Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Terenti Qraneli
Terenti Samsonoviç Kvirkveliya (gürc. ტერენტი სამსონის ძე კვირკველია, daha çox Terenti Qraneli ədəbi təxəllüsü ilə tanınır; 3 iyun 1897, Tsalencixa, Kutaisi quberniyası, Rusiya imperiyası – 10 oktyabr 1934, Tiflis, Gürcüstan SSR, SSRİ) — Gürcü şairi və esseisti, qrafika rəssamı. Terenti Kvirkveliya 1897-ci ildə (digər mənbələrə görə — 1898-ci ildə) Samson Kvirkveliyanın yoxsul kəndli ailəsində anadan olmuşdur. Yeddi yaşında anası İvlitanı itirmişdir. Anası doğuş zamanı həyatını itirmiş, özündən sonra iki qızı və bir oğlunu atasının himayəsində buraxmışdır. Qısa müddət sonar ata yenidən evlənmişdir. Terentinin anası Dariya Meboniya övladlığa götürülmüş uşaqlara doğmaları kimi yanaşmışdı. Xüsusilə bu valideyn istiliyini ömür boyu xatırlayan Terentini çox sevirdi. Ailədə oğlanın istedadını erkəndən görüb onu ibtidai məktəbə göndərirlər və yerli xeyriyyəçi və ictimai xadim Yakov Şanava uşağa kitab oxumaq sevgisi aşılayır və ona kitabxanasından istifadə etməyə icazə verir. Burada gənc Terenti dünya ədəbiyyatının klassikləri ilə tanış olur.
Böyük Afrika qrabeni
Böyük Afrika çatı və ya qrabeni adı adını almış bu ərazi Afrika materikinin şərq hissəsində yerləşir. Belə ki, yer səthində şaquli və üfiqi hərəkətlər nəticəsində düşmə və qalxmalar müşahidə edilir. Bu düşmələr yəni qrabenlər, qalxmalar isə horstlar adlanır. Onların uzunluğu yüzlərlə km olub, yer səthinin aralanma zonalarında müşahidə edilir. Dünyanın ən iri sınma zolağı demək olar ki, Afrika materikindədir. Burada bu intensivliklə düşmə və qalxma prosesləri davam edərsə demək olar ki, Afrika materikinin yeganə iri yarımadası olan Somali yarımadası materikdən ayrılacagdır. Təbii ki, bu proses uzun bir vaxt tələb edəcək. Bildiyimiz ki, qrabenlərdə dünyanın ən dərin gölləri yerləşir. Bunlara misal olaraq ele, Afrika materiki daxilində Tanqanika, Nyasa və Rudolf göllərini deyə bilərik. Həmçinin Avrasiya materikindəki, Baykal və Urmiya gölləri də qraben mənşəli göllərdirlər.