Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sazalnik dili
Sazalnik dili — qum-balıqqulağından ibarət olan dil. Azov dənizinin Taqanroq körfəzi sahilində qərarlaşır. Qlafirov dilindən 15 km şimalda yerləşir. İnzibati cəhətdən Krasnodar diyarının Şerbinov rayonu ərazisinə daxildir. Dil ərazisi düzənlikdir. Eni 3 km, uzunluğu 7 km təşkil edir. Elə də hündür olmayan sahil əraziləri balıqqulağı ilə örtülüdür. Dilin böyük qismini Dolqoe gölü tutur. Azov dənizi ilə kiçik axınla birləşir Dilin qərb hissəsində yeganə yaşayış məntəqəsi olan Şabelskoe kəndi yerləşir. Kənd ilk dəfə 1783-cü ildə Sazalnik adı ilə təşkil olunmuşdur.