Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Versal
Versal (şəhər) —
Vorsmi
Vormsi (est. Vormsi, isv. Ormsö) — sahəsinə görə Saaremaa, Hiyumaa və Muhu adalarından sonra Estoniyanın dördüncü böyük adasıdır. İnzibati cəhətdən Lyaenes qəzası ərazisinə daxildir. == Coğrafiyası == Ada Moonzund arxipelaqına daxildir. Baltik dənizinin şərqində qərrlaşır. Qərbində yerləşən Hiyumaa adasından 12 km enə malik olan Muhu boğazı ilə ayrılır. Sahəsi 93 km² təşkil edir. Ada əttsfında 30 yaxın kiçik adalar vardır. Onlarla birlikdə sahəsi 109 km²-dir.
Vəravi
Vəravi — İranın Fars ostanının Möhr şəhristanının Vəravi bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 4,056 nəfər və 847 ailədən ibarət idi.
Yersei
Yersei (nen sözü) (rus. ерсеи , ing. erseu) — torf təpəlikləri arasında bataqlaşmış əyri-üyrü kanal. Bax: Torf təpəlikləri.
Cersi
Cersi (ing. Jersey [ˈdʒɜrzi], fr. Jersey [ʒɛʁˈzɛ], norm. Jèrri) — La Manş boğazında Normand adaları qrupunun ən böyük adası, Böyük Britaniya ərazisidir. == Haqqında == Cersi adası Fransa sahilləri yaxınlığındadır. Adanın sahəsi 116,3 kv. km-dir. Hühdürlüyü dəniz səviyyəsindən 148 metrdir. Ada kristallik suxurlardan ibarətdir. İri şəhəri və portu Sent-Helierdir.
Persi
Persi - İrəvan quberinyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 68 km şimal-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Bizə görə, toponim «açıq çöl, bozqır» (rus. открытая степы) mənasında işlənən par(pər) sözü ilə bağlıdır. «Per» sözü İran toponimlərinin tərkibində «dağ», «sıra dağlar» mənasında işlənir. == Əhalisi == Kənddə 1831-ci ildə 76 nəfər, 1873 - cü ildə 225 nəfər, 1886-cı ildə 229 nəfər, 1897-ci ildə 266 nəfər, 1908-ci ildə 323 nəfər, 1914 - cü ildə 345 nəfər, 1916-cı ildə 285 nəfər, 1918-ci ildə 323 nəfər, 1919 - cu ildə 124 nəfər azərbaycanlı yaşamışdır. 1918-1919 - cu illərdə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş və xaricdən köçürülən ermənilər kənddə yerləşdirilmişdir. İndi ermənilər yaşayır. Pərsi kəndində 1918-ci ildə 400 nəfər əhalisi olmuşdur.
Vergi
Vergi — dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. == Məqsədlər və effektlər == Vergilərdən qazanılan vəsaitlər tarix boyunca dövlətlər üçün müxtəlif funksiyaları daşıyırdı. Onlara müharibə xərcləri, qanunun həyata keçirilməsi, ictimai nizam saxlamaq, mülkün müdafiəsi, iqtisadi infrastruktur (yollar, tenderlər, müqavilələri həyata keçirmə), ictimai işlər, sosial mühəndislik və dövlətin saxlanılması daxildir. Dövlətlər vergiləri həm də xalqın rifahına və ictimai xidmətlərə xərclənir. Bu xidmətlərin içərisində təhsil sistemi, səhiyyə, pensiyalar, işsizlik üzrə maddi yardım, ictimai nəqliyyat ola bilər. Enerji, su idarəetmə və tullantılar idarəetmə ictimai xidmətlərə ümumiliklə daxildir. Dövlətlər müxtəlif vergiləri və vergi səviyyələri işlədirlər. Bu vergi ağırlığı və ya vəsaitləri fərdilər və vergi qoyula bilən fəaliyyətlərdə iştirak edən əhalinin qrupları (müəssisələr, biznes kimi) arasında bölüşdürmək məqsədi daşıyır. Tarixə əsasən, zadəganlıq kasıblara qoyulan vergilər ilə təmin olunurdu, lakin müasir sosial müdafiə sistemləri yoxsullar, əlillər və ya pensiyaçılara hələ işləyənlərdən alınan vergilərlə kömək göstərmək niyyətindədir. Əlavə olaraq, vergilər xarici yardım və hərbi əməliyyatları maliyyəşdirir, makroiqtisadi göstəricilərə təsir göstərmək (bu xəzinə siyasəti adlanır) və ya istehlak və məşğuliyyət səviyyəsinin dəyişməsi üçün istifadə olunurlar.
Verst
Verst (rus. Верста) — keçmiş rus uzunluq ölçü vahidi. 500 sajenə, 1066,781 metrə bərabərdir. 1 verst = 1066 m = 3500 fut.
Yersi
Yersi — Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda kənd. Yersi kənd yaşayış məntəqəsinin inzibati mərkəzi. == Əhalisi == 2150 nəfərdir Milli tərkibi: Azərbaycanlılar. Mono etnik kənddir. Dini baxımdan islam dininin sünnə məzhəbində etiqad edirlər. == Tanınmış yerliləri == 1899-cu ildə kənddə Kərim Məmmədbəyov — sovet dövlət xadimi, 1931-1937-ci illərdə Dağıstan MSSR-in xalq Komissarları Sovetinin Sədri anadan olub .
Aversi (Urmiya)
Aversi (fars. اورسي‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 664 nəfər yaşayır (127 ailə).
Hesablaşma vərəqi
Hesablaşma vərəqi (ödəniş qəbzi) — bir işçinin hesaba birbaşa vəsait yatırılması barədə bildiriş kimi və ya maaş vərəqəsinin bir hissəsi kimi aldığı sənəd. Tipik olaraq, əmək haqqı vərəqəsi əmək haqqının, onun tərkib hissələrinin, bütün vergilərin və sığorta haqları, sosial və pensiya fondlarına töhfələr, ianələr və ya alimentlər kimi ümumi məbləğdən (ümumi məbləğdən) çıxılan digər ayırmaları sadalayır. xalis ödəniş məbləği. == Müxtəlif ölkələrdə hesablaşma vərəqələrindən istifadə == Belarus Respublikasında əvvəlki Ödəniş Kitabları oxşar məqsədlər üçün istifadə olunurdu (SSRİ Dövlət Əmək Komitəsinin 28 oktyabr 1956-cı il tarixli qərarı ilə təsdiq edilmiş formaya uyğun olaraq). 26 yanvar 2008-ci ildə Belarus Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsi əmək haqqı vərəqələrini təqdim etdi. Ukraynanın əmək qanunvericiliyi işəgötürənin əmək haqqının miqdarı barədə işçini məlumatlandırmaq öhdəliyini müəyyən edir. 2009-cu ilə qədər "Əmək haqqı üzrə fəhlə və qulluqçularla hesablaşmaların ilkin uçotunun standart formaları", daha sonra P-6 "İşçinin əmək haqqı fondu" standart forması istifadə olunurdu. == İstinadlar == == Xarici keçidlər == Расчетные и рабочие книжки — Энциклопедический словарь Ф.А. Брокгауза и И.А. Ефрона. — С.-Пб.: Брокгауз-Ефрон. 1890–1907.
Kersti Kalülayd
Kersti Kalülayd (est. Kersti Kaljulaid; 30 dekabr 1969, Tartu) — 10 oktyabr 2016-cı ildən 10 oktyabr 2021-ci ilədək Estoniya Respublikasının 5-ci Prezidenti olub.
Le-Versak
Le-Versak (fr. Le Bersac, oks. Lo Bersac) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Ser kantonuna daxildir. INSEE kodu — 05021. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 928 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 96 yaşda (15-64 yaş arasında) 52 nəfər iqtisadi fəal, 44 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 54,2%, 1999-cu ildə 62.6%). Fəal 52 nəfərdən 47 nəfər (27 kişi və 20 qadın), 5 nəfər işsiz (3 kişi və 2 qadın) idi.
Montalyo-Versyo
Montalyö-Versyö (fr. Montalieu-Vercieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Morstel kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38247. Kommunanın 1999-cu il üçün əhalisi 2178 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 200 ilə 347 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 410 km cənub-şərqdə, Liondan 45 km cənub-şərqdə, Qrenobldan 75 km şimal-qərbdə yerləşir.
Pavel Velski
Pavel Velski Azərbaycan kinosunda əsasən rejissor, ssenarist kimi 1924-1925-ci illərdə fəaliyyət göstərmişdir. == Həyatı == Pavel Velski Azərbaycan kinosunda rejissor, ssenarist və bədii rəhbər kimi 1924-1925-ci illərdə fəaliyyət göstərmişdir. O, rejissor kimi "1 may 1925-ci il" və "Azərbaycan Mədən Fəhlələri Həmkarlar İttifaqının IX qurultayı" sənədli filmlərini çəkmiş, "Mədənçi-neftçi istirahətdə və müalicədə" və "Əvəz-əvəzə" bədii filmlərinin ssenarisini yazmışdır. Həmçinin, ssenarisini yazdığı 2 filmdə aktyor kimi də çıxış etmişdir.
Versal (rayon)
Versal (fr. Versailles) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — İvelin. Suprefektura — Versal. Rayonun əhalisi 2006-cı ildə 356 980 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 2164 nəf / km² . Rayon ərazisi — 165 km².
Versal (şəhər)
Versal- Fransanın şəhərlərindən biridir.İvelin departamentinin inzibati və mühüm turizm mərkəzidir.Əhalisi 104 min nəfərdir(1978).Əsası 1624-cü ildə qoyulmuşdur.Fransız dilində "kotan şırımı","yamac döşü" mənasındadır.
Versal sarayı
Versal sarayı (fransızca: Le château de Versailles) - Fransanın paytaxtı Parisdə yerləşən tarixi saray. Versal sülh müqaviləsi burada imzalanmışdır. Sarayın ilk binasının tikintisinə 1661-ci ildə başlanmış və daha sonra müxtəlif illərdə genişlətdirilmişdir. Hazırda saray muzey kimi fəaliyyət göstərir. Roma İmperatorluğundan sonra ilk dəfə böyük ölçülər bu sarayda tətbiq edimişdir. Bunun səbəbi sabit və mərkəzi monarxiya idarəsi idi. İtaliya, Almaniya, İngiltərədə siyasi şərait fərqli olduğundan uzun müddət oralarda belə saray tikilə bilməmişdir. Sarayın maraqlı cəhəti tikilərkən tualet və ya vanna yerləşdirilməməsidir. Bunun səbəbi o dövrdə zadəgan anlayışına görə zadəganların istədiyi yerdə ehtiyaclarını qarşılamaları idi.Bu səbədən Avropada Versal sarayının qoxusunu "Avropadaki bütün saraylardan fərqli" (Memoirs: Duc de Saint-Simon ) adlandırırdılar. 1768-ci ilə qədər sarayda tualet olmamışdır.
Yeni Veysli
Yeni Veysli — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == 2009-cu il noyabrın 20-də Goranboy rayonunun Veyisli kəndi yaxınlığında məcburi köçkünlər üçün salınmış Yeni Veysli qəsəbəsinin açılış mərasimi olub. Prezident İlham Əliyev mərasimdə iştirak edib. Prezident Kəlbəcər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.Qəsəbədə Kəlbəcər rayonundan olan 596 məcburi köçkün ailəsi yerləşdiriləcək. 120 hektar ərazidə salınan qəsəbədə 89-u bir, 275 iki, 200 üç, 32 dördotaqlı olan evlər tikilibdir. == İnfrastruktur == Qəsəbədə bütün zəruri infrastruktur yaradılıb. Qəsəbədə müstəqil elektrik stansiyası tikilib, bütün evlər təbii qazla təchiz olunub.2011-ci ildə Yeni Veysli qəsəbəsində elektron ATS istifadəyə verilməsi nəzərdə tutulmuşdur. == Mədəniyyət == Burada məktəb binası, uşaq bağçası, ambulatoriya, klub-icma mərkəzi, poçt binası və digər inzibati binalar tikilmişdir. Qəsəbədə inşa olunan 360 yerlik orta ümumtəhsil məktəbinin açılışında prezident də iştirak edib. == Əhlisi == Qəsəbənin əhalisi işğal olunmuş Kəlbəcər rayonunun əhalisindən ibarətdir.
Ersi
Ersi (Xoy)
Veri
Veri — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 895 nəfərdir. Əhalinin milli tərkibi etnik talışlardır. == Toponimiyası == Bu toponim talış dilindəki veri (yuxarı) sözü ilə əlaqədar olub, “yuxarıda yerləşən kənd” deməkdir. Həmçinin talış dilində veri göyərti mənası bildirir. == Din == Kənddə Veri kənd məscidi dini icması fəaliyyət göstərir.
Anne Veski
Anne Veski (est. Anne Veski 27 fevral 1956, Rapla) — Sovet və Estoniya müğənnisi, Estoniya SSR-nin əməkdar artisti (1984). == Bioqrafiyası == 27 fevral 1956-cı ildə Estoniyanın Rapla şəhərində İlmar-Tınis Vaarmann (est. Ilmar-Tõnis Vaarmann; 1927-2005) və Ellen Vaarmannın (est. Ellen Vaarmann; 1930-1988) ailəsində doğulur. Orada musiqi məktəbini bitirir. Sonra Tallinn Politexnik İnstitutuna daxil olur. Universiteti itirdikdən sonra fabrikdə çalışır və Filarmoniyada pop-studiyaya işə götürülü. Mobile ansamblı ilə birlikdə çalışır. İlk estrada kompozisiyası (1980) - "Gül bağının kraliçası".
Avqus Vesli
Avqus Anselm Vesli (3 avqust 1887, Tampere – güm. 1942, Leninqrad) — Finlandiyalı jurnalist, həmkarlar ittifaqının üzvü və inqilabçı. 1918-ci il Finlandiya vətəndaş müharibəsində Qırmızı Qvardiyaya rəhbərlik etmişdir. == Həyatı == === Erkən illəri və Finlandiya vətəndaş müharibəsi === Avqus Anselm Veslin Tampere şəhərində dünyaya gəlib və 1904-cü ildə 17 yaşında ABŞ-yə köç edib.
Ağaclara vergi
Ağaclara vergi 1944-cü ildə İosif Stalin hökuməti tərəfindən SSRİ-dəki meyvə ağaclarının sahiblərinə qoyulan vergi idi. Vergi fermada ağacların olmasını bahalaşdırdı və Sovet fermerləri tərəfindən ağacların kütləvi şəkildə kəsilməsinə səbəb oldu. Bu sonradan meyvə qıtlığına səbəb oldu. Bu fikri irəli sürən nazir Arseni Zverev və Stalin ortaya çıxacaq problemləri qabaqcadan bilmədi. Vergi Georgi Malenkov tərəfindən ləğv edildi, fermerlər üçün vergi 60 faizə qədər azaldıldı.
Cersi-Siti
Cersi-Siti (ing. Jersey City) — Nyu-Jersey əyalətindəki Newark şəhərindən sonra Cersi-Siti, ikinci ən çox əhalisi olan şəhərdir.