VƏCD

is. [ ər. ] Həddən artıq sevinc, şadlıq, ruh yüksəkliyi; hədsiz şövq və həvəs.
Sevincimin, vəcdimin çoxluğundan durub oynamaq istəyirdim. M.F.Axundzadə.
Salman “Kapital”ı əlinə alıb vəcdlə (z.
): – Bu kitab köhnə aləmi tamamilə yıxacaq, – dedi, – daşı daş üstə qoymayacaq. Çəmənzəminli.

// Özünü itirmək dərəcəsində dalğınlıq.
Şair bu sözləri vəcd halında söyləyərək, bihuşanə yıxılıb hərəkətsiz qalır. A.Səhhət.

□ Vəcd etmək – bax vəcdə gəlmək.
[Xacə Mübarək:] Şahın övrəti və qızları göndərilən töhfələrdən qayətdə vəcd etdilər. M.F.Axundzadə.

Vəcdə gəlmək – son dərəcə sevinmək, şadlanmaq, şövqə gəlmək, ruhlanmaq.
Bağladım vəcdə gəlib hüsnünə şerimlə kitab. S.Rüstəm.
Hamı vəcdə gəlir … bu məsləhəti; Bəyənib dəyişir aşıq söhbəti. O.Sarıvəlli.

Vəcdə gətirmək – cuşa gətirmək, ruhlandırmaq.
Bu sözlər qocanı vəcdə gətirdi. İ.Əfəndiyev.
Tapdığın iri, qüvvətli görkəmi isə topçuları vəcdə gətirdi. Ə.Əbülhəsən.

Sinonimlər (yaxın mənalı sözlər)

  • VƏCD şövq — həvəs
  • VƏCD dalğınlıq
  • VƏCD vəcd bax sevinc

Antonimlər (əks mənalı sözlər)

  • VƏCD VƏCD – QORXU Sevincimin, vəcdimin çoxluğundan durub oynamaq istəyirdim (M.F.Axundzadə); Onların məsum gözlərindən qorxu süzülüb tökülürdü (M
VƏCAHƏTLİ
VƏCDLİ

Digər lüğətlərdə