Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Borş
Borş (İngiliscə tələffüz: /ˈbɔːrʃ, ˈbɔːrʃt/) — Daha çox Şərqi Avropa və Şimali Asiyada yayılmış şorba. Ukrayna mənşəli bir yeməkdir. Rusiya imperiyası dövründə Rusiyadan Azərbaycan mətbəxinə daxil olan xörək. Rusiyadan başqa borşun müxtəlif növləri Ukrayna, Polşa, Litva, Moldova, və Şərqi Avropanın başqa ölkələrində də bişirilir. Borşun tərkibində olan tərəvəzlər sümüklü mal ətinin suyunda bişirilir. Borşa rəng verən tərəvəz çuğundurdur. Bəziləri borşa az çuğundur qatır ki, bu da borşun rəngini qırmızı deyil, sarı edir. Borşu bişirdikdən sonra bir neçə saatlıq kənara qoyduqda dadlar bir-birinə qarışır və daha da ləziz olur. == Ərzaqlar == 6 porsiya üçün nəzərdə tutulub 1 kq iri tikələrə bölünmüş sümüklü mal əti 5 xörək qaşığı kərə yağı və ya duru yağ 1 baş soğan 1 ədəd orta boy çuğundur (300 qr) 2 ədəd yerkökü (300 qr) 2 xörək qaşığı tomat 3–4 dəfnə yarpağı (rusca: lavroviy list) 1 ədəd orda boy kələm (700 qr) 3 ədər kartof 2 stəkan xırda-xırda doğranmış cəfəri zövgə görə duz zövgə görə istiot == Hazırlanma qaydası == İri qazana mal ətini qoyub, üstünə təxminən 20 stəkan su töküb qaynadın. Tez-tez kəfini alın.
Hors
Hors — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. == Tarixi == Rayondakı 9 km şimal-şərqdə, Hors dərəsindən axan çayın yanında yerləşir. Kəndin adı tarixi mənbələrdə ilk dəfə X əsrdə xatırlanır. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə Xors kimi qeyd edilmişdir. Bu qədim azərbaycanlı Kəndində XII–XIV əsrlərə aid çoxlu tarixi abidələr, Alban kilsəsinin qalıqları, oğuz qəbiristanlığı, qədim Oral Malux və Quşxana kəndlərinin binalarının qalıqları (XIII–XIV əsrlər) vardır. == Toponimi == Toponim xors türk etnonimi əsasında əmələ gəlmişdir. Azərbaycan dilində q~x~h səs əvəzlənməsi qanunauyğun haldır. Onu da qeyd edək ki, xors (hors) etnonimi qors, xoros, xurs formalarında da qeyd edilir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Lorş
Lorş (alm. Lorsch‎) — Almaniyanın Hessen torpağının Darmştadt inzibati dairəsində şəhər. Sahəsi 25.24 km2, əhalisi 12810 nəfərdir (2007).
Qors
Hors — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. == Tarixi == Rayondakı 9 km şimal-şərqdə, Hors dərəsindən axan çayın yanında yerləşir. Kəndin adı tarixi mənbələrdə ilk dəfə X əsrdə xatırlanır. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə Xors kimi qeyd edilmişdir. Bu qədim azərbaycanlı Kəndində XII–XIV əsrlərə aid çoxlu tarixi abidələr, Alban kilsəsinin qalıqları, oğuz qəbiristanlığı, qədim Oral Malux və Quşxana kəndlərinin binalarının qalıqları (XIII–XIV əsrlər) vardır. == Toponimi == Toponim xors türk etnonimi əsasında əmələ gəlmişdir. Azərbaycan dilində q~x~h səs əvəzlənməsi qanunauyğun haldır. Onu da qeyd edək ki, xors (hors) etnonimi qors, xoros, xurs formalarında da qeyd edilir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Sors
Sors — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Sorus kəndi Şingədulan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Molalan kəndi mərkəz olmaqla Molalan kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Əhalisi 824 nəfərdir.
Vorms
Vorms (alm. Worms‎[ˈvɔɐ̯ms], pfals. Woms, Woams, salnamələrdə köhnə adı "Vernitsa" alm. Verniza, Vernica ) — Almaniyanın cənub-qərbində, Reynland-Pfalz federal əyalətinin ərazisində, federal torpaq tabeliyində olan şəhər. Orta əsrlərdə bu şəhər Almaniyanın siyasi həyatının mühüm mərkəzi olmuşdur. Orada Reyxstaqlar toplaşmış və alman millətinin Müqəddəs Roma İmperiyasının imperatorları seçilmişdi. Vorms reformasiyanın başlanğıcı ilə bağlı burada baş verən tarixi hadisələrə, eləcə də hadisələrin çoxu Vormsda baş verən " Nibelunqenlilər " orta əsr qəhrəmanlıq eposuna görə xüsusi şöhrət qazanmışdır. == Coğrafiya == Şəhər Reyn çayının sol sahilində yerləşir. == Tarix == 2000 illik tarixə malik olan bu şəhər Almaniyanın ən qədim şəhərlərindən biridir və onun ilk sakinləri keltlər olmuşdur. 5-ci əsrin əvvəllərində bir Alman qəbiləsi Bornholm adasından Avropaya köç etdi, üzvləri orijinal yaşayış yerlərinin adından sonra Burqundiona və ya Burqundiya adlandırıldı.
Cek Vord
Cek Vord, Quşcuğaz və ya Yusif Rəis (1 yanvar 1553 – 1622, Tunis) — əfsanəvi dəniz qulduru tarixdə Yusuf Rəis kimi də tanınır. Cek Sərçə personajı ondan ilhamlanaraq yaradılmışdır. Tarixdı həm də Yusuf Rəis və ya "Türkə dönmüş xristian" kimi tanınır. == Tərcümeyi-halı == İngilisdilli millətlər üçün Cek Quşcuğaz (Jack Birdy) əfsanəvi dəniz qulduru idi və onun barəsində müxtəlif kitablar, pyeslər yazılmışdı. XX əsrdə bu dəniz qulduru barədə bir neçə macəra filmi çəkilmişdi. Nəhayət, 2000-ci illərdə Hollivudun çəkdiyi "Qəraib dənizi quldurları" film epopeyası, əsasən də məşhur Hollivud ulduzu Conni Depp`in mahir ifasında Cek Sərçə (Jack Sparrow) adı ilə yaratdığı obraz bu tarixi qulduru kinodakı rolun adı ilə bütün dünyaya tanıtdı. === Erkən həyatı === Cek Vord (Jack Ward) və ya bəzi sənədlərdə Con Vord (John Ward) kimi tanınan bu adamın erkən dövrü barədə az məlumat var. Ehtimala görə, o, 1552 və ya 1553-cü ildə İngiltərənin cənub-şərqindəki Kent bölgəsinin kiçik Faverşem liman şəhərində doğulub. Liman şəhəri keçmiş dənizçi və dəniz quldurlarının sonuncu sığınacağı hesab edilirdi. Şəhər əhalisinin əsas qazanc yeri balıqçılıq və qısa məsafələrdə işləyən dəniz ticarəti idi.
Fyodor Korş
Fyodr Yevgeniyeviç Korş (4.5.1843-1.3.1915) — rus filoloq, professor, görkəmli dilçi. == Həyatı == Fyodr Yevgeniyeviç Korş 4 may 1843-cü ildə Moskva şəhərində anadan olmuşdur. Fyodr Korş 1 mart 1915-ci ildə Moskva şəhərində vəfat etmişdir. == Xarici keçidlər == Фундаментальная электронная библиотека «Русская литература и фольклор»: Энциклопедия «Слова о полку Игореве» Фундаментальная электронная библиотека «Русская литература и фольклор»: ЭНИ «Personalia» Arxivləşdirilib 2007-07-17 at the Wayback Machine Русский биографический словарь, сетевая версия Arxivləşdirilib 2005-05-18 at the Wayback Machine Биография на сайте «Поэзия Московского университета». Биография на сайте «Ярус». Arxivləşdirilib 2012-11-07 at the Wayback Machine Биография на сайте «Грамота.ру». Шуточные стихи Ф. Е. Корша // Российский Архив: История Отечества в свидетельствах и документах XVIII—XX вв.: Альманах. - М., 1992. Т. II—III. Фонд на сайте Архив Российской академии наук.
Fyodr Korş
Fyodr Yevgeniyeviç Korş (4.5.1843-1.3.1915) — rus filoloq, professor, görkəmli dilçi. == Həyatı == Fyodr Yevgeniyeviç Korş 4 may 1843-cü ildə Moskva şəhərində anadan olmuşdur. Fyodr Korş 1 mart 1915-ci ildə Moskva şəhərində vəfat etmişdir. == Xarici keçidlər == Фундаментальная электронная библиотека «Русская литература и фольклор»: Энциклопедия «Слова о полку Игореве» Фундаментальная электронная библиотека «Русская литература и фольклор»: ЭНИ «Personalia» Arxivləşdirilib 2007-07-17 at the Wayback Machine Русский биографический словарь, сетевая версия Arxivləşdirilib 2005-05-18 at the Wayback Machine Биография на сайте «Поэзия Московского университета». Биография на сайте «Ярус». Arxivləşdirilib 2012-11-07 at the Wayback Machine Биография на сайте «Грамота.ру». Шуточные стихи Ф. Е. Корша // Российский Архив: История Отечества в свидетельствах и документах XVIII—XX вв.: Альманах. - М., 1992. Т. II—III. Фонд на сайте Архив Российской академии наук.
Olqa Forş
Olqa Forş (16 (28) may 1873, Dağıstan vilayəti – 17 iyul 1961, Leninqrad) — Rusiya yazıçısı. Rusiyada inqilabi-demokratik mübarizəni əks etdirən tarixi romanların müəllifi kimi tanınır. == Həyatı == Anası yarı gürcü, yarı azərbaycanlı olan Nina Şahəddinova erkən vəfat edib.
Rendez-Vous
Rendez-vous elektron musiqiçi və bəstəkar Jan Mişel Jarrın 5 aprel 1986-cı ildə Polydor lisenziyalı Disques Dreyfus-da buraxılmış səkkizinci studiya albomudur. Bu, onun bu günə qədər Fransa hit-paradlarına başçılıq edən son studiya albomudur.Albomun təsviri uzun müddətdir əməkdaşlıq edən Mişel Qrencer tərəfindən yaradılmışdır. Albomdakı son trekdə əvvəlcə astronavtRon McNair tərəfindən Space Shuttle Challenger- də yazılmış saksafon parçasının yer alması planlaşdırılırdı ki, bu da onu kosmosda yazılan ilk musiqi parçası edəcəkdi. Bununla belə, 28 yanvar 1986-cı ildə, havaya qalxdıqdan 73 saniyə sonra Çellencer parçalandı və bütün Challenger ekipajı həlak oldu.Trek McNair və Challenger- dəki digər astronavtlara həsr olunmuşdu.Albomdakı saksafon partiyasını saksofonçu Pierre Gossez ifa edir. Albom 1987-ci ildə "Ən Yaxşı Yeni Dövr Albomu" nominasiyasında Grammy Mükafatına namizəd olsa da, mükafatı qazana bilməd.
Samuel Mors
Samuel Finli Briz Morze (ing. Samuel Finley Breese Morse, 27 aprel 1791[…] – 2 aprel 1872[…], Nyu-York, Nyu-York ştatı) — amerikalı portret və tarixi səhnələr rəssamı, tək telli teleqraf sisteminin, Morze əlifbasının yaradıcısı. == Haqqında == Samuel Morze 19 yaşında Yel Universitetini bitirib. Londona gedib geri döndükdən sonra portret janrı o dövrdə çox populyar olduğuna görə bu janrda rəsmlər çəkməyə başlayıb. "Köhnə millət məclisi", "Luvr qalereyası" "Heraklın sonu" onun ən məşhur tablolarındandır. 1826-cı ildə Milli İncəsənət Akademiyasının qurulmasında böyük rolu olub, bu qurumun ilk başçısı seçilib. 1832-ci ildə Nyu-York Universitetinin Rəsm və Heykəl Şöbəsinin professoru olub. Teleqraf sistemi ilə əlaqəli tədqiqata başlayandan sonra rəssamlıq fəaliyyətinə ara verib. Morzenin mexaniki araşdırmalara marağı gənc yaşlarında başlamışdır. 1832-ci ildə etdiyi okean səyahətində, Charles Tomas Jacksonun elektriklə əlaqədar son inkişafları izah etməsi üzərinə, Nyu-York Universitetində elektromaqnetik mövzularında öyrəndikləri mövzular, başında elektrikli teleqraf fikrini doğurdu.
Soyuq borş
Soyuqcu (pol. Chłodnik, bolq. Халаднік), həmçinin soyuq borş (Lit. Šaltibarščiai, Latviya Aukstā zupa) — Şərqi Avropa xalqlarının mətbəxinin milli yeməyi: Belorus, Litva, Latviya, Ukrayna və Polşa. Rusiya mətbəxində bu supun adı şəkər çuğunduru adlanır. Kvas üzərində bişmiş həmçinin ətlə bişmiş soyuq borş fərqli olur. Əsas bu yeməyi qatıqla hazırlayırlar (qatığı südlə də əvəz etmək olar). Qatıqdan əlavə borşa müxtəli tərəvəzlərdə qatılır (dilimlənmiş xiyar, soğan, şüyüd). Sonra yemeək soyudulur.
Vers (Əlburz)
Vers (fars. ورس‎) iranın Qəzvin ostanının Əlburz şəhristanının Məhəmmədiyə bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 677 nəfər yaşayır (243 ailə).
Vers dağı
Vers dağı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində dağ.Vers dağı Dərələyəz və Göyçə mahallarının sərhədində yerləşir. Bir tərəfi Dərələyəzdə Qovuşuq kəndinə məxsus Soğanlı yaylağına, o biri tərəfi isə Göyçənin Basarkeçər (Vardenis) və Qaranlıq (Martuni) rayonuna (Göyçə gölünə) baxır. Dağın yüksəkliyi 3522 m-dir. Oronim varsaq türk tayfasının adı əsasında əmələ gəlmişdir. Etnooronimdir. Quruluşca mürəkkəb oronimdir.
Vöre-Voruaz
Vöre-Voruaz (fr. Veurey-Voroize) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Fonten-Sassenaj kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38540. Kommunanın 2009-cu il üçün əhalisi 1 386 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 178 ilə 1 620 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 85 km cənub-şərqdə, Qrenobldan 13 km şimal-qərbdə yerləşir.
Vürs reaksiyası
Vürs reaksiyası və ya Vürts reaksiyası — metallik natriumun alkilhalogenlərə təsiri ilə simmetrik alkanların sintez metodudur. 1855-ci ildə fransız alimi Şarl Adolf Vürs tərəfindən tapılmışdır.
Çors (Çaypara)
Çors (fars. چورس‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,367 nəfər yaşayır (636 ailə). == Tarixi == Hazırkı, Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı Çors kəndi yaxınlığında yerləşən Avarayr çölündə 451-ci il mayın 26-da hunlarla ittifaqda olan Sasani qoşunları Vardan Mamikonyanın başçılıq etdiyi üsyançıları məğlub etdilər.
Çors sultanlığı
Çors sultanlığı — Cənubi Azərbaycanda yerləşirdi. == Tarixi == XVIII əsrin əvvələrində Çors sultanlığının hakimi Şərəf xan idi. Əhməd xan Bayatın hakimiyyəti dövründə bu sultanlıq Maku xanlığına birləşdi.
Şandor Vöröş
Şandor Vöröş (mac. Sándor Weöres; 22 iyun 1913, Sombatxey — 22 yanvar 1989, Budapeşt) — macar şair, tərcüməçi, yazıçı. == Həyatı == Sombatxeydə anadan olan Vöröş Çönqe qəsəbəsində böyümüşdür. Hələ 14 yaşında ikən ilk şeirlərini yazıb; həmin şeirlər nüfuzlu "Nyuqat" ("Qərb") jurnalının redaktoru, şair Mihay Babiçin qəbul etməsi ilə jurnalda nəşr olunub. Peç Universitetinə qəbul olan Vöröş ilk öncə hüquq, daha sonra coğrafiya və tarix ixtisası üzrə təhsilini başa vurur. Nəticədə o, fəlsəfə və estetika üzrə doktorluq dərəcəsi alır. Onun doktorluq dissertasiyası olan "Şeirin doğuşu" 1939-cu ildə nəşr olunmuşdur. 1937-ci ildə o, xaricə ilk səyahətlərini edir; ilk növbədə Manilaya gedərək Yevxaristiya konqresində iştirak edir, daha sonra isə Vyetnam və Hindistana səfər edir. İkinci Dünya müharibəsi dövründə Vöröş məcburi əməyə hazırlansa da, cəbhəyə göndərilmədi. Müharibə başa çatdıqdan sonra Çönqeyə qayıtdı və fermer kimi yaşamağa başladı.
Avqust Voss
Avqust Voss (latış. Augusts Voss‎;30 oktyabr 1916, Tümen vilayəti – 10 fevral 1994, Moskva) — Latviya Sovet partiya və dövlət xadimi. == Həyatı == Kəndli ailəsində anadan olub. Tümen Müəllimlər İnstitutunu bitirdikdən sonra (1939) orta məktəbdə işləyib. 1940-cı ildən - Qırmızı Orduda. Böyük Vətən Müharibəsi illərində orduda siyasi işdə. 1945-ci ildə Latviya Kommunist Partiyası Mərkəzi Komitəsində təlimatçı işləyib. 1945-1948-ci illərdə Sov.İKP MK yanında Ali Partiya Məktəbində oxuyub. 1949-cu ildə - Latviya Kommunist Partiyası Mərkəzi Komitəsinin elm və universitetlər sektorunun müdiri, sonra P.Stuçka adına Latviya Universitetinin partiya təşkilatının katibi olub. 1950-1953-cü illərdə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasının aspiranturasında təhsil almışdır.
Pendlton Vord
Pendlton Vord (Tam adı: Vord Teylor Pendlton Conston; 23 sentyabr 1982, San Antonio, Texas) — amerikalı animasiyaçı, ssenarist, prodüser, rejissor və səsləndirmə sənətçisi. Vord "Macəra zamanı", "Bravest Warriors" və "The Midnight Gospel" cizgi seriallarının yaradıcıdır.
Dərya Örs
Derya Örs (d.22 aprel 1966, Konya) — Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun sədri, Mevlana Araşdırmaları Dərnəyinin rəhbər müavini, professor, doktor, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru. == Fəaliyyəti == 1966-cı ildə Konyada anadan olmuşdur. 1999-cu ildə doktor elmi adını, 2002-ci ildə əvvəlcə köməkçi dosent, daha sonra dosent elmi vəzifəsinə yüksəlmişdir. 2010-cu ildə Ankara Universitetinin Fars dili və Ədəbiyyatı bölməsi üzrə professor elmi vəzifəsinə yiyələnmişdir. “Nüsha Şarkiyat Araştırmaları” jurnalının təssisçi və redaktorlarından biri, həmçinin də Ankarada olan Mevlana Araşdırmaları Dərnəyinin rəhbər müavinidir. Yıldırım Beyazit Universitetinin İnsan və Cəmiyyət elmləri fakültəsində baş müəllim və dekan kimi fəaliyyət göstərmişdir. 2012-ci ildən Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun sədridir. 2016-cı il 11 noyabr tarixində Azərbaycan-Türkiyə elmi əlaqələrinin inkişafındakı böyük xidmətlərinə görə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru adına layiq görülüb.
Hüseyn Örs
Hüseyn Örs (18 oktyabr 1964, Trabzon) — TBMM XXVII çağırış millət vəkili, siyasətçi, akademik. == Həyatı == Hüseyn Örs 18 oktyabr 1964 tarixində Trabzonda anadan olmuşdur. 1981-ci ildə Trabzon Liseyini, 1985-ci ildə Qaradəniz Texniki Universiteti Fənn və Ədəbiyyat Fakültəsinin Riyaziyyat ixtisasında təhsilini bitirmişdir. 1992-ci ildə Qaradəniz Texniki Universitetinin İqtisadiyyat üzrə magistr dərəcəsini, 1998-ci ildə isə Qaradəniz Texniki Universitetində İqtisadiyyat üzrə doktorluq təhsilini bitirmişdir. 1986-cı ildə Giresunda müəllim olaraq, 1987-ci ildə isə Qaradəniz Texniki Universitetində kompüter proqramçısı olaraq işə başlamışdır. 1989-cu ildə Qaradəniz Texniki Universitetinin İqtisadi İdari Elmlər fakültəsində asistent olaraq işləməyə başlamışdır. 1999-cu ildə Qaradəniz Texniki Universitetində müəllim olaraq işləməyə başlamışdır. 2001-ci ildə Qazaxıstanda Türk-Qazax Dövlət Universiteti olan Xoca Əhməd Yəsəvi Universitetinin Qiyabi Təhsil fakültəsinin dekan müavini işinə başlamışdır. 2008-ci ildə isə Ekonometriya üzrə köməkçi dosent fəxri adı alaraq Ekonometriya kafedrasının müdiri təyin olunmuşdur. 2012-ci ildə Qaradəniz Texniki Universitetinin Texnoloji İnkişaf Bölgəsi İdarə Heyətinin üzvü olmuşdur.
Vos (kommuna)
Vos (fr. Veauce) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Ebryoy kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03302. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 41 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 28 yaşdan yuxarı (15-64 yaş arasında) 13 nəfər iqtisadi fəal, 15 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 46.4%, 1999-cu ildə 61.5%) idi. Fəal olan 13 nəfərdən (7 kişi və 6 qadın) çalışdı, işsizlər yox idi. 15 hərəkətsiz 5 nəfər arasında şagird və ya tələbə, 6 nəfər təqaüdçü, 4 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Bora-Bora
Bora-Bora adası - Sakit Okeanda Fransanın xarici ümumiliyində adadır. Ada təxminən 230 kilometr şimal-qərbi, laqun ilə və maneəli mərcan rifinin əhatə edilir. Adanın mərkəzində iki pikə, Pahia iki Dayağına və Otemanu-ya, 727 metrdə ən yüksək nöqtəyə qalxan nəsli kəsilmiş vulkanın qalıqlarıdır. Taiti dildə adanın orijinal adı Pora Pora kimi daha yaxşı verilə bilər, "Əvvəl Apardı" bildirərək ; erkən transkripsiya 18-cidə tapdı və 19-cu əsr hesabları, Bolabolla-dır və ya Bollabolla-dır. Əsas tənzimləmə , Vaitape adanın qərbi tərəfindədirlər, əsas kanalın qarşısında laquna. Adanın məhsulları əsasən məhdudlaşdırılır, nə tarixən olan kopra üçün iqtisadi əhəmiyyətdən dənizdən və hindqozu ağaclardan əldə edilə bilər. 2007 avqust siyahıyaalması ərzində, adada əhali təxminən 8 880 əhali var idi.