Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Artemisia vestica
Artemisia vestica (lat. Artemisia vestica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Netoçka Nezvanova
Netoçka Nezvanova (rus. Неточка Незванова) — Fyodor Dostoyevskinin 1849-cu ildə yazdığı tamamlanmamış romanı. Mənası Adsız heç kim deməkdir. Daha sonra Dostoyevski 1849-cu ildə dövlət əleyhindəki bir sui-qəsdə qarışması iddiası ilə Sibirə sürgün olunduğundan əsər yarıda qalmışdır. 1859-cu ildə Sibirdən geri dönməsinə baxmayaraq əsəri davam etdirməmişdir. İlk dəfə Ann Dunniqan 1972-ci ildə bu əsəri amerikan ingiliscəsinə tərcümə etmişdir. == Məzmunu == Əsərdə Sankt-Peterburqda kasıb bir həyat tərzi keçirərək yaşayan bir qızın həyatından danışılır. Yetim qalan bu qız daha sonra varlı bir ailə tərəfindən övladlığa götürülür. Ögey bacısı Katya ilə tanış olduqdan sonra onu sevməyə başlayır. Lakin bir gün Katya valideynlərinin təkidi ilə Moskvanı tərk etmək məcburiyyətində qalır və qarşıdakı 8 il ərzində Netoçka Katyanın böyük bacısı ilə yaşamağa məcbur olur.
Molodıye boytsı vostoka
Molodıye boytsı vostoka (azərb-kiril. Молодыје бојтсы востока, rus. Молодые бойцы востока; mənası – Şərqin gənc döyüşçüləri) — Azərbaycanda jurnal, Şərq Gəncləri Şurasının orqanı. Yeganə nömrəsi 1921-ci ilin yanvarında, Azərbaycan, rus və fars dillərində, Bakı şəhərində çıxmışıdır. Jurnalda Şərq gənclərinin həyatı və inqilabi mübarizəsini əks etdirən yazılarla yanaşı, Şərq gənclərinin 1920-ci ilin sentyabrında Bakıda keçirilmiş I qurultayı haqqında məlumat, qurultayın Manifesti, nizamnaməsi və b. materiallar da dərc olunmuşdur.