Ağaclara vergi

Ağaclara vergi 1944-cü ildə İosif Stalin hökuməti tərəfindən SSRİ-dəki meyvə ağaclarının sahiblərinə qoyulan vergi idi.[1] Vergi fermada ağacların olmasını bahalaşdırdı və Sovet fermerləri tərəfindən ağacların kütləvi şəkildə kəsilməsinə səbəb oldu. Bu sonradan meyvə qıtlığına səbəb oldu.

Bu fikri irəli sürən nazir Arseni Zverev və Stalin ortaya çıxacaq problemləri qabaqcadan bilmədi. Vergi Georgi Malenkov tərəfindən ləğv edildi, fermerlər üçün vergi 60 faizə qədər azaldıldı.[2]

  1. Gupta, R. C. Collapse of the Soviet Union (ingilis). Krishna Prakashan Media. 1997. ISBN 9788185842813. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-31.
  2. "Реформы Маленкова". www.contrtv.ru. 2022-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-29.