Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qrid
Qrid — küllü miqdarda reqional və milli şəbəkələrin birləşdirilməsini nəzərdə tutan və beləliklə geniş istifadəçi dairəsi üçün açıq olan universal hesablama mənbəyidir. Qrid - (ing.grid computing, ru. грид-вычисления) – (“grid” – tor, şəbəkə) - hesablama baxımından çətin problemlərin həlli üçün onların bir hissəsinin İnternetə bağlanmış və geniş ərazidə paylanmış kompüterlər yığının istifadə olunmayan resursları arasında bölüşdürülməsi prosesi. Qrid (Grid) – paylanmış, dinamik virtual təşkilatlarda müxtəlif resursların ortaq və əlaqələndirilmiş istifadəsini dəstəkləyən texnologiya və infrastrukturdur. Bu termin 90-cı illərdə kompüterdən istifadəni elektrik şəbəkəsi (power grid) asan etmək ideyasından yaranmışdır. Hal-hazırda bir çox Qrid layihəsi var. Bunlara misal olaraq, DataGrid, TeraGrid, NorduGrid və s göstərmək olar. Azərbaycanda ilə 2009-cu ildən Fizika İnstitutunun "Yüksək Enerjilər Laboratoriyası"ı tərəfindən "azgrid" adı altında yaradılmağa başlanmışdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Arid Səhra
Arid Səhra- tropik və ya subtropik qurşaqların zonal səhra tipi, passatlar zonasına məxsusdur.Çox cüzi miqdarda, bəzən bir neçə ildə bir dəfə düşən atmosfer çöküntüləri son dərəcə qeyri-müntəzəm düşür.
Arid iqlim
Quru və ya arid iqlim (lat. aridus – quru) — rütubət əmsalının vahiddan çox kicik olduğu, torpaqda rütubatin kəskin çatişmadğı iqlim şəraiti. Yayı isti və quru keçən illik yağıntının miqdarı isə 450 mm-dən artıq olmayan iqlimdir. Mülayim enliklərin çöllərində qış soyuq, subtropik və tropik zonaların çöllərində isə mülayim isti keçir. Təkcə tranzit çaylar (Nil, Amudərya və b.) arid iqlim zonasını kəsib keçir, az sulu çaylar isə axımsız göl və şoranlıqlar əmələ gətirirlər. Bitki örtüyü ya olmur, ya da çox seyrək və quraqlığa davamlı formalardan ibarətdir. Quru kövrək süxurlar küləklə asanca aşınır və alevrit hissəcikləri səhra hüdudlarından kənara aparılaraq, qumsal süxurda eol relyef formaları əmələ gətirir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Arid relyef
Arid relyef- Səhralarda, yarımsəhralarda və quru çöllərdə səhra aşınmasının, eol fəaliyyətinin, səthi yuyulmanın, müvəqqəti axımların eroziyası və b.təsiri ilə yaranmış relyef formalarının məcmu.
Arid vilayət
Arid vilayət (aridus quru) — buxarlanmanın düşən çöküntülərin miqdarından mühüm dərəcədə üstümlük təşkil etdiyi quru (arid) iqlimli ərazi. A.v.çayların mənbələri bu ərazidən kənarda yerləşir və ancaq ən böyük çaylar okeana və dənizə çatır. Aridlik dərəcəsinə görə aşağıdakı növlərə ayrılır.
Erix Frid
Erix Frid (6 may 1921[…], Vyana – 22 noyabr 1988[…], Baden-Baden, Baden-Vürtemberq) — Avstriyada doğulmuş yazıçı, şair və tərcüməçidir. İlk vaxtlar Almaniya və Avstriyada siyasi şeirləri, daha sonralar isə sevgi şeirləri ilə tanınmışdır. Yazıçı kimi o daha çox dram əsərləri və qısa hekayələr yazmışdır. O, həmçinin müxtəlif ingilis müəlliflərinin əsərlərini alman dilinə tərcümə etmişdir. Şekspirin ən məşhur əsərlərini alman dilinə tərcümə etmişdir. == Həyatı == Erix Frid Avstriyada, Vyanada Nelli və Hüqo Frid adlə yəhudi ailəsində doğulmuş, 1938-ci ildə Nasist Almaniyası tərəfindən Avstriyanın işğalı zamanı atası Gestapo tərəfindən öldürüldükdən sonra İngiltərəyə köçmüşdür. Londonda məskunlaşmış və Böyük Britaniya təbəəliyini 1949-cu ildə qəbul etmişdir. Erix Frid uşaqlıqdan sərt siyasi şeirlər və esselər yazırdı. Alman işğalından sonra Londonda yaşamağa başlayan Frid sonrakı aylarda anasını və daha 70 insanı Londona qaçırmağı bacarır. Müharibə illərində kitabxanaçı, fabrik fəhləsi və sair peşələrdə çalışır.
Frid Oskar
Frid (Fried) Oskar (10 avqust 1871, Berlin, Almaniya imperiyası – 5 iyul 1941[…], Moskva, RSFSR, SSRİ) — alman dirijoru, bəstəkar. 1904-cü ildən Berlində Musiqi həvəskarları cəmiyyəti və Müğənnilər ittifaqının rəhbəri olmuşdur. Frid Sovet Rusiyasına gəlmiş ilk əcnəbi dirijordur. 1922-ci ildə V. İ. Leninlə görüşmüş, bu görüş onun gələcək həyatına həlledici təsir göstərmişdir. 1931-ci ildən SSRİ-də yaşaməşdır. 1940-cı ildə SSRİ vətəndaşlığını qəbul etmişdir. Frid Oskar bir sıra orkester, xor,vokal-instrumental əsərlərin müəllifidir.
Qrid-hesablamalar
Qrid-hesablamalar - (ing.grid computing- grid – tor, şəbəkə, ru. грид-вычисления) – hesablama baxımından çətin problemlərin həlli üçün onların bir hissəsinin İnternetə bağlanmış və geniş ərazidə paylanmış kompüterlər yığının istifadə olunmayan resursları arasında bölüşdürülməsi prosesi. Qrid texnologiyası əsasında paylanmış hesablama sistemlərinin yaradılması Hazırda dünyada superkompüterlərin yerinə yetirdiyi işləri həyata keçirən, eyni zamanda daha ucuz başa gələn virtual superkompüterlərin – qrid sistemlərinin yaradılması üzrə intensiv tədqiqat işləri aparılır. Qrid texnologiyaları qlobal kommunikasiya texnologiyasının köməyi ilə müxtəlif təşkilatlar daxilində yerləşən kompüterlərin istifadəsiz qalan hesablama resurslarından istifadə etməklə yaradılan paylanmış hesablama sistemləridir. Fundamental elmi tədqiqat işlərinin yerinə yetirilməsi zamanı meydana çıxan böyük hesablama və yaddaş resursları tələb edən mürəkkəb məsələlərin həllini həyata keçirən belə sistemlər yüksəksürətli əlaqə kanalına malik olan kompüter şəbəkələri (KŞ) əsasında yaradılır. “Grid” sözünün ingilis dilindən tərcüməsi “şəbəkə” mənasını verir və ilk dəfə 1994-cı ildə elmə amerikalı alimlər Foster və Keselman tərəfindən gətirilmişdir. Bu sistemlərin işləmə mexanizmi analoji olaraq elektrik şəbəkələrindəki gərginlikdən istifadə olunma qaydalarına çox yaxındır. Belə ki, elektrik şəbəkəsindən istifadə zamanı istifadəçi öz cihazını şəbəkəyə qoşanda orada olan gərginliyin hansı elektrik stansiyasından gəldiyi ilə maraqlanmır. Eləcə də, fərdi kompüteri Qrid sisteminə qoşulmuş istifadəçilər də eyni vəziyyətdə olub, yəni onların məsələsinin sistemin hansı kompüterlərində həll edildiyini bilmirlər. Onlar məsələnin həlli üçün lazım olan vəsaiti ödəyir və müəyyən vaxtdan sonra nəticəni əldə edirlər.
Qrid texnologiyaları
Qrid texnologiyaları - kommunikasiya texnologiyalarının köməyi ilə müxtəlif təşkilatlar daxilində yerləşən kompüterlərin istifadəsiz qalan hesablama resurslarından istifadə etməklə yaradılan paylanmış hesablama sistemləridir. Fundamental elmi tədqiqat işlərinin yerinə yetirilməsi zamanı meydana çıxan böyük hesablama və yaddaş resursları tələb edən mürəkkəb məsələlərin həllini həyata keçirən belə sistemlər yüksəksürətli əlaqə kanalına malik olan kompüter şəbəkələri (KŞ) əsasında yaradılır. “Grid” sözünün ingilis dilindən tərcüməsi “şəbəkə” mənasını verir və ilk dəfə 1994-cı ildə amerikalı alimlər Foster və Keselman tərəfindən elmə gətirilmişdir. Bu sistemlərin işləmə mexanizmi analoji olaraq elektrik şəbəkələrindəki gərginlikdən istifadə olunma qaydalarına çox yaxındır. Belə ki, elektrik şəbəkəsindən istifadə zamanı istifadəçi öz cihazını şəbəkəyə qoşanda orada olan gərginliyin hansı elektrik stansiyasından gəldiyi ilə maraqlanmır. Eləcə də, fərdi kompüteri Qrid sisteminə qoşulmuş istifadəçilər də, eyni vəziyyətdə öz məsələlərinin sistemin hansı kompüterlərində həll edildiyini bilmirlər. Onlar məsələnin həlli üçün lazım olan vəsaiti ödəyir və müəyyən vaxtdan sonra nəticəni əldə edirlər. == Qrid sistemləri == Qrid sistemləri kompüter şəbəkəsinə qoşulmuş kompüterlərin hesablama gücündən istifadə etməklə yaradılan paylanmış hesablama şəbəkəsidir. Kommunikasiya avadanlıqlarından istifadə etməklə, fərdi kompüterləri bir-birinə qoşub internet şəbəkəsi üzərində virtual verilənlərin emal mərkəzi (VEM) şəbəkəsi yaratmaq mümkündür. Qrid sistemlərin yaradılmasında iştirak edən istifadəçilərin fərdi kompüterlərinin hesablama resurslarından ödənişli və ödənişsiz istifadə etmək olar.
Varid Fərzəlibəyov
Varid Fərzəlibəyov (2 iyul, 1933 - 23 mart, 1999) — Azərbaycanlı ixtiraçı-mühəndis, həvəskar tarzən, bəm tarın yaradıcısı. == Həyatı və yaradıcılığı == 1933-cü ildə Şəki şəhərində ziyalı ailəsində anadan olmuşdur. M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsini bitirmişdir. Uzun illər "Azərelektroişıq" istehsalat birliyinin laboratoriya müdiri kimi çalışmışdır. Azərbaycanın musiqi mədəniyyətinə yeni bir musiqi aləti - bas (bəm) tarı bəxş etmişdir. XX əsrin 60-cı illərində musiqi kollektivlərində bas (bəm) səslərə olan ehtiyacı ödəmək üçün bəm tarı yaratmışdır. Bəm tarı Sadıqcanın tarından fərqləndirən odur ki, çanağın içindəki arakəsmədə alətin səs temrbini (səs çalarını) dəyişdirən diafraqmalı dəlik var və tarın qoluna birləşən çanaq üstü açıqdır. Bas tarın quruluşuna görə tarın böyük formasıdır, mizrabı adi tar mizrabından iki dəfə böyükdür. Bir qayda olaraq, tarzənlər tərəfindən ifa olunur. Alətin notları bas açarında yazılır.
Yeqor Krid
Yeqor Krid (Tam adı: rus. Егор Николаевич Булаткин; 25 iyun 1994, Penza) — rus müğənnisi. Solo karyerasına 2011-ci ildə KReeD təxəllüsü ilə başlamış və indi Yeqor Krid adı ilə çıxış edir. Öz mahnılarının müəllifi və ifaçısıdır. == Həyatı == Penzada anadan olub. Ailəsi musiqiçi idi: anası vokal ilə məşğul olurdu, atası isə musiqi qrupunda fəaliyyət göstərirdi. Yeqor uşaqlıqdan bəri musiqiçi olmaq arzusunda idi. Şeirlərini 11 yaşında yazmağa başladı. Gitara çalırdı. Gəncliyindən hip hopu və rəngli qrafiti sevərdi.
İbn Vərid
İbn Vərid — III əsrdə yaşamış ərəb alimi.
İn-Qrid
İnqrid Alberini və ya səhnə adı ilə İn-Qrid italyan rəqqas, müğənni. 2003-cü ildə mahnısı "Tu es foutu" (azərb.:Sən mənə vəd etdin) ilə bir neçə Avropa ölkəsində məşhurlaşmışdır. Avstraliya, Latın Amerikası və ABŞ-də "Dance Music/Club Play Singles"da 6-cı yerə yüksəlmişdir.
Cimmi Rid
Ceyms "Cimmi" Rid (ing. James "Jimmy" Reid; d. 9 iyul 1932, Qlazqo, Şotlandiya — ö. 10 avqust 2010, Qrinok, Şotlandiya) — Şotlandiyalı həmkarlar ittifaqı fəalı, siyasətçi və jurnalist.
Din Rid
Din Rid (ing. Dean Cyril Reed; 22 sentyabr 1938, Denver, Kolorado – 13 iyun 1986) — SSRİ, Latın Amerikası və Şərqi Avropada çox məşhur olan Amerikalı müğənni, kino aktyoru, kino rejissoru və ictimai xadim. == Həyatı və təhsili == Din Rid Kolorado ştatının Denver şəhərində anadan olub. Atası liseydə riyaziyyat və tarix müəllimi, anası evdar xanım olub. Onun Dale və Vernon adlı iki böyük qardaşı olub. 1940-cı illərdə ailəsi Kaliforniya və Yuta ştatlarında müxtəlif şəhərlərdə yaşayıb və sonradan Koloradoya qayıdıblar. 1956-cı ildə orta məktəbini bitirib, trek komandasında ulduz idmançı olub. Atası Kiril, oğlunun hərbi akademiyada təhsil almasını istəyən, anti-marksist olub. Kolorado Universitetinin meterologiya fakültəsidə təhsil aldığı müddətdə barlarda musiqilər ifa edib.
Kari Rid
Kari Rid (4 sentyabr 1970) — Kanadanı təmsil edən sinxron üzgüçü. == Karyerası == Kari Rid Kanadanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Kari Rid Olimpiadanın gümüş medalına sahib olub.
Mayn Rid
Mayn Rid (ing. Thomas Mayne Reid) İrland yazıçısı. Ən məşhur əsəri 1865-ci ildə yazılmış "Başsız atlı" romanıdır. Vəhşi Qərb mövzusunda yazılmış roman dünya miqyaslı şöhrət qazanmışdır. Corc Bayronun əsərlərindən təsirlənən Mayn Ridin yaradıcılığında Bayronun üslubu geniş yer tutur. == Haqqında == Mayn Rid Tomas 1818-ci il aprel ayının 4-də İrlandiyanın Ballironi kəndində anadan olmuşdur. Belfast şəhərində orta təhsil almış və 1840-cı ildə Amerikaya getmişdir. 1846–1848-ci illərdə jurnalist kimi Amerika-Meksika müharibəsində iştirak etmişdir. 1849-cu ildə Şimalı İrlandiyaya getmişdir. Yaralandığı üçün 1850-ci ildə Londona qayıtmış və Meksika müharibəsindən bəhs edən "Azad atıcılar" adlı ilk romanını yazmışdır.
Peyton Rid
Peyton Rid (ing. Peyton Reed; 3 iyul 1964, Roli) — amerikalı kinorejissor, ssenarist və kino prodüseri. Əsasən Qarışqa-adam filmləri ilə tanınır. == Həyatı == Rid 3 iyul 1964-cü ildə anadan olub. == Şəxsi həyatı == Rid həyat yoldaşı Şeila və 2 oğlu ilə birlikdə Los-Ancelesdə yaşayır. Dah əvvəl 1998-ci ildən 2006-cı ilə qədər Bet Lamure ilə evli idi.
Pol Rid
Pol Rid (ing. Paul Reade) - Böyük Britaniya bəstəkarıdır.
Rid Din
Din Rid (ing. Dean Cyril Reed; 22 sentyabr 1938, Denver, Kolorado – 13 iyun 1986) — SSRİ, Latın Amerikası və Şərqi Avropada çox məşhur olan Amerikalı müğənni, kino aktyoru, kino rejissoru və ictimai xadim. == Həyatı və təhsili == Din Rid Kolorado ştatının Denver şəhərində anadan olub. Atası liseydə riyaziyyat və tarix müəllimi, anası evdar xanım olub. Onun Dale və Vernon adlı iki böyük qardaşı olub. 1940-cı illərdə ailəsi Kaliforniya və Yuta ştatlarında müxtəlif şəhərlərdə yaşayıb və sonradan Koloradoya qayıdıblar. 1956-cı ildə orta məktəbini bitirib, trek komandasında ulduz idmançı olub. Atası Kiril, oğlunun hərbi akademiyada təhsil almasını istəyən, anti-marksist olub. Kolorado Universitetinin meterologiya fakültəsidə təhsil aldığı müddətdə barlarda musiqilər ifa edib.
Rid FK
Rid – Avstriyanın futbol klubu.
Rid Hofman
Rid Hofman (ing. Reid Garrett Hoffman; 5 avqust 1967) — Amerikalı sahibkar, vençur kapitalist; dünyada məşhur olan "LinkedIn" işgüzar əlaqələrin qurulması üçün sosial şəbəkənin yaradıcısı. == Həyatı == Hofman 5 avqust 1967-ci ildə Kaliforniyanın Stenford şəhərində dünyaya gəlib. Hofman Putni məktəbində (ing. The Putney School) oxuyub sonra Stenford Universitetinə daxil olub. O, burada Marşall təqaüdü və "Dinkelspiel Award"a layiq görülüb. Koqnivistika sahəsində ixtisaslaşma üzrə təbiət elmləri bakalavr dərəcəsi ilə 1990-cı ildə universiteti bitirib. Hofman Oksfordda təhsilini davam etdirib, 1993-cü ildə fəlsəfə sahəsində magistr dərəcəsinə sahib olub, lakin daha sonra sahibkar olmağı elm adamı olmaqdan üstün tutdu. Hofmanın sözlərinə görə, akademik karyera onu "təsir" göstərmək imkanı ilə cəlb edirdi, amma sonra o anladı ki, sahibkar karyerası daha çox perspektivlidir. Hofman yazır: "Mən Stenfordu bitirib, professor və ictimai xadim olmağa hazırlaşırdım, amma anladım ki, professorların yazdığı kitabları 50–60 insan oxuyur, amma mən böyük təsirlər istəyirdim".
Vid Dyupumirar
Vid Dyupumirar (əvvəllər sponsorluq səbəbi ilə Injector Arena kimi də adlandılırdı) Farer adalarının Klaksvík şəhərində yerləşən çoxməqsədli stadion. Amma daha çox futbol oyunları üçün istifadə olunur. Við Djúpumýrar Klaksvíkar Ítróttarfelag futbol klubunun həm kişi və həm də qadın komandalarının ev meydançasıdır. Stadion 524 oturacaqlı və təxminən 2500 nəfər tutumuna malikdir. Stadion 2010 və 2011-ci illərdə Farer Adaları Kubokunun finalına ev sahibliyi edib.
Alfred German Frid
Alfred German Frid (11 noyabr 1864[…], Vyana – 5 may 1921, Vyana, Avstriya) — yəhudi əsilli avstriyalı pasifist, naşir, jurnalist və Alman sülh cəmiyyətinin qurucularından biri. 1911-ci ildə Tobias Asserlə birlikdə Nobel sülh mükafatına layiq görülmüşdür. == Həyatı == Alfred German Frid 11 noyabr 1864-cü ildə Avstriya-Macarıstanın paytaxtı olan Vyanada anadan olmuşdur. 15 yaşında olarkən məktəbdən ayrıldı və kitab dükanında işləməyə başladı. 1883-cü ildə Berlinə köçdü və burada 1887-ci ildə öz kitab dükanını açdı. 1889-cu ildə Berta fon Zutner Əllərinizi endirin! (alm. Die Waffen nieder!‎) kitabını dərc etdikdən sonra, Alfred German Frid onunla birlikdə 1892-ci ildə eyniadlı jurnal buraxmağa başladı. Əllərinizi endirin! jurnalı və onun davamı olan Sülh gözləntisi (alm.
Arid-denudasion relyef
Arid-denudasion relyef formaları suffozion-çökmə qıflarından, gil karstlarından və nəlbəkivari qapalı çökəkliklərdən ibarət olub, quru semiarid və əlverişli struktur-litoloji quruluşa malik ərazilərdə geniş inkişaf etmişdir. == Arid-denudasion relyef formaları == Arid-denudasion, relyef formaları suffozion-çökmə qıflarından, gil karstlarından və nəlbəkivari qapalı çökəkliklərdən ibarət olub, quru semiarid iqlimə və əlverişli struktur-litoloji qurluşa malik ərazilərdə geniş inkişaf etmişdir Suffozion-çökmə qıfları tərkibində asan həll olunan mineralların iştirak etdiyi lyoss gillərindən təşkil olunmuş Kür-Araz, Naxcıvan, Səbadüzü, Nəvahi, Ceyrançöl çökəkliklərinin yanlarında və Qusar-Dəvəçi və Lənkəran-Muğanının dağətyi hissəsində yayılmışdır. Bu cür formalara suvarılmanın düzgün aparılmadığı bəzi sahələrdə də təsadüf edilir (məs. Gəncə-Qazax düzənliyinin Kürboyu zonasında olduğu kimi. Gil karstları və onun formaları Cənub–Şərqi Qafqazın dağətəyində, Abşeron yarımadasının qərb hissəsində, Qobustanda, Ceyrançöl və Acınohur alçaq dağlığında, Həkəri çayının aşağı hissəsində, Naxçıvan çökəkliyində, Lənkəran Muğanının dağətəyi hissəsində və Kür çökəkliyinin daxili qalxmalarında inkişaf etmişdir. Gil karstlarının əmələgəlmə şəraitinin, onların morfoloji xüsusiyyətlərinin təhlili göstərir ki, bu prosesdə suların eroziya (mexaniki) fəaliyyəti mühüm rol oynayır. Suların yeraltı eroziyası morfoloji cəhətdən klassik karstı xatırladan, ancaq əmələgəlmə mexanizminə görə ondan kəskin fərqlənən formalar yaradır. Süxurların litoloji tərkibi və çatlılıq xüsusiyyətləri gil karstlarının morfologiyasına əsaslı təsir göstərir. Bunları əsas götürərək D. A. Lilienberq (1955) və N. Ş. Şirinov (1975) gil karstlarının — ana süxurlarda, delüvial və terras çöküntülərində və palçıq vulkanı brekçiyalarında inkişaf edən tiplərini ayırmışlar. Birinci tip gil karstları üçün yeraltı dəhlizlər vasitəsi ilə bir-biri ilə əlaqədar olan quyular, şaxtalar, çökmə qıflar xarakterik olub, Dəvəlidağ, Dəlikdaş, Dostubazı və b.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.