QARASINA

zərf
1. Necə gəldi, harası gəldi, bilərək-bilməyərək; görmədiyi, bilmədiyi halda.
[Qaraca çoban] gecənin zil qaranlığında o taya qarasına kəmənd atmağa başladı. M.Rzaquluzadə.

2. Dalınca, arxasınca, ünvanına.
Nağdalı, yaxud Mehralı atlarını çapıb gedərkən hər dəfə babalarının qarasına başlarını bulayardılar, çünki hər dəfə babaları qarşısında duyduqları heyrət və sevinci başqa cür ifadə edə bilmirdilər. Ə.Məmmədxanlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QARASINA dalınca — arxasınca

Etimologiya

  • QARASINA Birinin arxasınca danışanda, qeybətini edəndə deyirik: “qarasına da­nı­şır”. Qarasına sözünün kökü qaraq (göz) kəlməsi ilə bağlıdır
QARASAYAQ
QARASINCA

Digər lüğətlərdə