Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kapitel
Kapitel (lat. caput «baş») — sütunun və ya pilyastranın yuxarı, yekun elementini təşkil edir. Kapitel abaka və exindən ibarət olur. Abaka adətən düzbucaqlı piltə formasında, exin isə daha iri və yastıq formasında olur. Hər bir memarlıq orderi üçün ayrıca kapitel tipi uyğun gəlir. == Kapitelin hissələri == Hər bir kapitelin əsas 3 hissədən ibarətdir: 1) Abaka. 2) Exin. 3) Boyun. Bu hissələr özləridə ikinci dərəcəli hissələrə bölünür. Sadə kapitel (dorik) abaka və exindən ibarətdir.
Qasıməli
Qasıməli, Getapi — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. Rayon mərkəzindən 5 km şərqdə yerləşir. "İrəvan əyalətinin icmal dəytəri"ndə Qasımkənd, Qafqazın 5 verstlik xəritəsində Qasıməli kəndi formasında qeyd edilmişdir. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Qarni nahiyəsində qışlaq kimi qeyd olunur 1878-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. Toponim Qasıməli adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. 1728-ci ilə aid arxiv mənbəyinda Qasımlı kimidir [170, 142]. Həmin mənbədə Qasımkənd adı da çəkilir və "el məşhur Avşar" adlandırılır İranda XIX əsrdə Əfşar tayfasının bir qolunun adı Qasumlu idi. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1.
Qaşığek
Qaşığek - qədim idiofonlu musiqi alətlərdən biri. "Qaşığek" sözü "qaşıq" ismindən və "qaşımaq" felindən əmələ gəlib. “Qaşıq” məişətdə istifadə edilən ən qədim mətbəx əşyasının adı, “ek” isə sözdüzəldici şəkilçidir. Yəni, qaşığek dedikdə, qaşığabənzər çalğı aləti nəzərdə tutulur. H.Zərinəzadənin “Fars dilində Azərbaycan sözləri” əsərində “qaşıq” sözü araşdırılır və bu deyimin təmiz Azərbaycan türk kəlməsi olduğu bildirilir. Miniatür mənbələrdən aydın olur ki, XVI əsrdə kiçik ölçülü qaşığek aləti Azərbaycanda daha çox istifadə edilib. XVI əsrdə yaşamış Azərbaycan miniatür rəssamlıq məktəbinin tanınmış nümayəndəsi Məhəmmədi (?-1580) “Dərvişlərin rəqsi” (əslində “Bahar bayramının qarşılanması” – Rasim Əfəndi) qoşa miniatür əsərində dəf, təbirə, dühul, dairə, musiqar, cərəs alətləri ilə yanaşı qaşığeki də təsvir edir. Bu qoşa rəsmdə “Təkə oyunu” el tamaşası təsvir edilib. Oyun iştirakçıları adları çəkilən çalğı alətlərini səsləndirirlər. Məsxərəçilər atılıb-düşərək əllərindəki qaşığeki döyəclədikdə alətin şaqqıltılı səsi ətrafa yayılırmış.
Pastel
Pastel (fr. pastel; it. pastello; pasta – xəmir) — boyakarlıqda üzlüksüz quru, yumşaq (rəngli) karandaşla işləmə üsulu; Bu texnika ilə yaradılmış boyakarlıq əsəri. Pastel karandaşları ilə rəsm nahamar (çox vaxt rəngli) kağız, karton, səthinə rəng astarı çəkilmiş kətan, zamşa, perqament üzərində işlənir. Pasteldə ştrixlərdən geniş istifadə olunması onu qrafikaya yaxınlaşdırır. Pastelin işıqlı və təmiş rəngləri özünün ilkni təravətini və gücünü, rəng təbəqəsinin səthi isə zərifliyini saxlayır. ASE, VII cild, Bakı, 1983. səh. 481.
Qaratel Hacımahmudova
Qaratel Hacımahmudova (tam adı: Qaratel Şəmi qızı Hacımahmudova; d. 1948, Aşağı Əskipara, Qazax rayonu, Azərbaycan SSR, SSRİ — ö. 14 iyun 1992, Aşağı Əskipara, Qazax rayonu, Azərbaycan) — "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuş Qarabağ müharibəsi şəhidi. Qaratel Hacımahmudova 1948-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində dünyaya göz açmışdı. 1962-ci ildə Aşağı Əskipara kəndin orta məktəbini bitirib və Bakı Ticarət Texnikumuna daxil olub. 1970–1975-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. 1976–1991-ci illərdə Neft Kəşfiyyatı İdarəsində işləyib. Qaratel Hacımahmudova həm də Azərbaycan Milli Azadlıq Hərəkatının ən fəal üzvlərindən olub. 1990-cı ildə kiçik qardaşı Hümbətlə son dəfə meydanda rastlaşırlar. Qaratel Hacımahmudova ondan fikrini soruşur.
Qasıməli Cantoşev
Qasıməli Cantoşev (qırğ. Касымалы Жантошев;; 2 sentyabr [15] 1904, Tənizbay kəndi, Ak-Suu rayonu, İsıkgöl vilayəti, Qırğızıstan - 13 avqust 1968, Frunze) - qırğız ədəbiyyat və ictimai xadimi, yazıçı, dramaturq, tərcüməçi, aktyor, rejissor. Qırğızıstan SSR-in əməkdar artisti (1946), Qırğız SSR xalq yazıçısı (1968) olmuşdur. SSRİ Yazıçılar İttifaqı (1934) olmuşdur. 1926-cı ildə A.Kuttubayev, A.Botaliyev, S.Sabayev, K.Eşimbəyov və başqaları ilə birlikdə ümid verən gənc olaraq Qırğızıstan musiqi və dram studiyasına qəbul edildi. Musiqi və dram studiyasında çalışdığı illərdə bir neçə rol oynamış, eyni zamanda ilk pyeslərini: "Çobanlar", "Karaçaç", "Qırmızı və Mariya" və s. yazmışdır. Sonradan Q.Cantoşevin yuxarıda göstərilən bütün pyesləri səhnəyə qoyulub. 1930-cu ildə Frunze şəhərində Pedaqoji Texnikumu bitirmışdır. Qırğızıstan Pedaqoji Kollecində müəllim işləyib, bir müddət kənd məclislərinin sədrlərinin hazırlanması kurslarından dərs keçib.
Qasıməli Zahirnejad
Qasıməli Zahirnejad (1924, Ərdəbil – 13 oktyabr 1999, Tehran) – İranın Azərbaycan əsilli hərbçisi və general-mayoru. Qasıməli 1924-cü ildə Ərdəbil şəhərində anadan olmuşdur. 1999-cu ildə ürək tutması nəticəsində vəfat etmişdir. Tehran şəhərində Behişti-Zəhra məzarlığında dəfn edilmişdir. 1951-ci ildə İmam Əli Hərbi Universitetini bitirmişdir. O, 1973-cü ildə polkovnik-leytenant rütbəsi ilə təqaüdə çıxmışdır, lakin 1979-cu il İran İslam inqilabından sonra yenidən orduda xidmət etməyə çağırılmışdır. Beləliklə, Urmiyadakı 64-cü diviziyaya komandan təyin edilmişdir. 1980-ci ildə general rütbəsi verilməklə İran jandarmasının komandanı təyin edilmişdir. 1981-ci ildə İran nizami ordusunun baş qərərgah rəisi təyin edilmişdir. İran-İraq müharibəsi zamanı onun israrla bəzi taktikalar izləməsi İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbər şəxsləri ilə arasında toqquşmalar yaşanmasına səbəb olmuşdu.
Aleksey Qastev
Aleksey Qastev (rus. Гастев, Алексей Капитонович; 26 sentyabr (8 oktyabr) 1882 və ya 8 oktyabr 1882[…], Suzdal, Vladimir quberniyası[d] – 15 aprel 1939[…], Kommunarka[d], Moskva vilayəti) — Rus inqilabçısı, həmkarlar ittifaqı xadimi, şair və yazıçı, əməyin elmi təşkili nəzəriyyəçisi və Mərkəzi Əmək İnstitutunun rəhbəri. 1931-ci ildən bəri Sovet İttifaqı Kommunist Partiyası (b) üzvü. Proletkult ideoloqlarından biri. Moskvada məşhur "Yazarlar Kooperativi"-ndə yaşayırdı. Ədəbi təxəllüslər - A. Zorin, İ. Dozorov, A. Z., A. Zarembo, A. Nabeqov. == İstinadlar == == Ədəbiyyat == === Rus dilində === Aleksey Qastev // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Elizabet Qaskel
Elizabet Qaskell (ing. Elizabeth Cleghorn Gaskell; 29 sentyabr 1810 — 12 noyabr 1865) — Viktoriya dövrü ingilis roman yazıçısı idi. Əsl soyadı Stivensondur. Mançesterli keşiş Uilyam Qaskel ilə evləndikdən sonra, Mrs. Qaskell olaraq tanınır. Həyat yoldaşının işi sayəsində cəmiyyətin müxtəlif təbəqələrini tanıması və xüsusilə yoxsulluqları görmə şansı qazandı. Romanlarında xüsusilə Mançesterdəki sənaye həyatı və cəmiyyəti təsvir edir. Həmçinin, Şarlotta Brontenin bioqrafiyasını yazmışdır. Çarlz Dikkensın də dəstəklədiyi Qaskelin yazıları jurnallarda nəşr olunurdu. Yaşadığı dövrdə qadın yazıçılara çox nadir rast gəlmək mümkün idi, amma Qaskel ingilis ədəbiyyatında özünə yer əldə edə bilmişdir.
Kastel Rotsone
Kastel Rotsone (it. Castel Rozzone) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Milanın təxminən 40 kilometr (25 mil) şərqində və Berqamodan təxminən 15 kilometr (9 mil) cənubda yerləşir. Əhalisi 2545 nəfər, əhalinin sıxlığı 2545 nəfər/km²-dir. Sahəsi 1 km² ərazini tutur. Poçt kodu — 24040. Telefon kodu — 0363.
Moşe Kastel
Moşe Kastel (ivr. ‏משה קסטל‏‎; 1909[…], Qüds – 12 dekabr 1991 və ya 1992, Tel-Əviv) — İsrailli rəssam. Moşe Kastel 1909-cu ildə Yerusəlimdə anadan olmuşdur. Moşe Kastel 1909-cu ildə Yerusəlimdə anadan olmuşdur. Ailənin kökləri 1492-ci ildə İspaniyadan yəhudilərin çıxarılmasından sonra Müqəddəs torpaqlara köçən Kastiliyadan olan ispan yəhudilərinə gedib çıxır. Atası Əl Xəlildə anadan olmuşdur. O, Qüdsdə Nahalat Şiva və Buxari semestrində Səfərad yəhudiləri üçün məktəb açdı. Moşe atasının təhsil aldığı Buxari məhəlləsində böyümüşdür. 13 yaşındaykən 1921-ci ildən 1925-ci ilə qədər təhsil alan Bezalel İncəsənət Məktəbinə daxil oldu. Məktəbin rəhbəri Boris Şatz idi.
Mühərrikli vasitə
Mühərrikli vasitə, aldığı hər hansı bir enerjini mexaniki enerjiyə çevirən vasitələrin köməyi ilə itələmədən və çəkmədən hərəkət edə bilən özüyeriyən bir nəqliyyat vasitəsidir.
Qaşiyə surəsi
88-ci surə
Ğaşiyə surəsi
əl-Ğaşiyə (ərəb. سورة الغاشية‎) (Bürüyən) surəsi. Quranı Kərimin 88 surəsidir, Məkkə surəsidir 26 ayətdən ibarətdir. Surə adını ilk ayədə keçən, örtünən, bürünən, bağlanan mənasını verən ğaşiyə kəlməsindən almışdır.
Ana Mariya Masiel
Ana Mariya Masiel (d. 18 noyabr 1987) — Braziliyanı təmsil edən bədii gimnast. Ana Mariya Masiel 2004-cü ildə Braziliyanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ana Mariya Masiel 2004-cü ildə Braziliya bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Dayana Kamilo, Fernanda Kavaliyeri, Jennifer Oliveyra, Larissa Barata və Tayanne Mantovaneli ilə birgə finalda 44.400 xal topladı və 8-ci yeri tutdu.
Kastel-de-Kastels
Kastel-de-Kastels (isp. Castell de Castells) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 45,90 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 493 nəfərə çatmışdır.
Stels yerüstü vasitə
Stels yerüstü vasitələr, stels texnologiyasının tətbiq olunduğu hərbi vasitələrdir. Bir çox ölkə bu texnologiyanı özlərinin nəqliyyat vasitələrində tətbiq etmişdirlər. İsveç istehsalı olan Stridsvagn 103, aşkarlanma ehtimalını azaltmaq üçün aşağı profilli dizayn edilmişdir. Chieftain tankı, stels tank texnologiyasında ingilislərin ilk təşəbbüsü idi. Challenger 2-nin əvvəlki modellə müqayisədə daha aşağı Radara Görünmə Sahəsi təklif edən gövdəsi və qülləsi var. Digər nəqliyyat vasitələri, xüsusən də insansız yerüstü vasitələr kiçik ölçüləri səbəbindən nəzərə çarpmayan dərəcədə aşağı radar izinə sahib ola bilərlər.
İnsansız yerüstü vasitə
İnsansız yerüstü vasitə (qısaca İYV) yerüstü hərəkət edən və içində insanlar olmayan nəqliyyat vasitələrinin ümumi adıdır. İnsan varlığının uyğun olmayan, təhlükəli və ya qeyri-mümkün olduğu hallarda istifadə olunur. Uzaqdan idarəedici cihazla idarə edilən növləri olduğu kimi, sensorlar vasitəsilə özü hərəkət edə bilən tipləri də mövcuddur.
Vasitəsiz və vasitəli nitq
Vasitəsiz və vasitəli nitq — danışarkən və ya yazarkən bəzən başqasının nitqini (onun dediyini və yazdığını) dinləyiciyə, oxucuya çatdırmaq lazım gəlir. Başqasının nitqi iki üsulla verilə bilər: vasitəsiz və vasitəli. Başqasının nitqi eyni ilə, dəyişdirilmədən verilərsə, ona vasitəsiz nitq deyilir. Vasitəsiz nitqli cümlələr iki hissədən ibarət olur: müəllifin sözlərindən və vasitəsiz nitqdən. Müəllifin sözü M(m), vasitəsiz nitq V(v) ilə işarə olunur. Müəllifin sözlərində xəbər, əsasən, nitq və təfəkkür feillərindən ibarət olur. Vasitəsiz nitq müəllif sözlərinə qoşulur,yazıda dırnaq işarəsi və ya tire ilə ayrılır. Müəllif təhkiyəsinə daxil olduqda dırnaqlar arasında,dialoqlarda tire ilə verilir. Vasitəsiz nitqin işlənmə formaları: M:"V". "V?"-m.
Serjio Luis Masiyel Lukas
Serjio Luis Masiyel Lukas (br-port. Sergio Luís Maciel Lucas; 18 sentyabr 1979, Rio-de-Janeyro), daha çox Serjan (br-port. Serjão) kimi tanınır — braziliyaəsilli Azərbaycan futzalçısı. 2009-cu ildə Azərbaycan vətəndaşlığını qəbul etmiş və Azərbaycan millisində oynamağa başlamışdır. O, bir futbolçu üçün özünəməxsus ölçüləri ilə seçilirdi (2012-ci il Avropa Çempionatında 184 santimetr boyunda və 110 kiloqram ağırlığında idi).
Minaya davamlı pusquya qarşı qorunan vasitə
MRAP (ing: Mine Resistant Ambush Protected), ABŞ tərəfindən hazırlanmış zirehli, minaya davamlıdır və pusquya qarşı effektiv müdafiə təmin edən döyüş maşınıdır. Yol kənarında yerləşdirilmiş bombalardan içərisindəki şəxsi heyətini qorumaq üçün “V” şəkilli bir gövdəsi olan yüksək şassili nəqliyyat vasitələri, gərgin münaqişə regionlarına belə təhlükəsiz şəkildə şəxsi heyəti çatdıra və ya şəxsi heyəti həmin yerdən çıxartmağı təmin edə bilirlər. Fərqli növləri vardır: 4x4 və 6x6. Avtomobilin çəkisi və ölçüləri nəzərə alınmaqla 3 ayrı kateqoriyaya bölünür. Türkiyə Silahlı Qüvvələri tərəfindən istifadə olunan MRAP vasitələri BMC Sanayi ve Ticaret A.Ş. və Nurol Holdinq tərəfindən istehsal olunur.