Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mariya Petrova
Petrova Mariya Qriqoryevna (1906, Sankt-Peterburq – 24 yanvar 1992, Sankt-Peterburq) — RSFSR Xalq artisti (1978), rejissor və Leninqrad radiosunun diktoru. == Bioqrafiya == 1906-cı ildə Sankt-Peterburqda fəhlə ailəsində anadan olmuşdur. Leninqrad Teatr İnstitutunda təhsil almışdır. Təhsilini bitirdikdən sonra Leninqrad Gənc Tamaşaçılar Teatrında əmək fəaliyyətinə başlamışdır. M.Petrova eyni zamanda Leninqrad radiosu ilə əməkdaşlıq etmiş, uşaq verilişlərində iştirak etmişdir. 1934-cü il 1 apreldə Mariya Petrova Leninqrad radiosu əməkdaşı təyin edilmiş və fasiləsiz olaraq 56 il bu radioda çalışmışdır. Bu illərdə o, padio-tamaşalarda yüzlərlə rol canlandırmışdır. 1959-cu ildə Mariya Petrova RSFSR-nın əməkdar artisti, 1978-ci ildə isə RSFSR-nın xalq artisti adına layiq görülmüşdür. M.Petrova 24 yanvar 1992-ci ildə vəfat etmişdir. O, Sankt-Peterburqun Boqoslav qəbristanlığında, rəssam əri Yaroslav Sergeyeviç Nikolayevin yanında dəfn olunmuşdur.
Patrona Xəlil
Patrona Xəlil (türk. Patrona Halil; 1690 – 25 noyabr 1730, Konstantinopol) — 23-cü Osmanlı sultanı III Əhmədin taxtdan endirilməsinə səbəb olan üsyanın rəhbəri. Əslən albandır və təqribən 1690-cı ildə Bitolada dünyaya gəlmişdir. Gənclik illərində Yeniçəri ocağının 17-ci bölüyünə yazılmış, ocağa bağlı olduğu illərdə Niş və Vidin qalalarında Osmanlı hakimiyyətinə qarşı hazırlanan ayaqlanmalarda iştirak etmişdir. Daha sonra burdan qaçaraq İstanbula gəlmiş, bir müddət kaptan-ı dəryanın kəndxudasının Patrona adlanan gəmisində ləvənd olaraq çalışmışdır. Bu səbəblə bir çox qaynaqlarda Patrona Xəlil olaraq anılır. Bu illər ərzində işlədiyi cinayətlər səbəbilə 2 dəfə ölüm hökmü ilə cəzalandırılsa da, xilas edilmişdir. Sonuncu dəfə isə kaptan-ı dərya Qaymaq Mustafa Paşa tərəfindən xilas edilmiş, bunun qarşılığında isə onun əmriylə məşhur Patrona Xəlil üsyanını başlatmışdır. O günlərdə İstanbulun və imperiyanın vəziyyəti ağırlaşmışdı. Belə ki, ağırlaşdırılan vergilər, rüşvətin və israfçılığın artması azmış kimi, heç bir səbəb olmadan Səfəvilər üzərinə müharibə elan edilmiş, cəbhədən ard-arda məğlubiyyət xəbərləri gəlməkdə idi.
Tatyana Petrova
Tatyana Petrova (d. 22 may 1973) — Rusiyanı təmsil edən su poloçusu. Tatyana Petrova, Rusiya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Niderland yığmasını 5:4 hesabı ilə məğlub edən Rusiya yığması, Sidney Olimpiadasının bürünc medalına sahib oldu. Daha sonra Tatyana Petrova, Rusiya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Macarıstan yığmasını 12:11 hesabı ilə məğlub edən Rusiya yığması, Afina Olimpiadasını beşinci pillədə başa vurdu.
Yuliya Petrova
Yuliya Petrova (d. 24 may 1979) — Rusiyanı təmsil edən su poloçusu. Yuliya Petrova, Rusiya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Niderland yığmasını 5:4 hesabı ilə məğlub edən Rusiya yığması, Sidney Olimpiadasının bürünc medalına sahib oldu.
Yevdokia Petrova
Yevdokia Alekseyevna Petrova (rus. Евдоки́я Алексе́евна Петро́ва; 15 sentyabr 1914 – 19 iyul 2002) — 1950-ci illərdə Avstraliyadakı rus casusu. O, Vladimir Petrovun həyat yoldaşı idi və Petrov işi zamanı onunla birlikdə məşhurlaşmışdı. Sovet İttifaqında böyümüş Petrova dövlət tərəfindən idarə olunan məcburi əmək düşərgələrində və ya qulaqlarda bürokrat kimi çalışmışdır. 1951-ci ildə o, əri ilə birlikdə Avstraliyaya diplomat kimi göndərildi, baxmayaraq ki, onun əsl işi Avstraliya hökumətinə qarşı kapitan rütbəsində casusluq idi. Bu vəzifədə o, Kanberradakı Sovet səfirliyinə kargüzarlıq, şifrələmə və əməliyyat yardımı göstərmişdir. O, 1954-cü ildə əri ilə birlikdə Avstraliyaya qaçdı. Bu, Petrov işinin qızğın vaxtında Darvin Hava Limanında baş verdi. Petrovların epizodla bağlı xatirələri onların Maykl Tueyts tərəfindən yazılmış "Qorxu imperiyası" kitabında yer alırdı. Qaçdıqdan sonra Yevdokia Moskvadakı ailəsi ilə bağlı narahatlıqlar yaşadı, cəzalandırılacaqlarından və ya öldürüldüklərindən qorxdu.
Eucalyptus porosa
Paroza evkalipti (lat. Eucalyptus porosa) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Avstraliyadır. Aralıq dənizi sahillərində geniş ərazilərdə becərilir. == Botaniki təsviri == Hündürlüyü 15–18 m-ə çatan, sıx çətirli ağacdır. Gövdəsinin qabığı boz-qonur rənglidir. Təzə yarpaqları açıq yaşıl rəngli, parlaq, yaşlandıqca əyilmiş formalı, tünd və ya açıq yaşıl rəngdə olur. Birevli bitkidir. Avqust-sentyabr aylarında çiçəkləyir. Meyvəsi qutucuqdur.
Mikania porosa
Mikania porosa (lat. Mikania porosa) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Ocotea porosa
Ocotea porosa (lat. Ocotea porosa) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin ocotea cinsinə aid bitki növü. Cinnamomum porosum (Nees & Mart.) Kosterm. Oreodaphne porosa Nees & Mart. Phoebe porosa (Nees & Mart.) Mez Nectandra speciosa Chanc.
Phoebe porosa
Ocotea porosa (lat. Ocotea porosa) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin ocotea cinsinə aid bitki növü. Cinnamomum porosum (Nees & Mart.) Kosterm. Oreodaphne porosa Nees & Mart. Phoebe porosa (Nees & Mart.) Mez Nectandra speciosa Chanc.
Oreodaphne porosa
Ocotea porosa (lat. Ocotea porosa) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin ocotea cinsinə aid bitki növü. Cinnamomum porosum (Nees & Mart.) Kosterm. Oreodaphne porosa Nees & Mart. Phoebe porosa (Nees & Mart.) Mez Nectandra speciosa Chanc.
Patrona Xəlil üsyanı
Patrona Xəlil üsyanı – 1730-cu ildə İstanbulda baş verən və III Əhmədin taxtdan endirilməsi ilə nəticələnən üsyan. Yeniçəri ocağına məsub olan və bir müddət donanmada ləvənd olaraq çalışdığı üçün Patrona ləqəbiylə anılan Xəlilin adıyla tarixə keçən üsyan, mənbələrdə Patrona Xəlil və ya qısaca Patrona üsyanı olaraq qeyd edilir. Üsyan 1718 tarixli Pojarevatsk sülhü ilə başlayan ardıcıl siyasi, iqtisadi və sosial inkişafa qarşı etirazların nəticəsidir. Dövrün sədrəzəmi Nevşəhərli Kürəkən İbrahim Paşanın, Osmanlı ordusunun Avstriyaya qarşı məğlubiyyətindən sonra sülh tərəfdarı siyasət yeritməsi səbəbilə orduyla münasibətlərinin pisləşməsi, Belqrad və Temeşvar kimi önəmli mövqelərin itirilməsi, Nevşəhərli İbrahim Paşa sədrəzəm olduqdan sonra ordunu məmnun etmək üçün heç bir səbəb olmadan Səfəvilərə müharibə elan etməsi və bu mübarizədə Osmanlıların məğlub olması əhalinin müxtəlif təbəqələri arasında narazılıqlara səbəb olmuşdu. Digər tərəfdən uzun müddətdir ki, davam edən müharibələrin səbəb olduğu iqtisadi böhran, əvvəlcə müvəqqəti olaraq yığılsa da, sonralar daimi vergiyə çevrilən ağır “imdadiyyə” vergisi, önəmli dövlət vəzifələrinin ömürlük verilməsi kimi icra olunan bəzi tədbiqlər, xüsusilə aşağı təbəqənin vəziyyətini ağırlaşdırmışdı. Başda Sultan Əhməd və kürəkəni Nevşəhərli İbrahim Paşa olmaqla, dövlət adamlarının israfçılığa səbəb lüzumsuz məsrəfləri, boş qalan bəzi vəzifələrin qeyri-qanuni şəkildə guya doluymuş kimi göstərərək gəlirlərinin xəzinəyə yönləndirilməsi də xalqın etirazına və dövlət adamlarına olan nifrətə səbəb olmuşdu. XVII əsr boyunca böyük şəhərlərə köç hələ də davam edir, bu da əyalətlərin boşalmasına, istehsalın aşağı düşməsinə və gəlirlərin azalmasına səbəb olurdu. Sonradan Lalə dövrü olaraq anılan Nevşəhərli İbrahim Paşanın sədarəti dövründə ilk türk mətbəəsinin açılması, tərcümə heyətinin qurulmasıyla şərq və qərb ədəbiyyatlarından tərcümələrin hazırlanması, kitabxanaların açılması, bir müddətdir diqqətlərdən yayınan çini sənətinin yenidən inkişaf etdirilməsi, kağız və parça emalatxanalarının qurulması, rəsmi yanğınsöndürmə qurumu olan Tulumbaçılar ocağının təşkili kimi işlər isə əhalinin yalnız müəyyən bir qismini təskin edirdi. Fransız memarlığının təsiri ilə hazırlanan köşk və qəsrlərin inşası və bununla bağlı olaraq dəbədəbəli həyat tərzi və israfın artması İstanbul əhalisinin etriazlarını alovlandırdı. Sarayın adət-ənənələrdən uzaqlaşması, hətta müqəddəs Ramazan ayında belə şənliklərin davam etməsi üləma zümrəsinin də əhalini dəstəkləməsinə səbəb olmuşdu.
Eucalyptus calcicultrix var. porosa
Paroza evkalipti (lat. Eucalyptus porosa) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Avstraliyadır. Aralıq dənizi sahillərində geniş ərazilərdə becərilir. == Botaniki təsviri == Hündürlüyü 15–18 m-ə çatan, sıx çətirli ağacdır. Gövdəsinin qabığı boz-qonur rənglidir. Təzə yarpaqları açıq yaşıl rəngli, parlaq, yaşlandıqca əyilmiş formalı, tünd və ya açıq yaşıl rəngdə olur. Birevli bitkidir. Avqust-sentyabr aylarında çiçəkləyir. Meyvəsi qutucuqdur.
Petrova-Biryokanın binası (Rostov-na-Donu)
Petrova-Biryokanın binası binası — Rostov-na-Donu şəhərində yerləşən bina. Bina Rostov vilayəti, Rostov-na-Donu şəhəri, Bolşoy Sadovaya küçəsi, ev 111 ünvanında yerləşir. Binada şair Dmitri İliç Petrova-Biryoka yaşamışdır. Bina 1928-cı ildə konsstuktivizm stilində inşa edilmişdir. Bina arxitektur mədəni irs siyahısına daxil edilmişdir. Bina Rostov vilayəti, Rostov-na-Donu şəhəri, Bolşoy Sadovaya küçəsi, ev 111 ünvanında yerləşir. Bina 1928-ci ildə inşa edilmişdir. Yazıçı Dmitri İliç Petrova-Biryoka Don vilayətinin Anninski Xopyorski stanisası ərazisində doğulmuşdu. O, bir çox əsərlərin müəllifidır «Kazaklar haqqında deyimlər», «Vəhşi çöl», «Kondrat Bulabin», «Don çölünün oğulları», «Qruzinov qardaşları», «İvan Turçannikov», «Cənub odda», «Vətən qarşısında». Yazıçı 1932-ci ildən Rostov-na-Donu şəhərində kitab mətbəəsində çalışırdı.