Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gazania
Hazaniya (lat. Gazania) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Hazaniya orta qurşaq şəraitində birillik bitki kimi becərilən çoxillik ot bitkisidir. Hündürlüyü 40 sm-ə çatan budaqlı,sallaq,boz-yaşıl yarpaqlı və uzun çiçək saplağında yerləşən iri hamaşçiçəkləri (diametri 8 sm-ə qədər) olan bitkidir.Qılçıq gülləri növündən asılı olaraq qırmızı,narıncı və ya ağ rəngli olur.Boruşəkilli gülləri qara rəngdədir.Növ və hibridlər hündürlüyünə,hamaşçiçəyin ölçüsünə,qılçıq güllərin miqdarına və rənginə görə bir-birindən fərqlənir.Hazaniya bitkisi toxumla çoxaldılır.Solmuş bitkiləri qopartmaq lazımdır.Hazaniya qayalıq sahələrdə yaxşı bitir.Əgər payızda bitkini çıxarıb dibçəyə köçürsək,yazda çiçəkləmə müşahidə ediləcəkdir. == Məlumat mənbəsi == Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016.
Qaraisa
Qaraisa — Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Kalinino rayonunda kənd. Rayon mərkəzindən 10 km cənub-qərbdə yerləşir. 1937-ci ilə kimi Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur. 1937-ci il dekabrın 31-də Kalinino rayonu yarandıqdan sonra Cəlaloğlu (Stepanavan) rayonunun indiki ərazi bölgüsündən çıxarılmışdır. Toponim üçoxlara mənsub qara isalı türk tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19. IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Meğvahovit qoyulmuşdur. Kənddə 1922-ci ildə 128 nəfər, 1926-cı ildə 163 nəfər, 1931-ci ildə 196 nəfər azərbaycanlı yaşamışdır.
Qazaxca
Qazaxca ya da Qazax Türkcəsi (qaz. Қазақша, қазақ тілі / Qazaqşa, qazaq tili, قازاقشا، قازاق تىلى ) — türk dilləri ailəsinin qıpçaq qoluna aid dil, Qazaxıstan Respublikasının rəsmi dili və qazax xalqının doğma dili. Quruluş və tələffüz baxımından qaraqalpaq, noqay, və qırğız dillərini qazaxcaya ən yaxın olan türk dilləri olaraq hesab etmək olar. Əsasən Qazaxıstan ərazisində, Monqolustanın qərbindəki Bayan-Ölgii aymağında (qazaxca "Bayölke", yəni "Bayölkə / Bəyölkə; varlı, bərəkətli diyar" deməkdir) və az sayda digər aymaqlarda, qismən olaraq Rusiyanın qazaxlar yaşayan bəzi sərhədyanı bölgələrində (Həştərxan vilayəti, Orenburq vilayəti, Altay Respublikasının cənubundakı Koş-Aqaç / Koş-Aqaş (yəni "Qoşaağac") rayonunda), Çinin qərbindəki Şincan Uyğur Muxtar əyalətinin şimalındakı Yili / İli Qazax Muxtar dairəsində (xüsusilə onun Taçenq / Tarbağatay və Altay dairələrində), Hami / Qumul dairəsinin Balıkun / Barköl Qazax Muxtar rayonu, Çanqji (uyğurca "Sanci", lakin böyük ehtimalla təmiz çincə toponimdir) Hui Muxtar dairəsinin Mulei / Mori Qazax Muxtar dairəsində, və həmçinin Qansu əyalətinin Ciutsuan şəhəri / Sucau bölgəsinə bağlı Akesai / Aqsay (yəni "Ağçay") Qazax Muxtar dairəsində geniş yayılmışdır.
Bacasia
Barnadeziya (lat. Barnadesia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Bacasia Ruiz & Pav. Diacantha Less. Penthea Spach Rhodactinea Gardner Xenophontia Vell.
Gamasina
Gamasina — Mesostigmata (orta stiqmalı gənələr) alt dəstəsinə aid olan böyük və müxtəlif bir gənə (mite) kohortasıdır. Bu qrup, 6000-dən çox təsvir edilmiş növü ilə Mesostigmata daxilində ən böyük kohortalardan biridir. Gamasina üzvləri, parazit, sərbəst yaşayan və yırtıcı həyat tərzi sürən müxtəlif ekoloji rollara malikdirlər. == Xüsusiyyətləri == Gamasina, aşağıdakı xüsusiyyətlərlə xarakterizə olunur: Stiqmaların yeri: Stiqmalar (tənəffüs dəlikləri) adətən ikinci və ya üçüncü koksaların (ayaqların birinci seqmenti) arxasında və ya yan tərəfində yerləşir. Xeliserae quruluşu: Xeliserae (ağız hissələri) müxtəlif qidalanma strategiyalarına uyğunlaşmışdır və iti, kəsici və ya əmici hissələrə malik ola bilər. Bədən forması: Bədən forması müxtəlifdir, lakin əksər növlərdə oval və yastı şəklindədir. Həyat tərzi: Gamasina, parazit, sərbəst yaşayan və yırtıcı formaları əhatə edən geniş ekoloji müxtəlifliyə malikdir. == Təsnifatı == Gamasina, bir neçə infraorderə bölünür, bunlardan ən böyüyü Parasitiformesdir. Parasitiformes, əsasən parazit və yırtıcı gənələri əhatə edir. == Ekoloji rol və əhəmiyyəti == Gamasina üzvləri ekosistemlərdə müxtəlif rollar oynayır.
Qazaka
Qazaka — Azərbaycanın ən qədim şəhərlərindən biri, Atropatena hökmdarlarının yay iqamətgahı, Atropatena dövlətinin paytaxtı, Azərbaycanda, eləcə də bütün Şərq zərdüştiliyin əsas ibadətgahlarından, böyük mədəniyyət mərkəzlərindən biri, zəngin şəhər olmuşdur. Şəhərin adı qədim yunan dilli mənbələrdə Qazaka kimi qeyd edilir. Qazaka ərəb işğalları dövründən etibarən mənbələrdə Cənzə və ya Şiz adlandrılır. "Şiz" və ya "şiçikan" sözünə pəhləvi dilli mənbələrdə tez-tez rast gəlmək olur. Pəhləvi dilində bu söz xəzinə və yaxud ləl-cəvahirat saxlanan yer anlamında işlədilirdi. Erməni dilli mənbələrdə "Qandzak" və ya "Kandzak" formasında verilmiş bu ad ərəblərdə "Cənzə", farslarda isə Gəncə formasında işlədilmişdir. Məhz buna dayanan İran alimləri şəhərin adını fars dilləri vasitəsiylə izah etməyə çalışırlar. Qiyasəddin Qeybullayevin saklar haqqındakı araşdırmaları zamanı bəlli olmuşdur ki, həm Qazaka (Gəncək), həm də Şimali Azərbaycandakı Gəncə şəhəri sakların məskunlaşdığı ərazidə yaranıb formalaşmış, hətta Şimali Azərbaycandakı Gəncə şəhəri uzun müddət Sak çarlığının siyasi mərkəzi – paytaxtı olmuşdur. Həmçinin Orta Asiyada da sakların məskunlaşdığı yerdə Gəncə sözü ilə bağlı bir neçə toponim, oronim və etnonim olmuş, onlardan bəziləri günümüzə qədər çatmışdır. Q. Qeybullayev Şimali Azərbaycandakı Gəncə və Cənubi Azərbaycandakı Gəncək şəhərlərinin adının sakların ən böyük tayfalarından biri olan gəncəklərinadı ilə bağlı olduğunu isbat etmişdir.
Qazağı
Qazağı - ən qədim Azərbaycan rəqslərindən biri. Adından göründüyü kimi rəqs Qazax zonasında yaranmışdır. Fərz olunur ki, Qazağı döyüşçü rəqsidir. Onu yürüşə və hərbə gedəndə ifa edərmişlər. Rəqs nikbinlik və qəhrəmanlıq pafosu ilə yanaşı incəlik və təmkinliklərlə zəngindir. Olduqca yeyin hərəkətli, coşqun, texniki baxımdan mürəkkəb elementlərlə zəngin və solist intonasiyalı rəqsdir. Rəqs ifa olunarkən sərrast hərəkətlər və daxili qüvvənin əzəməti tələb olunur. Çox versiyalara malikdir və müxtəlif alətlərdə səslənə bilir. Lakin 1936-cı ildə bəstəkar Üzeyir Hacıbəyov mahnı və rəqs ansamblı yaradarkən bir sıra mütəxəssislərin köməyi ilə bu rəqsi xoreoqrafik yönümündə işləyərək nota salınmışdır.Səhnə tamaşası kimi quruluşunda “Qazağı” onu böyük məharətlə oynamağı bacaran bir dəstə kişi tərəfindən ifa olunur. Rəqsdə düzümü rəngarəng və texniki cəhətdən mürəkkəb hərəkətlər çoxdur.
Haasia
Dehaasia (lat. Dehaasia) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi.
Qarsia
Qarsia — soyad. Endi Qarsia — Kubalı aktyor. Ana Fernandez Qarsia — İspaniya aktrisası. Vata Matanu Qarsia — karyerasını bitirmiş anqolalı futbolçu.
Nauli Canaşia
Nauli Canaşia (gürc. ნაული ჯანაშია; d. 1 mart 1947, – ö. 17 mart 2015, Tbilisi, Gürcüstan) — Gürcüstan parlamentinin müxalifət fraksiyasını təmsilçisi, "Vahid Milli Hərəkat" partiyasının üzvü. 1 mart 1947-ci ildə anadan olmuşdur. 2012-ci ilin oktyabrında Gürcüstan parlamentinə keçirilən seçkilərdə Sameqrelo-Zemo Svaneti bölgəsinin Martvili rayonundan mojaritar qaydada deputat seçilmişdir. Parlamentdə fraksiya katibi, həmçinin beynəlxalq işlər və aqrar məsələləri üzrə komitələrin, Moldova, Belarus və Qazaxıstan dostluq qruplarının üzvü olmuşdur. 17 mart 2015-ci ildə Tbilisidə vəfat etmişdir.
Qamaşma (roman)
Korlaşma — Almaniya yazıçısı və Nobel mükafatı laureatı Elias Kanettinin 1935-ci ildə yazdığı roman. "Korlaşma" romanında yazılıdığı dövrə aid izlərə rast gəlmək mümkündür. Əsər 1930-cu illərdə, hələ nasistlərin hakimiyyətə yenicə gəldiyi dövrdə yəhudi əsilli alman Elias Kanetti tərəfindən yazılmışdır. Bu ilk romanında Kanettinin hakimiyyətə olan marağı hiss ediliməkdədir. Kanetti bu romanını 26 yaşında yazmışdır. Roman Birinci dünya müharibəsi ilə İkinci dünya müharibəsi arasındakı dövrdə Almaniyadakı vəziyyəti, Almaniyanın Birinci dünya müharibəsindəki məğlubiyyətinin təsirini qaldırmaq üçün nasistlərin fəaliyyətindən bəhs edir. Kitabın anti-qəhrəmanı olan Kin kitablara və elmə bağlıdır. Evində 25.000 kitabı olan Kin xarici dünyadan soyumuş, evindən qıraqda olan hər kəsə cahil, savadsız gözü ilə baxır. Roman 3 hissədən ibarətdir: Dünyasız bir baş : Evindəki kitabları ilə yaşayan Kinin evindəki həyatından bəhs edən bu bölümdə xidmətçisi Terezaya kitablarını göstərən Kinin onunla evlənməsi də danışılır. Kin xarici dünyadan ayrı yaşayır.
Qarasim Tağızadə
Qara Tağızadə (tam adıyla: Qarasim Əbdülhəsən oğlu Tağızadə; 1946, Jdanov – 4 mart 2018, Bakı) — [[Azərbaycanlılar. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, professor. Qarasim Tağızadə 1946-cı ildə Beyləqanda dünyaya gəlib. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. 1991-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 1998-ci ildə Azərbaycanın Xalq artisti fəxri adlarına layiq görülüb. 2003-cü ildən prezident təqaüdçüsü olmuşdur. Qarasim Tağızadə 2018-ci il mart ayında vəfat etmişdir. Həyat yoldaşı: Lətafət Firuz qızı Tağızadə. 05.01.1950-ci ildə Bakı şəhərində anadan olub. "Azərbaycan qadını" jurnalının ədəbi redaktoru, Aile, Qadın ve Uşaq Problemləri üzrə Dövlət Komitəsinin metbuat xidmərinin rəhbəri, 1989-cu ildə əməkdar jurnalist.
Qazaxca Vikipediya
Qazaxca Vikipediya (qaz. Қазақша Уикипедия) — Vikipediyanın qazax dilində olan bölməsidir. 15 iyul 2024 — Qazax dilində olan Vikipediyada 236.484 məqalə var. 2002-cü ilin İyundan kk.wikipedia.org ünvanında Qazax dilində Vikipediya fəaliyyətə başlamışdır. Bu bölməsinin xüsusiyyəti odur ki, orada latın, kiril və ərəb qrafikalı əlifbalardan istifadə edilir. 2007 - 1000 məqalə mart 2008 - 2000 məqalə mart 2009 - 3000 məqalə yanvar 2010 - 6000 məqalə 17 yanvar 2010 - 7000 məqalə 10 mart 2011 -8000 məqalə 5 aprel 2011 - 9000 məqalə 8 aprel 2011 - 16000 məqalə 16 aprel 2011 - 20000 məqalə 15 iyun 2011 - 25000 məqalə 18 iyun 2011 - 30000 məqalə 22 iyun 2011 - 35000 məqalə 29 iyun 2011 - 40000 məqalə 3 iyul 2011 - 45000 məqalə 9 iyul 2011 - 50000 məqalə 12 iyul 2011 - bölmə Vikipediyaların siyahısıda ən böyük 50 Vikipeiyaların siyahıya girib. 13 iyul 2011 - 55000 məqalə 20 iyul 2011 - 60000 məqalə 26 iyul 2011 - 65000 məqalə 14 avqust 2011 - 70000 məqalə 23 avqust 2011 - 75000 məqalə 11 oktyabr 2011 - 80000 məqalə 15 oktyabr 2011 - 85000 məqalə 22 oktyabr 2011 - 90000 məqalə 26 oktyabr 2011 - 100000 məqalə 6 avqust 2012 - 150000 məqalə 29 noyabr 2012 - 200000 məqalə. 200 mininci məqalə Nurbek Matzhani tərəfindən yaradılan Жасанды интеллект (qaz. Süni intellekt) məqaləsidir. perrow="5" Qazax Vikipediya Как же развивать Казахскую Википедию?
Simon Canaşia
Simon Canaşia (gürc. სიმონ ჯანაშია; 26 iyul 1900 – 5 noyabr 1947, Tbilisi) — gürcü tarixçisi və ictimai xadimi. Tarix professoru və Gürcüstan Milli Elmlər Akademiyasının qurucularından biri idi. Canaşia, 1900-cü ildə, Gürcüstanın cənub-qərbindəki Quriya əyalətindəki Makvanetidə anadan olmuşdur. Atası Nikoloz Canaşia (1872–1918), Abxaziyada anadan olmuş, pedaqoq, etnoqraf idi. 1922-ci ildə Simon Canaşia Tbilisi Dövlət Universitetini bitirdi. 1924–1977-ci illərdə orada müəllim (1924–1930), dosent (1930–1935) və professor (1935–1947) vəzifələrində çalışmışdır. 1941-ci ildə Gürcüstan Milli Elmlər Akademiyasının (GMEA) yaradıcılarından biri, 1941–1977-ci illərdə akademiyanın vitse-prezidenti və GMEA Tarix İnstitutunun direktoru olmuşdur. 1943-cü ildə Canaşia Sovet İttifaqı Elmlər Akademiyasının (indiki Rusiya Elmlər Akademiyası) üzvü seçildi. 1940-cı illərdə Gürcüstanın şərqindəki Msxeta və Armazidə arxeoloji qazıntılar təşkil etdi.
Aşağı Qazanış
Aşağı Qazanış (qum. Тёбен Къазаныш, Тюпдеги Къазаныш, Уллу Къазаныш, rus. Нижнее Казанище) — Rusiya Federasiyasının Dağıstan Respublikasının Buynaksk rayonunda bir kənd. Yuxarı Qazanış kəndinin yaxınlığında yerləşir. == Tarixi == Keçmiş adı Böyük Qazanış olmuşdur (qum. Уллу Къазаныш, rus. Большое Казанище).
Yuxarı Qazanış
Yuxarı Qazanış (qum. Оьр Къазаныш, Оьрдеги Къазаныш, Гиччи Къазаныш, rus. Верхнее Казанище) — Rusiya Federasiyasının Dağıstan Respublikasının Buynaksk rayonunda bir kənd. Aşağı Qazanış kəndinin yaxınlığında yerləşir. Keçmiş adı Kiçik Qazanış olmuşdur (qum. Гиччи Къазаныш, rus. Малое Казанище).
Eqer qalası
Eqri qalası (macar: Egri vár) — müasir Macarıstanın şimalında Eger (alm: Erlau, lat: Agria) şəhərində yerləşən Osmanlı qalasıdır. Qala 1552-ci ildə qalanı mühasirəyə alan Osmanlı ordusuna qarşı müdafiəsi ilə tarixi əhəmiyyət kəsb edir. Eqri qalası ilk dəfə 1552-ci ildə Osmanlı ordusu tərəfindən mühasirəyə alınmış və ağır itkilərdən sonra mühasirə dayandırılmışdır. 1596-cı ildə yenidən mühasirəyə alınan qala bu dəfə qısa bir mühasirədən sonra 12 oktyabr 1596-cı ildə Osmanlılar tərəfindən ələ keçirilir. 90 il vilayət mərkəzi olaraq fəaliyyət göstərən qala, II Vyana mühasirəsindən və 1686-cı ildə Lotaringiya hersoqu V Karlın Budini ələ keçirməsindən sonra 1687-ci ildə Habsburq oordusu tərəfindən qala yenidən tutulmuşdur.
Eqri qalası
Eqri qalası (macar: Egri vár) — müasir Macarıstanın şimalında Eger (alm: Erlau, lat: Agria) şəhərində yerləşən Osmanlı qalasıdır. Qala 1552-ci ildə qalanı mühasirəyə alan Osmanlı ordusuna qarşı müdafiəsi ilə tarixi əhəmiyyət kəsb edir. Eqri qalası ilk dəfə 1552-ci ildə Osmanlı ordusu tərəfindən mühasirəyə alınmış və ağır itkilərdən sonra mühasirə dayandırılmışdır. 1596-cı ildə yenidən mühasirəyə alınan qala bu dəfə qısa bir mühasirədən sonra 12 oktyabr 1596-cı ildə Osmanlılar tərəfindən ələ keçirilir. 90 il vilayət mərkəzi olaraq fəaliyyət göstərən qala, II Vyana mühasirəsindən və 1686-cı ildə Lotaringiya hersoqu V Karlın Budini ələ keçirməsindən sonra 1687-ci ildə Habsburq oordusu tərəfindən qala yenidən tutulmuşdur.
Erebuni qalası
Erebuni qalası — E.ə. 782-ci ildə Urartu çarı I Argişti tərəfindən indiki İrəvan şəhəri ərazisində, şəhərin Cənub-Şərq tərəfində Qanlıtəpə adlı yerdə salınmış şəhər-qala. E.ə. IV əsrə qədər mövcud olub. Buradan tapılan 13 sətrdən ibarət mixi yazı lövhəsində qalanın Menuanın oğlu Biyan (Uratu) ölkəsi və Tuşbi şəhərinin hakimi Argişti tərəfindən salındığı və Erebuni adlandırıldığı yazılıb. Qanlıtəpənin zirvəsindəki meydan 2 hektar olsa da, qala təxminən 50 hektar ərazini tutur. Mənbələrdə İşpuini kimi də qeyd olunan qalanın əsl adı türkcə Erbiuni olmaqla "Er-bi" (ərlər boyu) və "-uni" (urartu dilində "ölkə") deməkdir və "Ərlər boyunun ölkəsi" anlamını verir. Erebuninin İrəvan şəhərinin ilkin adı olduğu da güman edilir. == Həmçinin bax == İrəvan Qərbi Azərbaycan == İstinadlar == == Mənbə == Y.Yusifov. Qədim Şərq tarixi, В., 1993, səh.276; Ə.Ələkbərli.
Eçmiədzin qəzası
Abdurrəhman
Fit qalası
Fit qalası — Şamaxı şəhərinin şimal-qərbində, 35 km məsafədə Sulut və Basqal kəndlərinin yaxınlığında, 1 810 metr ucalığı olan Fit dağının zirvəsində yerləşir. Bu dağ özü də hər tərəfdən əlçatmaz Lahıc dağları ilə əhatə olunur. Bu dağlar silsiləsi məşhur Babadağ, Niyal dağı və nəhayət Qafqaz sıra dağlarına söykənir. Bu yerlərə keçmişdə insan ayağı nadir hallarda dəyə bilərdi. Buna görə də təsadüfi deyil ki, XIX əsrin axırları və XX əsrin əvvəllərinə qədər nəinki Fit qalası, hətta Fit dağının özü də coğrafi xəritələrdə qeydə alınmamışdır. Fit qalasının əlçatmaz bir dağın zirvəsində tikilməsinə baxmayaraq, o, divarlarla da əhatə olunmuşdur. Bu divarların eni təqribən 3 metrdir. Yıxılıb dağıldığı üçün onların ucalığını müəyyən etmək mümkün deyil. Lakin mütəxəssislər divarın enindən onun ucalığının ən azı 5 metr olduğunu ehtimal etmişlər. == Tarixi == Fit qalasının nə zaman tikilməsi barədə dəqiq məlumat yoxdur.
Girdiman qalası
Cavanşir qalası — İsmayıllı rayonunda yerləşən tarixi abidə. Rayonun qədim dövrlərə aid tarixi abidələrinin böyük əksəriyyəti Albaniya tarixinə aiddir. Məlumdur ki, Albaniya tarixinin son dövrləri, onun əsas vilayətlərindən olan Girdiman vilayəti və tanınmış sərkərdəsi Cavanşirin adı ilə bağlıdır. Qala 7-ci əsrdə tikilmişdir. Qafqaz Albaniyasında Mehranilər sülaləsinin hakimiyyəti dövründə hökmdar Cavanşir tərəfindən tikdirilmişdir və buna görədə qala onun adını daşıyır. Qalanın inzibati mərkəz kimi istifadə olunduğu güman edilir. Qala İsmayıllı rayonunun Talıstan kəndindən 4 km şimalda, Ağcaçayın sağ sahilində yerləşir. Əsas hissə "içqala"dan ibarətdir. Əsas hissənin cənub divarlarının qalınlığı 2 m, hündürlüyü isə 10 m-dən çoxdur. Düzgün olmayan çoxbucaqlıyla "içqala" dağın ən hündür yerində tikilmişdir.
Grunewald qalası
Grunewald qalası — Karlsberq təpəsi üzərində yerləşən mənzərəli bir qaladır. Şarlottenburq-Wilmersdorfun Grunewald məhəlləsi sərhədlərində yerləşən qala, Berlinin görməli yerlərindən biri hesab olunur. Hündürlüyü 36 metrdir. Qala 1899-cu ildə Prussiya kralı və Almaniyanın ilk imperatoru I Vilhelmin adına abidə olaraq inşa edilmişdir. Qotik üslubunda tikilən binada I Vilhelmin heykəli də var. Həmçinin Albrext fon Run, Helmut von Moltke, Otto fon Bismark və Şahzadə Friedrich Karlın portretləri qalanın dörd küncündə yerləşir. == Tarixi == 1897-ci ildə Landkreis Teltovun parlamenti Ernst von Stubenrauchun fikri ilə 1888-ci ildə vəfat edən Prussiya Kralı I Vilhelmin 100-cü doğum günü şərəfinə bir abidə tikmək qərarı verildi. Beləliklə, Grunewald meşələrində yerləşən Karls dağında bir mənzərə qalası tikmək qərara alındı. Binanın memarı Frans Şvechten oldu. 10 mart 1897-ci ildə Şvechtenin layihəsi imperator II Vilhelm tərəfindən təsdiq edildi və inşaatın icazəsi verildi.
Gəncə Qalası
Gəncə qalası — Gəncə şəhərinin tarixi mərkəzində yerləşən XVI əsrə aid tarix-memarlıq abidəsi. Qala 1588-ci ildə Osmanlılar tərəfindən ələ keçirilmiş Qədim Gəncə qalasına nəzarət edəcək hərbi qüvvələrin yerləşdirilməsi üçün Fərhad Paşanın göstərişi ilə inşa edilmişdir. Sonradan I Şah Abbas və Cavad xanın hakimiyyəti dövründə qala genişləndirilmiş və möhkəmləndirilmişdir. I Şah Abbasın göstərişi ilə Gəncə şəhərinin mərkəzinin Qədim Gəncə qalasından Gəncə qalasının forştadtına köçürülməsindən sonra Gəncə qalası şəhərin mərkəzində yerləşən əsas kompleks olmuşdur. Qalanın sitadelində Gəncə xan sarayı yerləşmişdir. 1804-cü ildə bir aydan artıq davam edən mühasirə və qanlı döyüşdən sonra Gəncə qalası Çar Rusiyası tərəfindən ələ keçirilir. Bundan dərhal sonra daxili qalanın özəyini təşkil edən Xan sarayı talan edilərək dağıdılır. Dövrümüzə Gəncə qalasının yalnız hissələri çatdığından, onun memarlıq xüsusiyyətləri əsasən tarixi xəritə və planlar, həmçinin qravür və fotoşəkillər əsasında öyrənilmişdir. Qalanın 1797-ci ilə aid planından görünür ki, şəhər böyük bir əraziyə malik idi və onun ərazisinin böyük bir hissəsini bağlar tuturdu. Şəhər ərazisi qala və forştadta bölünürdü.
Gəncə qəzası
Gəncə qəzası (1918-ci ilədək Yelizavetpol qəzası) — Rusiya imperiyası və Azərbaycan Xalq Cümhuriyyəti dövründə Gəncə quberniyasında inzibati-ərazi vahidi. Rusiya imperiyası Gəncə xanlığını işğal etdikdən (1804-ci il, yanvar) sonra xanlıq ləğv edildi, Yelizavetpol dairəsi yaradıldı. Dairə Gürcüstan quberniyasının tərkibinə daxil edildi. 1840-ci il 10 aprel islahatı nəticəsində dairə qəzaya çevrildi. Yelizavetpol qəzası Gürcüstan-İmeretiya quberniyasının tərkibinə verildi. Qəza Yelizavetpol, Qazax, Şəmşəddil və Ayrım məntəqələrinə bölündü. Yelizavetpol qəzasında qəza idarə sistemi təşkil olundu. 1846-cı il 14 dekabr tarixli inzibati-ərazi bölgüsündən sonra Yelizavetpol qəzası yeni yaradılmış Tiflis quberniyasının tərkibinə daxil edildi. 1851-ci ildə Rusiyada əhali sayının araşdırılması üçün həyata keçirilmiş IX təftişə əsasən, inzibati cəhətdən Qori, Yelizavetpol, Sığnaq, Telav və Tiflis qəzalarını, həmçinin Dağ dairəsini, Car-Balakən hərbi dairəsini, Osetiya dairəsini və Tuş-Pşav-Xevsur dairəsini əhatə edən Tiflis quberniyasının əhalisi 267.786 nəfəri kişilər, 223.699 nəfəri qadınlar olmaqla 491.485 nəfər idi. Əhalinin ümumi sayı haqqında məlumatlar imperiyanın Maliyyə Nazirliyinin Zaqafqaziya idarəsi tərəfindən təqdim olunmuşdu.