Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qapisa
Kapisa vilayəti (puşt. کاپیسا) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 1.842 km²-dir. 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 399.5 min nəfər, inzibati mərkəzi Mahmud-e-İraqi şəhəridir. Əhalinin 30%-i dəricə, 27%-i puştuca, 17%-i isə paşayi dilində danışır.
Qopnik
Qopnik (rus. го́пник) — rus dilində aşağı sosial statusa sahib, aşağı gəlirli, az təhsilli, kontingent mənəvi dəyərləri olmayan, adətən disfunksional ailələrdən gələn, yeganə əks-mədəniyyət altında birləşən, özünütəsdiq axtararaq özünü digərlərindən üstün hiss etmək məqsədilə kriminal, dağıdıcı yollara əl atan qeyri-rəsmi təbəqənin gənc üzvləri üçün jarqon söz. Termindən Rusiya və postsovet ölkələrində XX əsrin axırlarından bəri geniş miqyasda istifadə olunur. Baxmayaraq ki, altmədəniyyətin kökləri Rusiya imperiyasına qədər gedib çıxır, bu, SSRİ-nin ilk illərində əhəmiyyətli dərəcədə inkişaf etmişdir. «QOP» termini «Государственное общежитие пролетариата» (azərb. Proletariatın dövlət yataqxanası‎) abbreviaturasıdır. Vladimir Leninin vəfat etməsinin ardınca, 24 yanvar 1924-cü il tarixində Sankt-Peterburq şəhərində qurulan «QOP» daha sonra bütün Rusiyaya yayılmışdır. Buralarda şəhərətrafı ərazilərdən gələn sakinlər, əsasən də küçə uşaqları yaşayırdı. Bu yataqxana sakinlərinin "cəmiyyətə zidd" hərəkətləri onların «ГОПниками» (qopniklər) ləqəbini almaları ilə nəticələnmişdir. Bu altmədəniyyət 2000-ci illərdə yüksəliş dövrünü yaşamış, 2010-cu illərin axırları və 2020-ci illərin əvvəllərində demək olar ki, məhv olmuşdur, lakin qopniklərə bənzəyən gənc bandalar (məsələn, A.U.E.) Rusiya və postsovet məkanında hələ də fəaliyyət göstərirlər.
Dupnisa mağarası
Dupnisa (türk. Dupnisa, bolq. Дупница, «дупка» — «çüxur», «deşik») — Türkiyənin qərbində yerləşən karst mağarası. Mağara Şərqi Frakiyada, Yıldız (Stranca) dağlıq massivində yerləşir. == Ümumi məlumat == Dupnisa mağarası Kırklareli ilində, Demirköy şəhərindən on km qərbdə yerləşir. Mağara bir biri ilə əlaqəli olan üç mağaradan ibarətdir. Mağaraya güriş sayı üçdür. Girişlər iki fərqli səviyyədə yerləşib. Girişlər arasında hünüdürlük fərqi 30 metrdir. Mağaradan bir çox mənbələrə görə Rezovska çayı öz başlanğıcını götürür.