Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Adris grupa
"Adris grupa d.d." ― mərkəzi Rovin şəhərində yerləşən Xorvatiya şirkəti.. Müəssisə 8,000-dən çox işçi qüvvəsinə sahib olmaqla yanaşı, həm də illik gəliri 5 milyard kunadan (təxminən 1 milyard dollar) çox olmaqla bölgənin aparıcı şirkətlərindən biridir. "Tvornica duhana Rovinj"-in (TDR) 2015-ci ilin sentyabr ayında "British American Tobacco"-ya satılmasından sonra əsas xidmət göstərdiyi sahələr "Maistra" (turizm və otellər), "Cromaris" (qida sənayesi) və Xorvatiya osiguranje (sığorta) oldu. Şirkətin fəaliyyət göstərdiyi digər sahələr siyahısına "Adrisdə gələcək" adlı dövlət təcrübə və məşğulluq proqramı daxildir, bundan başqa da şirkət təqaüd və ianələr verən "Adris" fondu ilə də aktiv işlər görür. adris.hr — Adris grupanın rəsmi saytı (xorv.) (ing.) "Adris grupa d.d." poslovni.hr (xorvatca). Poslovni dnevnik. İstifadə tarixi: 26 fevral 2016.
BLRT Grupp
BLRT Grupp — Estoniyanın ən böyük sənaye konsernlərindən biridir. Konsern gəmilərin bütün istismar müddəti boyunca texniki xidmət göstərir və eyni zamanda kompleks metal konstruksiyaların istehsalı, maşınqayırma, metalların emalı və satışı, qazların istehsalı və satışı, metal qırıntılarının işlənməsi, liman xidmətləri və nəqliyyat sahəsində etibarlı bir ortaqdır. BLRT Grupp Estoniyanın ən böyük ixracatçılarından biridir. Konsernin istehsalının yüzdə 84,2-si (2013) ixrac olunur. == Tarix == BLRT Grupp 8 dekabr 2001-ci ildə Baltik Gəmitəmiri Zavodunun bazasında qurulur. O vaxta qədər artıq zavod iri bir konsernə çevrilmişdi. bu səbəbdən şirkətin qurulması Rusiya-Baltik Gəmiqayırma fabrikinin qurulduğu 1912-ci il olaraq götürülür. Qrupun təşkili zamanı bura üç gəmi tərsanəsi və 30-dan çox törəmə müəssisə daxil idi [2]. == Struktur == 2015-ci ildən etibarən BLRT Grupp konserni Estoniya, Latviya, Litva, Ukrayna, Rusiya və Finlandiyada 54 törəmə şirkəti və 3 birgə müəssisəni birləşdirir. == Fəaliyyət göstəriciləri == 2010 — qrupun dövrüyəsi 303,8 milyon avro təşkil etdi.
Tallinna Kaubamaja Grupp
Tallinna Kaubamaja Grupp — Estoniyanın ən böyük ticarət konserni. Konsernə daxil olan müəssisələrin əksəriyyətinin əsas fəaliyyəti pərakəndə və topdansatış ticarətdir. Konsernin rəsmi ünvanı: Tallinn, Kaubamaya k 1. / Gonsiori k 2. . Konsernin 679.000-dən çox müştərisi olan Partnerkaart loyallıq proqramı Estoniyada ən böyüyüdür. 1996-cı ildə konsernin sələfi olan Tallinna Kaubamaja şirkətinin səhmləri Tallin Fond Birjasında siyahıya alındı. Konsernin əsas şirkəti NG Investeeringud OÜ şirkətidir. Konsernin tarixi 1960-cı ildə Tallin Ticarət Evinin açıldığı vaxtdan başlayır. 1966-cı ildə Tartu Ticarət Evi Estoniya SSRİ-dən çıxdıqdan sonra RAS Tallinna Kaubamaja dövlət səhmdar cəmiyyəti olaraq adlandırılır. 1994-cü ildə səhmdar cəmiyyətə çevrilir, səhmlərin böyük hissəsi E-Investeeringugrupi AS (10.06.2004-cü ildə ləğv edilib) şirkətinə satılıb.