VALLAH
VANADİUM
OBASTAN VİKİ
Vals
Vals (fr. valse; alm. Walzer – fırlanmaq) – alman, çex və avstriya xalq rəqslərindən yaranmış rəqsdir. Xarakter cəhəti ¾ ölçüdə müşayiətin, özünəməxsus bərabər həcmli ritmik quruluşdan – birinci vurğuda bas , ikinci, üçüncü vurğularda akkord – ibarətdir ki, bu da müxtəlif xarakterli melodiyalar üçün plastik fon yaradır. Vals müxtəlif sürətlə ağır və ya tez tempdə ifa olunur. Rəngarəng obrazları və hissələri təcəssüm etdirmək imkanlarına malikdir. XIX əsrin 30-40-cı illərindən rəqs musiqisi və konsert janrı kimi geniş yayılmış, hətta simfonik musiqiyə daxil olmuşdur. Vals qısa vaxt ərzində Iohann Ştraussun musiqisinin təsiri ilə Viyanada və 1822-ci ildə etibarəndə İngiltərədə geniş yayılmışdır, Aristokrasiyanın bəyənməsi ilə baloların imtina edilməz əyləncəsinə çevrilrişdir. Günümüzdə vals "Viyana valsı" və "Modern vals" olmaqla iki fərqli kateqoriyadan və ritmdə dünya rəqs literaturadında yer almaqdadır.
Asta vals
Asta vals (ing. Slow Waltz, alm. Langsamer Walzer) - 3/4-taktlı bal və turnir rəqsidir. Asta vals klassik standart rəqs sayılır. Bu rəqs təxminən dəqiqədə 30 takt icra etməklə ifa olunur. == Tarixçəsi == 1870-ci ildə ABŞ-də Vyana valsının asta forması kimi Boston adı ilə yaranmışdır. Vyana valsına xarakterik olan hərəkətlərə malik olub lakin asta templə ifası ilə fərqlənir. 1920-ci ildən isə İngiltərədə "Asta vals" adı ilə məşhurlaşmışdır. Onu "İngilis valsı" da adlandırırlar. Bəzi mənbələrdə onun Lender (alm.
Kennet Vals
Kennet Nil Wals (ing. Kenneth Neal Waltz; 8 iyun 1924, Ann-Arbor, Miçiqan – 12 may 2013, Vaşinqton) — ABŞ politoloqu. O, həm Kaliforniya, Berkli və Kolumbiya Universitetlərində fakültənin üzvü, həm də bir beynəlxalq münasibətlər sahəsində ən görkəmli alimlərdəndir. Vals həm İkinci Dünya müharibəsi, həm də Koreya müharibəsi veteranı olmuşdur. Vals beynəlxalq münasibətlər nəzəriyyəsində neorealizmin və ya struktural realizmin ilkin yaradıcılarından biri hesab olunur. O, sonralar müdafiə neorealizmi məktəbi ilə əlaqələndirilmişdir. Valsın nəzəriyyələri beynəlxalq münasibətlər sahəsində geniş müzakirə edilmişdir. Onun 1979-cu ildə yazdığı "Beynəlxalq siyasət nəzəriyyəsi" kitabı ABŞ universitetlərində Beynəlxalq Münasibətlər üzrə magistr hazırlığında ən çox tapşırılan kitabdır. == Dissertasiya mükafatı == Kennet Vals Dissertasiya mükafatı Amerika Siyasi Elmlər Assosiasiyası tərəfindən beynəlxalq təhlükəsizlik və silahlara nəzarətin öyrənilməsi üzrə ən yaxşı müdafiə olunmuş dissertasiyaya verilən illik mükafatdır. Ölkənin hər yerindən gələn tələbələrə sənədlərini dörd üzvdən ibarət komitəyə təqdim etməyə icazə verilir.
Vals-d-Alkoy
Vals-d-Alkoy (kat. Valls d'Alcoi) — İspaniyada yerləşən rayon.
Vals (film, 2007)
Valzer — rejissor Salvatore Mairanin filmi.;
2 nömrəli vals (Şostakoviç)
"2 nömrəli vals" ("Kompozisiya 99" və ya "Rus valsı") Dmitri Şostakoviç tərəfindən 1938-ci ildə, ümumilikdə səkkiz parçadan ibarət olan "Caz süitalar"ınin bir hissəsi kimi yazılmışdır. Parçanın üçüncü hissəsində valsın əsas mövzusunun trombon ilə ifası solo bu alət üçün ən məşhur klassik sololardan biri olmuşdur. == Ədəbiyyat == Кшиштоф Мейер. Шостакович: Жизнь. Творчество. Время / Пер. с польск. Е. Гуляевой. — М.: Молодая гвардия, 2006. — 439 с.
Ağ atlar üçün vals
Ağ atlar üçün vals — tammetrajlı televiziya tamaşası rejissor Bünyad Məmmədov tərəfindən 1987-ci ildə ekranlaşdırılmışdır. Televiziya tamaşası Azərbaycan televiziyasında istehsal edilmişdir. Televiziya tamaşası Özbəkistanın rayonlarından birində pambıq yığımında baş verən saxtakarlıq hadisəsindən bəhs edir. Teletamaşada əsas rolları Loğman Kərimov, Nübar Novruzova, Məhbubə Məlikova və Yasin Qarayev ifa edirlər. == Məzmun == Televiziya tamaşası Özbəkistanın rayonlarından birində pambıq yığımında baş verən saxtakarlıq hadisəsindən bəhs edir. Traktorçu Teşa (Loğman Kərimov) isə bu saxtakarlığın üstünü açmağa çalışır. Lakin işin bir tərəfi istədiyi qız Zümrada (Nübar Novruzova), bir tərəfi də bacısı Munisə (Məhbubə Məlikova) toxunanda işlər qarışır... == Film haqqında == Televiziya tamaşası özbək yazıçısı Şərəf Başbəyovun əsəri əsasında ekranlaşdırılmışdır.
Ağ atlar üçün vals (film, 1987)
Belqard-sür-Valserin (kanton)
Belqard-sür-Valserin (fr. Bellegarde-sur-Valserine) — Fransada kanton, Rona-Alplar regionunda yerləşir. Departamenti — En. Nantyua dairəsinə daxildir. Kantonun əhalisi 2006-cı ildə 17 936 nəfər təşkil edirdi. Kodu — 0103. Belqard-sür-Valserin kantonuna 12 kommun daxildir və bunlardan əsas Belqard-sür-Valserin kommunası hesab edilir. == Kantonun kommunları == Vil — əhalisi 340 nəf. Sürju — əhalisi 73 nəf. Sen-Jermen-de-Ju — əhalisi 496 nəf.
Belqrad-syur-Valserin (kanton)
Belqard-sür-Valserin (fr. Bellegarde-sur-Valserine) — Fransada kanton, Rona-Alplar regionunda yerləşir. Departamenti — En. Nantyua dairəsinə daxildir. Kantonun əhalisi 2006-cı ildə 17 936 nəfər təşkil edirdi. Kodu — 0103. Belqard-sür-Valserin kantonuna 12 kommun daxildir və bunlardan əsas Belqard-sür-Valserin kommunası hesab edilir. == Kantonun kommunları == Vil — əhalisi 340 nəf. Sürju — əhalisi 73 nəf. Sen-Jermen-de-Ju — əhalisi 496 nəf.
Qross-Valsertal
Qross-Valsertal vadisi (alm. Großes Walsertal, Großwalsertal‎) — Avstriyanın Forarlberq federal torpaqlarında yerləşən vadi. Vadinin adı Großes Walsertal (az. Böyük Valser vadisi) İsveçrənin Vale kantanu, Rona vadisindən gələn mühacirlərin adı ilə bağlıdır. Vadi artıq XIV əsrdən bu cür adlanır (alm.Walser). Valserlər Forarlberzne dairəsinə daxil olan torpaqların dörddə birində məskunlaşmışlar: onlar təkcə Qross-Valsertal vadisində deyil həm də Laterinsertal — Reyn vadisinin şərqi, Damyols, Brandnertal, Zilbertal vadisi və Klyan-Valsertal vadisində (az. kiçik Valser vadisi) də yayılmışlar. Qross-Valsertal vadisi Şimali Əhəngdaşı Alpına daxildir. Qross-Valsertal vadisinin ən hündür dağları: Rote-Vand, Vraçenkopf, Misthaufen, Siterplapfen və Qamsfrayfayt. Vadi V-şəkillidir.
Romanichthys valsanicola
Daşaltı xanı (lat. Romanichthys valsanicola) — Relikt növ olaraq (Şüaüzgəclilər) Xanıkimilər (Percidae) fəsiləsinə aiddir. Daxil olduğu cinsin (Romanichthys) yeganə nümayəndəsidir. Növ ilk dəfə 1957-ci ildə rumın ixtioloqlar Dumitresku, Petre Mixay Beneresku və Stoyka tərəfindən kəşf edilmişdir. Bu balıqlar 12,5 sm uzunluğa malikdir. Bədəni yumuru olub, iki bel üzgəcinə sahibdir. Başı enlidir. Demək olar ki, bütünlüklə pulcuqla örtülüdür. Bədən quruluşu yaxşı inkişaf etmişdir. Pulcuqları tünd-bozdan tünd-qəhvəyi rəng çalarları arasında dəyişir.
Valser
Valser (fr. Valserres, oks. Vauserres) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. La-Bati-Nyov kantonuna daxildir. INSEE kodu — 05176. 2008-ci ildə əhalinin sayı 217 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 133 nəfərin (15-64 yaş arasında) 101-i iqtisadi cəhətdən, 32-i fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.9%, 1999-cu ildə 76.8%). Fəal olan 101 nəfərdən 95 nəfər (56 kişi və 39 qadın) işləyir, 6 nəfər işsizdir (4 kişi və 2 qadın).
Vyana valsı
Vyana valsı (alm. Wiener Walzer) — standart bal və turnir rəqslərindən olub, bir dəqiqədə 60 taktla ifa olunanaraq dünya rəqs poqramına daxil olan ən cəld rəqsdir. Sonralar Vyana valsı kimi məşhurlaşmış fransız valsı modern tipli ən qədim bal rəqsi olub, ilk dəfə 1770-ci illərdə komediya ifaçısı Bernardo Feliks tərəfindən təqdim edilmişdir. Sonradan Böyük Fransa inqilabından əvvəl məşhurlaşmış və saray aristokratlarına məxsus "Menuet" rəqsini sıxışdıraraq onun yerini tutmuşdur. Valsın alman xalq rəqsi əsasında və ya müstəqil şəkildə ona paralel olaraq yaranması haqqında çoxlu mübahisələr mövcuddur. İlk əvvəllər valsa qadının topuğu görsəndiyinə, cütlüyün bir-biri ilə sıx təmasda olmasına görə əxlaqsız rəqs kimi baxılırdı. Qisa bir müddətdə vals sərbəst və canlı xarakter alaraq ədəb rəqsinə çevrilmiş olur. 1805-ci ildə bal və aristokratik rəqs yalnız "Menuet" sayılırdı. 1814–1815-ci illər Vyana konqresi Vyanada rəqs, libas, maskarad ballarını canlandırmışdır. Bu isə öz növbəsində vals rəqsini aktuallaşdıraraq onu ictimailəşdirmişdir.
Ümid valsı
"Ümid valsı" — Aqşin Əlizadənin baleti. Librettonun müəllifi bəstəkarın özüdür, xoreoqraf Pulumb Agilliudur. "Ümid valsı" baletinin vacib personajlarından biri də Hacı Zeynalabdin Tağıyevdir. XX əsrin əvvəllərində Bakının qəliz ictimai durumunda iki gəncin - Elmurad və Səlminazın - sevgi hekayəsi. Azərbaycan balet tarixində ilk dəfə Zeynalabdin Tağıyevin surəti canlandırılır.
Ümid valsı (balet)
"Ümid valsı" — Aqşin Əlizadənin baleti. Librettonun müəllifi bəstəkarın özüdür, xoreoqraf Pulumb Agilliudur. "Ümid valsı" baletinin vacib personajlarından biri də Hacı Zeynalabdin Tağıyevdir. XX əsrin əvvəllərində Bakının qəliz ictimai durumunda iki gəncin - Elmurad və Səlminazın - sevgi hekayəsi. Azərbaycan balet tarixində ilk dəfə Zeynalabdin Tağıyevin surəti canlandırılır.
İt valsı
İt valsı sadə bir piano əsəridir,ifa etmək asan olduğundan pianoda ifa etməyə yeni başlayanlar tərəfindən tez-tez istifadə olunur. Adına baxmayaraq əsər vals deyil.Parça G-flat major açarındə qeyd olunur, çünki notların əksəriyyəti bu düymələrdəki qara düymələrdə çalınır və daha da asanlaşır. Parça bütün dünyada tanınır.Buna baxmayaraq əsər müxtəlif ölkələrdə müxtəlif adlar almışdır. Məsələn Yaponiyada "Neko Funjatta" (ねこふんじゃった) (Pişiyin üzərinə basdım),İspaniyada "La Chocolatera",Hollandiyada "Vlooienmars" (milçək marşı),Belçikada "Valse de Puce" (Milçək valsı),Rusiyada Собачий Вальс(İt valsı),Polşada "Kotlety"(kotlet),Almaniyada "Flohwalzer" (Milçək marşı), Bolqarıstanda "Koteshki Marsh" (Pişik marşı),Macarıstanda "Szamárinduló" (Uzunqulaq marşı),Malyorkada "Polca de los Tontos" (Axmaqların polkası),Meksikada "Los Changuitos"(Balaca meymunlar),Finlandiyada "Kissanpolkka" (Pişik polkası),Çexiyada "Prasečí valčík" (Donuz valsı),Slovakiyada "Somársky pochod"(Uzunqulaq marşı),Koreyada "Somársky pochod"(Pişik rəqsi),Çində "跳蚤圆舞曲" (Milçək valsı) və Böyük Britaniyada isə Chopsticks (yemək çubuqları) adlarır. Əsər üzərindəki dəyişikliklərdən biri "Lesson One",1962-ci ildə pianoçu Rass Konuey tərəfindən edilmiş və hit olmuşdur..Danimarkalı pianist Bent Fabrik 1963-cü ildə əsərin cazdan təsirlənmiş versiyası olan "Chicken Feed"-i yazmışdır.

Digər lüğətlərdə