Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lesovski burnu
Lesovski burnu (esk. Агнык) — Çukot yarımadasının şərqində, Berinq dənizinin sahilində yerləşən burun. İnzibati cəhətdən Çukot muxtar dairəsi, Providenski rayonu ərazisinə daxildir. Provideniya buxtasının qərb çıxacağında yerləşir. Materikə ensiz bərzəklə birləşir. Şimaldan isə Qlubokoye gölünün akvatoriyası ilə hüdudlanır. Yaxınlıqda iki naviqasiya mayakı və keçmiş hidrometeostansiyanın binası yerləşir. Burun 1876-cı ildə Rusiya Sakit okean hərbi-dəniz qüvvələrinin kamandanı Stepan Lesovskinin şərəfinə adlandırılmışdır. Eskimosca adı - Агнык - «gün». Qayalarda yuva quran quşlar: Ağılsız, Berinq qarabatdağı, Sakit okean kütdimdiyi, Sakit okean təmizçisi.
Marko Veşoviç
Marko Veşoviç — (28 avqust 1991, Podqoritsa) — Monteneqrolu peşəkar futbolçu. Ağdamın "Qarabağ" klubunun və Monteneqro milli futbol komandasının müdafiəçisi. == Karyera == === İlk illər === Markonun uşaq yaşlarında ilk klubu Serbiyanın "Mladost" komandası olur. Sonrada futbolçu ilk peşəkar müqavilə imzalayacağı "Budçnost"un uşaq komandasına qoşulur."Budçnost"un əsas heyətində 2008-ci ildə debüt edir. Burada 11 oyun keçirib bir qol vurur. 2008-ci ildə "Mladost Podgorica" klubuna icarəyə verilir. Burada 12 oyunda meydana çıxır və 3 qola imza atır. 2010-cu ilin iyununda o, "Srvena Zvezda" klubuna keçir. "Qırmızı-ağlar"la 17 oyun keçirir. Yeni komandasıyla ilk qolunu Sloveniya çempionu "Koper"lə yoldaşlıq oyununda vurur.