Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Torino
Turin (it. Torino) — ( Pyemont dilində- Turin) şimali İtaliyanın Pyemont bölgəsinin paytaxtıdır. Şəhər Alp dağları ilə əhatələnmişdir və Po çayının sol sahilində yerləşir. Turin adının mənası Kəlt dilində "dağlar" mənasına gələn Tau sözüdəndən gəlir. İtaliyanca isə bu şəhərin adınln mənası "kiçik buğa" olduğuna görə onun gerbində və bayrağında buğa şəkli var. Şəhər 1997-ci ildən UNESCO-nun Dünya İrsinə daxil edilmişdir. Turin Şimal və qərbdən Alp dağları tərəfindən əhatə olunmuşdur. Cənubdan "Monferatto" təpələrinin uzantısı olan tıbii bir yüksək təpə vardır. Şəhər şərqdən qərbə az meyilli bir düz (240m dən-280m ə) üzərində qurulmaqla bərabər yeni salınan qisimlər təpələrə doğru meyl etmişdir. Şəhər içindən 4 böyük su hövzəsi keçməkdədir.
Torino FK
Torino FK (it. Torino Football Club 1906) — İtaliyanın Turin şəhərini təmsil edən futbol klubu. 3 dekabr 1906-cı ildə Yuventusun bəzi oyunçuları yeni klub açaraq adını Torino qoydular. Klub Milanın İnter klubunun yeniyetmələr komandasının və Torineze Komandasının bazasında yaradılmışdır. Klub ilk dəfə 1927-ci ildə İtaliya çempionu olmuşdur. 40-cı illərin ikinci yarısında Torinoya, İtaliya futbolunun əsas oyunçuları yığıldı. O zaman komandanın kapitanı Valentino Matsola idi. 1943-cü ildən başlayaraq komanda 5 il Skudettonu heç kimə vermədi. Növbəti dəfə komanda 1975-ci ildə Çempionluq ugrunda oynamaga başladı və 1976-cı ildə çempion oldu. Növbəti mövsüm isə ikinci yeri tutdu.