Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gimri
Gimry (rus. Гимры, avar. Генуб) — Dağıstan Untsukulsky rayonunda bir kənd.
İmrə
İmrə , Yaz başlanğıcında Cemreyi (yeddi gün ara ilə əvvəl hava, sonra su və torpaqda meydana gəldiyi sanılan istilik artımını) təşkil edən cin. Türk və altay xalq mədəniyyətində və mifologiyasında İmrə (İmere və ya Əmrə) yazda görünüb titrək işıqlar saçaraq göyə yüksəlir. Sonra buzların üzərinə düşərək onları əridir. Oradan da yerə girər. Bundan sonra istilənmiş torpaqdan buxar yüksələr. İmrə baharın gəlişini təmsil edir. Bulqarlarda Zemire olaraq iştirak edər. Anadolu Türkcəsində, Ərəbcədən gəlmə Cemre sözcüyünün əslində bu adın bənzətmə ilə dəyişmiş halı olduğu deyilə bilər. İlk Cemre 20 Fevralda havaya və yeddi gün ara ilə də suya və torpağa düşər. Zemre isə Qumuq Türkcəsində nəm, buxar kimi mənalara gəlir.
Gimri tuneli
Gimri tuneli — Rusiyanın ən uzun yol tunelidir.Tunel Dağıstanda yerləşir; Buynaksk və Gimri kəndini birləşdirən tunel, İrqanay Su Elektrik Stansiyasının tikintisi üçün ən qısa və hava şəraitindən asılı olmayan nəqliyyat əlaqəsini təmin edir. Tunel həmçinin respublikanın mərkəzi dəmir yolu xətti ilə Dağıstanın 9 dağlıq bölgəsini birləşdirir. Tunelin uzunluğu 4303 m-dir. Gimri tunelinin ötürmə qabiliyyəti saatda 4 min avtomobildir. Yolun hərəkət hissəsinin eni 7 metr, hündürlüyü isə 5 metrdir. Tunel, səthdən 900 m-ə qədər dərinlikdə əhəng daşı, qumdaşı, alevrolit və argillit qatında yerləşir. Tunelin kəsişmə diametri 9 m, hərəkət hissəsinin eni 7 m-dir. Drenaj və ventilyasiya xidməti tunelə paralel yerləşir (birləşdirən körpülər hər 300 m-də yerləşir). Tunel işıqlandırılıb və burada avtomatik yanğın siqnalizasiya sistemləri, oğurluq həyəcan siqnalları, yüksək səsli elanlar, telefon əlaqələri, televiziya nəzarəti, əməliyyat ventilyasiyası, mərkəzi dispetçer nəzarəti quraşdırılıb. == Tikintisi == Gimri tuneli İrgqnay hidroelektrik kompleksinin inşası üçün malların daşınması məqsədi ilə inşa edilmişdir.
Imre Lakatos
İmre Lakatos (9noyabr, 1922 - 2 fevral, 1974), elmi inkişafa bağlı araşdırma proqramlarıyla məşhurluq qazanmış olan müasir elm fəlsəfəçisi. Lakatos, eyni zamanda klassik elm anlayışına qarşı etirazları ilə tanınmışdır. == Düşüncələri == Pozitivist elm idealı və anlayışını tənqid edən Lakatosun fikrincə, elmdə yekun doğrulama və yekun rədd etmə yoxdur. Elm səhvə yol verə bilər, xətaya düşə bilər . Elmdə dəqiq səhvlərlə düzlərin ola bilməyəcəyini söyləyən Lakatosun sözlərinə görə, həqiqəti qarantiya altına almaq və həqiqəti təmin etmək üçün ümumi-keçərli, universal və rasyonal üsullar yoxdur. Buna görə elm müəyyən və dəyişilməz bir metod ola bilməz. Bu baxımdan Pol Feyerabendə təsir etdi; Bilinir ki, onun məşhur İdarə etmə kitabı Lakatos ilə yazışmalarının məhsuludur. Bu yolla, Lakatos elmin rasional irəliləməsini sübut etməyə çalışır.
Yunis İmrə
Yunus Əmrə (güm. 1240, Kiçik Asiya[d] – güm. 1321, Kiçik Asiya) — Anadoluda türkcə şeirin banilərindən biri; sufi; İslam filosofu; təsəvvüf və xalq şairi; Türk-İslam mütəfəkkiri. 1991-ci ildə UNESCO tərəfindən Yunus Əmrənin 750 illik yubileyi qeyd olunmuşdur. == Həyatı == === Tapdıq Əmrə ilə tanış olması === Həyatı və özü haqqında çox az şey məlum olan Yunus Əmrə, Rum sultanlığının dağılmağa və Anadolunun müxtəlif yerlərində bəyliklərin yaranmağa başladığı 13-cü əsrin ortalarından Osmanlı bəyliyinin yaranmağa başlandığı 14-cü əsrin ilk rübünə qədər Mərkəzi Anadolu hövzəsində dünyaya gəlmiş və yaşamış şair və ərəndir. Yunus Əmrə, Hacı Bəktaş Vəli Dərgahında oldusa da, onu "Bizim Yunus" edən mənəvi yüksəlişini Hacı Bəktaş Vəlinin özünün göndərdiyi Tapdıq Əmrə Dərgahında yaşamış və dərgahda xidmət göstərmişdir. Yunus Əmrə uzun müddət dərgahda odunçuluq fəaliyytilə də məşğul olmuşdur. === Digər mütəfəkkirlərlə tanış olması === Yunusun yaşadığı illər, Anadolunun Monqol axın və yağmaları, daxili müharibə və çəkişmələrlə, siyasi nüfuz zəifliyi, habelə qıtlıq və quraqlıqla pərişan olduğu illərdir. 13-cü əsrin ikinci yarısı, yalnız siyasi çəkişmələrin deyil, müxtəlif məzhəb və inancların, batini və mötəzili nəzərlərin də yayılmağa başladığı vaxtdır. Belə bir şəraitdə, Mövlanə Cəlaləddin Rumi, Hacı Bəktaş Vəli, Ahi Əvran Vəli kimi elm və irfan əhli ilə birlikdə Yunus Əmrə, Allah sevgisi, məhəbbət və gözəl əxlaqla bağlı fikirləri, İslam təsəvvüfü və s.
Yunus İmrə
Yunus Əmrə (güm. 1240, Kiçik Asiya[d] – güm. 1321, Kiçik Asiya) — Anadoluda türkcə şeirin banilərindən biri; sufi; İslam filosofu; təsəvvüf və xalq şairi; Türk-İslam mütəfəkkiri. 1991-ci ildə UNESCO tərəfindən Yunus Əmrənin 750 illik yubileyi qeyd olunmuşdur. == Həyatı == === Tapdıq Əmrə ilə tanış olması === Həyatı və özü haqqında çox az şey məlum olan Yunus Əmrə, Rum sultanlığının dağılmağa və Anadolunun müxtəlif yerlərində bəyliklərin yaranmağa başladığı 13-cü əsrin ortalarından Osmanlı bəyliyinin yaranmağa başlandığı 14-cü əsrin ilk rübünə qədər Mərkəzi Anadolu hövzəsində dünyaya gəlmiş və yaşamış şair və ərəndir. Yunus Əmrə, Hacı Bəktaş Vəli Dərgahında oldusa da, onu "Bizim Yunus" edən mənəvi yüksəlişini Hacı Bəktaş Vəlinin özünün göndərdiyi Tapdıq Əmrə Dərgahında yaşamış və dərgahda xidmət göstərmişdir. Yunus Əmrə uzun müddət dərgahda odunçuluq fəaliyytilə də məşğul olmuşdur. === Digər mütəfəkkirlərlə tanış olması === Yunusun yaşadığı illər, Anadolunun Monqol axın və yağmaları, daxili müharibə və çəkişmələrlə, siyasi nüfuz zəifliyi, habelə qıtlıq və quraqlıqla pərişan olduğu illərdir. 13-cü əsrin ikinci yarısı, yalnız siyasi çəkişmələrin deyil, müxtəlif məzhəb və inancların, batini və mötəzili nəzərlərin də yayılmağa başladığı vaxtdır. Belə bir şəraitdə, Mövlanə Cəlaləddin Rumi, Hacı Bəktaş Vəli, Ahi Əvran Vəli kimi elm və irfan əhli ilə birlikdə Yunus Əmrə, Allah sevgisi, məhəbbət və gözəl əxlaqla bağlı fikirləri, İslam təsəvvüfü və s.
İmre Kertes
İmre Kertes (mac. Kertész Imre; 9 noyabr 1929[…], Budapeşt – 31 mart 2016[…], Budapeşt) — macar yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2002). == Həyatı == Macarıstanın ədəbiyyat sahəsində ilk Nobel laureatı İmre Kertes yəhudi əsillidir. Budapeştdə yoxsul ailədə doğulmuşdur. 1944-cü ildə, 15 yaşında ikən faşistlər onu da minlərlə həmvətəni kimi indiki Polşa ərazisindəki Auşvits-Birkenau (Osvensim) həbs düşərgəsinə salmışdılar. Məhrumiyyət həyatı sonra Buhenvald əsir düşərgəsində davam etmişdi. 1945-ci ildə sağ qalan digər hərbi əsirlərlə birlikdə azadlığa çıxmışdı. Ancaq ana tərəfdən qohumlarının hamısı həbs düşərgələrində məhv edilmişdi. Budapeştə qayıtdıqdan sonra o, müxtəlif macar qəzet və jurnallarında müxbir kimi çalışmışdı. Alman əsarəti və yəhudilərin həbs düşərgələrindəki həyatı yaradıcılığının aparıcı xətti olaraq qalmaqdadır.
İmre Laslotski
İmre Laslotski — Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2015-ci ildən) == Həyatı == İmre Laslotski 1961-ci ildə anadan olmuşdur.Moskva Dövlət Universitetinin və Hollandiyanın Beynəlxalq Əlaqələr İnstitutunun məzunudur.Diplomatik karyerasına Macarıstan XİN-də məruzəçi vəzifəsi ilə başlamış, daha sonra Nazirliyin departamentlərindən birinə baş direktor təyin edilmişdir.O, Macarıstanın Küveyt, Mərakeş, Liviyadakı diplomatik missiyalarında çalımış və ölkəsinin Tacikistan, Qırğızıstan və Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri olmuşdur.2015-ci ilin sentyabr ayından Macarıstanın Azərbaycandakı səfirliyinə başçılıq edir. == Şəxsi məlumatlar == Evlidir, 2 uşağı var.İngilis, rus, ərəb, portuqal və italyan dillərini bilir.
İmre Madaç
İmre Madaç (mac. Madách Imre; 20 yanvar 1823, 21 yanvar 1823 və ya 20 yanvar 1820 – 5 oktyabr 1864) — macar aristokrat, yazıçı, şair, hüquqşünas və siyasətçi. "İnsanın faciəsi" (Az ember tragédiája, 1861) poeması ən tanınmış əsəri hesab olunur. Təxminən 4000 misradan ibarət olan dramatik poemadır. Əsərdəki ideyalar Yohann Volfqanq Götenin Faust tragediyası ilə müqayisə olunur. İmre Madaç XIX əsrin ən tanınmış macar şairlərindən biri olan Yanoş Aranın yaradıclığından ilhamlanmışdır. == Həyatı == İmre Madaç 1823-cü ildə Macarıstan Krallığında Dolna Strehova şəhərində varlı zadəgan ailəsində anadan olmuşdur. 1829-cu ildən Madaç Vaç rayonunda yerləşən Piarist məktəbində oxumağa başladı. 1831-ci ildə vəba epidemiyası yayıldığı bir vaxtda Madaç Buda şəhərində yaşamağa başladı. 1837-ci ildə Peşt Universitetində ali təhsil aldı.
İmre Makoveç
İmre Makoveç (mac. Imre Makovecz, 20 noyabr 1935[…], Budapeşt – 27 sentyabr 2011[…], Budapeşt)— macar memar. == Haqqında == İmre Makoveç 20 noyabr 1935-ci ildə anadan olmuşdur. O, ali təhsilini Budepeşt Texniki Universitetində almışdır. Onun təşəbbüsü ilə Macarıstan İncəsənət Akademiyası yaradılmışdır. İmre Makoveç bu akademiyaya uzun illər rəhbərlik etmişdir. Makoveç orqanik memarlığın ən məşhur nümayəndələrindəndir. O fəaliyyətləri ilə bağlı "İmre Makoveç: Ruhun qanadları" adlı ilk ingilis dilli məqaləsini 1997-ci ildə nəşr etdirdi.
İmre Nad
İmre Nad (mac. [ˈimrɛ ˈnɒɟ], 7 iyun 1896[…], Kapoşvar – 16 iyun 1958[…], Budapeşt) — macar siyasi və dövlət xadimi. İki dəfə macarıstanın baş naziri olmuşdur. Macar inqilabının rəhbərlərindən hesab edilir. == Həyatı == İmre Nad Macarıstanın Kapoşvar bölgəsində kəndli ailəsində anadan olmuşdur. Uşaqlıq illərindən çilingər yanında çalışmışdır. Onun atası Jozef Nad (1869–1925) o bölgədəki malikanələrin birində xidmətçi işləyirdi. Daha sonralar isə poçt məmuru kimi çalışmışdır. Anası Rozaliya Szabo (1877–1969) evlənməmişdən əvvəl malikanələrdən birində xidmətçi olaraq çalışmışdır. I Dünya müharibəsi başlayan zaman İmre Nad Avstriya-Macarıstan ordusuna çağırılmış və Şərq cəbhəsinə göndərilmişdir.
İmre Şteyndl
İmre Şteyndl (mac. Steindl Imre, 29 oktyabr 1839[…], Peşt[d], Peşt medyesi – 31 avqust 1902[…], Budapeşt) — XIX-XX əsr macar memarı, Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti və Vyana İncəsənət Akademiyasında təhsil almışdır. Macarıstan Elmlər Akademiyasının üzvü, Qotik arxitekturasında ixtisaslaşmış və biliklərini öz əsərlərində, xüsusilə Macarıstan Parlament binasının memarlığında geniş şəkildə istifadə istifadə etmişdir. 1870-1875-ci illərdə İmre Şteyndl dizaynına görə Budapeştdə yeni bir hökummət binası inşa edilmişdir. [1885]-ci ildən 1904-cü ilə qədər tikilmiş, memarın əsas yaradıcılıqlarından biri Macarıstan Parlament Binasıdır. 1902-ci ildə İmre Şteyndl möhtəşəm memarlıqla işlədiyi Macarıstan Parlament Binasının açılışından əvvəl vəfat edir. Binanın tikilmə müddəti isə 1904-cü ilə qədər davam etmişdir.
Hacı Tapdıq və Şeyx Yunis İmrə məqbərəsi
Hacı Tapdıq və Şeyx Yunus məqbərəsi Qax rayonunun Oncallı kəndində, meşənin içərisində yerləşən qəbiristanda, görkəmli şəxsiyyətlərin məzarları üstündə inşa olunmuşdur. Qəbiristan yerli əhali arasında Oğuz adı ilə tanınır. Bu iki məzar müqəddəs sayılır və ziyarət yeridir. Məzarların ikisi də yerdən bir metr hündürlükdə çay daşından tikilmiş hörgü ilə əhatələnmişdir. Şeyx Yunisin məzarının üstü təxminən 1400-cü ildə Mirzə Çələbi Soltan ibn Məhəmməd ibn Məhəmməd Zaman ibn İmam Əli adlı şəxs tərəfindən, Hacı Tapdığın məzarının üstü isə 1786-cı ildə Şeyx Mirzə Çələbi və Şeyx Salman ibn Saleh adlı şəxs tərəfindən inşa edilmişdir. Tapdıq baba və Şeyx Yunis xanəgahı bir vaxtlar beynəlxalq karvan-ticarət yolu üzərində böyük fəaliyyət göstərmiş siyasi-ideoloji mərkəzlərdən biri olmuşdur.
Aimer
Aimer (エメ, Eme, [eme]) – Sacra Music ilə əməkdaşlıq edən Yaponiya pop müğənnisi və mahnı yazarı. Fransız dilində "aimer" "sevmək" deməkdir.Aimer musiqi karyerasına 2011-ci ildə başlamışdır. Bir çox anime serialı və dorama üçün mahnı bəstələmişdir. İndiyə kimi 6 studiya albom və bir çox sinql buraxmışdır. "Zankyosanka" (2021) mahnısı ilə ilk dəfə Japan Hot 100 çartında birinci yerə yüksəlmişdir. == İlk illəri == Aimerin atası bir musiqi qrupunda bassçı idi, buna görə də Aimer çox gənc yaşlardan musiqi mühitində böyümüşdür. İbtidai məktəbdə piano çalmağı öyrənməyə başlamış, Rinqo Şiina və Utada Hikarudan nümunə götürmüşdür. Liseydə ikən Avril Lavinə qulaq asandan sonra gitar çalmağa və ingiliscə mahnı sözləri yazmağa başlamışdır. 15 yaşında Aimer vokal ifadan həddən artıq istifadə etdiyinə görə səsini itirmiş və müalicə üçün terapiyaya getməyə başlamışdır. Lakin sağalandan sonra öz fərqləndirici batıq səsini qazanmışdır.
Cemre
Cemrə - Yaz başlanğıcında yeddi gün ara ilə əvvəl hava, su və torpaqda meydana gəldiyi sanılan istilik artımı. Ərəbcə olan söz kor vəziyyətində atəş mənasını verər. Türk və altay xalq mədəniyyətində və mifologiyasında İmrə (İmere və ya Əmrə) adı verilən cinin səbəb olduğuna inanılar. Yazda görünüb titrək işıqlar saçaraq göyə yüksəlir. Sonra buzların üzərinə düşərək onları əridir. Oradan da yerə girər. Bundan sonra istilənmiş torpaqdan buxar yüksələr. İmrə baharın gəlişini təmsil edir. Bulgarlarda Zemirə olaraq iştirak edər. Anadolu Türkcəsində, Ərəbcədən gəlmə Cemrə sözcüyünün əslində bu adın bənzətmə ilə dəyişmiş halı olduğu deyilə bilər.
Cemrə
Cemrə - Yaz başlanğıcında yeddi gün ara ilə əvvəl hava, su və torpaqda meydana gəldiyi sanılan istilik artımı. Ərəbcə olan söz kor vəziyyətində atəş mənasını verər. Türk və altay xalq mədəniyyətində və mifologiyasında İmrə (İmere və ya Əmrə) adı verilən cinin səbəb olduğuna inanılar. Yazda görünüb titrək işıqlar saçaraq göyə yüksəlir. Sonra buzların üzərinə düşərək onları əridir. Oradan da yerə girər. Bundan sonra istilənmiş torpaqdan buxar yüksələr. İmrə baharın gəlişini təmsil edir. Bulgarlarda Zemirə olaraq iştirak edər. Anadolu Türkcəsində, Ərəbcədən gəlmə Cemrə sözcüyünün əslində bu adın bənzətmə ilə dəyişmiş halı olduğu deyilə bilər.
Cəmrə
Cəmrə — Həcc ziyarəti zamanı zəvvarların şeytanı daşlamaq ayinini icra edərkən atdıqları daşlar və ya bu daşların atıldığı yer.
Girdə
Girdə — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Girdə Ağsu rayonunun Gürcüvan inzibati ərazi vahidində kənd. Dağ yaylasındadır. Kənd yaxınlığındakı Girdə dağın adı ilə adlandırılmışdır.
Girnə
Kırna (əvvəlki adı: Kirnə) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Kirnə kənd inzibati ərazi dairəsi tərkibindəki Kirnə kəndi Kırna kəndi, Kirnə kənd inzibati ərazi dairəsi Kırna kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Tarixi == == Mədəniyyəti == === Kırna türbəsi === Culfa rayonunun Kırna kəndində memarlıq abidəsi. Abidə Naxçıvan memarlıq məktəbinin mərkəzi günbəz tipli binalar sahəsində də diqqətəlayiq memarlıq kompozisiya üsulları yaratdığını göstərir. Abidənin ümumi quruluşu onun türbə və ya məscid olması haqqında mülahizə irəli sürməyə əsas verir. Planda kvadratşəkilli olan bina türbələr üçün səciyyəvi şəkildə ikiqat örtüklü olub, içəridə çatmatağlı, xaricdən isə piramidaşəkilli çadırvarı günbəzlə örtülmüşdür. Beləliklə, Kırna abidəsi ümumi kompozisiyası etibarı ilə günbəz-qülləvarı adlandırılan Azərbaycan türbələri sırasına daxil edilə bilər. Kırna abidəsi bir sıra xüsusiyyətlərinə görə Əlincəçay Xanəgahındakı abidəyə oxşayır. Bu, türbənin daxili günbəzinin quruluşunda və xüsusən xarici çadırvarı günbəzin oxşarlığında özünü göstərir. Hər iki abidənin xarici örtüyü 16 səthli piramida şəklində həll edilmişdir.
Gübrə
Gübrə — Bitkiləri qida maddələrlə təmin etmək üçün torpağa, bəzən isə yarpaqlara (kökdənxaric qidalanma) verilən üzvi və mineral maddələrdir. Gübrələr birinci növbədə, bitkini asan mənimsəyə biləcəyi formada olan qida maddələrlə təmin edirlər. Bundan başqa gübrələr torpağın fiziki, kimyəvi və bioloji xassələrini yaxşılaşdırır ki, bu da məhsulun artmasına və onun keyfiyyətinin yaxşılaşmasına səbəb olur. Gübrə verməklə məhsulla birlikdə torpaqdan götürülmüş qida maddələri də torpağa qaytarılır. Bununla da torpağın məhsuldarlığı bərpa edilir. Gübrələr bir neçə qrupa bölünürlər: tərkib və ya mənşələrinə görə: üzvi, mineral, üzvi-mineral, bakterial, hormonal gübrələr; tərkibində qida maddələrinin miqdarına görə: birtərəfli (sadə) və çoxtərəfli (mürəkkəb və qarışıq) gübrələr; tərkibindəki faydalı elementlərin kəsifliyinə görə: sadə və zənginləşdirilmiş gübrələr; torpağa göstərdikləri təsirə görə: turş, neytral və qələvi gübrələr;5.təsiretmə səciyyəsinə görə: bilavasitə təsir edən, dolayı yolla təsir edən və stimulə edən gübrələr. Kənd təsərrüfatı bitkilərindən yüksək məhsul əldə etmək və torpağın münbitliyini artırmaq üçün aqrotexniki sistemlər içərisində gübrələrdən istifadə tədbirləri ən vacib yerlərdən birini tutur. Üzvü və mineral gübrələrin tətbiqi bütün kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəldir və onların keyfiyyətini yaxşılaşdırır. Gübrələrdən səmərəli istifadə, bitkilərdə şəkərin, nişastanın, yağların, zülalların və vitaminlərin miqdarını artırır. Üzvü və mineral gübrələr torpağın strukturuna təsir etməklə, torpaq məhlulunun reaksiyasını, mikrobioloji prosesləri yaxşılaşdırmaqla onun (məhsul) münbitliyinin artmasında aktiv iştirak edir.
Gümrü
Gümrü — Ermənistanda şəhər. == Tarixi == İrəvan quberniyasının Aleksandropol qəzasında kənd adı 1728-ci ilə mənbədə Şirakel nahiyəsində qeyd olunur. 1837-ci ildə Aleksandropol adlandırılmışdır. XIX əsrin II yarısında quberniyanın Alekandropol qəzasının mərkəzi olmuşdur. 1924-cü ildə Leninakan, 1990-cı ildə Kumayr adlandırılmışdır. == Toponimikası == 1728-ci ilə aid türkcə mənbədə Kumri kimidir.. Qədim forması Kəmər (yaxud Qəmər), ermənicə tələffüs forması Kumayr. Er. əv VIII əsrdə şimaldan Cənubi Qafqaza, o cümlədən İndiki Ermənistan ərazisinə gəlmiş qədim türk mənnşəli kəmər yaxud qəmər (antik mənbələrdə kimmer) tayfasının adını əks etdirir. Kümrü (ermənicə tələffüzü Kumayr) toponiminin Kəmər etnoninimdən i barət olduğunu elə erməni tarixçiləri yazmışlar.
Gərmə
Gərmə - İranın Şimali Xorasan ostanının şəhərlərindən və Gərmə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 24,368 nəfər və 6,332 ailədən ibarət idi.
Hiyrə
Hiyrə (ərəb. الحيرة‎ süry. ܚܝܪܬܐ) — bugünkü Nəcəf şəhəri ilə Kufə arasında yerləşən bir şəhər idi. == Tarixi == Hiyrə—Ləxmilər dövlətinin paytaxtı idi. Hiyrə əhalisi (Qəhtani qəbiləsindən) cənubdan mühacirət etmiş və onlar Ədnani qəbiləsi ilə bir yerdə məskunlaşmışlar. Ləxm qəbiləsinin nüfuzu Hiyrə və onun ətrafında genişlənib qüvvətləndi. Onlar Fərat çökəkliyindən əlavə, Ərəbistanın daxilinə də nüfuz etdilər. Hiyrə dövləti bir sədd kimi səhra ilə İranın işğal etdiyi ərazilər arasında yerləşmişdir. Bu dövlətin şahları bir tərəfdən səhrada yaşayanların Sasani torpaqlarına hücumunun qarşısını alır, digər tərəfdən isə İranın köməkliyi ilə Rum imperiyasının müttəfiqi olan Qəssanilərlə müharibə edirdilər. Ləxmilərin dövləti VII əsrin əvvəlinə qədər davam etmişdir.
Kimrı
Kimrı — Rusiya Federasiyasında yerləşən şəhər. Tver vilayətinə daxildir.
Qumru
Qumru (Türkcə kumru) - İzmirə xas kiçik bir çörək və bununla hazırlanan buterbrodlara verilən ad. Qumru simit (İzmirdə gevrek deyilir) xəmirinə bənzəyən az duzlu bir xəmirdən çıxarılar, susama batırılaraq sobalanar. Şəkli yaxalıqlı qurqur quşunun gövdəsini xatırlatdığından (Türkcəde kumru) bu adı götürmüşdür. İzmirdə qumrunu sobalardan sadə olaraq ala biləcəyiniz kimi; küçə satıcıları və dəzgahlardan içərisinə pomidor, yaşıl bibər və izmir tulumu (pendir) qoyulmuş olaraq da ala bilərsiniz. Ayrıca bufetlərdə, içinə kömürdə bişirilmiş sosiska, kolbasa, kaşar pendirinin və pomidorun yanında üzərinə ketçap və mayonez əlavə olunması ilə hazırlanmış buterbrod olaraq da istehlaka təqdim edilər. Bəzi buterbrodçular isə buterbrod çörəyinin içərisinə hazırlanan bol vəsaitli qarışıq buterbrodları səhv şəkildə qumru olaraq adlandırmaqdadırlar.
Qımıl
Qımıl — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Küpçal bələdiyyəsinin tərkibindədir. == Tarixi == Kəndin keçmişi haqqında dəqiq məlumat yoxdur. Bölgənin ən qədim yaşayış mərkəzlərindən biridir. Kəndin əhalisini əsasən ləzgilər təşkil edir(99%). == Toponimikası == Qımıl oyk., sadə. Quba r-nunun Küpçal i.ə.v.-də kənd. Qızılqaya yaylasının şm.-ş. ətəyindədir. Kəndin adı Qimil şəklində də işlənir.