Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Minnie
Nişa Yontararak (tay ณิชา ยนตรรักษ์; 23 oktyabr 1997, Banqkok) və ya tanınan səhnə adı ilə Minni (kor. 민니; tay มินนี่) – Cənubi Koreyada fəaliyyət göstərən Tailand müğənnisi, bəstəkarı və aktrisası. "(G)I-dle" qrupunun üzvüdür. == İlk illəri == Nişa Yontararak 23 oktyabr 1997-ci ildə Tailandın paytaxtı Banqkokda doğulmuşdur. Onun ailəsi üçüncü nəsil Tailand çinlilərindəndir. İki böyük qardaşı var. O, musiqi ailəsində doğulmuşdur. Anası, xalası və əmisi pianoda ifa edirlər. Minni 5 yaşında pianoda ifa etməyə və 7 yaşında vokal dərslər almağa başlamışdır. Musiqiyə maraq göstərməsində anasının böyük təsiri olmuşdur.
Vinnie Jones
Vincent Peter Jones (5 yanvar 1965, Uotford, İngiltərə) — keçmiş ingilis futbolçusudur. Futboldan sonra onun aktyorluq karyerası başlamışdır. 2011-ci ildə çəkilmiş Cross (Azərbaycan dilində: Atışma) filmində rol almışdır. O, 5 yanvar 1965-ci ildə Uotfordda Piter və Qlenda (Harris) Consun ailəsində anadan olub. 1994-cü ildə Tanya Terri ilə evlənmişdir. Tanyanın keçmiş həyat yoldaşından (Stiv Terri) Kayli (1987-ci il təvəllüdlü) adlı qızı və Vinni Consdan da Aaron (1991-ci il təvəllüdlü) adlı bir oğlu vardır. Oğlu Aaron Cons Kral Hərbi Kollecində oxumuşdur. O, 2008-ci ilin avqustunda məzun olmuş və Britaniya ordusunun Sahil Mühafizəsi bölməsində xidmət edir.
Oleq Vınnık
Oleq Anatolyeviç Vinnik (ukr. Олег Анатолійович Винник) — Ukraynalı müğənni, bəstəkar və mahnı müəllifi(ukrayna və rus dillərində); Səhnə adı-OLEGG ilə Almaniya, Avstriya və İsveçrədə bir sıra tanınmış müziklların baş rollarının ifaçısı kimi məşhurluq qazanmışdı.
Vinni-Pux
Vinni-Pux (ing. Winnie-the-Pooh) — plüş ayı balası, Alan Aleksandr Milnin povest və şeirlərinin personajı, 20-ci əsrin ən məşhur ədəbi uşaq qəhrəmanı. 1960-1970-ci illər Boris Zaxoderin yenidən nağıl etməsi, daha sonra Leonovun səsləndirdiyi "Soyuzmultfilm" studiyasının filmləri Vinni-Puxu Sovet İttifaqında da məşhur etdi. 2009-cu ildə Böyük Britaniyada Vinni-Puxun birinci müəllifləşdirilmiş davamı çıxıb. Milnin kitablarının digər əksər personajları kimi ayı balası Vinni də öz adını yazıçının oğlu Kristofer Robinin (1920-1996) həqiqi oyuncaqlarının birinin adından götürüb. Öz növbəsində, həmin oyuncaq 1920-ci illərdə London zooparkında saxlanılan Vinnipeq (Vinni) ləqəbli dişi ayının adıyla adlandırılıb. Kristofer Robinə məxsus plüş Vinni-Pux indi Nyu-York kitabxanasının uşaq otağında yerləşir. O, Şepardın illüstrasiyalarında gördüyümüz ayıya az bənzəyir. İllüstratora model nümunəsi öz oğlunun "Growler" plüş ayısı olmuşdur. Təəssüflər olsun ki, o, rəssamın ailəsində yaşayan itin qurbanı olaraq qalmamışdır.
Vinni Cons
Vincent Peter Jones (5 yanvar 1965, Uotford, İngiltərə) — keçmiş ingilis futbolçusudur. Futboldan sonra onun aktyorluq karyerası başlamışdır. 2011-ci ildə çəkilmiş Cross (Azərbaycan dilində: Atışma) filmində rol almışdır. O, 5 yanvar 1965-ci ildə Uotfordda Piter və Qlenda (Harris) Consun ailəsində anadan olub. 1994-cü ildə Tanya Terri ilə evlənmişdir. Tanyanın keçmiş həyat yoldaşından (Stiv Terri) Kayli (1987-ci il təvəllüdlü) adlı qızı və Vinni Consdan da Aaron (1991-ci il təvəllüdlü) adlı bir oğlu vardır. Oğlu Aaron Cons Kral Hərbi Kollecində oxumuşdur. O, 2008-ci ilin avqustunda məzun olmuş və Britaniya ordusunun Sahil Mühafizəsi bölməsində xidmət edir.
Vinnipeq
Vinnipeq (ing. Winnipeg) — Kanadanın Manitoba əyatlətinin mərkəzi.
Zinnia
Bu cins Qettingen Tibb Universitetinin professoru İ.Q.Zinnin şərəfinə adlandırılmışdır.Cinsin Mərkəzi və Cənubi Amerikada bitən 15 növü vardır.Növlərdən bəzilərini açıq şəraitdə yetişdirirlər.Hazırda gülçülükdə yabanı növlərdən istifadə olunmur.Formalar,növarası hibridlər və sortlar yetişdirilir.Gülçülükdə gözəl zinniya (Z.elegans) çox geniş yayılmışdır.Bu bitkinin respublikamızda müxtəlif mədəni formaları və hibridləri vardır.Bütün növlər hündürlüyü,çiçəkləmə müddəti və hamaşçiçəklərin forması ilə fərqlənən qruplara bölünür.Z.elegans növünün aşağıdakı formaları məlumdur: georginçiçəkli,nəhəng kaktusçiçəkli,pumilya,skabiozaçiçəkli,superkaktusçiçəkli və fruvunder.Zinniya mart-may aylarında toxumla çoxaldılır.Böyüyən cücərtiləri şitil edib torflu dibçəklərə köçürürlər.Toxumlar əsas və iki yan zoğlarda yerləşir. Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016.
Vimne
Vimne (fr. və oks. Vimenet) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12303. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 141 nəfər (15-64 yaş arasında) 103 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə bu göstərici 69.8%).
Vinir
Vinir (bunlara "laminat vinir, laminat vener, dental veneer, laminey, lamine, lamina, винир" da deyilir) əsasən ön dişlərin görünən hissəsinə tətbiq olunan və incə lövhəciklər şəklində hazırlanır estetik diş bərpa növüdür. Hazırlanmasında məqsəd dişlərə mümkün olduğu qədər az zərər vermək və maksimal dərəcədə estetik nəticələr əldə etməkdir. Lamina vinirlər dişlərin həm formasında, həm ölçülərində, həm də rəngində əhəmiyyətli deyişmələr etməyə imkan verirlər. Beləcə dişlərə ən az müdaxilə edilərək, istənilən estetik nəticəni əldə etmək mümkün olur. Kompozit vinirlər Prefabrike (əvvəlcədən hazırlanmış) vinirlər Farfor (feldşpat) vinirlər Press-keramika vinirlər Zirkon vinirlər Dişlərin formasını dəyişmək ehtiyacı olduğunda - çat, qırıq, sürtünmə, anormal forma və sair. Dişlərin rəngini dəyişmək ehtiyacı olduğunda - anadangəlmə və ya sonradan olan rəglənmələr, tatuaj və sair. Diş cərgəsinin formasını dəyişmək ehtiyacı olduğunda - aralı dişlər, qısa dişlər, minimal dərəcədə əyri dişlər və sair. Dişlərdə böyük defektlər və ya plomblar varsa 5 və ya daha çox arxa dişin olmaması Bruksizm (diş qıcama) Bəzi pis vərdişlər - dırnaq yemək, tum çırtlamaq və sair. Ağız gigiyenasının pis olması Dişətləri problemlərinin olması - qinqivit, paradantoz. Bəzi mədə-bağırsaq problemlərinin olması - qastrit, reflü və sair.
Vişnə
Albalı (lat. Prunus subg. Cerasus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Albalı yarımcinsinə aid 140 növ var. Növ müxtəlifliklərindən ən çox yayılanı aşağıdakılardır: mərmərik albalı; mahaleb albalısı; çöl albalısı. Güman edirlər ki, adi mədəni albalı yabanı gilas ilə çöl albalılarının təbii hibrididir. Azərbaycanda mərmərik və çöl albalısı bitən sahələr çoxdur. Yabanı albalı aprel-mayda çiçəkləyir. Ağ rəngli çiçəkləri 2-4 ədəd bir yerdə uzun saplaq üzərində əmələ gəlir. Meyvələri iyulun axırı və avqustda yetişir.
Ahmet Taner Kışlalı
Əhməd Tanər Qışlalı (türk. Ahmet Taner Kışlalı; 10 iyul 1939, Zilə[d], Toqat ili – 21 oktyabr 1999, Ankara) — Türkiyə politoloqu, siyasətçisi (sabiq nazir), yazıçısı və təhsil qurumu üzvü. == Həyatı == Atası Ziraat Bankı xəzinədarı Hüsnü bəy, anası isə Kilis Kemaliye ibtidai məktəb müəllimi olan Lütfiye xanımdır. Əhməd Tanər Kilis Kemaliye ibtidai məktəbindən sonra Kilis orta məktəbini və Kabataş oğlan Liseyini bitirib. Liseyi bitirdikdən sonra Ankara Universitetinin Siyasi Elmlər fakültəsinə daxil olmuş, oxuduğu müddətdə həm də "Yeni gün"-də idman jurnalistliyi etmişdir. 1962–1963-cü illərdə " Yeni gün" qəzetində yazı işləri şöbəsinin müdiri olmuşdur. Paris Universitetində konstitusiya və siyasət elmi çərçivəsində "Müasir Türkiyədə siyasi güclər" adlı elmi işini müdafiə edərək doktorluq dərəcəsi alıb. Fransada tanış olduğu Bordolu Nikole(Nilgün Kışlalı) ilə 1968-ci ildə evlənən Kışlalının bu evlilikdən iki qızı dünyaya gəlib. Əsgərlikdən qayıtdıqda universitetə qəbul edilməmiş, Siyasi Elmlər fakültəsinə keçmişdir. 1972-ci ildə dosent adını almışdır.
Alburnus linnei
Adi şəmayı (lat. Alburnus alburnus) — Çəkiyəbənzərlər dəstəsinə, Şəmayılar cinsinə daxil olan növ. == Təsviri == Qarışıq rəngə sahibdir — beli tünd, boz-mavidən zeytuni yaşıla qədər, qarnı və ətrafları gümüşü. Bel və quyruq üzgəcləri tünd, digərləri isə sarı və ya qırmızımtıl olur. 20 sm uzunluğa (ortalama 12–15 sm, ən böyüyü 25 sm) və 60 q çəkiyə sahib olur. Bununla belə 80–100 çəkiyə sahib nümunələrinə də rast gəlinir. Ən sevimli qidası milçək tırtıllarıdır. == Yayılması == Adi şəmayılar Azov, Baltik, Qara, Xəzər (şimal hissəsinə aid hövzədə) və Ağ dəniz (qərb avkatoriyasında) sularında müşahidə edilirlər. == Həyat tərzi == Çaylarda, göllərdə, su anbarlarında və nisbətən duzlu olan çay mənsəblərində yayılırlar. Sürü halında yaşayırlar və əsasən suyun üst hissələrini üstün tuturlar.
Bonnie Tyler
Bonni Tayler (ing. Bonnie Tyler - 8 iyun 1951) — Uels əsilli müğənni. Əsl adı Geynor Hopkins (Gaynor Hopkins) olan Taylerin yaradıcılığının ən aktiv dövrü XX əsrin 70–80-ci illəri olub. Bonni Tayler 2013 Avroviziya Mahnı Müsabiqəsində Böyük Britaniyanı "Believe In Me" mahnısı ilə təmsil etmiş və Böyük Britaniyaya 19-cu yeri qazandırmışdır. == Erkən illəri == Geynor Hopkins Uelsin Skuene şəhərində 1951-ci il 8 iyun tarixində anadan olub. Atası Qlindur kömür mədənçisi və anası Elsi evdar qadın idi. Hopkins ailəsi dörd qız və iki oğul böyüdüb, onlar dörd otaqlı evdə yaşayırdılar. Onun böyük bacıları gözəl musiqi zövqlərinə malik idilər və onlar Taylerdə Elvis Presli ,The Beatles kimi ifaçılara maraq oyatdılar. Hopkinslər ailəsi çox dindar protestant idilər. Onun ilk ictimai çıxışı uşaq ikən məhz ibadətgahda olub.
Dinnik gürzəsi
Dinnik gürzəsi (Vipera dinniki) — Əsl gürzələr cinsinə aid ilan növü. Rus zooloqu Nikolay Yakovleviçin şərəfinə adlandırılmışdır (1847–1917). == Görünüşü == Dinnik gürzəsi 500–550 mm uzunluğa malik olur. Quyruğu isə 30–80 mm-dir. Bədənin üzəri boz-yaşıl, narıncı, və qəhvəyi rəng calarlarında olur. == Yayılması == Dinnik gürzəsi Böyük Qafqazın yüksək dağlıq ərazilərində yayılmışlar. Onlara Rusiya, Gürcüstan və Azərbaycanda yayılmışlar. Azərbaycanda Zaqatala Dövlət Təbiət qoruğu ərazisində rast gəlinə bilər. == Həyat tərzi == Dinnik gürzəsi qafqaz gürzəsinfən fərqli olaraq düzən ərazilərdə yayılmışlar. Onlara əsasən 1500 metrdən 3000 m hündürlüyə qədər olan ərazilərdə rast gəlinir.
Hubert Minnis
Hubert Aleksandr Minnis (ing. Hubert Alexander Minnis; 16 aprel 1954, Nassau) — 2017-ci ilin mayından Baham adalarının keçmiş Baş naziri. 2016-cı ilin dekabrında partiyasındakı liderlik vəzifəsindən azad edildi və partiyadakı daxili qarışıqlıqdan sonra 2017-ci ilin aprelində vəzifəsinə qaytarıldı. Partiyasının 10 may 2017-ci il tarixli ümumi seçkilərdə qazandığı zəfərdən sonra Baş nazir oldu. == Həyatı == Minnis Baham adalarının paytaxtı Nassau şəhərində dünyaya gəlib. Nassaudakı Bizim Xanım İbtidai məktəbi, Qərbi Cunior və Müqəddəs Avqustin Kollecində ilk təhsilini almış, sonra isə Minnesota Universitetində davam etdirmişdir. 1985-ci ildə Londonda Qərbi Hindlər Universiteti və Kral Mamalıq və Ginekologiya Kollecində doktorluq dərəcəsi aldıqdan sonra Baham adalarına qayıtdı. Burada Şahzadə Marqaret Xəstəxanasında həkim olaraq çalışdı. Minnis Baham Adaları Tibb Dərnəyinin Prezidenti, Tibb Şurasının üzvü, Baham Adaları Xəstəxanalar Korporasiyasının sədri və Qərbi Hindlər Universitetində Qadın Xəstəlikləri və Ginekologiya müəlliminin köməkçisi olub. Minnis ilk dəfə 2007-ci ilin mayında parlamentə seçildi və Səhiyyə Naziri olaraq kabinetə təyin edildi.
Sennıe Ludı
Sennıe Ludı — Barens dənizində daxil olan Ura körfəzində yerləşən 3 adacıqdan ibarət adalar qrupu. Onların uzunluqları 130 – 200 m arasında yerləşir. Şalim adasının cənub qutaraçağından 100–170 m aralıda qərarlaşırlar. Arxipelaqın ümumi uzunluğu 700 metrdir. Qrupa daxiil olan adalardan biri Şalim adasına dayazlıqla birləşir. Yay ayları adaların üzəri ot bitkiləri ilə örtülür. Görünür adaya adın verilməsi bununla əlaqədardır. Ağ dənizdə də Soloves arxipelaqına daxil olan Sennıe Ludı adlı ada vardır. Сенные Луды // Кольская энциклопедия. В 5 т.
Tinca linnei
Lilbalıq (lat. Tinca tinca) — lilbalıq cinsinə aid balıq növü. Çəkikimilər fəsiləsinə aid balıq növüdür. D III–IV 8, A III 7, birinci qəlsəmə qövsündə 16–20 dişcik olur. Udlaq dişləri bir sırada yerləşir, adətən 4–5 və ya 5–4 olur. Lilbalığının bədəni pulcuqlarla və sıx seliklə örtülüdür. Pulcuqlar xırda olub, dəridə möhkəm yerləşmişdir. Yan xətt bədənin tam ortasında yerləşir. Orta hesabla hər sırada 100-ə yaxın pulcuq olur. Rəngi qidalanma şəraitindən asılıdır: yaşımtıl-gümüşü (qumsal şəffaf sularda) rəngdən bürünc çalarlı tünd-qonur (lil qruntlu su hövzələri) rəngə qədər olur.
Typhlodromips vignae
Vinnipeq Universiteti
Vinnipeq Universiteti (ing. University of Winnipeg) — Kanadanın Manitoba əyalətinin mərkəzi olan Vinnipeq şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 1871-ci ildə qoyulmuşdur.
Vinnipeq gölü
Vinnipeq — Kanadanın Manitoba vilayəti ərazisində yerləşən göl. Göl Vinnipeq şəhərindən 55 km şimalda yerləşir. Kanadanın cənubunda yerləşən ən iri göldür. Vinnipeq Kanadanın şirinsulu gölləri arasında sahəsinə görə beşinçidir. Gölün orta dərinliyi cəmi 12 metrdir. Maksimal dərinlik isə 36 metrdir. Dünyada isə sahəsinə görə 12-ci yerdədir. Şərq hissəsində meşə sahələri geniş sahə tutur. Bu əsrarəngiz təbiət gələcəkdə YUNESCO Ümumdünya irsi siyahısına daxil edilə bilər. Şimaldan cənuba 416 km uzunluğa malikdur.
Vışniy Voloçyok
Vışniy Voloçyok — Rusiya Federasiyasında yerləşən şəhər. Tver vilayətinə daxildir.
Vine
Vine — Twitter tərəfindən 2013-cü ilin yanvar ayında istifadəyə təqdim edilən pulsuz video paylaşma tətbiqi. Tətbiq, istifadəçinin maksimum 6 saniyəlik qısa videolar çəkməsini təmin edir. Çəkilən videolar Facebook və Twitter üzərindən paylaşıla bilir. Həmçinin, Dünyada və Türkiyədə gündəlik həyatda istifadə edilən tətbiqi halına gəlmişdir. 27 oktyabr 2016-cı ildə tətbiqin bağlanacağı çatdırılmışdır. İstifadəçilərin videoları Vine tətbiq daxilində yayımlanırdı və Facebook, Instagram və Twitter kimi digər xidmətlərdə də bu videoları paylaşmaq mümkün olurdu. Vine tətbiqi, digər istifadəçilərin yaydığı video materiallara, mövzu qruplarına və populyar meyilli video materiallara nəzər salmaq üçün də istifadə edilə bilirdi. Vine Instagram və Mobli kimi məşhur tətbiqlərlə yarışmağı bacarmışdır. 2015-ci ilin dekabr ayında, Vine, 200 milyon aktiv istifadəçiyə malik idi. Vine, Dom Hofmann, Rus Yusubov və Kolin Kroll tərəfindən 2012-ci ilin iyun ayında yaradılıb.
Indie rock
İndi-rok (ing. Indie rock) — rok musiqisinin stillərindən biridir. İngilis dilindəki "independent" (tərc. "müstəqil") və "rock" sözlərindən yaranmışdır. İndi-rok ABŞ və Böyük Britaniyada formalaşmışdır. Bu musiqi tərzinin xüsusiyyəti ondadır ki, bu tərzdə oxuyan qruplar öz musiqilərini məhz özləri, yəni heç bir studiya olmadan geniş kütlə ilə paylaşırlar. Hazırda dünyada indi-rok tərzində oxuyan qruplar üstünlük təşkil edir.
Vinis Mabansaq
Vinis Villorente Mabansaq (15 noyabr 2022, Manila, Filippin) — Filippin Əhali və İnkişaf Komissiyası və Birləşmiş Millətlər Təşkilatı tərəfindən Yer kürəsinin simvolik səkkiz milyardıncı insanı kimi seçilmiş, Manilada doğulmuş qızdır. Vinis Mabansaq 15 noyabr 2022-ci ildə yerli vaxtla saat 01:29-da Dr. Xose Fabella Memorial Xəstəxanasında anadan olmuşdur. Onun valideynləri 29 yaşlı olan Alvin Mabansaq və 28 yaşı olan Marqaret Mabansaqdır. Vinis anadan olduqdan sonra Filippinin Əhali Komissiyası klinikanın bütün tibb bacılarının alqışları altında ona xoş tort təqdim etdi.
Minni (müğənni)
Nişa Yontararak (tay ณิชา ยนตรรักษ์; 23 oktyabr 1997, Banqkok) və ya tanınan səhnə adı ilə Minni (kor. 민니; tay มินนี่) – Cənubi Koreyada fəaliyyət göstərən Tailand müğənnisi, bəstəkarı və aktrisası. "(G)I-dle" qrupunun üzvüdür. == İlk illəri == Nişa Yontararak 23 oktyabr 1997-ci ildə Tailandın paytaxtı Banqkokda doğulmuşdur. Onun ailəsi üçüncü nəsil Tailand çinlilərindəndir. İki böyük qardaşı var. O, musiqi ailəsində doğulmuşdur. Anası, xalası və əmisi pianoda ifa edirlər. Minni 5 yaşında pianoda ifa etməyə və 7 yaşında vokal dərslər almağa başlamışdır. Musiqiyə maraq göstərməsində anasının böyük təsiri olmuşdur.