Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qoşundaş
Qoşundaş abidəsi — Zəngəzur mahalının Qarakilsə (02.03.1940-dan Sisian) rayonu ərazisində, rayon mərkəzi olan Qarakilsə qəsəbəsindən 3 km. aralıda e.ə. 2-ci minilliyə aid meqalit (iri daşlardan ibarət) tikili qalıqları.Qoşundaş abidəsi şaquli vəziyyətdə cərgə ilə düzülmüş, elə buradan da Qoşundaş adını almış bu daşlar Neolit dövrü yadigarıdır. Daş düzümünün mərkəzində çox güman ki, sərdabə, ətrafında isə açıq havada məbədin divarları yerləşmişdir. Abidənin Qoşundaş adını isə ermənilər sətri tərcümə edərək Zorakarer adlandırmışlar. == Tarixi == Bu daş abidə eramızdan öncə ikinci minilliyə aid olub. Sisian rayonunda, köhnə Qarakilsə kəndi (indiki Sisian) ilə Qızılcıq kəndinin arasındakı yastı təpəlikdə yerləşir.Sisian azərbaycanlıları arasında yayılmış bir rəvayətə görə bu yerlərdə vaxtilə çox nəhəng və güclü insanlar yaşamışlar. Bu insanlar oğuzların ulu babaları imişlər. Qoşundaş isə bir döyüşdə həlak olmuş əsgərlərin qəbirləridir. Daş dairənin içərisindəki kurqanlar isə qoşun başçılarına məxsusdur.Qoşundaş abidəsinin ətrafında aparılan qazıntı zamanı burada müxtəlif insan sümükləri, məişət və döyüş alətləri tapılmışdır.
Qoşqar
Qoşqar — ad, təxəllüs. Qoşqar Əhmədov — görkəmli sovet və Azərbaycan riyaziyyatçısı. Qoşqar Sarıyev — Azərbaycanlı futbolçu. Qoşqar Təhməzli — Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri. Qoşqar İsmayıloğlu — naşir, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Qoşqar Səlimli — BDU-nun müəllimi.TəxəllüsAvdı Qoşqar — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü.DigərQoşqar dağı — Azərbaycanda dağ. Qoşqarçay (Quşqara) — Daşkəsəndə çay. Qoşqar (əyalət) — Orta Asiyada əyalət.
Daxili Qoşunlar
Azərbaycan Daxili Qoşunları — Azərbaycanın Daxili İşlər Nazirliyinə tabe və Azərbaycan Silahlı Qüvvələrinə daxil olan hərbi birləşmədir. Azərbaycanın Daxili Qoşunları onlara həvalə olunmuş vəzifələri yerinə yetirən zaman şəxsiyyətin, cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların Konstitusiya hüquqlarını və azadlıqlarını cinayət və digər hüquqa zidd qəsdlərdən qoruyur. Daxili Qoşunlarının hərbi qulluqçuları 1992–1994-cü illərdə baş verən 1-ci Qarabağ müharibəsində və 2020-ci ildə baş verən 2-ci Qarabağ müharibəsi savaşmışdılar. Birinci Qarabağ müharibəsi zamanı Ağdam, Ağdərə və Füzuli rayonlarının yaşayış məntəqələri Daxili Qoşunların Ağdam alayınnın şəxsi heyəti tərəfindən azad edilmiş və müdafiə olunmuşdur. 1992–1994-cü illərdə ümumi olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 680 nəfər şəhid olmuşdur, 5 nəfər itgin düşmüşdür, 1177 nəfər isə yaralanmışdır. 8-i ölümündən sonra olmaqla 9 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Vətən müharibəsi zamanı isə Daxili Qoşunların şəxsi heyəti Murov zirvəsinin, həmçinin Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 44 gün ərzində ümumi olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 66 nəfər şəhid olmuşdur, 346 nəfər isə yaralanmışdır 1-i ölümündən sonra olmaqla isə 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüşdür. Daxili Qoşunların hal-hazırda Azərbaycan ərazisində beş şəhərdə və doqquz rayonda hərbi hissələri mövcuddur. Həmçinin Daxili Qoşunların xüsusi təyinatlı hərbi qulluqçulardan (əsasən gizirlərdən və zabitlərdən) ibarət xüsusi təyinatlı dəstələri mövcuddur.
Qoşundaş abidəsi
Qoşundaş abidəsi — Zəngəzur mahalının Qarakilsə (02.03.1940-dan Sisian) rayonu ərazisində, rayon mərkəzi olan Qarakilsə qəsəbəsindən 3 km. aralıda e.ə. 2-ci minilliyə aid meqalit (iri daşlardan ibarət) tikili qalıqları.Qoşundaş abidəsi şaquli vəziyyətdə cərgə ilə düzülmüş, elə buradan da Qoşundaş adını almış bu daşlar Neolit dövrü yadigarıdır. Daş düzümünün mərkəzində çox güman ki, sərdabə, ətrafında isə açıq havada məbədin divarları yerləşmişdir. Abidənin Qoşundaş adını isə ermənilər sətri tərcümə edərək Zorakarer adlandırmışlar. == Tarixi == Bu daş abidə eramızdan öncə ikinci minilliyə aid olub. Sisian rayonunda, köhnə Qarakilsə kəndi (indiki Sisian) ilə Qızılcıq kəndinin arasındakı yastı təpəlikdə yerləşir.Sisian azərbaycanlıları arasında yayılmış bir rəvayətə görə bu yerlərdə vaxtilə çox nəhəng və güclü insanlar yaşamışlar. Bu insanlar oğuzların ulu babaları imişlər. Qoşundaş isə bir döyüşdə həlak olmuş əsgərlərin qəbirləridir. Daş dairənin içərisindəki kurqanlar isə qoşun başçılarına məxsusdur.Qoşundaş abidəsinin ətrafında aparılan qazıntı zamanı burada müxtəlif insan sümükləri, məişət və döyüş alətləri tapılmışdır.
Qoşundaş dağı
Qoşundaş dağı — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin cənub-qərb yamacında zirvə. Bist kəndindən 1 km şimal-şərqdə yerləşir (hünd. 1842,8 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Qazangöldağ yüksəkliyindən (3829,2 m) şimal-qərbə ayrılan Ağdağ qolunun cənub-qərb istiqamətli Ələngəzdağ şaxəsinin cənub-qərb qurtaracağında, Gilançayla Nəsirvazçayın suayırıcısında zirvə. Alt Eosenin İpr mərtəbəsinin yuxarı hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin şimal-şərq cinahına aid Çaxmaqlıdağ sinklinalının cənub-şərq sentriklinal hissəsində yerləşir. Şimal və cənub yamaclarında Gec Eosenin şərqə istiqamətlənmiş qranodiorit-porfir daykaları açılır.
Avdı Qoşqar
Avdı Qoşqar — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Avdı Qoşqar 1958-ci il iyunun 8-də Qazax rayonunun Kəmərli kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsindən məzun olmuşdur. == Fəaliyyəti == Bir müddət müəllimlik edib. 1986-cı ildən sonra Yazıçılıq Hüququ şöbəsində müvəkkil olaraq çalışmışdır. İlk şeirləri 1980-ci illərdə nəşr edilib. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. == Filmoqrafiya == Bitməyən ömür (film, 2013) == İstinadlar == == Xarici keçidlər == Ədəbi həyat.
Polett Qoddar
Polett Qoddar (ing. Paulette Goddard) — ABŞ aktrisası və prodüser. == Həyatı == Polett Qoddar (əsl adı: Marion Polin Levi) 3 iyun 1910-cu ildə Nyu-Yorkda anadan olmuşdur. O, "Hal Roach Studios"la müqavilə imzalayır və "İspaniyadan olan uşaq" filminə çəkilir. 1932-ci ildə o, Çarli Çaplinlə tanış olur. Bir müddət keçmiş Çaplin Qoddarla birlikdə filmlər çəkməyi planlaşdırır. Beləliklə 1936-cı ildə "Yeni zamanlar" filmi meydana gəlir. Polett hətta az da olsa "Samuel Goldwyn Productions" şirkətində də bir neçə ekran əsərində çəkilir. Bu zaman ərzində o, Çarli Çaplinlə birlikdə onun Beverli Hillsdəki evində yaşayır. Onların evlilik statusu olur və 1936-cı ildə Çində ailə həyatı qururlar.
Qaşdar Əliyev
Qaşdar Əliyev (17 oktyabr 1941, Keçili, Şahbuz rayonu – 21 mart 2016) — Azərbaycan Respublikasının əməkdar təbiəti mühafizə işçisi (1992), SSRİ XTNS laueratı, akademik Həsən Əliyev mukafatcısı; Azərbaycan Təbiəti Mühafizə Cəmiyyəti Mərkəzi Şurasının üzvü; Naxçıvan Muxtar Respublikası Şahbuz Rayon Müharibə, Əmək, Hüquq-Mühafizə və Silahlı Qüvvələr Veteranları Şurasının məsul katibi, Jurnalistlər Birliyinin üzvü. == Həyatı == 17 okyabr 1941-ci ildə Naxcıvan MSSR-in Şahbuz rayonunun Kecili kəndində anadan olmuşdur. 1960-cı ildə Naxcıvan Kənd Təssərüfatı Texnikumunu, 1968-ci ildə AKTİ-un aqranomluq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1969-1972-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunun əyani aspiranturasında təhsil almışdır. Əmək failiyyəti Şahbuz rayonu ilə bağlıdır. 2 il kolxoz aqranomu, 9 il rayon kənd təsərrüfatı idarəsində baş aqranom, 5 il həmin idarənin rəisi, Aqrar sənaye birliyinin sədri, rayon icraiyyə komitəsinin sədr müavini, 12 il kənd təssərrüfatı işciləri həmkarlar ittifaqı rayon təşkilatının katibi və sədri işləmişdir. Dövri mətbuat və radio-televiziya üçün zəngin yaradıcılıq yolu keçmişdir. 21 mart 2016-cı ildə vəfat etmisdir. == İctimai fəaliyyəti == Azərbaycan və Ümumittifaq Həmkarlar Təşkilatının Bakı və Moskva, ATMC V və VI, Azərbaycan Veteranlarının III qurultayların numayəndəsi olub. == Ailəsi == Cənnət Əliyevin böyük qardaşıdır.
Qoşqar (Miyanə)
Qoşqar (fars. قوچغار‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 79 nəfər yaşayır (32 ailə).
Qoşqar Qasımov
Qoşqar Atakişi oğlu Qasımov (16 yanvar 1995, Aşağı Çəmənli, Beyləqan rayonu – 24 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qoşqar Qasımov 1995-ci il yanvarın 16-da Beyləqan rayonunun Aşağı Çəmənli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Qoşqar Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qoşqar Qasımov oktyabrın 24-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qoşqar Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Qoşqar Qasımov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Qoşqar Qasımov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Qoşqar Sarıyev
Qoşqar Sarıyev (tam adı: Sarıyev Qoşqar Nadim oğlu; d. 1980 – ö. 30 may 2017, Qazax, Azərbaycan) — Azərbaycanlı futbolçu, karyerası boyu yalnız "Göyəzən"də çıxış etmiş, bu komandanın kapitanı olmuşdur. == Karyerası == Qoşqar Sarıyev uzun illər "Göyəzən" futbol klubunda çıxış etmiş və komandanın kapitanı olmuşdur. Uzun illər bu komandanın heyətində I divizionla yanaşı, Premyer Liqa yarışlarında da oynamışdır. Hətta bir dəfə "Qəbələ"yə baxışa çağırmış; amma getməmiş, komandasına sadiq qalmışdır. Səhhəti ilə əlaqədar futbolu tərk etmişdir. == Həyatının son illəri == Futbolu tərk edəndən sonra yaşadığı Qazax rayonunun Xanlıqlar kəndində mağazada satıcılıq etmiş; doğma kəndində qablaşdırılan bulaq sularının satışı ilə məşğul olan mağazada işləmişdir. == Vəfatı == Qoşqar Sarıyev 30 may 2017-ci ildə – 37 yaşında ikən vəfat etmişdir. Belə ki, ürək xəstəliyindən əziyyət çəkən Sarıyevin səhhəti mayın 30-da kəskin pisləşmiş; o, Qazax Müalicə Diaqnostika Mərkəzinə aparılarkən yolda dünyasını dəyişmişdir.
Qoşqar Təhməzli
Qoşqar İlahi oğlu Təhməzli (29 may 1970, Vejnəli, Zəngilan rayonu) — Azərbaycan dövlət xadimi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri. == Həyatı == Qoşqar İlahi oğlu Təhməzli 29 may 1970-ci ildə Zəngilan rayonu Vejnəli kəndində anadan olub. 1977–1987-ci illərdə Nəsimi rayonu 5 saylı orta məktəbdə təhsil alıb. 1988-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Sanitariya və gigiyena fakültəsinə daxil olub, 1994-cü ildə isə İnstitutu həkim-gigiyenist ixtisası üzrə bitirib. Həmin il Qərb Universitetinin Ümumbəşər Siyasət və İqtisadiyyat fakültəsinə daxil olub, 1996-cı ildə oranı "Siyasi elmlər bakalavrı" dərəcəsi ilə bitirib.Tibb elmləri üzrə fəlsəfə doktorudur (Elmi iş: "Qida məhsulları üzərində sanitar-parazitoloji monitorinqin təşkilinin və həyata keçirilməsinin epidemioloji effektivliyi"). == Fəaliyyəti == 1994-cü ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Bakı Şəhər Gigiyena və Epidemiologiya Mərkəzində həkim-interna vəzifəsində əmək fəaliyyətinə başlayıb və 1995–1997-ci illərdə Gigiyena və Epidemiologiya Mərkəzində həkim, 1997–2004-cü illərdə qidalanma şöbəsinin müdiri, 2004–2005-ci illərdə "Nəbz" Tibb mərkəzinin baş direktoru, 2008–2016-cı illərdə isə "Medeks" MMC-də baş direktor vəzifələrində çalışıb.Müxtəlif tibbi layihələr həyata keçirən Q.Təhməzli ölkə hüdudlarından kənarda da geniş fəaliyyət göstərmişdir. 2012-ci ildə isə Avropa Biznes Assambleyasının Vyana şəhərində keçirilən təqdimat mərasimində tibb, kosmetologiya və laboratoriyalar nominasiyasında "Ən yaxşı top-menecer" adına layiq görülüb. 1992-ci ildə Azərbaycan Respublikasının azadlığı və ərazi bütövlüyünün müdafiəsi uğrunda Qarabağda gedən döyüşlərdə fəal iştirak etmiş, "Müharibə veteranı" statusuna layiq görülmüşdür. 25 dekabr 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri vəzifəsinə təyin edilib.
Qoşqar Vəliyev
Qoşqar Nuruş oğlu Vəliyev (12 aprel 1989; Kərimbəyli, Füzuli rayonu, Azərbaycan — 22 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Qoşqar Vəliyev 12 aprel 1989-cu ildə Füzuli rayonunun Kərimbəyli kəndində anadan olmuşdur.Qoşqar Vəliyev 2010-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. 2010-2013-cü illərdə Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissədə, 2013-cü ildən Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. Qoşqar Vəliyev 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmişdir. Azərbaycan Ordusunun əsgəri olan Qoşqar Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində tankçı olaraq iştirak etmişdir. Füzulinin, Cəbrayılın və Xocavəndin azadlğı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 2020-ci ilin oktyabrında tank partlaması zamanı aldığı kəllə-beyin travmasına görə xəstəxanaya yerləşdirilmişdir. Müalicəsini 20-ci gündə yarımçıq qoyan əsgər Vəliyev döyüş meydanına qayıtmışdır. Qoşqar Vəliyev 22 noyabr 2020-ci ildə Şuşa şəhərinin yaxınlığında qarşı tərəfin texnikasını götürməyə getdiyi zaman avtoqəza zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qoşqar Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Qoşqar Vəliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Qoşqar Vəliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qoşqar Vəliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qoşqar Vəliyev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qoşqar Vəliyev ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Qoşqar dağı
Qoşqar — Azərbaycanda dağ. Qoşqar dağının hündürlüyü 3361 m-dir.
Qoşqar silsiləsi
Qoşqar — Azərbaycanda dağ. Qoşqar dağının hündürlüyü 3361 m-dir.
Qoşqar Ömərov
Qoşqar Ömərov (azərb. Qoşqar Səxavət oğlu Ömərov‎; d. 9 fevral 1994, Şilyan, Kürdəmir — ö. 4 noyabr 2020, Şuşa, Daşaltı) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qoşqar Ömərov 9 fevral 1994-cü ildə Kürdəmir rayonunun Şilyan (Qarasu) kəndində müəllim ailəsində anadan olmuşdur.2011-ci ildə Qarasu kənd orta məktəbini yüksək qiymətlərlə bitirərək 466 balla Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat-informatika fakültəsinə daxil olmuşdur. 2015-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnformasiya texnologiyaları ixtisası üzrə magistraturaya daxil olsa da,hərbi xidmətə yola düşmüşdür. 2016-2018-ci illərdə magistr təhsili almışdır. 2018-ci ildə MİQ imtahanında 57 bal toplayaraq Masazır kənd 5 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır. == Hərbi xidməti == 21 sentyabr 2020-ci ildə vətənin çağırışına qoşularaq Ordu sıralarına daxil olmuşdur. 27 sentyabrda Füzuli cəbhəsindən müharibəyə qatılmış, döyüşlərdə xüsusi fəallığı və igidliyi ilə seçilərək kəşfiyyat bölüyünə daxil edilmişdir.
Qoşqar Üzeyirov
Qoşqar Üzeyirov (tam adı: Qoşar Müşviq oğlu Üzeyirov; 26 yanvar 2002; Soltannuxa, Qəbələ rayonu — 7 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qoşqar Üzeyirov Müşviq oğlu 2002-ci il 26 yanvar tarixində Qəbələ rayonunun Soltannuxa kəndində anadan olub. Atası Üzeyirov Müşfiq Birinci Qarabağ müharibəsi veteranıdır. Orta təhsilini 2008-2019 illəri arasında Qəbələ rayonu Soltannuxa kənd məktəbində alıb. == Hərbi xidməti == 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağrılıb. Azərbaycan Ordusunun əsgəri olan Qoşqar Üzeyirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Ağcabədi, Ağdam və Xocavənd istiqamətində gedən döyüşlərdə olub. Qoşqar Üzeyirov noyabrın 7-də Xocəvənd istiqamətində gedən döyüşlər zamanı şəhid olub. 21 noyabr 2020-ci ildə Soltannuxa kənd qəbristanlığında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qoşqar Üzeyirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Qoşqar çayı
Qoşqarçay - Kürün sağ qoludur. Daşkəsən, Göygöl və Samux rayonları ərazizsindən axır. == Ümumi məlumat == Uzunluğu 76 km, hövzəsinin sahəsi 798 km²-dir. Murovdağ silsiləsinin şimal yamacından axan Hamamçay və Xaçbulaq çaylarının birləşməsindən əmələ gəlir. Mənbəyi Şamamçay qolunun başladığı yerdə, 3368 m yüksəklikdə yerləşir. Başlıca qolları soldan Quşçu (uzunluğu 11 km), Zəngil (uzunluğu 17 km), Xeyrə (uzunluğu 24 km), sağdan Xaç-bulaq (uzunluğu 11 km), Ziyarət (uzunluğu 10 km) və Sarısu (uzunluğu 11 km) çaylarıdır. İllik axımının 45%-i yağış, 30%-i qar,25%-i isə yeraltı sulardan əmələ gəlir. Yağış sulardan əmələ gəlir.Çayda əsas daşqın yazda olur, davamiyyət orta hesabla 90-100 gün çəkir. Bu dövrdə illik axım həcmindən 20-25 dəfə çox olur.Daşqından sonra azsulu dövrü başlayır. Bu dövrdə illik axımının 8-10%-i keçir.İkinci azsulu dövr qış aylarında muşahidə edilir.
Qoşqar Əhmədov
Qoşqar Teymur oğlu Əhmədov (25 oktyabr 1917, Söyüdlü, Gədəbəy rayonu – 10 fevral 1975, Bakı) — görkəmli sovet və Azərbaycan riyaziyyatçısı, Böyük Vətən Müharibəsi iştirakçısı (1941–1945), fizika- riyaziyyat elmləri doktoru (1960), professor (1961), Azərbaycan SSR EA müxbir üzvü (1969). == Həyatı == Qoşqar Teymur oğlu Əhmədov 1917-ci il oktyabrın 25-də, indiki Azərbaycan Respublikası Gədəbəy rayonunun Söyüdlü kəndində ziyalı ailəsində anadan olmuşdur. İbtidai təhsilini Söyüdlü kəndində almış, V–VII sinifləri isə Gədəbəy qəsəbə natamam orta məktəbində oxumuşdur. Qoşqar Əhmədov, 1930–1933-cü illərdə Bakı Beynəlmiləl Pedaqoji Texnikumunda təhsil almış, 1934-cü ildə texnikumu bitirdikdən sonra Gədəbəy rayonunun Xarxar kənd natamam orta məktəbində fizika və riyaziyyat müəllimi işləmişdir. Kənddə bir il müəllimlik etdikdən sonra, S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin nəzdindəki hazırlıq kursunda oxumuşdur. 1936-cı ildə Qoşqar Teymur oğlu Əhmədov Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin "Riyaziyyat" bölməsinə və Tibb İnstituna daxil olmuşdur. (O vaxt eyni zamanda iki institutda oxumağa icazə verilirdi) Qoşqar Əhmədov bir il bu ali məktəblərin hər ikisində əla qiymətlərlə oxuyub, lakin bir ildən sonra eyni zamanda iki ali məktəbdə təhsil almaq qaydasına son qoyulub. Universitet müəllimlərinin, xüsusən Mikayıl Xıdırzadənin və Maqsud Cavadovun, Əşrəf Hüseynovun təkidi ilə Qoşqar Əhmədov, Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin "Riyaziyyat" bölməsində təhsilini davam etdirməli olur. O, beş il ərzində əla qiymətlərlə oxumuş, təhsil aldığı fakültədə tələbələr üçün dövrün ən yüksək təqaüdü olan İ. V. Stalin adına təqaüdə layiq görülmüşdür. 1941-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib, riyaziyyatçı ixtisasına yiyələnmişdir.
Daxili Qoşunlar Günü
Azərbaycan öz dövlət müstəqilliyini elan etdikdən sonra Azərbaycanda Daxili Qoşunların hərbi hissələrinin yaradılması zərurəti meydana çıxdı. Bir tərəfdən Ermənistan ordusunun Qarabağa və sərhəd bölgələrimizə təcavüzünün getdikcə geniş miqyas alması, digər tərəfdən ölkə daxilində Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş qüvvələrin fəallaşması bunu tələb edirdi. Ona görə də 1992-ci il mart ayının 12-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissələrinin yaradılmasına başlandı. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə bu hərbi hissələr yüksək döyüş qabiliyyəti nümayiş etdirdilər və möhkəmləndilər. Daxili Qoşunların sıralarından yüzlərlə vətən oğlu şəhid oldu. Onlardan 9 nəfərinə (8-inə ölümündən sonra) ölkəmizin ən yüksək adı olan "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Daxili Qoşunların 1738 nəfər döyüşçüsü göstərdikləri döyüş şü- caətlərinə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuşlar. Sonrakı dövrlərdə Azərbaycanın müstəqilliyinə qarşı yönəlmiş qəsdlərin qarşısının alınmasında Daxili Qoşunların böyük rolu olmuşdur. Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1995-ci il 9 mart tarixli fərmanı ilə martın 12-si Daxili Qoşunlar Günü elan edilmişdir.
Qonşular (film, 2006)
Qonşular — Ramin Hacıyevin rejissoru və ssenaristi olduğu çoxserialı Azərbaycan bəddi filmi (teleserial). == Məzmun == Filmdə bir binada yaşayan qonşuların başına gələn məzəli əhvalatlardan söhbət açılır. Lakin burada "qonşun pisdir, köç, qurtar" prinsipinə rast gəlinmir. Hamı can deyib, can eşidir. == Film haqqında == Filmin seriyaları Mənim Ailəm, Qısqanclıq, Loto adlanır.
Vladimir Qodar
Vladimir Qodar (slovak. Vladimír Godár; ana. 16 mart 1956, Bratislava) — Kino üçün müasir klassik musiqilər bəstələyən və musiqi sahəsində fəal işləyən Slovakiya bəstəkarı. O, həmçinin Çexiyalı skripkaçı, müğənni və bəstəkar İva Bittova ilə əməkdaşlığı ilə məşhurdur. Müəllif, redaktor və musiqinin tarixi haqqında kitabların tərcüməçisidir. Slovakiya bəstəkarı Yan Levoslava Bellanın yaradıcılığının araşdırılması ilə məşğul olur. == Bioqrafiyası == Qodar 16 mart 1956-cı ildə Bratislavada anadan olmuşdur. Fortepiano sinfi üzrə musiqi məktəbində təhsil almış, bəstəkarlardan şəxsi dərslər almışdır. 1971-ci ildən 1975-ci ilə qədər Bratislava konservatoriyasında təhsil almış, Yuraya Pospişiladan fortepiano, Mariya Masarikovadan bəstəkarlıq dərsləri almışdır. 1979-cu ildən Opus nəşriyyatında nəşrlərinin redaktoru kimi fəaliyyət göstərir.
Müəllimim Qoşqar Əhmədov
Müəllimim Qoşqar Əhmədov - kitab görkəmli alim, bacarıqlı elm təşkilatçısı, təvazökar və hümanist insan, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Qoşqar Əhmədovun həyatına və elmi yaradıcıllığına həsr olunmuşdur. Çoxsaylı arxiv materiallarına əsasən tərtib olunmuş kitabda qısa lakin mənalı ömür yaşamış müdrik müəllimin hər kəsə nümunə olacaq həyat yolu haqqında geniş məlumar verilmişdir. Kitab ön söz, Qoşqar Əhmədovun həyat və fəaliyyətinə həsr olmuş 17 bölmədən, ad göstəricisindən, istifadə olunmuş ədəbiyyatdan ibarətdir. Kitabda verilən məlumatlar daha çox arxiv materiallarına əsaslanmış və professor Qoşqar Əhmədovla əlaqədar 112 tarixi foto-şəkil öz əksini tapmışdır. AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov: "Hər bir xalqın yaddaşında o xalqın tarixini, elmini, ədəbiyyatını, mənəviyyatını təmsil edən görkəmli şəxslər olmuşdur. Azərbaycan xalqı da məhz belə bir xalqdır. Zaman-zaman öz milli məfkurəsini, amalını xalqının rifahına, onun elminin, təhsilinin, mədəniyyətinin inkişafına həsr edən, millət, vətən sevgisi ilə alışıb-yanan vətəndaşlar yetirən əzəmətli bir xalq! Əgər xalqımızın tarixini vərəqləsək, müxtəlif vaxtlarda belə mütəfəkkirlərin yetişdiyinin və ardıcıllarını yetirdiklərinin şahidi olarıq.Belə insanlarla yaşanan dəqiqələr sənə bir ömür boyu bəs edir, onların şəxsiyyəti, mənəviyyatı, əməlləri sənə örnək olur. Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü,fizika-riyaziyyat elmləri doktoru, professor, sözün əsl mənasında, böyük müəllim, alicənab, humanist, müdrik və xeyirxah insan Qoşqar Teymur oğlu Əhmədov xalqımızın yetirdiyi belə şəxslərdən biridir." == I bölmə == Qoşqar Əhmədovun doğulub böyüdüyü Gədəbəy rayonu, onu yetirən mühit və şərait, səkkiz uşaq boya-başa catdırmış valideynləri – atası, dövrünün tanınmış ziyalısı, əməkdar müəllm, Qırmızı Əmək bayrağı ordenli Teymur Əhmədli, anası Yetər xanım, onların müxtəlif ixtisaslar üzrə elmin zirvələrini fəth etmiş alim övladları haqqında oxucuya ətraflı məlumat verilir. == II bölmə == Qoşqar Əhmədovun təhsil illəri haqqında zəngin məlumat verir.
Mən Mahnı Qoşuram (1979)
== Məzmun == Kənd dəyirmançısının qızı Sona (Olqa Rojdestvenskaya) gözəl mahnılar oxuyur. Bakıdan gələn musiqi müəllimi Fərhad bu qızı özü ilə şəhərə aparmaq, musiqi məktəbində oxutdurmaq istəyir. Qızın atası (Həsənağa Turabov) isə uşağını həkim görmək arzusundadır. Kənd camaatının təkidi və qızın istəyi ilə nəhayət ata nəinki razılıq verir, hətta uşağını özü Bakıya aparır. == Film haqqında == Filmin azərbaycanca variantının neqativi yararsız halda olduğu üçün Azərbaycan Televiziyasında filmin azəri variantındakı səsləri rus variantına köçürərək filmi bərpa etmişlər. Film 1-ci kateqoriyaya layiq görülmüşdür. == Festivallar və mükafatlar == 1)Film Ümumittifaq Pioner Təşkilatı Mərkəzi Şurasının Fəxri Fərmanına layiq görülmüşdür. == Film haqqında == Kinolent Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: İbrahim İbrahimov, Tofiq İsmayılov Quruluşçu rejissor: Tofiq İsmayılov Quruluşçu operator: Zaur Məhərrəmov Quruluşçu rəssam: Nadir Zeynalov Bəstəkar: Polad Bülbüloğlu Montaj edən: Tahirə Babayeva Rejissor: Pərviz Cəfərov, Ə. Məmmədov Operator: Ələkbər Muradov Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Qrim rəssamı: A. Rzazadə Geyim rəssamı: Nailə Cəfərova Rejissor assistenti: H. Səlimov, Fərid Hümbətov Operator assistenti: Nemət Rzayev Rəssam assistenti: T. Hüseynov Mahnıların mətni: Onegin Hacıqasımov, İlya Reznik, Fikrət Qoca Mahnıları ifa edən: Olqa Rojdestvenskaya, Polad Bülbüloğlu, Firəngiz Şərifova Səs operatoru: Tofiq Babayev, Əsəd Əsədov Baletmeyster: Əminə Dilbazi Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Gennadi Lapşuk === Rollarda === Olqa Rojdestvenskaya — Sona Konstantin Dauşvili — Bəhmən dayı Nəsibə Zeynalova — Nənə Həsənağa Turabov — Xudayar kişi Elxan Cəfərov — Nadir O. Şeyxov — Ramiz Leyla Bədirbəyli — Nadirin anası Ağasadıq Gəraybəyli — Abdulla Niyaz Şərifov Məmməd Sadıqov — kənd sakini Eldəniz Zeynalov — sədr Kamil Məhərrəmov — Höcət A. Hacıyev Sədaqət Zülfüqarova — Nənə Rafiq Əzimov — kənd sakini Sofa Bəsirzadə — Abdullanın arvadı Y. Ağayev Gülşən Qurbanova — sədrin arvadı Amaliya Pənahova — Sonanın anası Səidə Quliyeva — kənd sakini Hicran Nəsirova — Leyla Sadıq Hüseynov — kənd sakini Cahangir Aslanoğlu — toydakı qonaq Lətifə Əliyeva — toydakı qonaq === Filmi səsləndirənlər === Əminə Yusifqızı (titrlərdə yoxdur) Məmmədrza Şeyxzamanov — Bəhmən dayı (Konstantin Dauşvili) (titrlərdə yoxdur) Rasim Balayev — Sədr (Eldəniz Zeynalov) (titrlərdə yoxdur) Pərviz Bağırov — Qarabala (titrlərdə yoxdur) Ramiz Əzizbəyli — Höcət (Kamil Məhərrəmov) (titrlərdə yoxdur) Eldəniz Rəsulov — Ramiz (O. Şeyxov) (titrlərdə yoxdur) == Sponsor == Mərkəzi Televiziya (Moskva) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Jan-Lük Qodar
Jan Lyuk Qodar(fr. Jean-Luc Godard, 3 dekabr 1930[…], Parisin 7-ci dairəsi[d], Fransa – 13 sentyabr 2022[…]) — fransız rejissor. == Həyatı == Jan Lyuk Qodar 3 dekabr 1930-cu ildə Parisdə doğulub. Onun atası həkim idi və şəxsi klinikası vardı. Anası isə İsveçrə bankirlərinin ailəsindəndir. Qodar məktəbi İsveçrədə oxusa da, ali təhsilini Parisdə alıb, Sorbonna Universitetinin antropologiya fakültəsində oxuyub. Tələbəlikdə vaxtının çoxunu kino klublarında keçirən rejissor sonra kino jurnalı üçün məqalələr yazmağa başlayır. Qodarın həmmüəllifi olduğu "Yeni dalğa" burjualaşmış kinonu, kanonları rədd edərək müəllif kino nəzəriyyəsinin əsasını qoydu. "Yeni dalğa" yaşlı nəsli reallıqdan uzaq kommersiya filmlərinə önəm verdiyi üçün tənqid edir, eksperimentlərə əl atır, sosial normalara qarşı çıxırdılar. Bu nəzəriyyəyə görə rejissor filmin tam müəllifi, kino-prosesdə həlledici fiqur olmalı, istehsal zamanı bütün mərhələlərdə iştirak etməli, kinofilmə kommersiya yox, sənət nümunəsi kimi yanaşmalıdır.