PROB

сущ. проба:
1. количество частей драгоценного металла, заключающееся в определённом числе весовых долей сплава
2. клеймо, обозначающее это количество на изделиях из драгоценных металлов
3. небольшая часть, образец чего-л. , взятые для анализа, проверки
PRİZMAVARİLİK
PROBKA
OBASTAN VİKİ
"Dil yoxsa dialekt" problemi
"Dil yoxsa dialekt" problemi — hər hansı bir idiomun statusunun müəyyənləşdirilməsi ilə bağlı yaranan sual.
100-cü il problemi
100-cü il problemi — Tayvanın kompüter sistemlərində gözlənilən problem. Bu onunla bağlı idi ki, Tayvanda rəsmi məqsədlərdə Minqo təqvimindən istifadə olunur. Bu təqvimdə tarixin başlanğıcı Çin respublikasının qurulmasından – 1911-ci ildən götürüldüyündən, 2011-ci ildə Minqo təqvimi ilə 100-cü il olur. Nəticədə tarixləri saxlamaq üçün yalnız iki rəqəmin istifadə olunduğu kompüter sistemlərində problem gözlənilirdi. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
10000-ci il problemi
10000-ci il problemi — ilin göstərilməsi üçün 4 rəqəmdən istifadə olunduğu proqram təminatında 9999-cu ildən 10000-ci ilə keçid zamanı yarana biləcək problem. Bu problem haqqında ötən əsrin sonlarında 2000-ci il probleminin yaxınlaşdığı vaxt mətbuatda danışılmağa başlandı. Dərc olunmuş yazıların əksəriyyəti parodiya-yumor janrında idi, çünki indi istifadə olunan hansısa proqramın 10000-ci ilədək "yaşayacağı" o qədər də inandırıcı görünmür. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
2000-ci il problemi
Y2K problemi, Y2K qorxusu, minillik səhvi, Y2K xətası, Y2K səhvi, və ya sadəcə Y2K kimi tanınan 2000-ci il problemi — 2000-ci ildən sonra təqvim məlumatlarının formatlanması və saxlanması ilə bağlı ortaya çıxmış kompüter xətası. Bir çox proqramlar dörd rəqəmli illəri yalnız son iki rəqəmlə göstərirdi və bu da onu 2000-ci ili 1900-cü ildən fərqləndirməz hala gətirirdi. Kompüter sistemlərinin tarixləri düzgün ayırd edə bilməməsi kompüterdən asılı sənayelər üçün dünya miqyasında infrastrukturu çökdürmək potensialına malik idi. Əsrin əvvəlinə (minilliyə) gedən illərdə ictimaiyyət tədricən Y2K xətasından xəbərdar oldu və ayrı-ayrı şirkətlər səhvin vurduğu qlobal zərərin aradan qaldırılması üçün 400 milyon ilə 600 milyard dollar arasında bir şeyin lazım olacağını proqnozlaşdırdılar. Səhvlərin potensial təhlükələri ilə bağlı aydınlığın olmaması bəzilərini qida, su və odlu silah ehtiyatı toplamağa, ehtiyat generatorlar almağa və kompüterin yaratdığı apokalipsis ərəfəsində böyük məbləğdə pul çıxarmağa səbəb oldu.Yayılmış məlumatların əksinə olaraq, 2000-ci ildə bir neçə böyük səhv baş verdi. Y2K remediasiya səyinin tərəfdarları bunun ilk növbədə bir çox kompüter proqramçılarının və informasiya texnologiyaları mütəxəssislərinin qabaqlayıcı hərəkətləri ilə bağlı olduğunu müdafiə etdilər. Bəzi ölkələrdəki bəzi şirkətlər və təşkilatlar, problemi həll etmək üçün kompüter sistemlərini yoxlamış, təmir etmiş və təkmilləşdirmişdilər. Birləşmiş Ştatlarda zərəri minimuma endirmək üçün səylər təşkil edən ABŞ prezidenti Bill Klinton Y2K-nı "21-ci əsrin ilk çağırışı uğurla qarşılandı" kimi qeyd etdi və hadisə ilə bağlı retrospektivlər, adətən, gözlənilən fəlakətin qarşısını almaq üçün çalışan proqramçıları təriflədi.
2038-ci il problemi
2038-ci il problemi — hesablama texnikasında 19 yanvar 2038-ci ildə müəyyən proqram təminatlarında baş verməsi gözlənilən ciddi bir proqramlaşdırma xətası. Bu problem zamanın POSIX standartı (UNIX-zaman) ilə təsvir olunduğu proqram və sistemlərdə baş verəcək. Xəta, sistem zamanını 1 yanvar 1970-ci il tarixindən bəri saniyə əsasında hesablayan və 32-bitlik UNIX sistemlərdə 19 yanvar 2038-ci il çərşənbə axşamı günü saat 03:14:07-də sayğacın başa dönməsi ilə sistem tarixinin 13 dekabr 1901-ci il 20:45:52-i göstərməsi ilə ortaya çıxacaq. Demək olar ki, Unix bənzəri bütün 32-bitlik əməliyyat sistemlərində bu problemin yaşanacağı gözlənilir. Bundan başqa 32-bitlik Windows əməliyyat sistemləri və MySQL verilənlər bazası ilə çalışan web-layihələr üçün eyni problem aktual xarakter daşıyır. Son illərdə bu xətanın aradan qaldırılması ilə bağlı bir çox təkliflər irəli sürülsə də heç biri faydalı olmamışdır. Mütəxəssislər qeyd edirlər ki, 32-bitlik prosessor və əməliyyat sistemləri üçün bu ehtimal olunan problemin sadə həlli mövcud deyil. Odur ki, yaxşı olardı ki, risk halıyla qarşılaşmadan 2038-ci ilə qədər 32-bitlik bu sistemlər 64-bitlik sistemlərlə əvəz edilsin. 2038-ci il problemi — (ing. Year 2038 problem, ru.
AMEA Kimya Problemləri İnstitutu
Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu və ya qısaca KQKİ — 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdir. == Tarixi == Kimya İnstitutu 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdır. Hələ 1929-cu ildə Azərbaycana dəvət olunmuş SSRİ EA-nın müxbir üzvü Konstantin Krasuski Kimya İnstitutun təşkilatçısı və ilk direktoru olmuşdur. 1965-ci ildə SSRİ EA Rəyasət Heyətinin və Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Kimya İnstitutu Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutu adlandırılmışdır. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan EA Rəyasət Heyətinin 7 iyul 1972-ci il tarixli qərarı əsasında Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun strukturu kimi fəaliyyət göstərən Naxçıvan Regional Elmi Mərkəzi yaradılmışdır. Naxçıvan Regional Elmi Mərkəzi elmin inkişafını daim diqqət mərkəzində saxlayan ölkə başçısının 7 avqust 2002-ci il tarixli sərəncamı ilə təşkil edilmiş AMEA Naxçıvan bölməsinin tərkibində öz fəaliyyətini davam etdirmişdir. 1981-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin 22 iyun 322 saylı sərəncamı ilə Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun nəzdində Mineral Xammalın Emalı üzrə Təcrübi İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Büro yaradıldı. 1965-ci ildə Neft-Kimya Prosesləri İnstitutunda akademik Murtuza Nağıyevin rəhbərliyi altında fəaliyyət göstərən Nəzəri Problemlər Bölməsi əsasında Azərbaycan EA Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutu (KTNPİ) yaradıldı. KTNPİ-nin yaradıcısı və ilk direktoru akademik Murtuza Nağıyev 1975-ci ilə qədər bu instituta rəhbərlik etmişdir. Keçmiş SSRİ-də analoqu olmayan KTNPİ kimyanın mühüm sahələrindən biri olan kimya texnologiyasının problemlərinin həlli istiqamətində tədqiqatlar aparan yeganə institut idi.
AMEA Radiasiya Problemləri İnstitutu
Radiasiya Problemləri İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxildir. == Təşkilatın tarixi == Azərbaycanda nüvə enerjisinin dinc məqsədlərlə istifadəsinin, müxtəlif ionlaşdırıcı şüaların maddələrə, ətraf mühitə, canlılara təsirinin, enerji çevrilmələrinin fiziki-kimyəvi problemlərinin, radioekologiya və radiasiya təhlükəsizliyi istiqamətlərinin elmi və elmi-texniki əsaslarının işlənilməsi məqsədi ilə SSRİ Nazirlər Soveti yanında Dövlət Elm və Texnika Komitəsinin 21 may 1969-cu il tarixli 27 saylı qərarı ilə Azərbaycan Elmlər Akademiyasının Radiasiya Tədqiqatları Sektorunun əsası qoyulmuşdur. Azərbaycan Respublikası suverenlik əldə etdikdən sonra Respublikamızda radiasiya və nüvə təhlükəsizliyi, radioekologiya, nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi problemləri daha da aktual xarakter kəsb edib. Odur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 81 saylı, 21 may 2002-ci il tarixli qərarı ilə AMEA-nın Radiasiya Tədqiqatları Sektoru bazasında Radiasiya Problemləri İnstitutu yaradılmışdır. AMEA sistemində Radiasiya Problemləri İnstitutu Azərbaycan Respublikası ərazisində nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi, radiasiya təhlükəsizliyi, radioekologiya, energetikanın fiziki-texniki problemləri, qeyri-ənənəvi enerji çevrilmələri prosesləri, bərk cisimlərdə radiasiya effektləri və radiasiya materialşünaslığı istiqamətlərində fundamental elmi və texniki tədqiqat işlərini aparan, bu sahələrdə ölkədaxili və beynəlxalq informasiya mübadiləsini yerinə yetirən yeganə elmi müəssisədir. == Elmi fəaliyyət == === Elmi problemlərin tədqiqi istiqamətləri === Radiasiya təhlükəsizliyi, Radioekologiya — Ölkə ərazisinin ətraf mühit komponentlərinin radionuklid və kimyəvi tərkibinin tədqiqi, işğaldan azad olunmuş ərazilərə xüsusi diqqətin ayrılması, alınan nəticələrin sistemləşdirilməsi, vahid elektron bazada yerləşdirmək üçün işlənilməsi, radiasiya risklərinin idarə olunması mexanizminin hazırlanması Radiobiologiya — Bioloji orqanizmlərə radiasiyanın təsiri, stimullaşdırıcı dozanın təyini, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının və onların ətraf mühitin ekstremal təsirlərinə qarşı davamlılığının artırılması üçün radiasiya texnologiyalarının tətbiqi, sterilizasiya dozasının təyini, maddələrin radiasiya təsirindən qorunması üçün protektorların hazırlanması Bərk cismlərin radiasiya fizikası — Yarımkeçirici, seqnetoelektrik və polimer materiallarda radiasiyanın təsiri ilə baş verən fiziki proseslərin tədqiqi, implantasiya yolu ilə daxil edilmiş elementlərin, o cümlədən nanozərrəciklərin bu proseslərin sürətinə və istiqamətinə təsirinin müəyyənləşdirilməsi, radiasiyanın təsiri ilə verilmiş xassələrə malik materialların alınması, materialların radiasiya-stimullaşdırılmış modifikasiyası, radiasiyaya davamlılığının artırılması və istismar xüsusiyyətlərinin idarə olunması Yüksək enerjilər kimyası — Karbohidrogen və su əsalı sistemlərdə radiasiyanın təsiri ilə baş verən fiziki-kimyəvi proseslərin kinetika və mexanizminin tədqiqi, bu sistemlərdə hidrogenin, olefinlərin, polimerlərin və praktikada geniş istifadə olunan yüksəkmolekullu materialların alınması və modifikasiyası üçün optimal şərtlərin tapılması, çirkləndirici qarışıqların deqradasiyasının qanunauyğunlarının öyrənilməsi, post-radiasiya effektlərinin tədqiqi Bərpa olunan enerji mənbələrinin istifadəsi və hydrogen enrgetikası — Günəş, külək və kiçik Su elektrik stansiyalarından alınan enerjilərin istilik və elektrik enerjisinə çevrilməsinin faydalı iş əmsalının artırılması yollarının araşdırılması, bu enerjilərin ayrı-ayrılıqda və kombinə olunmuş şəkildə istifadə olunması ilə sudan və mineral resurslardan hidogenin, sintez-qazın və maye yanacağın alınması sahəsində elmi-tədqiqat və Layihə-konstruktor işlərinin aparılması Şüa qəbuledici və işarəverici cihaz və qurğuların hazırlanması — Silisium əsaslı fotoelektron gücləndiricilərin tədqiqi, onların şüa qəbuledicilərinin yaradılmasında tətbiqi, yüksək həssaslığa və əhatə dairəsinə malik mühafizə-işarəverici qurğuların işlənməsi, sınaqdan keçirilməsi və tətbiqi == Beynəlxalq fəaliyyət == === Radiasiya Problemləri İnstitutunun Beynəlxalq Əlaqələri === АМЕА Radiasiya Problemləri İnstitutunda nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi, radiasiya təhlükəsizliyi, yüksək enerjilər kimyası, radioekologiya, radiasiya materialşünaslığı istiqamətləri üzrə aparılan elmi-tədqiqat işlərinin dünya elminə inteqrasiyasını təmin etmək məqsədi qarşıya qoyulmuşdur. Hələ keçən əsrin 70-ci illərindən başlayaraq Radiasiya Tədqiqatları Sektoru SSRİ Elmlər Akademiyasının Neft-kimya sintezi, Kimyəvi Fizika, L.Y. Karpov adına Fizika-kimya İnstitututları, Belarusiya EA-nın Atom energetikası İnstitutu, Gürcüstan EA-nın Fizika, Qeyri-üzvü və Elektrokimya İnstitutları və Moskva Dövlət Universiteti ilə sıx elmi əməkdaşlıq yaradılmışdı. 1980-ci illərdə Atom-hidrogen energetikası istiqamətində İ.V. Kurçatov adına Atom enerjisi İnstitutu, Yanar qazıntılar İnstitutu və SSRİ-nin digər elmi mərkəzləri ilə məqsədli kompleks Proqramlar çərçivəsində elmi tədqiqat və kadr hazırlığı üzrə birgə fəaliyyətlə həyata keçirilmişdir. Azərbaycan Respublikasının müstəqilliyini bərpa etməsi və 2002-ci ildə İnstitutun Atom enerjisi üzrə Beynəlxalq Agentliyə daxil olması ilə beynəlxalq əlaqələr genişlənmişdir. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA), Amerika Birləşmiş Ştatlarının Energetika Nazirliyinin Nüvə Təhlükəsizlik Deportamenti, NATO, ABŞ Mülki Araşdırmalar Fondu CRDF ilə beynəlxalq proqramlar çərçivəsində işlər davam etdirilmişdir.
Ageratina proba
Ageratina proba (lat. Ageratina proba) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (Azərbaycan)
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi — ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı. == Tarixi == Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 1998-ci il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2006-cı il Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Milli Məclis tərəfindən qəbul olunmuş "Gender (kişi və qadınların) bərabərliyi haqqında" Qanunun məqsədi kişi və qadınlar üçün ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin edilməsi və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasıdır. 2005-ci ildə "İnsan alverinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanunu qəbul edilmişdir. Azərbaycanın 3 regionunda — Mingəçevir, Goranboy və Şüvəlanda ailələrə və uşaqlara dəstək mərkəzləri açılıb istifadəyə verilmişdir. Mərkəzlər ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə yaradılmışdır. 15 sentyabr 2006-cı ildə Nazirlər Kabinetinin 211 № li qərarı ilə "Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı" təsdiq edilmişdir. == Fəaliyyəti == Müvafiq sahədə iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir; Müvafiq sahənin inkişafını təmin edir; Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
Azərbaycan-Ermənistan sərhəd problemi (2021)
Azərbaycan-Ermənistan sərhəd böhranı — Ermənistan və Azərbaycan arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası zamanı yaranan sərhəd anlaşılmazlığıdır. Ermənistan Azərbaycan Ordusunun Qaragöl istiqamətindən irəliləyərək 3,5 kilometr ərazini ələ keçirdiyini iddia edir. Azərbaycan isə çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə əlaqədar olaraq Azərbaycan sərhəd qüvvələrinin Azərbaycana aid mövqelərdə yerləşdirildiyini qeyd edir. == Zəmin == Birinci Qarabağ müharibəsində Azərbaycana aid olan Dağlıq Qarabağ bölgəsi və ətrafındakı 7 rayon Ermənistan tərəfindən işğal altına salınmışdı. Lakin 2020-ci ildə tərəflər arasında baş vermiş İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə bitmiş və Azərbaycan bölgəyə nəzarəti yenidən təmin etmişdir. Sovet dövründə ölkələr arasında sərhəddə elə də önəm verilməməsi və ardınca bölgənin Ermənistan tərəfindən işğal edilməsi səbəbindən ərazidəki sərhəd xətti indiyədək təyin olunmamışdır. == Hadisələr == === May 2021 === === İyul 2021 === İyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutmuşdur. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçu gizir Fərman Yaqublu Telman oğlu şəhid olmuşdur. Azərbaycan Ordusunun cavab zərbəsi nəticəsində qarşı tərəf susdurulmuşdur. === Avqust 2021 === === Sentyabr 2021 === === Oktyabr 2021 === === Noyabr 2021 === 16 noyabr 2021-ci ildə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib.
Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan elmi-tədqiqat institutu. == Tarixi == Azərbaycan Respublikası Bakı şəhəri Xalq Maarifi Şöbəsinin 30 iyun 1930-cu il tarixli, 30 nömrəli və Xalq Maarifi Komissarlığının 29 iyun 1931-ci il tarixli, 87 nömrəli əmrinə əsasən 1931-ci il iyulun 1-də təhsil sahəsində ilk elmi- tədqiqat institutu olan Azərbaycan Elmi-Tədqiqat Pedologiya İnstitutu yaradılmışdır. İnstitutun adı və onun fəaliyyət istiqamətləri bir neçə dəfə dəyişdirilmişdir: 1931-ci ilin iyul ayından 1932-ci ilin oktyabr ayınadək – Azərbaycan Elmi-Tədqiqat Pedologiya İnstitutu; 1932-ci ilin oktyabr ayından 1934-cü ilin oktyabr ayınadək – Azərbaycan Pedologiya və Pedaqogika İnstitutu; 1934-cü ilin oktyabr ayından 1934-cü ilin dekabr ayınadək – Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutu; 1934-cü ilin dekabr ayından 1936-cı ilin avqust ayınadək – Azərbaycan Pedologiya və Pedaqogika İnstitutu; 1936-cı ilin avqust ayından 1937-ci ilin dekabr ayınadək – V. İ. Lenin adına Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutu; 1938-ci ilin yanvar ayından 1938-ci ilin iyun ayınadək – Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutu; 1938-ci ilin iyun ayından 1946-cı ilin yanvar ayınadək – Azərbaycan SSR Maarif Nazirliyinin Azərbaycan Dövlət Elmi-Tədqiqat Məktəblər İnstitutu; 1946-cı ilin yanvar ayından 1951-ci ilin yanvar ayınadək – Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutu; 1951-ci ilin yanvar ayından 1977-ci ilin mart ayınadək – Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutu; 1977-ci ilin mart ayından 2000-ci ilin iyun ayınadək – Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu; Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli, 349 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdindəki Elmi-Metodik Mərkəz və Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun bazasında Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 14 noyabr 2016-cı il tarixli, 1107 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun adı dəyişdirilərək Azərbaycan Respublikasının Təhsil İnstitutu adlandırılmışdır. == Direktorlar == Surxay Hacıyev (1. iyul 1931 – 10. yanvar 1934) Qulam Məmmədov (10. yanvar 1934 – 20. aprel 1935) Yunis Hacıyev (20. aprel 1935 – 17.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi — ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı. == Tarixi == Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 1998-ci il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2006-cı il Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Milli Məclis tərəfindən qəbul olunmuş "Gender (kişi və qadınların) bərabərliyi haqqında" Qanunun məqsədi kişi və qadınlar üçün ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin edilməsi və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasıdır. 2005-ci ildə "İnsan alverinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanunu qəbul edilmişdir. Azərbaycanın 3 regionunda — Mingəçevir, Goranboy və Şüvəlanda ailələrə və uşaqlara dəstək mərkəzləri açılıb istifadəyə verilmişdir. Mərkəzlər ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə yaradılmışdır. 15 sentyabr 2006-cı ildə Nazirlər Kabinetinin 211 № li qərarı ilə "Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı" təsdiq edilmişdir. == Fəaliyyəti == Müvafiq sahədə iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir; Müvafiq sahənin inkişafını təmin edir; Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan elmi-tədqiqat institutu. == Tarixi == Azərbaycan Respublikası Bakı şəhəri Xalq Maarifi Şöbəsinin 30 iyun 1930-cu il tarixli, 30 nömrəli və Xalq Maarifi Komissarlığının 29 iyun 1931-ci il tarixli, 87 nömrəli əmrinə əsasən 1931-ci il iyulun 1-də təhsil sahəsində ilk elmi- tədqiqat institutu olan Azərbaycan Elmi-Tədqiqat Pedologiya İnstitutu yaradılmışdır. İnstitutun adı və onun fəaliyyət istiqamətləri bir neçə dəfə dəyişdirilmişdir: 1931-ci ilin iyul ayından 1932-ci ilin oktyabr ayınadək – Azərbaycan Elmi-Tədqiqat Pedologiya İnstitutu; 1932-ci ilin oktyabr ayından 1934-cü ilin oktyabr ayınadək – Azərbaycan Pedologiya və Pedaqogika İnstitutu; 1934-cü ilin oktyabr ayından 1934-cü ilin dekabr ayınadək – Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutu; 1934-cü ilin dekabr ayından 1936-cı ilin avqust ayınadək – Azərbaycan Pedologiya və Pedaqogika İnstitutu; 1936-cı ilin avqust ayından 1937-ci ilin dekabr ayınadək – V. İ. Lenin adına Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutu; 1938-ci ilin yanvar ayından 1938-ci ilin iyun ayınadək – Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutu; 1938-ci ilin iyun ayından 1946-cı ilin yanvar ayınadək – Azərbaycan SSR Maarif Nazirliyinin Azərbaycan Dövlət Elmi-Tədqiqat Məktəblər İnstitutu; 1946-cı ilin yanvar ayından 1951-ci ilin yanvar ayınadək – Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutu; 1951-ci ilin yanvar ayından 1977-ci ilin mart ayınadək – Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutu; 1977-ci ilin mart ayından 2000-ci ilin iyun ayınadək – Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu; Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli, 349 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdindəki Elmi-Metodik Mərkəz və Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun bazasında Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 14 noyabr 2016-cı il tarixli, 1107 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun adı dəyişdirilərək Azərbaycan Respublikasının Təhsil İnstitutu adlandırılmışdır. == Direktorlar == Surxay Hacıyev (1. iyul 1931 – 10. yanvar 1934) Qulam Məmmədov (10. yanvar 1934 – 20. aprel 1935) Yunis Hacıyev (20. aprel 1935 – 17.
Azərbaycan tarixinin çağdaş problemləri (kitab)
"Azərbaycan tarixinin çağdaş problemləri" kitabı 2000-ci ildə Xəzər Universiteti Nəşriyyatında işıq üzü görmüşdür. Azərbaycan tarixçisi, professor Süleyman Əliyarlının 70 illik yubileyinə həsr olnumuş məcmuə Xəzər Universitetinin Tarix departamenti tərəfindən hazırlanmışdır. Redaktor Prof. Hamlet İsaxanlıdır. == Məzmun == Kitab öz məzmununa görə üç hissəyə ayrılır. === Süleyman Əliyarlı haqqında === Elmira Muradəliyeva - Müəllim haqqında söz H.Achmed Schmiede - Tarihin Nabzını Yoklayan El Bəxtiyar Vahabzadə - Tarixçi dostum İllər...illər... Elmi əsərlərinin listəsi === Elmi məqalələr === Mehman Abdullayev - Rusiyanın Şimali Azərbaycanda müstəmləkəçilik siyasəti Audrey L. Altstadt - Azərbaycan Üzərinə Qərb Ölkələrində olan mənbələr: Ceyhun Hacıbeylinin Yazıları Roza Arazova - Azərbaycanın ən qədim əkinçilik mədəniyyəti və onun Yaxın Şərqlə qarşılıqlı əlaqələri məsələsinə dair (rus dilində) İradə Bağırova - "Difai" partiyasının Azərbaycanda yaranması və fəaliyyəti tarixindən (rus dilində) Məmməd Cəfərli - Qummel qardaşları (rus dilində) Cəmil Həsənli - Cənubi Azərbaycanda milli hərəkat (1945-1946) (rus dilində) Lətifə Həsənova - Azərbaycan əhalisinin milli tərkibinin xüsusiyyətləri (müharibədən sonrakı sovet siyahıya almaları üzrə) Xaləddin İbrahimli - "Qurtuluş" dərgisinin Vətən tarixinin öyrənilməsində yeri Hamlet İsaxanlı - Abbasqulu ağa Bakıxanovu oxuyarkən Musa Qasımov - Oktyabr çevrilişindən sonra böyük dövlətlərin Azərbaycan siyasətinin fəallaşmasının səbəbləri Nisbət Məhdiyeva - Rusiya tərkibindəki türk xalqları Fevral inqilabından sonra...
Bazel problemi
Bazel problemi — Pyetro Menqoli tərəfindən 1644-cü ildə ortaya atılan və 1735-ci ildə Leonard Eyler tərəfindən həll edilən məşhur riyazi problemdir. Dövrünün riyaziyyatçılarını üzərində xeyli məşğul etmiş problem Eyleri 28 yaşında böyük şöhrət sahibi etmişdir. Problem adını Eylerin və Bernulli ailəsinin yaşadığı şəhər olan Bazeldən almışdır. Bazel problemi aşağıdakı şəkildə ifadə edilir: ∑ n = 1 ∞ 1 n 2 = lim n → + ∞ ( 1 1 2 + 1 2 2 + ⋯ + 1 n 2 ) {\displaystyle \sum _{n=1}^{\infty }{\frac {1}{n^{2}}}=\lim _{n\to +\infty }\left({\frac {1}{1^{2}}}+{\frac {1}{2^{2}}}+\cdots +{\frac {1}{n^{2}}}\right)} Ardıcıllıq təxminən 1.644934-ə bərabərdir.
Brickellia problematica
Brickellia problematica (lat. Brickellia problematica) — mürəkkəbçiçəklilər fəsiləsinin brickellia cinsinə aid biki növü.
Britaniya Şimali Amerikası Problemləri Hesabatı
Britaniya Şimali Amerikası Problemləri Hesabatı (İngilis dilində: “Report on the Affairs of British North America”) — adətən Durham Hesabatı (“Durham Report”) olaraq bilinir, 1839-cu il tarixli, Quebec, Ontario, Kanada və Britaniya İmperiyası tarixində rol oynamış sənəddir. 1837-1838-ci illərdə Aşağı Kanadada və Yuxarı Kanadada baş verən iğtişaşlardan sonra Whig partiyasına mənsub olan ingilis siyasətçi Durham qrafı John Lambton diktator səlahiyyətləri ilə Kanadanın qubernatoru təyin edildi. Ondan Lambton iğtişaşlarının səbəblərini araşdırması istənildi. Bu dövrdə Kanadadakı rəhbərlik xalq qarşısında cavabdeh deyildi. Lambton, hesabatının birinci səhifəsində ümumi tezisini ümumiləşdirərək, "Mövcud vəziyyətin davam etməsinə icazə verilənə qədər, insanların həyatı və əmlakının təhlükəsizliyi, aktivlərindən istifadəsi və qətiyyətlə işləmələri təmin edilməyəcəkdir” demişdir. Kanadadakı üsyanın səbəblərini idarəetmənin seçilmiş məclisin mövcudluğu ilə xalq qarşısında cavabdeh olmayan hökumətin yaratdığı gərginlik və fransız dilli əhali ilə ingilis dilli əhali arasındakı gərginlik istiqamətində qiymətləndirdi. Buna görə, onun üç əsas tövsiyəsi var idi: Yuxarı Kanada və Aşağı Kanadanın bir koloniyaya birləşdirilməsi, Fransız dilli Kanadalıların mədəni assimilyasiyası və xalq qarşısında hesabat verəcək olan hökumət. Durham, Aşağı Kanadadakı problemlərin etnik baxımdan olduğunu düşünərək tapıntılarını “bir qucaqda mübarizə aparan iki xalq” olaraq təsvir etdi. Kanada Ensiklopediyasının “şovinist” olaraq xarakterizə etdiyi bir yanaşma götürdü; Fransız dilli kanadalıların “ədəbiyyat və tarix çatışmazlığı” olduğunu bildirdi. Aşağı Kanadada əhalinin Yuxarı Kanadadan daha çox olmasına baxmayaraq, qurulacaq yeni əyalətdə iki bölgənin nümayəndəliyinin bərabər olmasının lazım olduğu fikrini müdafiə etdi.
Bulbophyllum proboscideum
Bulbophyllum proboscideum (lat. Bulbophyllum proboscideum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Böyük Qafqaz fiziki-coğrafi vilayətinin ekocoğrafi problemləri.
Böyük Qafqaz fiziki-coğrafi vilayəti — Azərbaycanın fiziki-coğrafi vilayəti. == Ümumi məlumat == Böyük Qafqaz dağları Azərbaycanın şimal və şimal-şərq hissələrini əhatə edir. Əsas hissəsini Baş Qafqaz silsiləsi tutur. Baş Qafqaz silsiləsinin şimalında Yan silsilə, cənubunda Niyaldağ və Qovdağ silsilələri, cənub-şərqində Ləngəbiz və Qobustan alçaq dağlığı, Ələt tirəsi və Abşeron yarımadası yerləşir. Vilayətin şimal-şərqində Qusar maili düzü və Samur-Dəvəçi ovalığı yerləşir. Vilayətdə mezozoy və kaynozoy erasının süxurları yayılmışdır. Ən fəal seysmik hərəkətlər Şamaxı-İsmayıllıda müşahidə olunur. Vilayətdə palçıq vulkanları geniş yayılmışdır. Neft və təbii qaz, tikinti materialları, mineral sular əsas təbii sərvətlər hesab olunur. Vilayətdə bütün iqlim tiplərinə rast gəlinir (yayı quraq keçən soyuq iqlim tipindən başqa).
Bəşəriyyətin qlobal problemləri
XX əsrin son on illiklərində cəmiyyət qarşısında çoxsaylı ciddi və mürəkkəb problemlər yaranmışdır. Onlara qlobal problemlər deyilir. Qlobal problemlər bütün dünya ölkələrini , onun bütün regionlarda yaşayan əhalini əhatə edən , onun hazırkı vəziyyəti və gələcəyinə təhlükə yaradan, həlli üçün bütün imkanların birləşdirilməsi , dövlətlərin və xalqların birgə fəaliyyət göstərməsi tələb olan problemlərdir. Onun sayı və əhatə dairəsi müxtəlif formada müəyyən edilir. Bəzən bu problemlərin miqdarı 20-dən yuxarı qaldırılır. Lakin əsas və özünü daha kəskin göstərən qlobal problemlər ona yaxındır və aşağıdakı istiqamətlərdə qruplaşdırılır. siyasi və sosial-iqtısadi xarakterli həlli vacib olan problemlər; təbii-iqtisadi problemlər; sosial xarakterli problemlərƏksər qlobal problemlərbir-biri ilə əlaqədardı. Ona görə problemlərin eyni vaxtda bütün ölkələr və regionlarda həll edilməsi zəruridir. Bura ilk növbədə sülh və tərki silah, nüvə müharibəsi təhlükəsinin aradan qaldırılması aiddir. Bu problemlər XX əsrin ikinci yarısında nüvə silahının yaradılması və onların ballistik (qitələrarası) raketlərlə daşınmasının mümkün olması nəticəsində yaranmışdır.
Chemical Problems (jurnal)
"Kimya Problemləri" (Chemical Problems) jurnalı — 2003-cü ildən Azərbaycanda dərc olunur. Jurnalın təsisçiləri: AMEA-nın akad. M. F. Nağıyev adına Kataliz və Qeiri-üzvi Kimya İnstitutu. R. Aqladze adına Qeyri-üzvi və Elektrokimya İnstitutu (Gürcüstan), Akif Şıxan oğlu Əliyev və "Turan" kiçik müəssisəsidir. Jurnalda kimya elminin müxtəlif sahələrinə aid tədqiqatların nəticələri dərc olunur: neft kimyası və neft emalı, elektrokimya, polimer kimyası, kimyəvi kinetika və kataliz, kristallokimya, nanokimya, üzvi və qeyri-üzvi kimya, alternativ enerji mənbələrınin tədqiqi, ekoloji kimya, materialşünaslıq və s. Alman firması "Kubonund Zaqner"(Kubon&Sagner) xaricdə jurnalın yayımı ilə məşğul olmuşdur. Jurnal Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (19.09.2002-ci il tarixli 105 saylı reqistrasiya), Ali Attestasiya Komissiyası rəyasət heyətinin 09.07.2004-cü il tarixli (protokol № 13 – Р) qərarı ilə dissertasiyaların əsas nəticələrinin dərc edilməsi tövsiyə edilən elmi nəşrlərin siyahısına daxil edilmişdir. Jurnal dövrü nəşrlərin Beynəlxalq qeydiyyat mərkəzində qeydiyyatdan keçib və 2221–8688 (print) və 2522–1655 (online) ISSN indeksini alıb və bir çox nüfuzlu biblioqrafik, referativ bazalarda, repozitariyalarda və axtarış sistemlərində yerləşdilib: CAS, İndexCopernicus, e. Library.ru, CYBERLENİNKA, VİNİTİ, ResearchBib, ULRICHSWEB, SİS, TheJournalİmpactFactor, İİJİF, ScienceLibraryİndex, İAEA|İNİS, WCOSJ, AcademicKeys, EBSCO, CrossRef. Jurnalın "chemprob.org" saytı fəaliyyət göstərir.
Chenopodium probstii
Ağımtıl tərə (lat. Chenopodium album) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin tərə cinsinə aid bitki növü. == Sinonimləri == Anserina candidans (Lam.) Montandon Atriplex alba (L.) Crantz Atriplex viridis (L.) Crantz Blitum viride (L.) Moench Botrys alba (L.) Nieuwl. Botrys alba var. pauper Lunell Botrys pagana (Rchb.) Lunell Chenopodium agreste E.H.L.Krause Chenopodium album var. album album Chenopodium album subsp. bernburgense Murr Chenopodium album var. candicans Moq. Chenopodium album subsp. collinsii Murr Chenopodium album var.
Dil yoxsa dialekt problemi
"Dil yoxsa dialekt" problemi — hər hansı bir idiomun statusunun müəyyənləşdirilməsi ilə bağlı yaranan sual.
Dnestryanı problemi
Dnestryanı problemi — Moldova ilə tanınmamış Dnestryanı dövləti arasında davam edən dondurulmuş münaqişə. Münaqişənin ən aktiv olduğu dövr Dnestryanı müharibəsi dövrüdür. Bu dövrdə Rusiya dəstəkli Dnestryanı zəfəri ilə nəticələnmişdir. Münaqişəni həll etmək üçün bir neçə dəfə cəhd edildi, lakin heç biri uğurlu olmadı. Düşünmək olar ki, münaqişə 1990-cı il sentyabrın 2-də Dnestryanı birtərəfli qaydada Moldovadan (o vaxt Sovet İttifaqının tərkibində idi) müstəqilliyini elan etdikdən sonra başlayıb.
Dörd boya problemi
Dörd boya problemi — 1852-ci ildə Frensis Qutri tərəfindən təklif edilmiş riyazi məsələdir, hansı ki, aşağıdakı formada tərtib edilir:

Digər lüğətlərdə

вульгариза́ция гиперто́ник голоше́ий доста́точек зафранти́ть мелома́ния молча́льник наса́сываться огласо́вка отчего́-то пресс-подбо́рщик боронова́льщик коте́льный перека́чивать простосерде́чный Измаил ale-draper cardiogenic conywarren empathize lactivorous phrenology враки радиопостановка рацион