QOŞQAR

Dilimizdə “döllük (damazlıq) qoç” mənasında qoşqar (qoçkar) sözü olub. Güman edirəm ki:

1. Qoşqar dağı başı qar sözünün dəyişmiş formasıdır (həmişə qarı olan).

2. “Döllük qoçların bəsləndiyi yer” deməkdir. Birinci daha etibarlıdır. Prof. F.H.Hüseynovun inamına görə, söz qoşa qar birləşməsindən əmələ gəlib: dağın iki zirvəsi var və başında qar görünür, inandırıcı yozumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

 

QOŞA
QOŞMA
OBASTAN VİKİ
Qoşqar
Qoşqar — ad, təxəllüs. Qoşqar Əhmədov — görkəmli sovet və Azərbaycan riyaziyyatçısı. Qoşqar Sarıyev — Azərbaycanlı futbolçu. Qoşqar Təhməzli — Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri. Qoşqar İsmayıloğlu — naşir, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Qoşqar Səlimli — BDU-nun müəllimi. Təxəllüs Avdı Qoşqar — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Digər Qoşqar dağı — Azərbaycanda dağ. Qoşqarçay (Quşqara) — Daşkəsəndə çay. Qoşqar (əyalət) — Orta Asiyada əyalət.
Avdı Qoşqar
Avdı Qoşqar — Azərbaycan şairi, publisist, əməkdar jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Avdı Qoşqar 1958-ci il iyunun 8-də Qazax rayonunun Kəmərli kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsindən məzun olmuşdur. == Fəaliyyəti == Bir müddət müəllimlik edib. 1986-cı ildən sonra Yazıçılıq Hüququ şöbəsində müvəkkil olaraq çalışmışdır. İlk şeirləri 1980-ci illərdə nəşr edilib. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. == Filmoqrafiya == Bitməyən ömür (film, 2013) == İstinadlar == == Xarici keçidlər == Ədəbi həyat.
Qoşqar (Miyanə)
Qoşqar (fars. قوچغار‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 79 nəfər yaşayır (32 ailə).
Qoşqar Qasımov
Qoşqar Sarıyev
Qoşqar Sarıyev (tam adı: Sarıyev Qoşqar Nadim oğlu; d. 1980 – ö. 30 may 2017, Qazax, Azərbaycan) — Azərbaycanlı futbolçu, karyerası boyu yalnız "Göyəzən"də çıxış etmiş, bu komandanın kapitanı olmuşdur. Qoşqar Sarıyev uzun illər "Göyəzən" futbol klubunda çıxış etmiş və komandanın kapitanı olmuşdur. Uzun illər bu komandanın heyətində I divizionla yanaşı, Premyer Liqa yarışlarında da oynamışdır. Hətta bir dəfə "Qəbələ"yə baxışa çağırmış; amma getməmiş, komandasına sadiq qalmışdır. Səhhəti ilə əlaqədar futbolu tərk etmişdir. Futbolu tərk edəndən sonra yaşadığı Qazax rayonunun Xanlıqlar kəndində mağazada satıcılıq etmiş; doğma kəndində qablaşdırılan bulaq sularının satışı ilə məşğul olan mağazada işləmişdir. Qoşqar Sarıyev 30 may 2017-ci ildə – 37 yaşında ikən vəfat etmişdir. Belə ki, ürək xəstəliyindən əziyyət çəkən Sarıyevin səhhəti mayın 30-da kəskin pisləşmiş; o, Qazax Müalicə Diaqnostika Mərkəzinə aparılarkən yolda dünyasını dəyişmişdir.
Qoşqar Təhməzli
Qoşqar İlahi oğlu Təhməzli (29 may 1970, Vejnəli, Zəngilan rayonu) — Azərbaycan dövlət xadimi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri. Qoşqar İlahi oğlu Təhməzli 29 may 1970-ci ildə Zəngilan rayonu Vejnəli kəndində anadan olub. 1977–1987-ci illərdə Nəsimi rayonu 5 saylı orta məktəbdə təhsil alıb. 1988-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Sanitariya və gigiyena fakültəsinə daxil olub, 1994-cü ildə isə İnstitutu həkim-gigiyenist ixtisası üzrə bitirib. Həmin il Qərb Universitetinin Ümumbəşər Siyasət və İqtisadiyyat fakültəsinə daxil olub, 1996-cı ildə oranı "Siyasi elmlər bakalavrı" dərəcəsi ilə bitirib. Tibb elmləri üzrə fəlsəfə doktorudur (Elmi iş: "Qida məhsulları üzərində sanitar-parazitoloji monitorinqin təşkilinin və həyata keçirilməsinin epidemioloji effektivliyi"). 1994-cü ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Bakı Şəhər Gigiyena və Epidemiologiya Mərkəzində həkim-interna vəzifəsində əmək fəaliyyətinə başlayıb və 1995–1997-ci illərdə Gigiyena və Epidemiologiya Mərkəzində həkim, 1997–2004-cü illərdə qidalanma şöbəsinin müdiri, 2004–2005-ci illərdə "Nəbz" Tibb mərkəzinin baş direktoru, 2008–2016-cı illərdə isə "Medeks" MMC-də baş direktor vəzifələrində çalışıb. Müxtəlif tibbi layihələr həyata keçirən Q. Təhməzli ölkə hüdudlarından kənarda da geniş fəaliyyət göstərmişdir. 2012-ci ildə isə Avropa Biznes Assambleyasının Vyana şəhərində keçirilən təqdimat mərasimində tibb, kosmetologiya və laboratoriyalar nominasiyasında "Ən yaxşı top-menecer" adına layiq görülüb. 1992-ci ildə Azərbaycan Respublikasının azadlığı və ərazi bütövlüyünün müdafiəsi uğrunda Qarabağda gedən döyüşlərdə fəal iştirak etmiş, "Müharibə veteranı" statusuna layiq görülmüşdür.
Qoşqar Vəliyev
Qoşqar dağı
Qoşqar — Azərbaycanda dağ. Qoşqar dağının hündürlüyü 3361 m-dir.
Qoşqar silsiləsi
Qoşqar — Azərbaycanda dağ. Qoşqar dağının hündürlüyü 3361 m-dir.
Qoşqar Ömərov
Qoşqar Üzeyirov
Qoşqar çayı
Qoşqarçay - Kürün sağ qoludur. Daşkəsən, Göygöl və Samux rayonları ərazizsindən axır. Uzunluğu 76 km, hövzəsinin sahəsi 798 km²-dir. Murovdağ silsiləsinin şimal yamacından axan Hamamçay və Xoşbulaq çaylarının birləşməsindən əmələ gəlir. Mənbəyi Şamamçay qolunun başladığı yerdə, 3368 m yüksəklikdə yerləşir. Başlıca qolları soldan Quşçu (uzunluğu 11 km), Zəngil (uzunluğu 17 km), Xeyrə (uzunluğu 24 km), sağdan Xaç-bulaq (uzunluğu 11 km), Ziyarət (uzunluğu 10 km) və Sarısu (uzunluğu 11 km) çaylarıdır. İllik axımının 45%-i yağış, 30%-i qar,25%-i isə yeraltı sulardan əmələ gəlir. Yağış sulardan əmələ gəlir.Çayda əsas daşqın yazda olur, davamiyyət orta hesabla 90-100 gün çəkir. Bu dövrdə illik axım həcmindən 20-25 dəfə çox olur.Daşqından sonra azsulu dövrü başlayır. Bu dövrdə illik axımının 8-10%-i keçir.İkinci azsulu dövr qış aylarında muşahidə edilir.
Qoşqar Əhmədov
Qoşqar Teymur oğlu Əhmədov (25 oktyabr 1917, Söyüdlü, Gədəbəy rayonu – 10 fevral 1975, Bakı) — görkəmli sovet və Azərbaycan riyaziyyatçısı, Böyük Vətən Müharibəsi iştirakçısı (1941–1945), fizika- riyaziyyat elmləri doktoru (1960), professor (1961), Azərbaycan SSR EA müxbir üzvü (1969). Qoşqar Teymur oğlu Əhmədov 1917-ci il oktyabrın 25-də, indiki Azərbaycan Respublikası Gədəbəy rayonunun Söyüdlü kəndində ziyalı ailəsində anadan olmuşdur. İbtidai təhsilini Söyüdlü kəndində almış, V–VII sinifləri isə Gədəbəy qəsəbə natamam orta məktəbində oxumuşdur. Qoşqar Əhmədov, 1930–1933-cü illərdə Bakı Beynəlmiləl Pedaqoji Texnikumunda təhsil almış, 1934-cü ildə texnikumu bitirdikdən sonra Gədəbəy rayonunun Xarxar kənd natamam orta məktəbində fizika və riyaziyyat müəllimi işləmişdir. Kənddə bir il müəllimlik etdikdən sonra, S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin nəzdindəki hazırlıq kursunda oxumuşdur. 1936-cı ildə Qoşqar Teymur oğlu Əhmədov Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin "Riyaziyyat" bölməsinə və Tibb İnstituna daxil olmuşdur. (O vaxt eyni zamanda iki institutda oxumağa icazə verilirdi) Qoşqar Əhmədov bir il bu ali məktəblərin hər ikisində əla qiymətlərlə oxuyub, lakin bir ildən sonra eyni zamanda iki ali məktəbdə təhsil almaq qaydasına son qoyulub. Universitet müəllimlərinin, xüsusən Mikayıl Xıdırzadənin və Maqsud Cavadovun, Əşrəf Hüseynovun təkidi ilə Qoşqar Əhmədov, Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin "Riyaziyyat" bölməsində təhsilini davam etdirməli olur. O, beş il ərzində əla qiymətlərlə oxumuş, təhsil aldığı fakültədə tələbələr üçün dövrün ən yüksək təqaüdü olan İ. V. Stalin adına təqaüdə layiq görülmüşdür. 1941-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib, riyaziyyatçı ixtisasına yiyələnmişdir.
Müəllimim Qoşqar Əhmədov
Müəllimim Qoşqar Əhmədov — kitab görkəmli alim, bacarıqlı elm təşkilatçısı, təvazökar və hümanist insan, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Qoşqar Əhmədovun həyatına və elmi yaradıcıllığına həsr olunmuşdur. Çoxsaylı arxiv materiallarına əsasən tərtib olunmuş kitabda qısa lakin mənalı ömür yaşamış müdrik müəllimin hər kəsə nümunə olacaq həyat yolu haqqında geniş məlumar verilmişdir. Kitab ön söz, Qoşqar Əhmədovun həyat və fəaliyyətinə həsr olmuş 17 bölmədən, ad göstəricisindən, istifadə olunmuş ədəbiyyatdan ibarətdir. Kitabda verilən məlumatlar daha çox arxiv materiallarına əsaslanmış və professor Qoşqar Əhmədovla əlaqədar 112 tarixi foto-şəkil öz əksini tapmışdır. AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov: "Hər bir xalqın yaddaşında o xalqın tarixini, elmini, ədəbiyyatını, mənəviyyatını təmsil edən görkəmli şəxslər olmuşdur. Azərbaycan xalqı da məhz belə bir xalqdır. Zaman-zaman öz milli məfkurəsini, amalını xalqının rifahına, onun elminin, təhsilinin, mədəniyyətinin inkişafına həsr edən, millət, vətən sevgisi ilə alışıb-yanan vətəndaşlar yetirən əzəmətli bir xalq! Əgər xalqımızın tarixini vərəqləsək, müxtəlif vaxtlarda belə mütəfəkkirlərin yetişdiyinin və ardıcıllarını yetirdiklərinin şahidi olarıq. Belə insanlarla yaşanan dəqiqələr sənə bir ömür boyu bəs edir, onların şəxsiyyəti, mənəviyyatı, əməlləri sənə örnək olur. Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, sözün əsl mənasında, böyük müəllim, alicənab, humanist, müdrik və xeyirxah insan Qoşqar Teymur oğlu Əhmədov xalqımızın yetirdiyi belə şəxslərdən biridir." Qoşqar Əhmədovun doğulub böyüdüyü Gədəbəy rayonu, onu yetirən mühit və şərait, səkkiz uşaq boya-başa catdırmış valideynləri – atası, dövrünün tanınmış ziyalısı, əməkdar müəllm, Qırmızı Əmək bayrağı ordenli Teymur Əhmədli, anası Yetər xanım, onların müxtəlif ixtisaslar üzrə elmin zirvələrini fəth etmiş alim övladları haqqında oxucuya ətraflı məlumat verilir.
Qoşqarçay
Qoşqarçay - Kürün sağ qoludur. Daşkəsən, Göygöl və Samux rayonları ərazizsindən axır. Uzunluğu 76 km, hövzəsinin sahəsi 798 km²-dir. Murovdağ silsiləsinin şimal yamacından axan Hamamçay və Xoşbulaq çaylarının birləşməsindən əmələ gəlir. Mənbəyi Şamamçay qolunun başladığı yerdə, 3368 m yüksəklikdə yerləşir. Başlıca qolları soldan Quşçu (uzunluğu 11 km), Zəngil (uzunluğu 17 km), Xeyrə (uzunluğu 24 km), sağdan Xaç-bulaq (uzunluğu 11 km), Ziyarət (uzunluğu 10 km) və Sarısu (uzunluğu 11 km) çaylarıdır. İllik axımının 45%-i yağış, 30%-i qar,25%-i isə yeraltı sulardan əmələ gəlir. Yağış sulardan əmələ gəlir.Çayda əsas daşqın yazda olur, davamiyyət orta hesabla 90-100 gün çəkir. Bu dövrdə illik axım həcmindən 20-25 dəfə çox olur.Daşqından sonra azsulu dövrü başlayır. Bu dövrdə illik axımının 8-10%-i keçir.İkinci azsulu dövr qış aylarında muşahidə edilir.

Digər lüğətlərdə