Vərni xalçası
Vərni — mifik dünya, əfsanələr aləmini xatırladan, xovsuz xalçalar növünə aid xalçalar[mənbə göstərin].
Xovsuz xalçalar növünə aid olan Vərni xalçalarının istehsalının əsas mərkəzləri Ağcabədi, Bərdə (Ləmbəran) və Cəbrayıldır[mənbə göstərin].
Vərni Qarabağ, Naxçıvan, İrəvan və Qazax-Borçalı bölgələrində geniş yayılmışdır.
Bəzən Muğanda toxunmuş vərnilərə də rast gəlmək mümkündür. Mürəkkəb sarıma üsulu ilə toxunduğuna görə "Vərni" xalçalarının üzərində mürəkkəb naxışlar qoymaq mümkün olurdu. Orta əsrlərdə ornamental naxışlarla zərif hazırlanmış yüksək keyfiyyətli parçalar "perni" və ya "berni" adlandırılırdı. O zamanlar şahlar bayram günlərində və xüsusi təntənəli günlərdə bu parçalardan libas geyinərdilər. Hesab olunurdu ki, bu libası onlara cənnətdən Cəbrayıl adlı mələk gətirmişdir və buna görə də onunla ehtiyatla davranırdılar. Fərz etmək olar ki, sonrakı dövrlərdə ornamental naxışlı, zərif toxunuşlu "Vərni" xalçaları məhz həmin "perni" və ya "berni" adlanan parçalardan toxunmuşdur və adı da bununla bağlıdır. "Verni" xalçaları xalçaçılar tərəfindən "As-tan" adlandırılan 2 hissədən hazırlanır.