Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qradişka
Qradişka (bosn. Bosanska Gradiška, serb. Градишка / Gradiška, xorv. Bosanska Gradiška) — Bosniya və Herseqovinanda yerləşən şəhər. Serb Respublikasına daxil olan eyni adlı icmasının və subregionun inzibati mərkəzidir. Banya Luka bölgəsindən şimalda yerləşir. Qradişka dəniz səviyyəsindən 92 m yüksəklikdə yerləşir. Şəhər Serb Respublikasının ən əhəmiyyətli sərhəd keçidlərindən birinə sahibdir. İcma 762 km² ərazisi olan Liev və Podkozarye ərazisini tutur. Coğrafi cəhətdən Krajinanın şərq bölgəsində yerləşir.
Dudinka
Dudinka (nen. Тут'ын) — Rusiyanın Krasnoyarsk diyarındadaki regional tabeli bir şəhər. Taymır Dolqan-Nenes rayonunun xüsusi statusu olan bir inzibati-ərazi vahidinin inzibati mərkəzi. Əhalisi 21 015 nəfərdir. (2018). Şəhərin qapalı inzibati-ərazi quruluşu statusuna sahib olmamasına baxmayaraq, 25 noyabr 2001-ci il tarixindən xarici vətəndaşların (o cümlədən Belarusiya vətəndaşları) gəlməsi yalnız səlahiyyətlilərin icazəsi ilə mümkündür. Bundan əvvəl on il (1991-ci ildən) xaricilər üçün giriş açıq idi. == Tarix və toponim == Dudinka XVII əsrin ikinci yarısında, 1667-ci ildə I Aleksey Mixayloviç Romanovun dövründə, Manqazeya oxatan İvan Sorokin tərəfindən təsis edilmişdir. XVII əsrdə Böyük Şimal Ekspedisiyasının iştirakçıları Xariton Laptev, Semyon Çelyuskin, Fedor Minin Duqdinkada qışlamışlar. Onların xəritələrində Dudinka Dudinka çayının üzərində yerləşir.
Rodinka (Arxangel)
Rodinka (başq. Родинка, rus. Родинский) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Bakaldı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Arxangel): 23 km, kənd sovetliyindən (Bakaldı): 16 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 32 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (86%) üstünlük təşkil edir.
Rudina Heydəri
Rudina Heydəri (alb. Rudina Hajdari) — Alban siyasətçisi, Albaniya Respublikası Assambleyasının üzvü və ölkənin parlament müxalifətinin rəhbəri. 1990-1991-ci illərdə Albaniyada kommunizmin dağılmasına səbəb olan tələbə hərəkatına rəhbərlik edən mərhum Azem Haydərinin qızıdır. Heydəri 2017-ci il sentyabrın 9-da ölkənin paytaxtı Tirana şəhərinin rayonunu təmsil edərək Albaniya Məclisinə deputat seçilib. 1998-ci ildə atasının öldürülməsindən sonra Haydari təhsilini davam etdirmək üçün ABŞ-yə köçüb. O, Fordham Universitetində oxuyub və 2009-cu ildə siyasi elmlər üzrə bakalavr dərəcəsi, ardınca London Kral Kollecini geosiyasət, ərazi və təhlükəsizlik üzrə magistr dərəcəsi ilə bitirib. Daha sonra Heydəri Kolumbiya Universitetində insan hüquqları üzrə ikinci magistr dərəcəsi alıb. Daha sonra Heydəri Kolumbiya Universiteti Harriman adına Rusiya, Avrasiya və Şərqi Avropa Araşdırmaları İnstitutunda müvafiq olaraq Donald Tramp və Vladimir Putinin prezidentlikləri dövründə Qərbi Balkanların üzləşdiyi problemlər haqqında mövzuya müraciət edir. Heydəri həmçinin Newsweek kimi nəşrlərdə bölgədəki problemlərə dair çoxsaylı redaksiya məqalələri dərc etmişdir. Heydəri ABŞ Nümayəndələr Palatasının Nyu-Yorkun 16-cı dairəsindən yüksək səviyyəli üzvü, eyni zamanda ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri olan konqresmen Eliot Lans Engelin köməkçisi olur.
Qradişka–Banya Luka avtomagistralı
Qradişka–Banya Luka avtomagistralı (serb. Autoput Gradiška–Banja Luka / Аутопут Градишка — Бања Лука) — Bosniya və Herseqovinadakı avtomobil yolu, Qradiska şəhərini Banya Luka şəhəri ilə birləşdirən E661 Avropa marşrutunun bir hissəsidir. Buraya dörd qovşaq (Maxovlyanska, Krnete, Berek və çatrne) və iki tunel (Laktaşi və Klaşniçe) daxildir. Ümumi uzunluğu 32,1 km-dir. Maxovlyanskaya döngəsi 15 may 2012-ci ildə nəqliyyat üçün açılıb, onun Doboya əlavə çıxışı var. Qovşağındakı Krnete döngəsində Aleksandrovas, Berek döngəsində Novu Topolaya, Çatrne döngəsində Kozarska-DubiKa-Qradiska avtomobil yoluna çıxış var. 16 mart 2015-ci il tarixindən etibarən yolda gediş haqqı ödənişlidir. Gediş haqqı 2 ilə 10 konvertasiya markası (1 avrodan 5 avroya qədər) dəyişir. Avtomobil yolunun tikintisinə 2004-cü il sentyabrın 8-də başlanılıb. Planlaşdırılan tamamlama tarixi əvvəlcə 2008-ci il olub, lakin Klaşnikadan Maxovlyana qədər olan yolun 5,6 km hissəsi yalnız 2011-ci ildə açılıb.