Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Proven (rayon)
Proven (fr. Provins) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Sena və Marna. Suprefektura — Proven. Rayon əhalisi 2006-cı ildə 154 269 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 93 nəf / km². Rayon sahəsi — 1651 km².
Roven Atkinson
Roven Sebastyan Atkinson (ing. Rowan Sebastian Atkinson; 6 yanvar 1955[…], Konsett[d], Darem qraflığı[d]) — ingilis komediya aktyoru və yazıçı. Daha çox BBC-də yayımlanan "Mister Bin" adlı komediya serialında oynadığı rola görə tanınır. Roven Atkinson 1990-cı ildə İngiltərənin İTV telekanalında ilk dəfə nümayiş etdirilən, sonra isə həmin telekanalda 5 il davam edən "Mister Binin sərgüzəştləri" serialı ilə hədsiz populyarlıq və reytinq qazanmışdı. 1997-ci ildə "Bean: The Ultimate Disaster" filmi çəkildi və nümayişdən 500 milyon dollara yaxın pul əldə olundu. 2007-ci ildə isə "Mister Bin səyahətdə" (ing. Mr Bean's Holiday) filmi çəkildi. == Həyatı == 6 yanvar 1955-ci ildə İngiltərədə doğuldu. Ailədə üç uşağın ən kiçiyi olan Rouen Atkinsonun anasının adı Ella May, atasının adı isə Erik Atkinsondur. O, Oxford Universitetində olarkən Drama Dərnəyində müxtəlif pyeslərdə oynamışdır.
Vilyam Roven Hamilton
Vilyam Rovan Hamilton (ing. William Rowan Hamilton, 4 avqust 1805 – 2 sentyabr 1865) — İrlandiya riyaziyyatçısı. O, kompleks ədədlər nəzəriyyəsinin tam şərhini vermişdir; qraflar nəzəriyyəsi sahəsində işləmişdir.
Rövşən
Rövşən — Azərbaycanda kişilərə verilən şəxsi ad və təxəllüs. Rövşən AbdullayevRövşən Abdullayev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Rövşən Abdullaoğlu — Azərbaycanlı yazıçı, filosof-şərqşünas, psixoloq.Rövşən RzayevRövşən Rzayev (milli qəhrəman) — Azərbaycanın milli qəhrəmanı. Rövşən Rzayev (siyasətçi) — Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış deputatı.Rövşən Quliyev — Azərbaycan operatoru.Rövşən AğayevRövşən Ağayev (yazıçı) — dramaturq. Rövşən Ağayev (aktyor) — aktyor, rejissor assistenti.Rövşən ƏliyevRövşən Əliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Rövşən Əliyev (kriminalist) — Kriminalist, Azərbaycan Respublikası Hərbi Prokuroru (1992-1993).Rövşən Hümbətəliyev — Azərbaycanlı alim Rövşən Tağıyev (iş adamı) — Ukrayna Millətlər Assambleyasının prezidenti, iş adamı Rövşən Səfərov — Azərbaycanlı idmançı. Rövşən Əkbərov — Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant.Bu təxəllüsü olan tanınmış insanlar Ramiz Rövşən — Azərbaycan şairi. İradə Rövşən — Azərbaycanlı memar alim. Pir Rövşən — əfqan (puştu) ədəbiyyatının əsasını qoymuş şəxs.
Löven
Löven — Belçikanın şimalında, Brüsseldən 25 km şərqdə yerləşən şəhərdir. Benilüks ölkələrinin ən böyük universiteti Löven universiteti bu şəhərdə yerləşir.
ROXEN
ROXEN və ya Larisa Roxana Giurgiu (rum. laˈrisa rokˈsana ˈd͡ʒʲurd͡ʒʲu; 5 yanvar 2000, Kluj-Napoka) — Rumın müğənni. Rumıniyanı 2021 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək. == Həyatı == Roxen 5 yanvar 2000-ci ildə Rumıniyanın Kluj şəhərində dünyaya göz açmışdır. O, 7 yaşında musiqiyə olan sevgisini kəşf etdi. Roxen artıq 19 yaşında ilk mahnısı "You Don't Love Me"-ni gün işığına çıxardı. Bir sıra ölkələrdə mahnısı çox sevilirdi. İstedadlı müğənni, özünü sübut etmək üçün 2020 Avroviziya Mahnı Müsabiqəsinə qatılma şansını əldə etdi. O, Rumıniyanın Selecția Națională milli seçim turunda iştirak edərək "Alcohol You" söylədi və 1-ci yerə layiq görülərək 2020 Avroviziya Mahnı Müsabiqəsində Rumıniyanı təmsil etmək şansı qazandı, lakin Avropa Yayım Birliyinin 18 mart 2020-ci il qərarına görə 2020 Avroviziya Mahnı Müsabiqəsi COVID-19 koronavirus pandemiyası səbəbindən ləğv edildi, lakin ölkə televiziyası TVR 31 mart 2020 tarixində Roxenin 2021 Avroviziya Mahnı Müsabiqəsində də iştirak edəcəyini bildirdi. O, Niderlandın Rotterdam şəhərində keçiriləcək 2021 Avroviziya Mahnı Müsabiqəsinin 1-ci yarım final mərhələsində "Amnesia" mahnısını ifa edəcək.
Rover
Rover — planetin və ya başqa səma cisminin səthində hərəkət etmək üçün hazırlanmış kosmik kəşfiyyat gəmisidir.
Rovon
Rovon (fr. Rovon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38345. Kommunanın 2012-ci il üçün əhalisi 599 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 172 ilə 1471 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 21 km şimal-qərbdə yerləşir.
Broken Source
Broken Source - Xorvatiyada çalışan azərbaycanlı musiqiçi Dj Sineddin ikinci studiya albomudur. 2011-ci ilin aprel ayında Xorvatiyada bürünc statusu alıb. 1 dekabr 2012 tarixinə olan məlumatlara görə albomun 72000 nüsxəsi satılıb. == Albom haqqında == Broken Source albomunun təqdimatı 10 oktyabr 2010-cu ildə Bakı şəhərində Face klubda keçirildi. Albom 11 (10+1) trek daxil oldu. Dj Sinedd öz ikinci studiya albomu üzərində yenidən Ejay-Studio Records nişanı ilə çalışdı. Albomda Sineddin il ərzində yazdırdığı remikslər və 5 yeni mahnı yer alıb. Dj Sinedd öz rəsmi saytında avqust ayının 28-i yeni albomun trek-siyahısını və üzlüyünü nümayiş etdirdi. Albom 10 oktyabr tarixində işıq üzü gördü və qısa bir zaman ərzində Azərbaycan dance chartinda ilk pilləyə qalxdı. Xorvatiya üzrə satışları 15 mini keçdiyinə görə bu ölkədə albom "gümüş status"unu, Avropa üzrə isə satışları 25 min nüsxəni keçdiyinə görə "bürünc statusu"nu alıb.
Bronven Knox
Bronven Knox (16 aprel 1986, Brisben) — Avstraliyanı təmsil edən su poloçusu. Bronven Knox, Avstraliya yığmasının heyətində 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarına və 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarına qatılıb və 2 dəfə bürünc medal qazanıb. == Karyerası == Bronven Knox, 2008-ci ildə Avstraliya yığması ilə birgə XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 9:9 (3:2 penaltilər seriyasında) hesabı ilə məğlub edən Avstraliya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu. Bronven Knox, 2012-ci ildə Avstraliya yığması ilə birgə XXX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 13:11 hesabı ilə məğlub edən Avstraliya yığması, XXX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Cosayya Vorren
Cosayya Uorren (1798 - 14 Aprel 1874), ABŞ-lı İndividualist anarxist, ixtiraçı, musiqiçi və yazıçı.
Elizabet Vorren
Elizabet Enn Uorren (ing. Elizabeth Ann Warren, qızlıqda Herrinq ing. Herring; 22 iyun 1949, Oklahoma Siti) — ABŞ akademik və siyasətçi. Hazırda ABŞ Senatında Massaçusets ştatını təmsil edən Senatordur. Əvvəl isə o, Texas Universitetinin Hüquq Məktəbi, Pensilvaniya Universitetinin Hüquq Məktəbi və ən son Harvard Hüquq Məktəbində hüquq professoru olmuş. Uorren Demokrat Partiyasının aparıcı siyasətçi sayılır və Amerikan proqressivlərin arasında məşhurdur. == Həyatı == === Siyasi meyilləri === Uorren uzun illər ərzində səsini Respublikaçılara verirdi: Respublikaçı ona görə olmuşam ki, fikirləşirdim ki, onlar bazarı dəstək etmək üçün ən yaxşı adam idilər. Öz sözlərinə görə, o bunu artıq doğru olmadığını sayıb, 1995-ci ildən bəri Demokratlara səs verməyə başladı. O həmçinin qeyd etmişdi ki, hər iki partiyaya, onların heç biri aparıcı olmağa istəmədiyinə görə səs verirdi. === Karyerası === ==== Akademik ==== Gec 1970-ci, 1980-ci və 1990-cı illərdə Uorren bir sıra universitetlərində hüquq öyrədirdi və eyni zamanda, müflisləşmə ilə şəxsi maliyyə kimi məsələləri araşdırırdı.
Erogen zona
Erogen zona — insan bədəninin bir hissəsi hesab edilir. Erogen zonalar insan orqanizmində cinsi həssaslığı artıran hissələr sayılır. Cinsi fantaziyalar, cinsi oyanma və orqazm kimi cinsi reaksiyalar yarada bilər. Başqasının erogen zonasına toxunmaq fiziki yaxınlıq aktı hesab olunur.
Filip Kreven
Filip Kreven - üzgüçülük və əlil arabasında basketbol üzrə beşqat dünya çempionu, Beynəlxalq Paralimpiya Komitəsinin (İPC) rəhbəri. 2001-ci ildən Beynəlxalq Paralimpiya Komitəsinə rəhbərlik edən Kraven 2003-cü ildən Beynəlxalq Olimpiya Komitəsinin üzvüdür. Filip Kreven Azərbaycan Respublikasının Prezidentinin 2 fevral 2016-cı il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə və Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə" "Dostluq" ordeni ilə təltif edilib.
Frozen Streyt
Frozen Streyt (ing. Frozen Strait) — Hudzon körfəzinin şimalında, Kanadanın Nunavut vilayəti, kivallik regionunda yerləşir. Boğaz Melvill yarımadasını Sauthempton adasından ayırır. Qərbdə yerləşən Repals körfəzini şərqdə yerləşən Foks körfəzi ilə birləşdirir. Boğazın uzunluğu 80 km, eni isə 19 – 32 km arasında dəyişir. belə bir fikir vardır ki, Qrenlandiya balinaları şimala miqrasiya etdikləri zaman təkcə Ros Velkom Saund boğazından deyil həmcinin Frozen Streyt boğazındanda istifadə edirlər. == Tarixi == 1615-ci ildə Msvka şirkətinin dəstəyi ilə Robert Baylotun gəmisi Şimal-Qərb keçidi ilə Hindistana getmək istərkən Diskaveri buzlaqlqrında qəzaya uğramışdır. 1742-ci ilin avqustunda boğazın qərb hissəsinə digər ingilis səyyshı Kristofer Midlton yan ala bilmişdir. O, Ros Velkom Saund boğazı ilə şimal yönəlmiş və burada yerləşən boğazın buzlarla tıxandığını müşahidə etmişdir. Bundan sonra boğaza Frozen Streyt (azərb.
Marsella Rovena
Marsella Rovena (italyanca: Marcella Rovena) - İtaliya aktrisasıdır.
Orogen dövr
Orogen dövr — Ştilleyə görə Yer qabığının anormal inkişaf dövrü. Bəzi tədqiqatçılara (Mossakovski, 1965) görə orogen dövr üç mərhələyə ayrılır: I-alt molasslar mərhələsi, II-dağəmələgəlmə mərhələsi, III-üst molasslar mərhələsi. Digər alimlər yer qabığının yaranması tarixində orogen və epeyrogen mərhələlərinin növbələşməsini mümkün saymırlar. Şatskiyə görə (1937), bu proseslər eyni vaxtda baş verir və bir-biri ilə sıx əlaqədə olur. Tipik orogen (qırışıqəmələgəlmə) hərəkətləri arasında tədrici keçid vardır. == Geomorofloji termin == Orogen- (rus. ороген, ing. orogen) (yun. oros- dağ və genos — əmələ gəlmə , yaranma) geosinklinalın inkişafının son mərhələsində onun yerində / epigeosinklinal orogen/, yaxud platformanın yerində onun fəallaşması mərhələsində / epiplatforma orogen/ yaranmış dağ sistemi. Ilk dəfə " orogen" termini 1921-ci ildə Avstriya geoloqu L. Kober tərəfindən geosinklinalın qalxma hərəkətləri və dağların yaranması ilə səciyyələnən ikinci inkişaf mərhələsi üçün təklif edilmişdir.
Pir Rövşən
Pir Rövşən (Bəyazid bin Abdillah bin Məhəmməd əl-Ənsari) — əfqan (puştu) ədəbiyyatının əsasını qoymuş şəxs. == Həyatı == Pir Rövşən adı ilə tanınmış Bəyazid Ənsari 1525-ci ildə Pəncabda, Burki tayfasına mənsub nüfuzlu ailələrdən birində dünyaya gəlmişdir. Kiçik yaşlarında ikən ailəsilə birlikdə Pakistanın Cənubi Vəziristan əyalətinə köçmüşdü. Atası burada əyalət qazısı vəzifəsində çalışmışdır. Gənc yaşlarından poeziyaya böyük maraq göstərmiş, puştu, ərəb və fars dillərində şeirlər yazmışdır. Dini təhsilə də yiyələndikdən sonra, həmin dövrdə geniş yayılmış sufi cəmiyyətlərilə maraqlanmış, sufi ədəbiyyatını dərindən öyrənmişdir. Bəyazid mövcud hakim dini düşüncə ilə qane olmayaraq, yeni fikirlər irəli sürmək qərarına gəlmişdir. Vəhdəti-vücud fəlsəfəsini öyrəndikdən sonra onun davamçısına çevrilmişdir. Bəyazid ailəsinin nüfuzu ilə qazandığı bəzi imtiyazların, əsasən də dini və elmi imtiyazların əleyhinə çıxmışdır. İnadkar xarakterli olduğundan qardaşı ilə arasında ciddi mübahisə yaranmış, atasının məsələyə qarışdıqdan sonra isə ya evdən getmək, ya da fikirlərindən əl çəkmək seçimi qarşısında qalmışdır.
Qrover Klivlend
Stiven Qrover Klivlend (ing. Stephen Grover Cleveland; 18 mart 1837, Kolduel, Nyu-Cersi, ABŞ — 24 iyun 1908, Prinston, Nyu-Cersi, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 22-ci və 24-cü prezidenti (1885-1889, 1893-1897). Prezident vəzifəsini fasiləylə iki dəfə tutmuş yeganə şəxsdir. Klivlend həmçinin, respublikaçıların tam ağalığı ilə keçən 1860-1912-ci illər aralığında Demokratlar partiyasından seçilmiş yeganə ABŞ Prezidentidir. 1928-1946-cı illərdə çap olunan 1000 dollarlıq əskinasın üzərində Qrover Klivlendin portreti təsvir olunmuşdu. == Maraqlı faktlar == Qrover Klivlend Ağ Evdə evlənmiş yeganə ABŞ prezidentidir. O, birinci prezidentlik dövründə, 1886-cı ilin iyununda Ağ Evin Mavi Zalında 21 yaşlı Fransez Folsomla ailə həyatı qurmuşdur.
Ramiz Rövşən
Rövşən Ramiz Məmmədəli oğlu (15 dekabr 1946, Əmircan) — şair, yazıçı, esseist, kinossenarist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981). Azərbaycan Respublikasının Xalq şairi (2019). == Həyatı == Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964–1969), Moskva Ali Ssenari Kurslarını bitirib (1976–1978). Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974–1975), ssenari redaksiya heyətinin üzvü (1979–1987), kinostudiyanın baş redaktoru (1987–1992), Azərbaycan Tərcümə Mərkəzinin baş redaktoru (1992–2020) işləyib. Bir neçə şeir kitabının müəllifidir. Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-də, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub.
Robin Vorren
Robin Uorren (ing. John Robin Warren; 11 iyun 1937[…], Adelaida) — Avstraliya alimi, 2005-ci ildə həmyerlisi Berri Marşalla birgə Helicobacter pylori bakteriyasının mədə və onikibarmaq bağırsaq xora xəstəliyində rolunun aşkarlanmasına görə Nobel mükafatına layiq görülüb.
Rövşən Abbasov
== Həyatı == Rövşən Abbasov 29 mart 1959-cu ildə Azərbaycan Respublikası Qazax rayonunda doğulub. 1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 1980-ci ildə Gəncə Dövlət Dram Teatrında, 1984-cü ildə Azərbaycan Dövlət Dram Teatrında, 1989-cu ildə Azərbaycan Dövlət Gənclər Teatrında çalışıb. 2002-ci ildən Bakı Kamera Teatrının, 2009-cu il oktyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur. == Çəkildiyi filmlər == 1. Əli bəy – («Vaqif», S. Vurğun) 2. Zülfüqar kişi – («Qətl günü», B. Səmədoğlu) 3. Bayram – («Hekayəti-xırsi quldurbasan», M. F. Axundov) 4. Çavuş - («Məkkəyə yol», C. Məmmədquluzadə) 5. Şeyx Kəbir – («Şeyx Sənan», H. Cavid) 6.
Rövşən Abdullaoğlu
Rövşən Abdullaoğlu (tam adı: Rövşən Abdulla oğlu Abdullayev; 28 sentyabr 1978, Bakı) — Azərbaycanlı yazıçı, filosof-şərqşünas, təlimçi, psixoloq, teoloq; "PEN America" yazıçılar birliyinin üzvü, "Qədim Qala" nəşriyyatının təsisçisi, nəşriyyatın elmi heyətinin rəhbəri. Hazırda Azərbaycanda Rövşən Abdullaoğlunun 27 kitabı çapdan çıxmışdır, onların əksəriyyəti bestseller olmuş, ingilis, rus, özbək, ərəb və türk dillərinə tərcümə edilmişdir. Bir çox milli bestseller kitabların müəllifidir. Əsərlərində daha çox psixologiya, fəlsəfə, irfan, həyat fəlsəfəsi və teologiya sahələrinə aid mövzulara toxunur. "Bu şəhərdə kimsə yoxdur" psixoloji romanı 2016–2017-ci illərdə Azərbaycanda yerli və xarici əsərlər arasında ən çox satılan kitab olub. Ölkədə bestseller olmuş "Relslər üzərinə uzanmış adam" romanı 2020-ci ildə ABŞ-nin "Readers’ Favorite" beynəlxalq kitab müsabiqəsində qızıl medala layiq görülüb. O, həm də ictimai fəaliyyəti ilə tanınır. Məktəb və universitetlərdə, mədəniyyət mərkəzlərində psixoloji mövzularda seminarlar keçir, fəlsəfə dərsləri deyir, müxtəlif televiziya və radio verilişlərində çıxış edir. Bir sıra xeyriyyə layihələrinin təsisçisi və iştirakçısıdır. == Bioqrafiya == Rövşən Abdulla oğlu Abdullayev 28 sentyabr 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.
Rövşən Abdullayev
Rövşən Abdullayev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Rövşən Abdullaoğlu — Azərbaycanlı yazıçı, filosof-şərqşünas, psixoloq.
Rövşən Allahverdiyev
Rövşən Fərrux oğlu Allahverdiyev (10 noyabr 1991, Qaraxanlı, Ağcabədi rayonu – 27 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rövşən Allahverdiyev 1991-ci il noyabrın 10-da Ağcabədi rayonunun Qaraxanlı kəndində anadan olub. 1998–2009-cu illərdə Ağcabədi rayon Qaraxanlı kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Rövşən Allahverdiyev 2009–2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Sumqayıt şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət edib. 2016-cı ildən eyni hərbi birləşmənin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmətinə Beyləqan rayonunda, "Həmlə" Taborunda davam edirdi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Rövşən Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rövşən Allahverdiyev sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Ağcabədi rayonunun Qaraxanlı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rövşən Allahverdiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rövşən Allahverdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.