacy, Monarchy and Marriage 860–1600. Cambridge University Press Woodacre, Elena (2013). The Queens Regnant of Navarre: Succession, Politics, and Partnerships, 1274-1512.