Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məsihin Qolqofa yolunda çöküşü (Rafael)
Məsihin Qolqofa yolunda çöküşü (it. Spasimo di Sicilia) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1516–1517-ci illərdə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. Məsihin Qolqofa yolunda çöküşü əsəri hal-hazırda İspaniyada Madrid şəhərində [[]Prado muzeyində] saxlanılır.
Gölova
Gölova (türk. Gölova) — Sivas ilinin ilçəsi.
Qorqona Meduza
Meduza Qorqona (yun. Μέδουσα) — qədim yunan mifologiyasında əcaib ilan saçları olan qadın, gözlərinə baxan hər şeyi daşa döndərən məxluq. Fork və Ketonun kiçik qızı. (Digər əfsanəyə görə Qorqonun qızı). Yeganə ölümlü qorqona. == Mənşəyi == Meduza dünyaya çox gözəl bir qız olaraq gəlmişdi, Afina onu gözəlliyinə, xüsusən yaraşıqlı saçlarına görə çox qısqanırmış. Poseydon Meduzanın gözəlliyindən başını itirdiyindən, quş cildinə girərək onun könlünü alır və Afina məbədində ona təcavüz edir. Bundan qəzəblənən Afina onun saçlarını hidralara çevirir. == Ölümü == === Persey və meduza === Bir dəfə Persey artıq gənc yaşında ikən çar Polidekt onu təşkil etdiyi "at məclisinə" dəvət edir. O vaxtki ənənəyə görə məclisə dəvət olunan hər bir kəs çara at hədiyyə etməli imiş.
Lbov Qolota
Lbov Qolota (ukr. Любов Голота 31 dekabr 1949, Krivoy Roq, Dnepropetrovsk vilayəti) — Sovet və Ukrayna yazıçısı (şairə, publisist, nasir), jurnalist. Şevçenko mükafatı laureatı (2008) və Ukraynanın əməkdar mədəniyyət işçisi. == Bioqrafiya == Lbov Qolota 31 dekabr 1949-cu ildə Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində mədənçi ailəsində anadan olub. 1972-ci ildə Dnepropetrovsk Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Dnepropetrovskda "Zarya", "Znamya Yunosti" regional qəzetlərində və regional radioda jurnalist kimi çalışıb. 1983-cü ildən Kiyevdə yaşayır. "Molod" və "Sovet yazıçısı" nəşriyyatlarında fəaliyyət göstərib. 1995-ci ildən ümumkrayna həftəlik "Slovo Prosvitı" qəzetinin baş redaktorudur. Lyubov Qolota Ukraynada ilk qadın kutroloji jurnalı olan "Pyataya para" mətbu orqanını təşkil edir və nəşr etdirir.
Luis de Qonqora
Luis de Qonqora (isp. Luis de Góngora y Argote, 11 iyul 1561–23 may 1627)— İspaniya şairi, barokko üslubi cərəyanının banisi. == Həyatı == XVII əsr ispan ədəbiyyatında barokko ədəbi cərəyanının ən böyük şairi Don Luis de Qonqora-i-Arqote olmuşdur. Servantes onu "nadir və təkrarolunmaz bir dahi" adlandırmışdır. Qonqora öz orijinal poeziyası ilə barokko ədəbiyyatında qonqorizm, kultizm, kulterianizm adları ilə səciyyələnən bir cərəyanın yaranmasına səbəb olmuşdur. O, 1561-ci ildə Kordovada qədim zadəgan ailəsində doğulmuşdur. Atası Fransisko de Arqote Kordova şəhər hakimi idi. İlk təhsilini şair evdə almış, Salamanka universitetində oxumuşdur. Qonqora təhsilini bitirib keşiş rütbəsi alır və bir vəzifə tutmaq arzusu ilə Madridə gəlir. Lakin latın və yunan dillərini mükəmməl bilməsi və aristokratlığı ona kömək etmir.