Rövşən Abdullayev

Rövşən Abdullayev (16 yanvar 1969, Lerik rayonu13 sentyabr 1993, Qarabağ) — Azərbaycanın Milli Qəhrəmanı, polis leytenantı, Birinci Qarabağ müharibəsi şəhidi.[1]

Rövşən Abdullayev
Rövşən Abdullayev Əbdülhüseyin oğlu
Şəxsi məlumatlar
Doğum tarixi 16 yanvar 1969(1969-01-16)
Doğum yeri
Vəfat tarixi 13 sentyabr 1993(1993-09-13) (24 yaşında)
Vəfat yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Rütbəsi Leytenant
Təltifləri Azərbaycanın Milli Qəhrəmanı

Rövşən Abdullayev 1969-cu il 16 yanvarda Lerik rayonunda doğulmuşdur.

Orta təhsilini Astara şəhər 1 saylı orta məktəbdə başa vurduqdan sonra ailəsi ilə birlikdə Lənkərana köçmüşdür.

Rövşən 1987-ci ildə Sankt-Peterburq Ali Hərbi-Siyasi məktəbinə daxil olur. 1991-ci ildə ali məktəbi əla qiymətlərlə bitirən gənc leytenantın təyinatını Rostov şəhər Daxili İşlər Şöbəsinə verirlər. O, Azərbaycana qayıdan kimi DİN-in əməkdaşı olaraq daxili qoşunların tərkibinə qatılır. Gənc zabit bir müddət sonra Zəngilana göndərilir. Rövşən 70 nəfərdən ibarət taqımın komandiri təyin edilir. Onun başçılıq etdiyi taqım göstərdiyi şücaətə görə cəbhədə ad çıxarmışdı.

Rövşənin köməkliyi ilə düşmənin Qafan rayonunda yerləşən obyektləri məhv edildi. 13 sentyabr 1993-cü il Rövşənin son döyüşü oldu. Erməni faşistləri Zəngilan rayonunun Qazançı kəndinə hücum etmişdi. O, döyüş yoldaşları ilə "QAZ-66" markalı avtomobilə əyləşib Qazançıya yollanır, onlar kəndin yaxınlığında düşmənin PDM-i və piyadaları ilə üzbəüz çıxdılar, güclü atəşə maruz qalan vətənimizin igid oğulları ölüm dirim savaşına girdilər. Rövşən yoldaşlarına meşəyə çəkilməyə əmr etdi özü isə ağır yaralansada silahı yerə qoymurdu. Yoldaşları onu xəstəxanaya çatdırsalarda artıq gec idi.[2]

Subay idi.

Milli Qəhrəman

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Rövşən Əbdülhüseyn oğlu Abdullayev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Lənkəran şəhər qəbiristanlığında dəfn edilmişdir. Lənkəran şəhərində abidəsi və parkı mövcuddur. Adına Lerik şəhərində mədəniyyət evi və küçə var.

  1. "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-27.
  2. Əsgərov, Vüqar. Azərbaycanın Milli Qəhrəmanları (PDF) (az.)) (Redaktor: Kamil İsmayılov). Bakı: Qapp-poliqraf. 2005. 2019-01-09 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-03-01.
  • Əmənullayev N. Rövşən //Xalq qəzeti.- 1992.- 24 oktyabr.-S.3.
  • Əsgərov V. Abdullayev Rövşən Əbdülhüseyn oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- B., 2005.-S.11.
  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 17–18.
  • Həsənli A. "Ölərəm, bir ovuc torpağın artsın" //Azərbaycan.-1995.- 1 fevral.- S.3.
  • Milli qəhrəmanlarımızın sayı artır //Əsgər.- 1995.-3 fevral.- S.2.
  • Rövşən Abdullayev adına mükafat //Azərbaycan.- 1995.-19 may.- S.3.
  • Şükürlü İ. Düşmən qarşısında çəpər //Şükürlü İ. Ölsəm inanma.- B., 1996.- S. 10–11.
  • Şükürlü İ. Abdullayev Rövşən Əbdülhüseyn oğlu //Şükürlü İ. Ölsəm inanma.- B., 1996.- S.25.
  • Tunc büstə dönmüş qəhrəman: [Lənkəran Şəhər Polis İdarəsinin həyətində büstün açılışı haqqında] //Azərbaycan.-1996.- 15 iyun.- S.4.
  • Vahabova K. Uca dağlar qoynunda: [Hekayə] //Vahabova K. Uca dağlar qoynunda.- B., 1999.- S. 5–8.
  • Fəxrəddin Quliyev, "Milli qəhrəmanlar", "Məktəb" qəzeti, № 39(304), 20 oktyabr 2014-cü il. səh.1